Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   58   59   60   61   62   63   64   65   ...   97

ildə balaca Həsən bəyin birinci dərəcəli Tiflis gimnaziyasına qəbul olunmasına o 
kömək edib. 
Bəs, general-leytenant Fərəc bəy Ağayev kimdir? Həsən bəy Zərdabi kimi 
görkəmli maarifpərvəri bizə  bəxş edən bu xeyirxah adamın ömür yolu həyatın 
hansı sınaqlarından çıxıb? 
General-leytenant Fərəc bəy Ağayevin haqqında biz ilkin məlumata 
“Kafkaz” qəzetinin səkkiz dekabr min səkkiz yüz doxsan birinci il tarixli 
nömrəsində  və “Kavkazski kalendar” illik məcmuəsinin 1873-1874-cü illərdəki 
nömrələrində rast gəldik. Birinci mənbədə haqqında geniş məlumatla “Fərəc bəy” 
kimi təqdim olunan eloğlumuz, ikincidə Qafqaz Əlahiddə Ordusunun generalları 
sırasında “Nikolay Nikolayeviç Ağayev” adlandırılır. Ona görə ki, bu yaraşıqlı, 
igid qafqazlı zabitini 1844-cü ildə imperator birinci Nikolay və onun arvadı Mariya 
Aleksandrovna xaç suyuna çəkib oğulluğa qəbul etmişdilər. 
Uzun müddət Peterburqda xidmət edən padşahın sevimlisi Fərəc bəy 
Ağayevə Qafqaza qayıtdıqdan sonra yaxın qohumları belə yaxşı münasibət 
bəsləməmişlər. Hətta Həsən bəy Zərdabi məktublarından birində yazır ki, atam el 
arasında xəcalət çəkirdi ki, dayısı rus adını  qəbul edib. Ona görə  də ondan üz 
döndərib küsmüşdü. Get-gəlimiz belə yox idi. Ömrünün sonlarında Tiflisdə 
yaşayan generala hamı “rus Ağayev” deyərıniş. Şübhəsiz ki, sonralar səhvini başa 
düşən general vəsiyyət edib ki, nekroloqunda ad-familiyası Fərəc bəy Ağayev kimi 
göstərilsin. Onun bu vəsiyyətinə əməl olunmayıb. 
General-leytenant Fərəc bəy Ağayev 1811-ci ildə füsunkar Qarabağın Şuşa 
şəhərində adlı-sanlı  bəy ailəsində dünyaya gəlib.  İlk hərbi təhsilini Tiflis kadet 
korpusunda aldıqdan sonra 1837-ci ildə Qafqaz Əlahiddə ordusunda müsəlman 
süvari polkunda xidmətə başlayıb. Xidmətinin yeddinci ilində  ən yaxşı qvardiya 
rotmistri Fərəc bəy eskadron komandiri kimi Peterburqda göndərilir. Peterburqda 
o, birinci Nikolayın xüsusi qvardiya kazak polkunda leybqvardiya komandiri 
vəzifəsinə  təyin olunur. Elə burada da o, imperatorun və onun arvadı Mariya 
Aleksandrovnanın sevimlisi olunmayıb. 
Fərəc bəy Ağayev 1811-ci ildə özünün qeyriadi hərbi qabiliyyəti və igidliyi 
sayəsində xidmətinin on ili ərzində polkovnik rütbəsinə kimi yüksəlir. 1850-ci ilə 
qədər Peterburqa, xüsusi qvardiya kazak polkunda qüsursuz xidmət edən 
polkovnik F.Ağayev həmin ili Əlahiddə Qafqaz Ordusunun sərəncamına 
göndərilir. 
1853-cü ildə Krım müharibəsi başlananda polkovnik Fərəc bəy Ağayev 
Qarabağın azərbaycanlı igidlərindən ibarət süvari alayı  təşkil edir, özü də onun 
komandiri olur. Müxtəlif arxiv sənədləri, komandanlığa göndərilən raport və 
məktublar göstərir ki, Fərəc bəyin  şuşalılardan ibarət süvari polku Kürəkdərə 
uğrunda - gedən döyüşlərdə altınış minlik korpusa qarşı dönməz bir iradə ilə  
vuruşmuşdur. 1854-cü ildə osetmlərdən təşkil olunmuş milis alayı da Fərəc bəyin 
alayına təhkim edilir. Süvari qoşun dəstəsinin komandiri kimi yüksək vəzifə 
daşıyan eloğlumuz hərbi xidmətinə və qoşun başçısı kimi göstərdiyi qəhrəmanlığa 
görə üstündə “Cəsurluğa görə” sözləri yazılmış  qızıl xəncərlə, çoxlu hərbi 
ordenlərlə, həmçinin imperator tacı ilə  bəzədümiş birinci dərəcəli “Müqəddəs 
Anna “ (qılıncla birgə) ordenləri ilə təltif olunur. 


1853-56-cı illərdəki sərkərdəlik fəaliyyətinə görə Fərəc bəy Ağayev general-
mayor rütbəsinə layiq görülür. 
Müharibə yenicə başlayanda Fərəc bəy Ağayevin başçılığı ilə Qarabağ 
Azərbaycan süvari dəstəsinin təşkili haqqında Peterburqa məlumat göndərən qraf 
Vorontsov qeyd edirdi ki, polkovnik Fərəc bəyin sayəsində könüllü dəstələr 
tezliklə  yığıldı. Döyüşçülər yürüşə  məşhur Qarabağ  kəhərlərində  və layiqincə 
silahlanmış halda başladılar. 
Qırx ilə yaxın orduda qüsursuz xidmət edən Fərəc bəy Ağayev 1882-ci ildə 
general-leytenant rütbəsində istefaya çıxmış, ömrünün sonuna kimi Tiflis 
Müsəlman Xeyriyyə Cəmiyyətində çalışmışdır. 
 
GENERAL-MAYOR TƏRLAN BƏY ƏLİYARBƏYOV 
 
1944-ci il fevralın 9-da polkovnik Tərlan bəy  Əliyarbəyov döyüş 
xidmətlərinə görə general-mayor rütbəsi ilə  təltif edilib. Keçmiş zamanlarda belə 
hesab edirmişlər ki, zabit ömrü cəmi iki müharibə  əzablarından keçə bilər. Biri 
onun gəncliyinə, o biri isə yaşlı vaxtına təsadüf edər. Lakin general Tərlan bəy 
Əlyarbəyov altınış dörd illik ömür yolunda üç müharibənin iştirakçısı olub. O, 
Birinci Dünya müharibəsində, 1918-1920-ci illərdə Azərbaycan Milli Ordusunda 
və Böyük Vətən müharibəsində vuruşub. 1911-ci ildə üçüncü Qafqaz alayının əlaçı 
əsgəri Tərlan bəy Əlyarbəyovu Tiflisdəki piyada hərbi məktəbə oxumağa  
göndərdilər. Dörd il kursdan-kursa müvəffəqiyyətlə keçən Tərlan bəy hərbi 
məktəbi birinci dərəcəli diplomla bitirib. Podporuçik Əlyarbəyov Şamaxıdakı 205-
ci piyada alayında xidmətə başlayıb. 
1914-cü ilin yayında birinci dünya müharibəsi başlandı. Kayzer Almaniyası 
Rusiyaya müharibə elan etmişdi. Əlyarbəyovun xidmət etdiyi 205-ci alay da Qərb 
cəbhəsinə göndərilib. Od-alov yağan səngərlərdə  gənc zabitin çətin sınaq günləri 
başlanıb. Komandirin verdiyi tapşırıqları yerinə yetirən, hər döyüşdən qələbə ilə 
çıxan Tərlan bəy  əsgərlərin də sevimlisi olub. Ona görə  də rota komandiri təyin 
edilib. 
Öz batalyonunu qələbədən-qələbəyə aparan ştabs-kapitan  Əlyarbəyovun 
igidliyi bütün qərb cəbhəsinə yayilmışdı. 
Bir dəfə Verden ətrafinda gedən vuruşmaların qızgın çağında ona 10-cu 
ordunun komandanı general Əliağa Şıxlinski ilə görüşmək nəsib olub. 
General hərbçi qaydası ilə onu başdan-ayağa süzüb: “Səsini-sorağını 
eşitmişəm, eloğlu, əsl igid kimi vuruşursan”, - deyib. Əlini onun çiyninə qoyub – 
“Böyük  şair Puşkin vaxtilə  Şamaxı gözəlini vəsf eləyib, indi yeni bir Puşkin 
lazımdır ki, sənin - Şamaxı Tərlanının qəhrəmanlığını qələmə alsın”. 
Sonra maraq dolu baxışlarını Tərlana zilləyib: 
- Bir de görüm, hansı hərbi məktəbi bitirmisən, oğul? 
- Tiflisdəki hərbi gimnaziyanı... General Şıxlinski sevinclə: 
- Hə, demək ikimiz də bir yuvadan pərvazlanmışıq. Çox şadam. Bu qürbət 
diyarda sevindirdin məni, oğul. Onsuz da bir neçə gündür ki, sevincimdən ürəyim 
köksümə  sığışmır. Xəbərin varmı, bu günlərdə bir eloğlumuz qeyri-adi igidlik 
göstərdiyinə görə Müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsi ilə təltif olunub. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə