Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   55   56   57   58   59   60   61   62   ...   97

Milli Komitənin başçıları Adil xan Ziyadxanov, Nəsi bəy Usubbəyli, Xəlil 
bəy Xasməmmədov, Aslan bəy Səfikürdski və başqalar gürcü menşeviklərindən 
aldıqları zirehli qatarla və Gəncədəki Azərbaycan alayının (bu alay keçmiş “Dikiy 
diviziya”nın Tatar alayının əsgər və zabitlərindən ibarət idi - Ş.N.) qüvvəsi ilə rus 
hərbi eşalonunun qabağını  Gəncənin otuz kilometirliyində - Şəmkir və  Dəllər 
stansiyaları arasındakı məsafədə kəsdilər. Zirehli qatarda (300 nəfər gürcü əsgər və 
zabiti ilə birgə) general-mayor knyaz Maqalov, Azərbaycan alayına isə polkovnik 
Süleyman bəy  Əfəndiyev komandanlıq edirdi. Bu qabaqkəsmədə Gürcüstan 
menşevik hökumətinin də silah təmənnası vardı. 
Yanvarın doqquzunda, səhər saat onda başlayan qanlı döyüş dörd gün davam 
etdi. On beş min tüfəng, yetmiş pulemyot və iyirmi top ələ keçirildi. Azərbaycan 
tərəfdən on beş, gürcülərdən isə  qırx nəfər  şəhid oldu. Güclü müqavimətə rast 
gələn rus əsgər və zabitləri perrona çıxıb ağ bayraq qaldırdılar: “Lənətə gəlsin bu 
silahları, onları verməyə çoxdan razıyıq, bircə evimizə sağ və salamat gedə bilək” - 
deyib silahları təhvil verdilər. 
Bu, Bakıda özünə yuva qurmuş Sovetlər hakimiyyətinə qarşı gürcü və 
Azərbaycan xalqının silahlı mübarizəsi oldu. Sonralar isə kommunistlər bu üsyana 
“qardaş qırğını”, “Azərbaycan burjua hökumətinin ruslara divanı” adını verdilər. 
Bakıda daşnak  Şaumyan başda olmaqla Qafqaz ölkə komitəsi bərk 
qəzəblənib  bildirdi  ki,  “Şamxor  cinayətkarları  inqilabi məsuliyyətə alınacaq və 
Zaqafqaziya komissarlığını devirib, Zaqafqaziya fəhlə, əsgər və kəndli deputatları 
Sovetlər hakimiyyətini təşkil edəcəkdir”. 
Lakin tarixi dönüşlər daşnak Stepan Şaumyana bəd niyyətlərini həyata 
keçirməyə imkan vermədi. Onu 1918-ci il sentyabr ayında güllələdilər. 
 
 
Şahzadə-general RZAQULU QACAR 
 
1860-cı il fevralın 4-də general-mayor Şahzadə Rzaqulu Mirzə Qacar ilk 
zabit rütbəsi alıb. O, məşhur tarixçi, Şahzadə  Bəhmən Mirzə Qacarın ikinci 
oğludur. 1837-ci ildə  Cənubi Azərbaycanda anadan olan Şahzadə Rzaqulu Mirzə 
atası ilə 1848-ci ildə Tiflisə  gələrək zadəgan balalarına məxsus kadet korpusu 
məktəbində təhsil alıb. 
Uzun müddət Qafqaz Əlahiddə Ordusunda xidmət edən  Şahzadə Rzaqulu 
Mirzə Qacar əlahəzrət imperatorun adını daşıyan leybqvardiya xas alayında 
eskadron komandiri olub. O, 1862 və 1864-cü illərdə üsyan etmiş dağlılara qarşı 
hərbi yürüşlərdə iştirak edib. 1877-78-ci illərdə rus-türk müharibəsində polkovnik 
kimi döyüşən  Şahzadə Rzaqulu Mirzə Qacar 1883-cü il mayın 15-də general-
mayor rütbəsi alıb. 
Şahzadə Rzaqulu Mirzə hərbçi olmasına baxmayaraq ədəbi yaradıcılıqla da 
məşğul olub. O, şərqşünas Adolf Berje, böyük dramaturq Mirzə  Fətəli Axundov, 
dövlət müşaviri  şərqşünas Aleksandr Şerbin, Müsyö V.Qrimm, Mariya Polan və 
başqa görkəmli  şəxslərlə  məktublaşaraq qohumu M.F.Axundovun əlifba və “Kə-
malüddövlə  məktubları”  əsərinin çapı  uğrunda çalışmışdır.  Şair təbiətli  Şahzadə 


dərin məzmunlu məktublarını  “Şahzadə Rzaqulu Mirzə  İrəvani” təxəllüsü ilə 
imzalayıb. 
Mülki müşavir A.Q.Şerbinin Mirzə  Fətəli Axundova 14 may 1877-ci il 
tarixli məktubundan: “Bir az bundan əvvəl cənab V.Qrimdən öyrəndiyim sevinc 
dolu xəbərlə Sizi təbrik etməyi özümə borc bilirəm. Çox şad oldum ki, Şahzadə 
Rzaqulu Mirzə iki süvari alayına briqada komandiri təyin olunub.” 
Şahzadə Rzaqulu Mirzə Qacarın peterburqlu Mariya Pollana 28 yanvar 
1876-cı il tarixli məktubundan: “Mənim Qafqaz ordusunda göndərilməyim yəqin 
ki, Sizə  məlumdur. Mən ayın 15-də  Şuşadan Irəvana yola düşdüm.  Əlahəzrət 
böyük knyaz Qafqaz canişininin
13
 əmrilə  mən oraya təyin edilmişəm... Mənim 
Tiflisdə bir nəfər qohumum vardır. O, mənim sevimli qardaşım poruçik Xanbaba 
xanın qayrıatası, polkovnik Mirzə  Fətəli Axundovdur. Mən onu gözəl sifətlərinə 
görə səmimi qəlbdən sevirəm və sizin xanım həzrətlərinizə onu təqdim edirəm...” 
Qırx ildən çox nizami orduda şərəflə xidmət edən  Şahzadə general-mayor 
Rzaqulu Mirzə Qacar imperiyanın kavaler ordenlərilə təltif olub. Onun xidmətləri 
Brilyant qaşlı ordenə (1861), müqəddəs Stanislav ordeninin birinci, ikinci və 
üçüncü dərəcəsinə (qılınc və bantla birgə - 1862, 1868, 1892-ci illərdə), Müqəddəs 
Anna ordeninin ikinci və üçüncü dərəcəsinə (qılıncla birgə - 1865, 1877-ci illər), 
müqəddəs Vladimir ordeninin üçüncü və dördüncü dərəcəsinə - 1875 və 1888-ci 
illər, layiq görülüb. 
General Rzaqulu Mirzə Qaçar iki xarici ölkənin - 1873-cü ildə Prusiyanın 
“Tac ordeni” və 1891-ci ildə maarifçilik sahəsindəki xidmətlərinə görə Fransanın 
zabitlərə məxsus “Xaç ordeni” ilə təltif olunub. 
 
 
GENERAL-MAYOR AĞASI BƏY AVŞAROV 
 
1902-ci il fevralın general-mayor Ağası  bəy Avşarovu Peterburq Süvari 
Məktəbinin rəisi vəzifəsindən azad edib Baş  Qərargahda süvari ordusunun Baş 
Müfəttişi təyin etdilər. Məşhur rus sərkərdəsi Aleksey Brusilov həmin məktəbdə 
həmyerlimizin müavini işləmişdir. Tam süvari generalı A.Brusilov “Mənim xatirə-
lərim” hərbi memuarında iftixarla yazır: 
“1897-ci ildə general-mayor Ağası  bəy Avşarov Peterburq Süvari 
məktəbinin rəisi təyin olundu. O, Azərbaycanın zadəgan nəslinin nümayəndəsi idi. 
Azərbaycan Rusiyanın tərkibinə daxil olduqdan sonra onun ulu babaları bütün yerli 
nəcabətli kübar ailələri kimi - İslam dinini saxlamaq şərtilə rus zadəganları ilə eyni 
hüquqa malik idilər. Azərbaycanlıların  əksəriyyəti orduda, xüsusilə  də süvari və 
draqun alaylarında  şərəflə qulluq edirdilər. General Avşarov geniş ürəyə malik, 
hərbi işi yaxşı bilən bir sərkərdə idi. Amma onda asiyalılara məxsus hiyləgərlik və 
bir az da tənbəllik vardı”. 
1883-cü il iyulun on dördündə general-mayor rütbəsi alan Ağası  bəy 
Avşarov Qafqaz Əlahiddə Ordusunda altıncı süvari briqadasının rəisi kimi yüksək 
vəzifədə xidmət etmişdir. Türk zabit rütbəsilə 1853-cü il iyunun on ikisində 
                                                 
13
 Çar ordusunda polkovniklə general arsında olan yüksək hərbi rütbə idi –  Ş. N. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə