xoşbəxt ailə quran gəncləri imperator Üçüncü Aleksandrın ədalətsiz
qanunu
çıxılmaz vəziyyətdə qoymuşdu. Çarın qanununda deyilirdi ki, müsəlmanın rus
qızına evlənməyi qəti qadağan olunur. Əks təqdirdə müsəlman oğlanı rus qızına
evlənərsə, o, mütləq öz islam dinindən çıxıb, xristianlığı qəbul etmirsə, valideynlik
hüququndan məhrum olunur. Vəziyyətdən çıxış yolu axtaran İbrahim ağa Vəkilov
imperator III Aleksandrın müqqəddəs sinoduna, yəni ruhanilər məclisinin
oberkuryerinə - məşhur Pobedonosevə müraciət etməli olur. O,
xahiş edir ki,
xristian dinini qəbul etməyi ona məcbur etməsinlər və kəbini qanuniləşdirsinlər.
Çarın sadiq nökəri Pobedonosev qəti etirazını bildirir, hətta onun üzərinə hücum
edib təqsirləndirərək deyir ki, siz rus qızı ilə kəbin kəsdirınəyi heç xəyalınıza bələ
gətirməyin. Biz sizdən uşaqları belə alacağıq, sizin onlara atalıq etməyə hüququnuz
yoxdur.
Nəhayət, 1891-ci ildə bu gənc ailənin bəxt ulduzu doğdu. Tale sanki özü
onların xoşbəxtliyini himayəçiliyinə götürdü. Həmin ili kapitan İbrahim ağa
Vəkilov çarın xüsusi əmri ilə ən yaxşı topoqrafiya mütəxəssisi kimi Türkiyəyə
ezam olundu.
İki il sonra 1893-cü ildə İbrahim ağa ilə Yelenaya Bolqarıstanlı keşiş Georgi
Misarov qanuni kəbin kəsdi.
Bu vaxt ər otuz doqquz, arvad isə otuz iki yaşında idi.
Artıq onun ailəsi də böyümüşdü: ailənin böyük oğlu Faris bəyin yeddi, kiçik oğlu
Qalib bəyin isə altı yaşı vardı.
General İbrahim ağa Vəkilov böyük şairimiz Səməd Vurğunun əmisi
oğludur. Şairin qardaşı Mehdixan Vəkilov “Mənim qardaşım” xatirə povestində
yazır:
“Səməd Vurğunun general İbrahim ağa ilə axırıncı söhbəti (general
I.Vəkilov 1934-cu iliyunun 2-də vəfat edib - Ş.N.) onun arvadı Yelena
Yefimovnanın öz oğlanlarının islam dinini qəbul etmələrinin mümkünlüyü barədə
L.N.Tolstoydan məsləhət istəməsi haqqında göndərdiyi məktub və aldığı cavab
ətrafinda olmuşdur”.
LEV TOLSTOYA MƏKTUB
Qəlbimizdə allahın nuru vardır.
onun da adı vicdandır.
Lev Tolstoy.
Aradan altı il keçdi. Ancaq nə İbrabim ağanın
ata ürəyi sakit olur, nə də
Yelena Yefimovnanın ana qəlbinin narahat döyüntüləri kəsilirdi. Onların
intizaırının əsas səbəbi oğlanlarının hansı dinə qulluq etmələri idi. Tale onlara
üçüncü övlad da bəxş etmişdi. Reyhanın artıq on üç yaşı vardı. Hara gedib, kimdən
ağıllı bir məsləhət almalı? Rəsmi dövlət idarələri və din xadimləri çıxılmaz
vəziyyətdə qalan ailəyə bu barədə kömək edə bilmirdilər.
Generalın Peterburq Texnologiya İnstitunda təhsil alan böyük oğlu Borisi,
Moskvadakı Alekseyev hərbi məktəbində oxuyan Qlebi də bir sual düşündürürdü:
Mən kiməm, hansı millətə məxsusam? Bu izahedilməz sual qarşısında
qalan hər iki
qardaş tez-tez ana-ataya müraciət edirdilər.
Faris bəy Vəkilovun söhbətmdən:
- Mənim on doqquz yaşım tamam oldu. Dərs məşğələləri ilə bərabər
Məhəmmədin dininə keçmək fikri də məni tərk etmirdi. 1904-05-ci illərdəki şərait
bu niyyətimin həyata keçməsinə kömək etməli idi. Bəd niyyətli rus-yapon
müharibəsi, xalq kütlələri arasındakı inqilabi əhvali-ruhiyyə çar hökumətini bəzi
liberal qərarlar verməyə məcbur etdi.
1904-cü ildə “Din azadlağı haqqında manifest” nəşr olundu. Orada hər hansı
bir səbəbdən ata-baba dinindən dönmüşlərə yenidən o dinə qayıtmalarına icazə
verilirdi. Adama elə gəlirdi ki, müvafiq ərizə vermək
kifayətdir ki, bununla da
məsələ həll olunsun. Təcrübəli adamlar, o cümlədən mənim valideynlərim
Peterburqa gəlişimin birinci ilində pravoslav dininin müdafiəçilərinin bilavasitə
yaxınlığında bu məsələni qaldırmağı məsləhət görmədilər. Anamın Lev Tolstoya
məktubunda da ehtiyat öz əksini tapmışdı.
Xoşagəlməz hadisələrdən yaxa
qurtarmaq məqsədilə mənim niyyətimin həyata keçirilməsini bir qədər ləngitməli
olduq.
Ata - İbrahim ağa Vəkilov və ana - Yelena Yefimovna belə qərara gəldilər
ki, müdrik yazıçı Lev Tolstoydan başqa heç kəs bu ciddi ailə məsələsinə ağıllı
cavab verə bilməz. Ona görə də 1909-cü il martın 2-də Tiflisdən Yelena Vəkilova
yazırdı:
“Bizim dərin istəkli müəllimimiz
Lev Nikolayeviç!
Öz məktubumla
Sizi narahat etdiyimə görə, Sizin qarşınızda üzrxahlıq üçün
söz tapa bilmirəm. Bilirəm ki, mənim kimi Sizdən məsləhət almaq istəyənlər
çoxdur, bütün bunlara baxmayaraq mən də sizə müraciət edirəm. Çünki həyat
mənim qarşımda gücüm çatmaz bir məsələ qoymuşdur.
Mən çalışacam ki, istədiyimi qısaca izah edim. Mənim əlli yaşım var, üç
uşaq anasıyam, ərim müsəlmandır, ancaq kəbinimiz qanunidir. Uşaqlarımız
Pravoslav (xristian) dininə etiqad edirlər. Qızım on üç yaşındadır. Oğlanlarımdan
birinin iyirmi üç yaşı var. O, Peterburq Texnologiya İnstitutunun tələbəsidir. O
birinin iyirmi iki yaşı var. Moskvadakı Alekseyev Hərbi Məktəbinin yunkeridir.
Bax, bu oğullarım atalarının dini etiqaınıa, daha doğrusu, müsəlmanlığa keçmək
üçün məndən icazə istəyirlər. Mən nə etməliyəm?
Mən bilirəm ki, indi bu,
mümkündür və həmçinin bizdə yaşayan yadellilərə pis münasibəti də bilirəm.
Onlarda bu fikrin oyanmasına səbəb xırda həyati məsələlər deyil: nə maddi
təminat, nə də mənsəbpərəstlik onları bu işə təhrik edir. Ancaq qaranlıqda qalan
tatar (Azərbaycan - Ş.N.) xalqına kömək etmək məqsədini güdürlər. Xalqla
qovuşmağa, xalqa yanaşmağa din onlara mane olur. Amma mən qorxuram ki, bu
dar düşüncəli məsləhətimlə onları pis məqsədə təhrik edəm. Mən öz dərdlərimlə
tənhayam. Ah, əgər mən əzablarımı və mübarizəmi yaza bilsəydim... Mən öz
övladlarını dəlicəsinə sevən bir ananın göz yaşları ilə yazıram. Budur, əzabdan
ağlını itirmiş halda sizdən məsləhət almaq qərarına gəldim. Siz, yalnız Siz öz