Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   67   68   69   70   71   72   73   74   ...   97

 
*        * 

 
Böyük türk dünyasının nüfuzlu orqanı “Tərcüman” qəzeti Port-Artur 
müharibəsinin gedişatını müntəzəm izləmiş  və öz səhifələrində orduda 
qəhrəmanlıqla döyüşən, dini müsəlman olan əsgər və zabitlərin fəaliyyətindən 
xəbərlər dərc etmişdir. 
Qəzet 11 iyun 1904-cü ildə “Müxtəlif xəbərlər” rubrikasında yazırdı: 
“İstehkamçı kapitan İlyas bəy Ağalarov yeni podpolkovnik rütbəsi alaraq Uzaq 
Şərq döyüşlərinə yola düşür. Məşhur bəy nəslinin nümayəndəsi İlyas bəy Ağalarov 
əla hərbi təhsil almaqla elektrotexnika sahəsində də görkəmli mütəxəssis olmuşdur. 
Onun orduda keçən hərbi xidməti, həyatı  və rutbəsi Rusiyada yaşayan hər bir 
müsəlman əhlində iftixar hissi doğurur”. 
Gürcüstan Mərkəzi Dövlət Arxivində  İlyas bəy Ağalarova məxsus azsaylı 
sənədlərdən məlum olur ki, o, Port-Artur döyüşlərinden sağ-salamat qayıtmışdır. 
Sonralar  İkinci Qafqaz istehkamçı batalyonunun komandiri olan polkovnik İlyas 
bəy Ağalarov 1860-cı ildə Gəncədə nüfuzlu bəy ailəsində dünyaya gəlib. 1913-cü 
ildə martın on səkkizində  qəfil mərmi partlayışından həlak olub. Bu sərkərdə 
eloğlumuzun məzarı hazırda Gəncədəki  İmamzadə  məscidinin həyətindədir. 
Məzarın mərınər başdaşında solmaqda olan “Qvardiya polkovniki İlyas bəy 
Ağalarov” sözlərini oxuyanda unudulmuş igidin xatirəsi qəlbimi göynətdi.  İllərin 
tufanı  mərmər qəbir daşından onun sonuncu izini də silib aparır... sərkərdəlik 
fəaliyyəti lazımınca öyrənilməmiş  və  hərb tariximizin heç bir səhifəsində 
indiyədək adı çəkilməyən belə igidlərimizi düşünəndə: “Hər bir insanın içərisində 
onunla birgə doğulan və ölən kainat var. Hər bir başdaşı altında bütöv bir dünya 
tarixi yatır.” deyimini xatırlamaya bilmirsən. 
“Tərcüman” qəzeti 5 noyabr 1904-cü ildə “Müsəlmanlar Port-Arturda” adlı 
xəbərində yazırdı: “Mancuriya ordusunun sıralarında və  həmçinin Port-Artur 
döyüşlərinin qəhrəman müdafiəçiləri arasında azsaylı müsəlmanlar da şərəflə 
vuruşurdular. Redaksiyanın aldığı  məktubdan aydın olur ki, yeddinci Şərqi-Sibir 
artilleriya divizionunun rəisi, general-mayor Səməd bəy Sadıq bəy oğlu 
Mehmandarov Qarabağ  bəylərindəndir. Qala artilleriyasının xəzinədarı isə Litva 
müsəlmanlarından olan Ədhəm bəy Muxarskidir. Şimali Qafqazdan olan artilleriya 
podporuçiki E.İ.Dudarov isə avqust hücumlarının birində  mərd zabit kimi şərəflə 
həlak olmuşdur. Allah ona rəhmət eləsin. Amin!”. 
“Tərcüman” qəzeti iftixarla onu da bildirir kı, Port-Arturda altmış mindən 
çox müsəlman əsgər və zabiti döyüşür. 
 
 
General Əliağa Şıxlinski Port-Artur döyüşlərində 
 
 
Azərbaycanılar birinci dəfə deyil ki, vuruş 
 meydanlarında  yaponlarla   qarşı-qarşıya 
gəlirlər. Mən Port-Artur uğrunda gedən 
döyüsiərdə  fərqlənmiş  məşhur   topçu 


Əliağa Şıxlinskinin  adını çəkə bilərəm. Bu 
ad rus hərbi elmi tarixində  şöhrət 
qazanmısdır. 
Səməd Vurğun. 
 
Port-Artur döyüşlərində qala müdafiə zamanı düşmən həmlələrinin dönə-
dönə  dəf edilməsində top artilleriyasının mahir ustası  Əliağa  Şıxlinskinin döyüş 
xidmətləri misilsizdir. Onun 1904-1905-ci illərdəki hərbi rəşadəti bütün Rusiyaya 
yayılmışdı. Qəhramanlığı altı ordenə layiq görülən, rütbəsi kapitandan 
podpolkovnikə yüksələn Şıxlinski haqlı olaraq “Xatirələrim”də yazır ki, Port-Artur 
epopeyasının iştirakçısı olduğumu həmişə iftixarla yad edirəm. 1905-ci il aprelin 1-
də “Tərcüman” qəzetinin “Müxtəlif xəbərlər” rubrikasında oxuyuruq: 
“Dördüncü Şərqi-Sibir atıcı artilleriya briqadasının kapitanı Əliağa Şıxlinski 
oktyabrın yeddisindən noyabrın on doqquzunadək Port-Arturda yaponların 
basqınını  dəf etməkdə  fərqləndiyi üçün Ali ehtiramla “İgidliyə görə” medalı  və 
üstü yazılı Qızıl qılıncla təltif olunub”. 
Həmin döyüşlərin iştirakçısı 1906-cı ildə “Port-Arturun əzablı günləri” adlı 
ikicildlik monumental əsərin müəllifi P.Larenko yazır ki, Laperov dağında 
batareya komandiri kapitan Əliağa  İsmayıl ağa oğlu  Şıxlinski ağır yaralanmışdır. 
Bütün qafqazlılar kimi cəsur olan bu komandir Kinjo döyüşlərində, “Zelyonnı” və 
“Volçye” dağları vuruşmalarında  əsl qəhrəman kimi iştirak etdi. Avqustun 
əvvəllərində öz batareyası ilə “Vısokaya qora”da, avqustun onundan isə daima 
Laperovda olmuşdur. Elə buradan da girəcək yerlərini və istehkamları atəşə tutub 
həmlə kolonnalarını  dəf edərək düşmənin səhra artilleriyası ilə inamlı döyüşlər 
aparırdı. 
Port-Artur qalası  təslim olandan sonra müharibədə  iştirak etməmək  şərtilə 
yaponlar podpolkovnik Əliağa  Şıxlinskinin ağır yaralı kimi vətənə göndərdilər. 
Vətəndə yaraları gözlənildiyindən də tez sağaldığından o yenidən Mancuriya 
ordusuna göndərilməyi xahiş etdi. Lakin onu buraxmadılar.  
Müharibədən sonra Rusiyaya qayıtmağını  və yenidən cəbhəyə getmək 
istədiyini Əliağa Şrxlinski “Xatirələrim” hərbi memuarında daha dəqiq təsvir edir. 
O, yazır: “Mayın ikinci yarısında mən Peterburqa gedib böyük knyaza təqdim 
olundum və Mancuriya ordusuna qayıtmaq istədiyimi ona söylədim. O, məndən 
soruşdu: 
- Siz oraya necə gedə bilərsiniz? 
Onda mən hospitalımızdan aldığım  şəhadətnaməni ona göstərdim. 
Şəhadətnamədə yazılmışdı ki, yapon tibb komissiyası məni hərbi qulluğa yararsız 
hesab edərək dilimdən iltizam almadan vətənimə qayıtmağa icazə vermişdir. 
Beləliklə, - dedim - hazırkı müharibədə iştirak etməyə tam ixtiyarım var. Rusiyaya 
qayıtmağımın səbəbi ancaq budur, yoxsa müdafiədə iştirak etmiş o biri əsgərlərin 
taleyinə şərik olardım. 
Bu sözləri deyərkən ağlıma gəldi ki, mənim bu fikrim yaponlarla 
vuruşmamaq üçün dillərindən kağız verərək vətənlərinə qayıdan zabitlərə qarşı bir 
ittiham kimi düşünülə bilər, odur ki, dərhal əlavə edib dedim: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə