Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.

səhifə70/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
1   ...   66   67   68   69   70   71   72   73   ...   97

İkinci ağır zərbə isə dekabrın ikisində oldu. Komandan general Roman 
Kondratenko qəhrəmanlıqla həlak oldu.Əvəzində iradəcə  zəif olan general Fok 
komandan təyin edildi. On altı gün sonra yaponlar qalanın taleyini həll edən 
Drakonovıy Xrebet dağını  ələ keçirdilər. Port-Arturuq qorxaq və istedadsız 
komendantı general Stessel qalanı dərhal düşmənə təslim etmək üçün hərbi şuranın 
iclasını çağırdı.  Şurada iştirak edən bəzi komandirlər Stesselin təklifinə  şərik 
odular. Lakin general-mayor Səməd bəy Mehmandarov, polkovnik Semyonov və 
bir qrup mərd zabitlər təslim olmağa qəti etiraz etdilər. Döyüşkən zabitlər inad 
edirdilər ki, güclü yapon ordusunu geri oturtmağa hələ qüvvələri çatar. General 
Mehmandarov başda olmaqla onlar deyirdilər ki, qala hələ özünü saxlamağa 
qadirdir. Nə qədər ki, mərmi var, toplardan atəş yağdıracağıq. Nə qədər ki, patron 
var, tüfənglərdən atəş açacağıq. Mərmi və patron qurtardıqda isə süngü ilə 
döyüşəcəyik. 
Lakin cəsarətsiz general Stessel mərd zabitləri eşitmədi, silahı yerə qoymağı 
qarnizona  əmr etdi. Sonralar Rusiyaya qayıdanda general Stessel qala 
müdafiəçilərinin tələbi ilə Port-Arturu təslim etdiyinə görə  hərbi məhkəməyə 
verildi.
16
 
General-mayor Mehmandarov və onun zabit dostları qala təslim edildikdən 
sonra da hərbi anda sadiq qalaraq başqa əsgər və zabitlər üçün nümunə göstərdilər. 
Yaponların şərtlərinə görə əsgərlər hərbi əsir almır, zabitlər isə Yaponiyaya qarşı 
bir daha müharibədə  iştirak etməyəcəkləri barədə yazılı iltizam verəndən sonra 
Rusiyaya qayıda bilərdilər. Stesselin ətrafindakı mürtəce fikirli bir qrup zabit 
dillərindən belə bir iltizam verdilər. Lakin xalqımızın igid oğlu Səməd bəy 
Mehmandarov zabit şərəfini təhqir edən belə bir alçaq vəddən boyun qaçırdı. Bir 
daha Yaponiyaya qarşı müharibədə iştirak etməyəcəyi barədə iltizam vermədiyinə 
görə general-mayor Səməd bəy Mehmandarov əsir alınıb Yaponiyanın Naqoya 
şəhərinə göndərildi. O, 1905-ci il avqustun 23-də Portsmut sülh müqaviləsi 
bağlanandan sonra Rusiyaya qayıda bildi. 
Üç yüz otuz iki günlük məşhur Port-Artur qalasının müdafiəsi general 
Səməd bəy Mehmandarovun taleyinə belə qismət oldu. 
 
*       *        * 
 
Aleksandr Stepanovun “Port-Aotur”, P.Lorenkonun “Port-Arturun əzablı 
günləri” və Trofım Borisovun “Port-arturçular” romanlarında bir azərbaycanlı 
soyadında da rast gəldik - poruçik Sadıqov. Bu əsərlərdə poruçik Sadıqovun əzablı 
döyüş yolu yazıçılar tərəfindən maraqla izlənilir. Hətta P.Lorenkonun 1906-cı ildə 
Peterburqda nəşr olunmuş “Port-Arturun əzablı günləri” sənədli əsərində (II cilddə) 
yaralanmış poruçik Sadıqovun hospitalda müalicə olunduğu vaxtda iki dəfə 
                                                 
16
  1906-cı il noyabrın 27-də Petrburqda başlayan hərbi məhkəmədə general Səməd bəy Mehmandarov şahid kimi 
iştirak etmişdir. O, Port-Arturu düşmənə vaxtından əvvəl təslim edən general Stesseli, Foku və Simirnovu əsaslı 
faktlarla günahlandırmışdır. Məhkəmə iki il davam etmişdir. Nəticədə general-leytenaant A. Stesselə əvvəlcə 
güllənmə, sonra Petropavlovsk qalasında saxlamaqla on il həbs cəzası kəsilmiş, 1909-cu il mayın 6-da isə şar II 
Nikolay onu əhv etmiş və xaricə getməsinə şərait yaratmışdır.- Ş. N. 


fotoşəkli də  dərc olunub. Döyüşlərdə  mətanət və  mərdliklə vuruşan poruçik 
Sadıqov qəhrəmanlıqla həlak olub. Poruçik Sadıqov kimdir? 
Bu barədə “Kommunist” qəzetinin doqquz sentyabr 1984-cü il tarixli 
sayında dərc edilən yazısından sonra respublikamızın ayrı-ayrı bölgələrindən çoxlu 
məktub aldım. Xeyli adam poruçik Sadıqovun onun qohumu olduğunu yazırdı. 
Lakin Sabirabad Böyük-ağa Sadıqovun gətirdiyi faktlar, sənədlər və fotoşəkillər 
sübut elədi ki, poruçik Ağababa Hacıbaba oglu Sadıqov onun əmisidir. Poruçik 
Ağababa Sadıqov 1875-ci ildə  Şamaxının  Ərdəbilli məhəlləsində ziyalı ailəsində 
anadan olub. Atası Hacıbabanın Peterburq və Moskvada ipək dükanı varmış. 1903-
cü ildə oğlu Ağababa Peterburqdakı Mixaylov topçuluq məktəbini bitirib. 1905-ci 
ilin  əvvəllərində igid poruçik Ağababa Sadıqovun həlak olması haqqında qara 
kağız da alınıb. 
Port-Artur döyüşçüləri haqqında aprel inqilabına qədər onlarca əsərlər 
yazılıb. Kabardan ve çeçen igidlərinin Port-Arturdakı döyüş fəaliyyətləri haqqında 
Əhmədxan Naloyevin “Dan üzünün atlıları” tarixi romanı, Vikenti Veresayevin 
“Yapon müharibəsi haqqında hekayətlər” silsiləsi, yazıçının irihəcmli gündəlik və 
yol qeydləri, Sergey Senskinin “Susima”, N.A.Levitskinin “1904-1905-ci illərdə 
rus-yapon müharibəsi” maraqla oxunan əsərlərdəndir. Bunların hamısında 
eloğlularımızın qəhrəmanlığı haqqında az-çox məlumat verilir. 
“Niva” jurnalının 1905-ci il iyirmi beşinci sayının 496-cı  səhifəsində bir 
həmyerlimizin də adına və fotoşəklinə rast gəldim. Onun haqqında ancaq bu sözlər 
yazılmışdı: “Otuz üçüncü Şərqi-Sibir atıcı alayının poruçiki Zülfüqar Mirzə 
Ələkbər oğlu Bağırbəyov fevral döyüşlərində igidliklə vuruşub kontuziya oldu”. 
Adından, atasının adından və soyadından poruçik Zülfüqar Bağırbəyovun 
azərbaycanlı olması  şübhəsizdir. Düşünürdüm. Görəsən, Uzaq Şərq sərhədləri 
uğrunda igidliklə vuruşan poruçik Zülfüqar Bağırbəyovun qohum-qardaşından sağ 
qalanı varmı? Doxsan ildən çoxdu bu tərlan baxışlı igid həmyerlimizin fotoşəkli 
“Niva” jurnalının səhifələrində saralıb solur. 
Taleyin qismətinə min şükür ki, axtarışlarım bəhrə verdi. Sevindim ki, uzun 
illərdən sonra igid həmyerlimizin unudulmuş adı, xidməti xalqımıza bəlli oldu. 
1987-ci ildə İçəri şəhərdə yaşayan səksən iki yşlı bir ağsaqqalla görüşdüm. 
Məmməd Cavad oğlu Bağırov bildirdi ki, “Niva” jurnalından”  şəklini 
götürdüyünüz poruçik Zülfüqar Mirzə  Ələkbər oğlu Bağırbəyov mənim doğma 
əmimdir.  Əmim Zülfüqar 1874-cü ildə  Şuşada anadan olub. Port-Artur 
döyüşlərindən sağ-salamat qayıdan  əmim Novobəyazid süvari alayında  ştabs-
kapitan rütbəsində xidmət edib. 1912-ci ildən 1914-cü ilə  qədər Bakı  şəhərində 
hərbi komendant işləyib, rütbəsi mayor idi. Birinci dünya müharibəsi illərində 
Avstriya və Ruminiya cəbhələrində döyüşlərdə iştirak edib. 
Zülfüqar bəyin müasiri, Azərbaycan Cümhuriyyətinin liderlərinden biri Nağı 
bəy  Şeyxzamanlı Türkiyədə çap etdirdiyi “Xatirələrim” kitabında yazır ki, 
Zülfüqar bəy Bağırbəylinin Birinci Dünya müharibəsində, 1915-ci ildə Qafqaz 
cəbhəsində ucqar Olti qəzasında məchul bir güllə ilə vurulduğunu ailəsinə  xəbər 
verdilər. Sonradan məlum oldu ki, Zülfüqar bəy bir erməni tərəfindən 
vurulmuşdur. Ancaq rus komandanlığı  tərəfindən qatil axtarılmamış  və cinayət 
“məchul güllə ilə törədilmiş” deyə ört-basdır edilmişdir.  



Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   97


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə