Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   65   66   67   68   69   70   71   72   ...   97

 
Səhifə 643-də (18-31dekabr): 
 
“Kimsə döyüş meydanından belə bir xəbər gətirdi ki, bu gün general Fokla 
polkovnik Mehmandarovun arasında ciddi mübahisə olub. Fok sübut etməyə 
çalışırdı ki, qala artıq dözməyəcək; Mehmandarov isə sübut edirdi ki, ayrı-ayrı 
istehkamların məhvi hələ qalanın sonu çatdığına sübut deyil, çünki müdafiənin 
ikinci xəttindən də müqavimət göstərınək olar.  
Döyüş meydanında isə  tək-tək atırdılar. Qaranlıqdır. Üçüncü fort 
istiqamətində, bəzən də qayalıqdan qırmızı  fənərlər görünürdü. Deyirlər ki, 
bufənərlər bizim sanitarlara sarğı məntəqəsini nişan verir. 
Bərk yorğunluq hiss edirəm, ona görə də indi uzanıb yatacağam”. 
 
Səhifə 690-da (23 dekabr-5 yanvar): 
 
“S. mənə xəbər verdi ki, dünən yapon artilleriyasının rəisi qərargahı ilə birgə 
qalaya gəlmişdi və qalanın sağ cinahının artilleriya rəisini, polkovnik 
Mehmandarovu (mühasirə zamanı general-mayor olmuşdu)
15
” axtarırdı. Səməd 
bəy Mehmandarov faktiki olaraq avqust ayının ortalarında bütün artilleriyaya 
rəhbərlik edirdi. 
Görüş zamanı o belə bir söz işlətdi: “Hörmətli qonaqlar yəqin səhv salıblar. 
Onlar çox güman ki, qala artilleriyasının rəisi, general Belını görmək istəyirlər. 
Lakin qonaqlar cavab verdilər ki, məhz mübarizə aparmaqda böyük əziyyət 
çəkdikləri özlərinə möhtərəm rəqib sandıqları adamla Mehmandarovla tanış olmaq 
onlar üçün çox maraqlıdır. Onlar general Mehmandarovun şəninə çoxlu tərifli 
sözlər, komplimentlər dedilər; etiraf etdilər ki, Port-Artur yaxınlığında yapon 
artilleriyasının verdiyi itki olduqca çoxdur. Iyirmi bes minə kimi adam tələf olub, 
çoxlu yapon silahı məhv edilib, həmçinin Port-Arturda mərmilərin çatışmamazlığı 
onların məsələsini yüngülləşdirib. 
General Mehmandarov əsirliyə yola düşdü...O, vicdanına and içib “evə” 
gedənlərin ən qəddar düşməni olacağanın bildirdi. 
Gündüz saat on ikidir. Yaralıların yanında idim. Hər yerdə eyni söz-söhbət - 
qalanın təhvil verilməsindən və əsirlikdən gedirdi”. 
 
Səhifə 752-də (3-16 yanvar): 
 
“Hakimiyyətm  ələ keçirilməsi” haqqında müxtəlif fikirlər söylənirdi. 
Məsələn: həmişə döyüş mövqelərinin sağ cinahında olan F. və Ş. qeyd etdilər ki, 
guya mövqelərdə necə olubsa, onların yanında polkovnik (indi general) 
Mehmandarov da söhbət  əsnasında bu mövzu haqda öz fikrini bildirınişdi: - 
“Hakimiyyəti ələ keçirmək” nə deməkdir? Mən bunu başa düşmürəm! Əgər mən 
                                                 
15
 Port-Artur döyüşlərində xidmətlərinə görə Səməd bəy Mehmandarova 1904-cü oktyabrın 22-də general-mayor 
rütbəsi verilmişdir. –  Ş. N. 


komendant olsaydım və  vəzifəmin öhdəsindən az da olsa gələ bilsəydim, mənim 
qanuni hakimiyyətimi görüm əlimdən kim ala bilərdi?!... Əgər elə adam tapüsaydı 
mən deyərdim:  Əlahəzrət, nə  qədər ki, kimin əsil komendant olduğunu ayırd 
etməmişik, bu verdən heç yana tərpənən deyilik... Bu ilin sonu nə  qədər axmaq 
nəticələr versəydi belə, məni bu yolda niyyətimdən heç bir şey döndərə bilməzdi”. 
Həmişə ön cəbhədə olan Səməd bəy Mehmandarovun Port-Artur 
döyüşlərində xüsusi xidmətləri olmuşdur. Yaxşı ki, onun müasiri olan jurnalistlər 
Səməd bəyin döyüş fəaliyyətini qələmə almışlar. 
Jurnalist E. K. Nojin Port-Arturda çıxan “Novıy kray” qəzetinin xüsusi 
müxbiri olmuşdur. Odlu cəbhələri gəzən jurnalist maraqlı gündəliklər müəllifıdir. 
Qeydlərindən aydın olur ki, o, general eloğlumuz Səməd bəy Mehmandarovla 
həmişə ön xətdə görüşərıniş. Rus jumalisti azərbaycanlı sərkərdənin vətəni Qafqaz 
üçün darıxmasının da şahidi olub: 
“...Blindaja girdim. General Nadein həmişəki kimi sakitdir. Onun qərargah 
rəisi Stepanov yorğundur. Burda bir neçə zabit var. Polkovnik Mehmandarov da 
burdadır. Biz həmişəki kimi çox səmimi görüşdük. Mehmandarov heyranlıqla 
vətəni Qafqazı yad edirdi: 
- Qafqaz çox yaxşıdır, çox gözəldir! deyirdı. Təbiət hər  şeyin keyfiyyətinə 
zəmanət verərək ona öz möhrünü vurmuşdur. Amma bədbəxtlik ondadır ki, bəzən 
daş lazım olan yerdə bir dənə  də daş tapmazsan, lazım olmayan yerdə isə sayı-
hesabı yoxdur. Su lazım olan yerdə bir damla da su olmur, ehtiyac olmayan yerdə 
dərya qədərdir. - Ani olaraq dayanan Mehmandarov sözünə davam etdi: Bəs islam? 
Yaxşı  nə varsa onu sonrakı  həyatın verəcəyini vəd edir. Hər  şey çox yaxşıdır, 
amma bizə cənnətdə yeddi mələk boyun olublar, yeddisinin də gözü girdə, Sizcə 
bu nə olan işdir? Peşimançılıq deyilmi? Bilirsinizmi, mən indi heç nə istəmirəm nə 
cənnəti, nə də mələkləri. Mən yalnız bir azca istirahət istəyirəm. 
Ətrafda hər yanda mərmilər partlayırdı. Onların ikisi blindajnı tavanına 
düşdü. Zabitlər qorxu hissi ilə ayağa durdular. İgid polkovnik Mehmandarov isə 
heç tövrünü belə pozmadı. Onun iri, ağıllı gözlərində zərrəcə qorxu hissi yox idi”. 
Səməd bəy Mehmandarovun ən təhlükəli döyüşdə belə özünü itirmədiyinin 
şahidi olan Əliağa  Şıxlinski yazır ki, oktyabrın on dördündə qala topa tutulan 
zaman Səməd bəy Mehmandarov mənim mövqeyimə  gəldi. Həmin mövqe 
yaponlar tərəfindən on bir düyməli topdan, otuz yeddi millimetrlik xırda dəniz 
topuna qədər müxtəlif toplarla atəşə tutulmuşdur. Həm də, bu mövqe yaponların 
tüfəng və pulemyot atəşi altında idi. Bu zaman Mehmandarovun yaxınlığında altı 
düyməlik mərmi partladı və yerdən qalxan qara palçıq onun üstünü buladı, amma 
yaralanmadı. 
Mehmandarov buna əsla  əhəmiyyət verməyərək, böyük bir soyuqqanlıqla 
cibindən ağ  dəsmalını  çıxarıb, gözəl təzə paltosunun üzərinə  sıçrayan palçığı 
silməyə başladı. 
 
*        *        * 
 
Dekabrın ilk günlərində yaponlar qalaya iki ağır zərbə vurdular. Rusların 
inadlı müqavimətinə baxmayaraq, onlar qalanın bir neçə mühüm fortlarını tutdular. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə