Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   61   62   63   64   65   66   67   68   ...   97

Müqəddəs Anna (qılınc və bantla birgə) və müqəddəs Vladimir ordeninin 
dördüncü dərəcəsinə layiq görülüb. Əlbəttə, qısa müddətdə belə yüksək kavaler 
ordenlərinə qeyri-adi igidlik göstərmiş zabitlər təltif olunurdu. Şübhəsiz ki, knyaz 
Mehdiqulu xana bu igidlik irsən keçmədi. Axı, onun atası general-mayor Xasay 
xan Usmiyev (1808-1866) idi! Ötən  əsrin məşhur tədqiqatçıları  Firudin bəy 
Köçərli, Mir Möhsün Nəvvab, Məhəmmədağa Müctəhidzadə və başqaları iftixarla 
yazırlar ki, cənab knyaz Mehdiqulu xan alicah knyaz Xasay oğludur. O, əlahəzrət 
qüdrətli Çingiz xanın nəslindəndir. 
Qafqaz  Əlahiddə ordusunun süvari qoşunlarında xidmət edən knyaz-
podpolkovnik Mehdiqulu xan Usmiyev ordudakı əla qulluğuna görə sonrakı illərdə 
də təltif olunub. O, 1887-ci ildə müqəddəs Stanislav ordeninin ikinci, 1891-ci ildə 
Müqəddəs Anna ordeninin ikinci dərəcəsini və 1881-ci ildə  İranın “Şire-Xorşid” 
ordeninin üçüncü dərəcəsini ala bilib. 
Klassik üslubda Vəfa təxəllüsü ilə Azərbaycan və fars dillərində şerlər yazan 
knyaz-podpolkovnik Mehdiqulu xan Usmiyev 1900-ci il sentyaberın 5-də Tiflisdə 
Mixaylovski küçəsindəki yüz qırx səkkiz saylı mülkündə  vəfat edib. Öz 
vəsiyyətinə görə Ağdamdakı İmarətdə ata-babalarının yanında dəfn olunub. 
Haqqında nekroloq verən “Kaspi” qəzeti (1900-ci il, № 200) yazırdı: “Nadir 
şərq kitablarını  yığmaq və oxumaq onun ən sevimli məsğuliyyəti olmuşdu. Bu 
kitabları toplamaq xatirinə knyaz Mehdiqulu xan heç bir vəsait əsirgəməzdi. Onun 
şəxsi kitabxanasındakı ədəbiyyat az-az yerlərdə taplardı”. 
Knyaz Mehdiqulu xanın müasiri, məşhur alim Mir Möhsün Nəvvab yazır ki, 
biçarə knyaz Məhdiqulu xan son illər  Şuşaya tez-tez gələrdi. Hər dəfə  də 
zəmanənin hərc-mərcliyini görüb əsəblik cəhətindən aşağıdakı fərdləri deyərdi: 
 
Abad olan vətən axır xərab olub,  
Bu dəşti-zülmdə min lalələr solub.  
Dünyada məhv olub namünişanımız,  
Yoxdur bu möhnətdə tabü-təvanımız.  
Axır nə vaxtadək bu hala səbr edək,  
Bunca sitəm görək, belə cəfa çəkək?  
İcma edin, bu gün dərdə dəva edək,  
Dinü-təriqətə canlar nisar edək. 
 
Bəzi müasir yazarlarımız Mehdiqulu xan Usmiyevin general rütbəsi aldığını 
qeyd edirlər. Lakin nə Tiflis, nə  də Bakı arxivlərində Mehdiqulu xanın general 
olması haqqında sənədə rast gəlmədik. Bütün sənədlərə onun son rütbəsi 
podpolkovnik göstərilir. Şübhəsiz ki, tədqiqatçılar onu atası general-mayor Xasay 
xan Usmiyevlə səhv salırlar. 
Nizami Gəncəvi adına Azərbaycan  Ədəbiyyatı muzeyinin elmi fondunda 
Mehdiquluxan Usmiyevin 1877-ci ildə Dunay cəbhəsindən ailəsinə yazdığı 
məktubları saxlanılır. Onların imlasına toxunmadan təqdim edirik: 
 
Birinci məktub: 


Bu gün ki, ibarət olsun aprelin 12-si padişah cəmi qoşunu bir yerə cəm edib davanı 
elan etdi və bu gün axşamadək hər tərəfdən  qoşun hərəkət edir. Amma biz, yəni 
Nikolay Nikolayıçin hüzurunda onlar hənuz padşah Peterburqa gedənədək 
Kişinyovda olarıq, ondan sonra biz həm hərəkət edirik. Amma hansı tərəfə hərəkət 
olmağın yazmağa məzun degiləm.  İnşallah, mümkün olduqca hər məkandan təbl 
irsal olar. Xatircəm olun mənim üçün çəndən düşvar əmir yoxdur. Ağabikədən və 
Bilqeyisdən soruş ki, mənim şəklimi tanıyırlarmı! 
Mehdiquluxan,  
q. Kişinyov, 
12 aprel 1877q. 
 

*        * 
 
İkinci məktub: 
Keçib Bulayeşt şəhərinə ki, Ruminiyanın şəhərlərindəndir varid olduq. Kim 
bilərdi ki, mənim bu səfərim bu növ bəndülhəd olar. Bu gün beş gün izafədir ki, 
qələdən
14
 çıxıb müsafirət əzmin etmişəm. Bu əmr, o növ asan dəgilmiş ki, təsəvvür 
olurdu.  Əlxüsus davanın ittifaqı  məni çox müqəyyəd etdi. Xülasə qeydi nəkər-
dəyəm ki, moyəssər şəvəd... Ağbikə və Bilqeyis mənim şəklimi görəndə yəqin bir 
şeyi zehinlərinə gəlmir ki çünki ki əslin bəndül-həd qeybəti surəti zehindən zayil 
edir. Əlhəmdülillah hər növ salamatlıq və asudə xatırlıq vüsuldur. Nigranlıq həmin 
sizlər tərə-fmdəndir. Kağız yazmaqda kütahlıq olmasın, mənə  gələn kağızları 
zakaznoy edin və əgər fırəng dilini bilən olsa ünvanı firəngcə yazdırın. 
 
Mehdiquluxan, 
12 may. 
 

*      * 
 
Üçüncü məktub: 
Bu haladək səndən kağız vüsul olmayıb,  əgərçi til rəf e nigaranlıq etdi. 
Amma təfsilən bilmirəm ki, necəsən və uşaqlar necədirlər. Velikiy Knyaz Xaç suya 
düşən zamanda inşallah məni məzun edər və mən qələyə azim olaram. Hər vəqt və 
hər poçt ilə kağuz yazıb  əhvalatdan müxəbbir et. Zəhranı  və  Ağabikəni, Rüstəm 
bəyi əhval pürsan ol. Bu kağız vüsal olan kimi cəvab yaz. Çünki çox nigaranam. 
Vəssalam. 
Mehdiquluxan. 
 

*       * 
 
Dördüncü məktub: 
Bu şəhərdə varid ola... 
                                                 
14
 Şuşa şəhəri nəzərdə tutulur. –  Ş. N. 


Ona-bəna bunca gəlməyə ektifa edüb əhval-pürsan pərişanlıq cəndan 
yoxdur. Bir müddət Odessada olarıq, sonra sərhədə  əzm olar onlar sonra nə olar 
bilmirəm. Oraya kağız təxir ilə çatır. Ancaq salamatlıq olsa kafıdir. Ağabikəni, 
Bilqeyisi, Əzizəni didə busə ol. 
Bu kağıza cavab göndər. Vəssalam. Əmanə xanım kağızı burada bənə vüsul 
oldu. 
 
Mehdiquluxan, 
17 fevral. 
 

*      * 
 
Şahnəzərov oraya varid olub, sənə irsal olan şeyləri yetirınəkdən xəbər yaz 
və Əkbərə corab anamın və bacımın xoşuna gəlsə yazın irsal olsun. 
 
Mehdiquluxan. 
 

*      * 
 
Beşinci məktub: 
Ruhum bu gün sübh vaxtı  Ağstafaya varid oldum. Yollar nəhayət 
xarabdırlar. Amma bir vaqiə ariz olmayıb hər cəhətdə salamatlıq hasildir. 
Uşaqlardan çox nigaranəm. Bu səfər uşaqları, ələlxüsus Ağabikəni müfariqəti çox 
müəssirdir. 
Xasayı,  Ədil xanı,  Əzizəni didə bus ol. Amma Ağabikənin sənə  dəxli 
yoxdur. Vəssalam. 
Mehdiquluxan. 
 

*      * 
 
Qubernator ilə Ərzi rahda mülaqat oldu. Müşarəleyh Gəncəyə azimdir. 
 
Mehdiquluxan. 
 
Qvardiya polkovniki şahzadə Xanbaba xan Qacar 1899-cu il fevralın 26-da 
podpolkovnik rütbəsi alıb. 1877-78-ci illərdə rus-türk müharibəsinin fəal iştirakçısı 
şahzadə Xanbaba xan Qacar qırx beşinci  Şimal-draqun alayının komandiri kimi 
döyüş qabiliyyətinə görə müqəddəs Stanislav ordeninin ikinci və üçüncü dərəcəsi 
ilə (qılınc və bantla birgə), Müqəddəs anna ordeninin üçüncü dərəcəsilə  və 
müqəddəs Vladimir ordeninin dördüncü dərəcəsi ilə təltif olub. O, 1907-ci ilin may 
ayında polkovnik rütbəsi alıb. 
İmperatorun yüksək dərəcəli  əmrinə  əsasən polkovnik Xanbaba xan və 
böyük qardaşı general-mayor Rzaqulu Mirzə Qacar Əlahəzrət titulunu daşlyır, 
üstəlik də şahzadə nəslindən olduğuna görə ildə altı yüz manat təminat alırdılar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə