Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   59   60   61   62   63   64   65   66   ...   97

- Xeyr, eşitməmişəm. Düzü, cəbhəyə  gələndən heç bir azərbaycanlıya rast 
gəlməmişəm, cənab general. İcazənizlə soruşum, kimdi belə yüksək təltifata layiq 
görülən? 
- Nijeqorod draqun alayının rotmistri Teymur bəy Novruzovun igidliyi 
haqqında qəzetlər bar-bar bağırır. Sən isə burdan-buraya eşitməmisən. Eloğlumuz 
Teymur bəy özünün eskadronu ilə bir ay əvvəl düşmənin süvarilərinə hücum 
edərək onların hamısını  qılıncdan keçirib. Hələ üstəlik də iki gün sonra üç ağır 
topunu qənimət götürüb. Cəmisi iki ay yarımlıq döyüşdən sonra həmyerlimiz 
Teymur bəy Novruzov Georgi ordeninin dörd dərəcəsi ilə  təltif olunub. Bu çox 
böyük fəxrdir. O, artıq kavalerdir. 
Tərlan bəy bu şöhrətli generalla görüşünü uzun müddət unuda bilməyib. 
Onlar bir də on səkkizinci ildə Bakıda görüşdülər. 
1916-cı ilin yayında general A.A.Brusilovun ordusu Pripyat çayından 
Rumıniya sərhədinə kimi uzanan 400 kilometrlik cəbhə boyunca hücuma keçib 
düşmənin müdafiə  xəttini yardı. Ağır  şəraitdə vuruşan qoşunlar güclü düşməni 
xeyli geriyə qovdu. Tərlan bəy  Əlyarbəyov bu döyüşlərdə sinəsindən ağır 
yaralandı. Bu, mühribə başlanandan Tərlan bəyin aldığı dördüncü yara idi. Ştabs-
kapitan bir müddət Brest şəhərindəki qospitalda müalicə olunduqdan sonra Bakıya 
göndərildi. 
1918-ci ilin avqustunda müsavat ordusuna Tərlan bəy  Əlyarbəyov ikinci 
alayın komandir köməkçisi təyin edildi. Rusiyada qızıl Ordu tərəfindən dağıdılmış 
Denikin ordusu pərənpərən düşüb ölkənin hər yerinə dağılmışdı. Dərbəndi tutan 
ağqvardiyaçılar Azərbaycana soxulmaq istəyirdilər. Qusarda yerləşən ikinci 
Azərbaycan alayı gecə-gündüz vuruşaraq düşməni Azərbaycana buraxmadı. 
Iyirminci ilin baharında Tərlan bəy  Əlyarbəyov Bakı  hərbi idarə  rəisinin 
müavini idi. Ö, heç vaxt əvvəllər Bakını belə qayrıar, belə təlatümlü görməmişdi. 
Komandanlıq Tərlan bəy  Əlyarbəyovu hansı sahəyə göndərirdisə, o, 
namuslu bir zabit kimi çalışır, verilən tapşırığı  ləyaqətlə yerinə yetirirdi. 1927-ci 
ildə M.V.Frunze adına Hərbi Akademiyada Ali komanda heyəti kursunu 
bitirdikdən sonra Bakıya qayıdan Əlyarbəyov hərbi istedadını milli hərbi kadrların 
yetişdirilməsinə  sərf edib. O, ikinci dəfə (1941-ci il) bu Ali hərbi Akademiyanı 
bitirəndə Böyük vətən müharibəsi başlandı. 
Cəbhəyə 
səfərbər olunan polkovnik Tərlan bəy 
Əlyarbəyov 
azərbaycanlılardan ibarət 416-cı diviziyanın komandir müavini, üç ay sonra isə 
komandiri təyin edilib. 
Diviziya 1942-ci il noyabrın 30-da səhər Terek çayı sahilində düşmənlə ilk 
dəfə döyüşə girib. İki günlük döyüşdən sonra İşşorsk rayonunda faşistlərin müdafiə 
xətti yarılıb, Novo-Lednev və Kapustino yaşayış məntəqələri azad edilib. 
Xalqımızın igid oğullarından ibarət olan bu diviziya dekabrın altısında 
inamla vuruşaraq düşmənin möhkəmləndirilmiş daha bir atəş nöqtəsini məhv edib. 
Hücumu müvəffəqiyyətlə genişləndirən polkovnik Tərlan bəy Əlyarbəyov həmişə 
ön cəbhədə olub, döyüşçülərdə qələbəyə sarsılmaz inam yaradıb. 
Qırx dördüncü ordunun tərkibində olan bu diviziya 1942-ci ilin qışında 
Şimali Qafqazda 350 kilometrlik döyüş yolu keçərək, onlarla şəhər və  kəndi 
düşməndən azad edib. Dəfələrlə ordu komandanlığının təşəkkürünə layiq görülüb. 


Sonralar 79-cu, 88-ci alaylara, 402-ci atıcı diviziyaya başçılıq edən və 58-ci 
korpusun komandir müavini kimi məsul vəzifələrdə çalışan Tərlan bəy Əlyarbəyov 
özünün komandirlik bacarığını parlaq şəkildə nümayiş etdirib. O, xidmət etdiyi 
bütün hərbi hissələrdə böyük nüfuza və hörmətə malik olub. 
Müharibə illərində  Tərlan bəy  Əlyarbəyov döyüş xidmətlərini yüksək 
qiymətləndirən komandanlıq 1944-cü il fevralın doqquzunda ona general-mayor 
rütbəsini vermişdir.  
Peşəkar hərbçi, igid general Tərlan bəy  Əlyarbəyov 1892-ci il noyabrın 
iyirmi səkkizində  qədim  Şamaxıda anadan olmuşdur.  Əsl mənada eli, obası  və 
doğma xalqı üçün əvəzsiz xidmətlər göstərən Tərlan bəy Əlyarbəyovun yetişdirdiyi 
milli hərbi kadrlar respublikada böyük nüfuza malikdirlər. 
Müharibənin ağır sınaqlarında həqiqi sərkərdə  şöhrəti qazanan general 
Tərlan bəy  Əlyarbəyovun sinəsini Lenin ordeni, Qırmızı Bayraq, Qırmızı Ulduz 
ordenləri və çoxlu medallar bəzəyirdi. 
1956-cı il fevralın on beşində  vəfat edən general-mayor Tərlan bəy 
Əlyarbəyovun adına dünyaya gəldiyi Şamaxıda və Bakıda abad küçələr qoyulub. 
 
 
Polkovnik Əbülfət ağa Şaxtaxtinski 
 
1896-cı fevralın 26-da 77-ci Tengin süvari alayında xidmət edən Əbülfət ağa 
Nəcəf oğlu  Şaxtaxtinski podpolkovnik rütbəsi alıb.  Əbülfət ağa 1858-ci ilin 
oktyabr ayında  Şərür-Dərələyəz qəzasının  Şahtaxtı  kəndində zadəgan ailəsində 
anadan olmuşdur. Onun nufuzlu nəsli Azərbaycan tarixinə  Məhəmməd ağa, 
Behbud ağa,  İsasultan ağa, Həmid ağa  Şaxtaxtinski kimi görkəmli  şəxsiyyətlər 
bəxş edib. 
İlk təhsilini Tiflis realnı  məktəbində alan Əbülfət ağa  Şaxtaxtinski 1877-ci 
ildə Peterburq Texnologiya Universitetinə daxil olub. Tələbə yoldaşı, ilk marksist 
Q.V.Plexanovla birgə tələbələri qadağan olunmuş yığıncaqlara təhrik etdiyinə görə 
bir il sonra - dekabr ayında universitetdən xaric edilib. Mənzilində aparılan axtarış 
zamanı  məlum olub ki, Əbülfət ağa həm də Moskva və Peterburqda təhsil alan 
qafqazlı tələbələrin “İmdadiyyə” adlı gizli təşkilatın üzvüdür. O, Moskvada təhsil 
alan həmyerlisi Nəcəf bəy Vəzirova məktubunda yazırdı ki, qaranlıq və cəhalətdən 
qurtarmaq üçün laxlamış imperiya zülmünü kökündən kəsmək, məhv etmək 
lazımdır. “İmdadiyə”nin nizamnaməsini aldım. Yaxınlaşan yay “İmdadiyə”nin əsas 
müddəalarının müzakirəsini təxirəsalınmaz vəzifəmizə çevirir. Müzakirə ona görə 
lazimdır ki, biz ölkənin müxtəlif yerlərinə yollanarkən bir məqsəd uğrunda hərəkət 
edə bilək biz öz məqsədimizə nail olmaq üçün bütün vasitələri nəzərdən 
keçirməliyik. Həmin məqsəd kifayət qədər aydın və  dəqiq  şəkildə 
müəyyənləşdirilməlidir. Məqsədimiz sakitliyimizi pozan vicdan əzabının burjua 
rahatlığı naminə  dəf edilməsi deyil. Məqsədimiz pisliyin kökünü yerli-dibli 
kəsmək üçün mümkün qədər çox işlək  əl hazırlamaqdır. Biz vasitə  və  vəsait 
axtarırıq, deməli onda işçi  əllər, ağırlığı öz üzərinə götürən qüvvələr tərbiyə 
etməliyik. Biz tərəqqipərvər adamlar kimi nəzərlərimizi yalnız cəmiyyətin aşağı 
təbəqələrinə yönəltməliyik.”  Ələ keçən məktubdan sonra Əbülfət ağa 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə