Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   60   61   62   63   64   65   66   67   ...   97

Şahtaxtinskinin üzərində gizli polis nəzarəti qoyulmuşdu. Ekstren yolla Lazarev 
adına  Şərq dilləri institutuna daxil olmuş  Əbülfət ağa oranı bitirdikdən sonra 
Rusiyada ona nə diplom, nə  iş verilməmişdi. O, Almaniyaya getmiş, Heydelberq 
Universitetində diplom işi müdaflə edərək bakalavr dərəcəsi almışdı. 
Demokratik baxışlarına və monarxiyaya qarşı  çıxişlarına görə Rusiyaya 
qayıdan Əbülfət ağa Şaxtaxtinskini heç bir qulluğa götürməmişdilər. 
1880-ci ildə iyirmi iki yaşlı Əbülfət ağa Şaxtaxtinski Peterburqdakı yunker 
məktəbinə daxil olub, qısa müddətdə oranı fərqlənmə diplomu ilə bitirib. 
Bir il sonra, avqust ayının səkkizində zabit rütbəsində yetmiş yeddinci 
Tengin süvari alayında xidmətə başlayan Əbülfət ağa Şaxtaxtinski qısa müddətdə 
divizion komandiri təyin olunub. 
Hazırda Tiflis arxivində saxlanan podpolkovnik Əbülfət ağanın 1904-cü ilə 
məxsus  şəxsi hərbi kitabçasında göstərilir ki, əla xidmətinə görə o, 1892-ci ildə 
Müqqədəs Stanislav ordeninin üçüncü dərəcəsilə, 1900-ci ildə isə Müqəddəs Anna 
ordeninin üçüncü dərəcəsilə təltif olunmuşdur. 
Sənədlərdən məlum olur ki, podpolkovnik Əbülfət ağa Şahtaxtinski bir sıra 
şərq dillərilə yanaşı, alman, fransız və ingilis dilini də mükəmməl bilirmiş. Ona 
görə  də  İsveçrə ordusunun manevrlərinə müşahidəçi kimi ezam olunmuşdur. 
Həmin ili nizami ordudakı xidmətlərinə görə  Əbülfət ağaya polkovnik rütbəsi 
verilib. 
Polkovnik  Əbülfət ağa  Şaxtaxtinskinin  şəxsi işinin təltifat “qrafasında” 
aldığı xarici ölkə orden-medallarının da sayı göstərilir. O, İranın “Şire-Xorşid” 
ordeninin dördüncü dərəcəsilə (1889-cu il), Buxara Omirtinin ikinci dərəcəli 
“Ucalan ulduz” qızıl medalı ilə (1899-cu il), yenə  İranın üçüncü dərəcəli “Şire-
Xorşid” ordenilə (1900-ci il) və “Fransa-Sudan xilasetmə  cəmiyyəti”nin Yuxarı 
Reyn şəhərinin qızıl medalı ilə (1903-cü il) təltif olunub. 
1904-05-ci illərdə rus-yapon müharibəsində  iştirak edən  Əbülfət ağa 
Şaxtaxtinski batalyon komandiri kimi məsul vəzifədə xidməti borcunu ləyaqətlə 
yerinə yetirib. 
Əslzadə  nəslindən olan polkovnik Əbülfət ağa istər  ədəbi, istərsə  də 
maarifçüik sahəsində xalqımız üçün təmənnasız xidmətlər göstərib. O, Volfanq 
Hötenin “Gənc Verterin iztirabları” əsərini almancadan Azərbaycan dilinə tərcümə 
edib.    
Port-Artur döyüşlərindən sonra polkovnik Əbülfət ağa  Şaxtaxtinskinin 
komandir olduğu 202-ci Qori süvari alayı Qori şəhərində yerləşirdi. 1911-ci ilin 
yayında vətəninə növbəti məzuniyyətə  gələn polkovnik Əbülfət ağa iki 
azərbaycanlı gəncin təhsil alması üçün xeyirxahlıq göstərib. Mərhum yazıçımız Əli 
Səbri “Mühitim... təhsil illərim” xatirə qeydlərində yazır: 
“Bir təsadüf mənim taleyimi əbədi həll etdi. O zaman polkovnik Əbülfət 
ağanın komandir olduğu alay Gürcüstanın Qori şəhərində yerləşirdi.  Əbülfət ağa 
Naxçıvana məzuniyyətə  gəlmişdi. Məzuniyyət müddəti bitdikdən sonra o öz 
qohumu, mənimsə  məktəb yoldaşım Xəlil ağa Hacılarovu özü ilə Qoriyə - 
Zaqafqaziya müəllimlər seminariyasına aparmışdı. Mən məramımı heç kəsə 
bildirmədən qohum-qardaşdan pul yığmağa başladım. Xəlil ağa Qoriyə gedən 
günün səhərisi mən də onun ardınca yolllandım. Sənədlərimi də özümlə 


götürınüşdüm. Böyük bir çətinliklə Qoriyə  gəlib çatdım. Seminariyanın həyətinə 
gələndə  Xəlili və polkovnik Əbülfət ağanı orada gördüm. Əbülfət ağanın 
təəccübdən nitqi qurudu, bir az fikrə gedib sənədlərimi aldı. Birlikdə seminariya 
direktorunun yanına getdik Sabahı günü lövhədə - imtahan verəcək cavanların 
adları siyahısında öz adımı görüb sevindim. 
Imtahanlar başlandı. Əynimdə zolaqlı paltar içəri girdim. Birinci imtahandan 
sonra direktor polkovnik Əbülfət ağaya dedi: 
 Etot polosatıy malçişka budet prinyat... (Əli Səbri “Ömürdən yarpaq düşür” 
kitabı, 1983-cü il, səh. 129, 130-da). 
Xalqımızın görkəmli ziyalısı, polkovnik Əbülfət ağa Şahtaxtinski 1913-cü il 
martın 13-də Kutaisi şəhərində vəfat edib. Doğma kəndi Şahtaxtıda dəfn edilib. O, 
XIX  əsrin görkəmli jurnalisti İsasultan Şaxtaxtinskinin (1851-1894) kiçik qardaşı 
idi. 
 
*       *       * 
 
1918-ci ildə fevralın 22-də Zaqatala dairəsinin  camaatı adından Həmzət bəy 
Xəlilov Zaqafqaziya komissarlığında çıxış edib. Natiq bildirib ki, onun yenicə 
yaratdığı Ləzgi süvari alayı Gürcüstan ordusuna yox, general Əliağa Şıxlinskinin 
Müsəlman korpusu heyətinin sıralarına daxil olacaqdır. Lakin nə gürcülər, nə  də 
ermənilər Həmzət bəyin yaratdığı süvari alayını Tiflisdən çıxarılmasına razılıq 
vermək istəmədilər. Ona görə ki, Tiflisdə yaşayan ermənilər şaiyə yaymışdılar ki, 
yeni yaranan Ləzgi süvari alayı Müsəlman korpusu ilə birləşib Laqodexi-Balakən 
ərazisində yaşayan gürcüləri qıracaqlar. Ermənilərin fitvası ilə Snoris-Sxali 
stansiyasında bir qrup gürcü ziyalısı və səkkizinci gürcü alayı Ləzgi süvari alayının 
qabağını  kəsib. Həmzət bəy Xəlilov yazır ki, mənim  şəxsi nüfuzumun hesabına 
gürcü ziyalıları qarşıdurmaya yol vermədilər. Alayı sağ-salamat Laqodexi çölünə 
gətirib, orada yerləşdirdik. 
Alaya  şahzadə polkovnik Xosrov Mirzə Qacar komandir təyin olundu. 
Sonralar Zaqatala alayı adını daşıyan bu hərbi birləşmə Azərbaycan ordusunun 
sıralarında Qarabağda daşnaklara, Bakıda və başqa  ərazilərimizdə bolşeviklərə 
qarşı döyüşlərdə qəhrəmanlıqla vuruşdu. 
Həmzət bəy Xəlilov (1860-1930) tanınmış mədəniyyət xadimi, 30 ilə yaxın 
Üzeyir bəy Hacıbəyovun ev muzeyinin direktoru, professor mərhum Ramazan 
Xəlilovun (1901-1999) atası idi. 
Podpolkovnik Xasay xan Usmiyev Mehdiqulu xan Xasay xan oğlu Usmiyev 
1895-ci il fevralın 26-da podpolkovnik rütbəsi alıb. O, məşhur  şairə Xurşudbanu 
Natəvanın böyük oğludur.  1855-ci ildə  Şuşada anadan olub. 1874-cü ildə 
Peterburqdakı zadəgan balalarına məxsus Paj hərbi korpusunda təhsil alıb. Rus-
türk müharibəsi - (1877-78) illərində Dunay ordusunun sıralarında süvari alayının 
komandiri olmuşdur. Onun ötən il Gürcüstan Dövlət Mərkəzi arxivindən  əldə 
etdiyimiz fotoşəklinin altında da “1877-ci il, Dunay” yazılıb.  İki il cəbhələrdə 
böyük igidlik və şücaət göstərdiyinə görə knyaz Mehdiqulu xan Usmiyev dörd dəfə 
ordenlə təltif olunub. O, Müqəddəs Anna ordeninin dördüncü dərəcəsinə (igidliyə 
görə), üçüncü dərəcəli müqəddəs Stanislav (qılınc və bantla birgə), üçüncü dərəcəli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə