Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   68   69   70   71   72   73   74   75   ...   97

- Orada zabitlərin arasında iki rəy var idi: bir qismi deyirdi ki, bizim böyük 
təcrübəmiz var, buna görə də vətənə gedib orada Mancuriya ordusuna göndərilmək 
üçün yeni qüvvələr hazırlamaqla fayda verə bilərik. O biri hissə isə (o cümlədən 
mən) başqa cür düşünürdük. Bu zabitlərin fikrincə ordu ancaq qismən səfərbərliyə 
alınmışdır, vətəndə zabitimiz çoxdur, odur ki, orada bizim köməyimizə heç bir 
ehtiyac yoxdur. Buna görə  də  əsgərlərin taleyinə  şərik olmaq lazımdır. Mənim 
bəxtim orada gətirdi ki, məni hərbi qulluğa yararsız hesab etdilər. Belə ki, dilimdən 
yaponlara heç bir iltizam vermədən evimə qayıtdım. İndi Sizdən xahiş edirəm ki, 
məni müharibəyə göndərəsiniz. 
Sergey Mixayloviç əlilə işarə edərək dedi: 
- Müharibədə nələr çəkdiyiniz yetər, buraxmaram”. 
1905-ci il aprelin 5-də yapon tibb komissiyasının verdiyi arayış generalın 
arxivində indi də saxlanılır. Onun mətni belədir: 
“Arayış doqquz saylı ehtiyat səhra hospitalından dördüncü Şərqi-Sibir atıcı 
artilleriya briqadasının kapitanı Şıxlinskiyə verilir. Ondan ötrü ki, onun yapon tibb 
komissiyası  tərəfindən hərbi xidmətə yararlı olmadığı  (Əliağa  Şıxlinski sol 
qıçından yaralandığına görə yapon həkimi arayışı belə yazmışdı - Ş.N.) 
müəyyənləşdirilib. O, Rusiyaya buraxılır”. 
Yapon tibb komissiyasının onun hərbi qulluğa yararsız hesab etməsinə 
baxmayaraq, dılindən yazılı iltizam verməyən Əliağa Şıxlinski Vətənə qayıdandan 
sonra yenidən yaponlarla döyüşmək üçün Mancuriya müharibəsində iştirak etmək 
arzusunda olduğunu bildirir. Lakin topçu general-müfəttişi knyaz Sergey 
Mixayloviç “Port-Arturda çəkdiyiniz yetər, buraxmaram” - deyir və onun yenidən 
cəbhəyə qayıtmasına qıymır. 
Onun Port-Arturdakı nümunəvi döyüş xidmətləri “İgidliyə görə” sözlərlə 
yazılmış qılıncla, dördüncü dərəcəli “Müqəddəs Anna” ordeninə əlavə olaraq qızıl 
qılınc nişanı, qılınc və bantlı “Müqəddəs Vladimir” ordeni üzərində “İgidliyə görə” 
sözləri yazılmış  qızıl silah və  məşhur “Müqəddəs Georgi” ordeninin dördüncü 
dərəcəsinə layiq görülmüşdü. 
Azərbaycan Tarixi muzeyində generalın  şəxsi  əşyaları arasında 1908-ci il 
martın 5-də imperator tərəfindən təsdiq olunmuş “Port-Artur qalasının müdafiəçisi 
döş nişanı” saxlanılır. Onu Əliağa  Şıxlınskinin ünvanına keçmiş Kvantun 
vilayətinin və Port-Artur şəhər sovetmin sədri podpolkovnik İ.A.Verşinin 
göndərib. 
Port-Artur döyüşlərinin şahidi, yazıçı Aleksandr Stepanovun “Port-Artur” və 
“Zvonaryovlar ailəsi” romanları tarixi əsər kimi ədəbiyyatın qızıl fonduna daxil 
olmuşdur. İndiyədək on doqquz dəfə nəşr olunan romanın tirajı milyonu keçmişdir. 
İngilis, fransız, macar, yapon və başqa dillərə də tərcümə olunan belə bir məşhur 
əsərin səhifələrində (271, 350, 353 və s.). Kapitan Əliağa Şıxlinskinin qəhrəmanlıq 
fəaliyyəti öz əksini tapmışdır. 
“...İrman  ədəb-ərkanla təzim edib çevrildi və otağı  tərk etdi. Diviziya 
rəisinin yanından çıxandan sonra İrman cəld xəstəlik haqqında raport və komandan 
Kondratenkoya müfəssəl məktub yazdı. Sonra isə  məktubu  Əliağa  Şıxlinskiyə 
verdi və  dərhal generalın yanına getməsini  əmr etdi. Irman kapitana xeyir-dua 
verib dedi: 


- Sizdən çox şey asılıdır, Əliağa. 
- Narahat olmayın, Vladimir Aleksandroviç. Əliağa hələ indiyə kimi heç 
kəsin etimadını yerə salmayıb, ömründə satqınlıq eləməyib.  Əgər general Fok 
yeddinci diviziyanı yaponların zərbəsi altına salmaq istəyirsə o, buna nail ola 
bilməyəcək. Onun kələyini kəsmək və general Kondratenkoya kömək etmək üçün 
bütün qüvvəmi əsirgəməyəcəyəm. 
Bunu deyib, Şıxlinski sıçrayıb ata mindi və dördnala çaparaq ordan 
uzaqlaşdı...”. 
Keçmiş SSRİ xalqlarının bir neçə dilinə tərcümə olunan bu qiymətli roman 
təəssüf ki, hələ  də Azərbaycan mütərcimini gözləyir, Romanda təkcə kapitan 
Əliağa  Şıxlinskinin yox, həm də general Səməd bəy Mehmandarovun, poruçik 
Ağababa Sadıqovun fəaliyyətini oxuduqca fəxr etməyə bilmirsən. 
“...Praporşik çadırdan çıxıb öz komandasının qərar tutduğu yerə tərəf getdi. 
Yolda  Əliağa  Şıxlinski də ona qoşuldu.  İrmanın tapşırığı ilə o, batareyaya baş 
çəkməli və indiki mövqelərindən getmək üçün onları xəbərdar etməli idi. 
Necə, artilleriya da bu sahəni tərk edir? deyə Zvonaryov təəcübləndi. 
Fok  əmr verib ki, bütün topları  yığışdırmalı, mühəndislər isə  səngərdəki 
sipərləri söküb, materiallardan mövqeyimizin başqa sahələrində istifadə etməlidir. 
Qısası, Kondratenkoya boş yer verilir ki, orada hər  şeydən  əvvəl yeni 
istehkam düzəltsin. 
- Ehtimal ki, yaponlar istehkamları sökdüyümüzü görüb bizdən qabaq 
hücuma keçsinlər. 
Bu barədə generalı təcili xəbərdar etmək lazımdır, Zvonaryev qərara gəldi və 
geri Semyonovun qərargahına qayıtmaq istədi, lakin kapitan Əliağa Şıxlinski təklif 
etdi ki, ora şəxsən özü getsin. 
Çox da narahat olmayın. Mənim briqada komandirim polkovnik İrman 
qərara gəlib ki, sağ cinahdakı batareyaları Fokun əmrinin  əksinə olaraq hələlik 
yerində saxlamaq lazımdır. Mən  şəxsən polkovnik Mehmandarovla görüşəcəm. 
Biz onunla köhnə dostlarıq, bir-birimizi yek kəlmədən başa düşərik, Fok necə əmr 
verirsə versin, mənim zabiti olduğum podpolkovnik Laperovun batareyası 
Kondratenkonun diviziyasının polkunu köməksiz qoyub getməyəcək, deyə 
Şıxlinski coşmuş halda dilləndi. Romanovskinin sağdakı batareyasından iyirmi 
altıncı polkun qərargahınadək cəmi üç-dörd verstdir, mən yarım saata ora çatıb 
lazım olan hər şeyi deyərəm. Siz isə birbaşa Yenceyevskinin yanına gedin”. 
Əliağa  Şıxliniskinin döyüş  məharətini gözləri ilə görən ikinci rus yazıçısı 
Trofim Borisov olmuşdur. Uzaq Şərq həyatından maraqlı, elmi və  bədii  əsərlər 
yazan T.Borisov sonu faciə ilə bitən rus-yapon müharibəsi haqqında 1959-cu ildə 
Vladivostokda “Port- arturçular” adlı sanballı bir roman nəşr etdirmişdi. Müəllif 
sıravi əsgərlərin və zabitlərin döyüş yolunu özünəməxsus ustalıqla ön plana çəkir. 
Böyük hərarətlə, məhəbbətlə xalqımızın mərd oğulları Əliağa Şıxliniski və Səməd 
bəy Mehmandarov haqqında söhbət açır.  İlk gündən  Şıxliniskinin batareyasında 
döyüşən podporuçik Trofim Borisov onun qəhramanlığını, xarakter və xasiyyətini 
daha dəqiq işıqlandırmışdır. 
“Səhər saat onda batareyanın baş zabiti kapitan Əliağa Şıxliniski qazarmaya 
gəldi. Onun iri uzunsov sifətinə bir qədər sivri burnu daha ciddi görkəm verirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə