Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   72   73   74   75   76   77   78   79   ...   97

 
“Hadi doğma Azərbaycandan minlərlə kilometr uzaqda, Karpat dağlarında, 
müharibə alovları içində  də  Vətənin taleyini düşünməyi, onun təbii gözəlliklərini 
və  gələcək xoşbəxtliyini tərənnüm etməyi çox sevirdi.” (Ə.Mirəhmədov 
“Məhəmməd Hadi” kitabı, Bakı, 1962-ci il səb. 183) 
Azərbaycan Demokratik Cümhuriyyətinin liderlərindən biri, dahi 
bəstəkarımız Üzeyir bəyin kiçik qardaşı Ceyhun bəy Hacıbəyli-Dağıstani 1916-cı 
ilin fevral-iyun aylarında Birinci Dünya müharibəsində azərbaycanlı  əsgər və 
zabitlərin döyüş yolunu əks etdirən “Müsəlman zabitləri” adlı on dörd silsilə 
məqalə dərc etmişdir. “Kaspi” qəzetində dərc olunmuş bu məqalələrdə cəbhələrdə 
şərəflə vuruşan yalnız azərbaycanlıların deyil, ümumi Qafqazda yaşayan din 
qardaşlarımızın qəhrəmanlığı haqqında da qiymətli məlumatlar var. Ceyhun bəy 19 
aprel 1916-cı il tarixli (№86) məqaləsində yazır ki, apardığımız araşdırmalardan 
məlum oldu ki, yalnız 1915-ci ildə müsəlman zabitlərindən yeddi general, on iki 
polkovnik, bir kazak qoşun starşinası
20
, on doqquz podpolkovnik, iyirmi dörd 
kapitan, iki yasaul, on yeddi rotmistr, iyirmi bir ştab-rotmistri, on səkkiz  ştabs-
kapitan, beş podyasaul, üç yüzbaşı,  əlli poruçik, iki xonjuri, otuz səkkiz 
podporuçik, iyirmi bir kornet və on iki praporşik rütbəli müsəlmanlar döyüşlərdə 
fərqləndiklərinə görə  təltif olunmuşlar. Bu saydan üç general üçüncü dərəcəli 
“Müqəddəs Georgi”, on yeddi zabit, o cümlədən bir polkovnik, beş podpolkovnik, 
üç kapitan, bir rotmistr, bir ştabs-rotmistr, bir ştabs-kapitan, iki poruçik, iki 
podporuçik və bir praporşik dördüncü dərəcəli “Müqəddəs Georgi”ordeni ilə təltif 
olunmuşdur. 
On dörd zabitə, bir polkovnikə, iki podpolkovnikə, bir kapitana, bir yasaula
bir rotmistrə, bir ştabs-kapitana, bir yüzbaşıya, dörd poruçikə, bir podporuçikə və 
bir kornetə isə adlı Georgi silahı bağışlanmışdır. 
“Kaspi” qəzetinin 1916-cı il 29 aprel tarixli nömrəsində belə bir fərəhli fakta 
da rast gəldik: “Qvardiya süvarisindəki Qafqaz ordusunun Baş Komandanın 
sərəncamında olan general-adyutant, general-leytenant Hüseyn xan Naxçıvanskiyə 
tam süvari generalı rütbəsi verilsin.” Qafqazın yerli əhalisindən təşkil olunan 
süvari diviziya”nın qəhrəmanlığından iftixarla danışan Ceyhun bəy yazır: 
“Almanlara qarşı vuruşan müsəlman döyüşçülərinin mərdlik və  fədakarlığı 
bütün imperiya mətbuatını onlar haqqında danışmağa vadar etdi. “Dikaya 
diviziya”nın adı  əfsanələşdi. Onu demək kifayətdir ki, üç min müsəlman 
döyüşçüsünə müharibə vaxtı beş min “Müqəddəs Georgi xaç” ordeni verilmişdir. 
Bu mərdlikdə heç bir saxtakarlığın olmadığını “Terski vedomost” qəzetində 
verilmiş aşağıdakı nümunə bir daha təsdiq edir. 
Diviziya komandanına xidməti iş üçün bir neçə günlüyə on beş nəfəri Tiflisə 
göndərmək lazım idi. O, döyüşçüləri yığıb getməyi təklif etdikdə heç kəs könüllü 
olaraq cəbhəni tərk etmək istəmədi. Axırda püşk atmaq məcburiyyətində qaldılar. 
Püşk düşən  əsgərlər səhər Tiflisə yola düşməli idilər. Amma... səhərisi onlardan 
heç kəs tapılmadı. Onların döyüşçü dostları gülümsünərək deyirdilər: -“onlar 
                                                 
20
 Kazaksüvari qoşunlarında podpolkovnik rütbəsi belə təsis olunmuşdu.- Ş. N. 


səngərlərdən çıxmırlar, Tiflisə başqa döyüşçülər göndəriləndən sonra üzə 
çıxacaqlar. 
“Dikaya diviziya”nın əsgərləri sadəcə olaraq cəbhəni tərk etmək istəmirdilər. 
Tiflisə on beş nəfər yola düşəndən sonra göründülər.” 
İmperiya dağılıb, “Dikaya diviziya” buraxılandan sonra Azərbaycanda 
“Tatar alayı”na kim başçılıq etmişdir? Tiflisdə general-leytenant Əliağa Şıxlinski, 
Gəncədə polkovnik Süleyman bəy  Əfəndiyev (1919-cu ildə general-mayor olub, 
həmin ili də tif xəstəliyindən vəfat edib), Bakıda isə milyonçu Şəmsi  
Əsədullayevin oğlu Əli  Əsədullayev Azərbaycan Demokratik Hökuməti qurulana 
qədər “Tatar alayı”nın ayrı-ayrı dəstələrinə başçılıq və himayədarlıq etmişlər. Bu 
dövrdə Gəncə Milli Komitəsinin üzvü Adilxan Zayadxanovun və Ərəş mahalının 
bəylərbəyisi  Əşrəf bəy Qarxunlunun başçılığı ilə “Tatar alayı” Gəncə  və 
Şamaxıdakı rus əsgərlərinin silah ambarını dağıtdı, Şəmkirin Dəlilər stansiyasında 
Qars və Sanqamışdan qayıdan rusların hərbi eşalonunu tərksilah etdi. Bakıda 
erməni bolşevik qoşunu ilə döyüşlər apardı... 
1917-ci ilin sonunda könüllülərdən yaranan Milli Azərbaycan korpusunda 
döyüş və təlim görmüş nizami hissə birinci Azərbaycan süvari alayı idi. “Dikaya 
diviziya”nın ikinci alayından təşkil edilmiş bu süvarilərə 1918-20-ci illərdə 
“Tatarski polk”da deyirdilər. Həmin illərdə Milli ordumuzda döyüş qabiliyyəti ilə 
fərqlənən  ən yaxşı  əsgər və zabitlər də bu alayda vuruşurdu. Məşhur sərkərdə 
Cəmşidxan Naxçıvanski, poruçik Osman ağa Gülməmmədov, praporşik Lütvəli 
bəy Vəkilov, poruçik Məhəmməd bəy Aslanbəyov, praporşik Paşa bəy Rüstəmov, 
Sayad bəy Zeynalov və bir çoxları Birinci cahan savaşında göstərdikləri igidliyə 
görə imperiyanın ən ali “Müqəddəs Georgi Xaç”ı ilə təltif olunmuşlar. 
    O vaxt Gəncədə rusların 218 və 219 saylı tibb xidməti alayı yerləşirdi. Bu 
ehtiyat alayları Birinci Dünya Müharibəsi illərində yaralıları müalicə edib, yenidən 
cəbhəyə göndərirdi. İmperiya dağılsa da, minə yaxın əsgər və zabiti olan rus alayı 
hələ də fəaliyyətini davam etdirirdi. Erməni məhəlləsində yerləşən bu rus alayına 
ermənilər xüsusi qayğı göstərir, onlara ərzaq və silah verir, özlərinin xilaskarı kimi 
himayədarlıq edirdilər. 
Gəncə Milli Komitəsi “Difai” firqəsinin köməyi ilə uzun mübahisədən sonra 
silahlarınıalıb döyüşsüz, davasız onları Rusiyaya yola saldı. 
Qafqaz-Türk cəbhəsində sülh bağlandıqdan sonra 1917-ci ilin noyabr 
ayından başlayaraq bolşevik əhval-ruhiyyəli rus əsgərləri geri, Rusiyaya qayıdırdı. 
Yeni yaranan Milli Ordumuza silah lazım idi. İmperiya dağılandan sonra Tiflisdəki 
ehtiyat silah ambarından biz müsəlmanlara heç bir pay verilməmişdi. Lakin 
gürcülər hərbi korpus yaratmaq üçün silah paylarını almışdı. Hətta, ermənilər külli 
miqdarda silah daşıyıb İrəvana aparmışdılar. 
Gəncədəki Müsəlman Milli Komitəsi Qafqaz-Türk cəbhəsindən qayıdan rus 
hərbi eşalonlarının Azərbaycan  ərazisindən gəlib keçəcəyi vaxtı öyrənib həmin 
günü - 1918-ci il yanvarın doqquzunu “döyüş günü” elan etmişdi. Məqsədi 
onlardan silah almaq idi. 
Milli Komitənin başçıları Adil xan Ziyadxanov, Nəsib bəy Usubbəyli, Xəlil 
bəy Xasməmmədov, Xudadat bəy Rəfıbəyov, Aslan bəy Səfikürdski və başqaları 
gürcü menşeviklerindən aldıqları zirehli qatarla və Gəncədəki Azərbaycan alayının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə