Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   73   74   75   76   77   78   79   80   ...   97

(bu alay keçmiş “Dikaya diviziya”nın “Tatar alayı”nın əsgər və zabitlərindən ibarət 
idi - Ş.N.) qüvvəsilə rus hərbi eşalonunun qabağını Gəncənin otuz kilometrliyində - 
Şəmkir və Dəllər stansiyaları arasındakı məsafədə keçdilər. Zirehli qatara general-
mayor knyaz Maqalov (300 nəfər gürcü əsgər və zabiti ilə birgə), “Azərbaycan-
Tatar alayı”na isə polkovnik Süleyman bəy  Əfəndiyev koınandirlik edirdi. Bu 
qabaqkəsmədə Gürcüstan menşevik hökumətinin də silah təmənnası vardı. 
Yanvarın doqquzunda, səhər saat onda başlayan qanlı döyüş dörd gün davam 
etdi. İki mindən çox rus əsgəri öldürüldü və yaralandı. On beş min tüfəng, yetmiş 
pulemyot və iyirmi top ələ keçirildi. Azərbaycan tərəfindən on beş, gürcülərdən isə 
qırx nəfər  əsgər  şəhid oldu. Güclü müqavimətə rast gələn rus əsgər və zabitləri 
perrona çıxib ağ bayraq qaldırdılar: “Lənət olsun, biz bu süahları verməyə -çoxdan 
razıyıq, bircə evimizə sağ və salamat gedə bilək” - deyib silahları təhvil verdilər. 
Bu, Bakıda özünə yuva qurmuş Sovetlər Hakimiyyətinə qarşı Gürcü və 
Azərbaycan xalqının ilk silahlı mübarizəsi idi. Sonralar isə kommunistlər bu üsyanı 
“qardaş  qırğını” və “Azərbaycan burjua hökumətinin ruslara divanı” kimi 
qiymətləndirdilər. 
Bakıda daşnak  Şaumyan başda olmaqla Qafqaz Ölkə Komitəsi bərk 
qəzəblənib bildirdi ki, “Şamxor cinayətkarları inqilabi məsuliyyətə alınacaq və 
Zaqafqaziya komissarlığını devirib, Zaqafqaziya fəhlə, əsgər və kəndli deputatları 
Sovetləri hakimiyyətini təşkil edəcəkdir.” 
Lakin tarixi dönüşlər daşnak Stepan Şaumyana bəd niyyətlərini həyata 
keçirməyə imkan vermədi. Onu 1918-ci il sentyabr ayında iyirmi altılarla birgə 
güllələdilər. 
 
* * * 
 
Bəs sonralar “Tatar-Azərbaycan alayı”nın  əsgər və zabitlərinin döyüş yolu 
haradan, hansı oddan, alovdan keçib? 1920-ci ilin aprel ayında XI Ordunun 
daşnak-bolşevik dəstələri xüsusi şöbəsinin rəisi, cəllad Pankratovun rəhbərliyi ilə 
yüzlərlə əsgər və zabitlərimizi güllələdi, Sibirə və Solevstsk adalarına sürgün etdi. 
Çoxunu da Bulla və Nargin adasında təşkil etdikləri konslagerdə saxladılar. Bir az 
sonra isə onların ayaqlarına dağ basıb, bəzilərinin də boğazına ağır dəmir bağlayıb 
diri-diri dənizə atıb məhv edirdilər. 
  
 
* * * 
 
Zülm etsən istiqlal mücahidlərinə, 
Və nə qədər zəncir vursan 
Onların dəmir biləklərinə. 
Yenə qovuşacaqlar 
Sönməz, höyük diləklərinə. 
Əyilməyən və əyilmək bilməyən 
Ovladlarımız. 
Istərsin sənin qanlı “Çeka"ların 


Qurşuna tutsun bizi. 
Yenə könüllərdə dalğalanacaq 
Daiğalı bir dəniz- 
Getdikcə alovlanacaq 
Alovlu mücadiləmiz. 
Çünki bizim fikirlərimizin 
Ufüqləri deyildir dar
Bizdə sönmək bilməyən 
Bir istiqlal eşqi vari.. 
 
AĞAKƏRİM BƏYƏLİZADƏ 
İstiqlal şairi 
 
On birinci ordu Bakıya tərəf yeriyəndə onun sıralarında Hacı  İlyas soyadlı 
bir kommunist də vardı. Şəxsən Leninin verdiyi mandatla o, 1920-ci il iyunun 19-
da otuz iki saylı əmrlə Azərbaycan Respublikası Hərbi Inqilab səhra məhkəməsinin 
sədri və  kəşfiyyat idarəsinin rəisi təyin olundu. Fəaliyyətə başladığı ilk gündən 
Hacı  İlyas (arxiv sənədlərində onun soyadı M.Z.Xadjilas kimi göstərilir – Ş.N.) 
imkanlı adamları ailəsi ilə birgə  həbs edib çəkidən yüngül, vəzndən ağır olan 
şeyləri mənimsəyirdi. Günün günorta çağı  qız və qadınları saxlatdırır, üstündəki 
sırğanı, boyunbağını, üzükləri dartıb qoparırdı. Qalib XI ordu üçün “talan həftəsi 
keçirirdi. Bu “talan həftəsinin müddəti artıq iki ayı keçirdi. 1919-cu il dekabrın 2-
də  İtaliyadan Milli ordu üçün alınmış otuz beş min dəst geyim və  təchizat 
əşyalarının cındır köynəkdə, yamaqlı  şalvarda gəlmiş XI ordunun əsgərlərinə 
paylayırdı. Üsyan səsini qaldıran ziyalıları, Azərbaycan ordusunun əsgər və 
zabitlərini isə Krasnovodskiyə, Orta Asiyaya sürgünə göndərmək adı ilə  gəmiyə 
doldurub Nargin, Bulla və Çilov adalarına aparıb boyunlarına daş bağlatdırır, 
gicgahına güllə ilə vuraraq dənizə atdırırdı. 
Insan qanına susamış namərd Hacı Ilyas bir nəfər ras zabitini də həbs edir. 
Məhbusun arvadı biləndə ki, ərini Hacı  İlyas həbs edib, xilas etmək üçün onun 
qəbuluna gəlir. Onunla söhbət edən qadın təəccübdən donub qalır. Ordan birbaşa 
Hərbi Səhra Məhkəməsinin sədr müavini Teymur Əliyevin yanına gəlir. O, 
Teymur  Əliyevə  məlumat verir ki, sizin sədr  əsl inqilabçı Hacı  İlyas deyil. Mən 
Hacı İlyası yaxşı tanıyıram, o ərimin yaxın dostudur. Dəfələrlə bizim evdə qonaq 
olub, bu əllərimlə ona çay-çörək vermişəm. Teymur Əliyev Respublika İnqilab 
Komitəsinin sədri Nəriman Nərimanova bu barədə  məruzə edir. Nərimanovun 
tapşırığı ilə “Altıbarınaq Baba Əliyev və Ponkratyov Hacı  İlyasın kimliyi barədə 
axtarışlar aparırlar. Nərimanov həm də göstəriş verir ki, həbsxana rəisinə tapşırın, 
qadının  ərini Hacı  İlyas dindirilməyə  və ya başqa yerə aparınağa tələb edərsə 
verməsin. 
Ciddi araşdırmalardan sonra məlum olur ki, şəxsən Leninin mandat verdiyi, 
hazırda Respublika Hərbi Səhra Məhkəməsinin sədri vəzifəsində  işləyən  şəxs  əsl 
bolşevik Hacı  İlyas deyil. O, Odessadan xaricə qaçmaq istəyən ağqıvardiyaçı 
zabitdir. Bolşeviklər Odessanı alanda cildini dəyişib onlara qoşulur, XI ordu ilə 
Dərbəndə  gəlir. Burada Leninin şəxsən mandat verdiyi əsl inqilabçı Hacı  İlyasla 


tanış olur. Onunla dostlaşır və  qətlə yetirir. Onun sənədləri ilə  də XI ordunun 
sıralarında Bakıya gəlir. 
Əsl inqilabçı Hacı  İlyasın arvadını da tapıb Bakıya gətirirlər. Gizlindən 
“ərini ona göstərirlər. Qadın sədrin onun əri olmadığını təsdiq edir. Üstəlik də əsl 
inqilabçı Hacı  İlyasın türmədə olan dostu və onun arvadı da Azərbaycan 
Respublikasının Hərbi Səhra Məhkəməsinin sədrinin yalançı Hacı  İlyas oduğunu 
təsdiq edirlər. 
Üç aydan çox - iyun, iyul və avqust aylarında bu vəzifədə çalışan Hacı İlyas 
general-leytenant Məmməd bəy Sulkeviçi, general-mayor İbrahim ağa Usubovu, 
şahzadə-general Feyzulla Mirzə Qacarı, Əbdülhəmid bəy Qatabaşını, Murad Gəray 
bəy Tlexası, Əlyar bəy Haşımbəyovu, Həbib bəy Səlimovu, polkovnik Rüstəm bəy 
Şıxlinskini, İsgəndər bəy Seyfullanı və mindən çox dindaşımızı məhv etmişdir. 
Fövqaladə Komissiya yalançı, müsəlman qanına susamış Hacı İlyası dərhal 
həbs etdi. 1921-ci ildə güllələnmə  kəsiləndə o, məhkəmədə demişdir: 
“Müsəlmanları o dünyaya göndərınək üçün var qüvvəmlə çalışırdım. Amma heyf... 
Mümkün olsaydı, daha çox qırar və daha çox adam öldürərdim. 
Respublika Mərkəzi Dövlət Arxivindəki sənədlərdən məlum olur ki, yalançı 
Hacı İlyasın milliyyəti yəhudidir. O, Odessa şəhərində anadan olub. Ağqvardiyaçı 
general Denikinin qoşununda xidmət edib. Kəşfiyyatçı olub. 
Arxiv sənədlərində bolşeviklərin iç üzünü açan belə bir epizod da var. 
1920-ci ilin may ayında bolşevik-daşnak qoşunlarına qarşı Gəncə əhalisi və 
Gəncədə yerləşən birinci piyada Azərbaycan diviziyası üsyan etdi. Üsyana diviziya 
rəisi general Cavad bəy  Şıxlinski, Azərbaycan ordusunun baş intendantı general-
şahzadə  Məhəmməd Mirzə Qacar, süvari diviziyasının rəisi general Teymur bəy 
Novruzov və polkovnik Cahangir bəy Kazımbəyov başçılıq edirdi. May ayının 24-
dən 31-dək davam edən döyüşlərdən sonra Bakıdan göndərilən  əlavə qoşun və 
zirehli qatarla bolşeviklər yerli əhaliyə, Milli ordu əsgərlərimizə divan tutdular. 
Həmin vaxtlar Gəncə ÇEKA-sı olan polkovnik Tuxareli qeyri-bərabər döyüşlərdə 
general-şahzadə  Əmir Kazım Mirzə Qacarı, polkovnik Danyal bəy Həməcovu, 
kapitan Hüseyn bəy Mirizadəni və onlarla əsgərlərimizi mühasirəyə salıb 
doğrayırdı. Yüzlərlə azərbaycanlı qanı axıdan Tuxareli üsyan yatırılandan sonra 
evləri, ailələri talan etməkdə  də  əli uzunluq edirdi. İyun ayında o, üç bolşevik 
əsgərinə iki dolu çamadan verib tapşırır ki, bunları Tiflisə aparıb, filan ünvanda, 
filankəsə verin. 
Sınıq körpüdə  sərhədçilər üç bolşevik  əsgərini saxlayır və  tələb edirlər ki
çamadanlar açılsın, yoxlayacağıq.  Əsgərlər imtina edib deyirlər ki, çamadanlar 
Tiflisdəki gizli bolşevik təşkilatında açılacaq.  İçindəkilər onlara çatası  məxfi 
sənədlərdir. Uzun mübahisədən sonra şübhələnən sərhədçilər Bakı ÇEKA-sı ilə 
əlaqə yaradırlar. Respublika ÇEKA-sından “Çamadanlar açılıb, yoxlanılsın! əmrini 
verirlər. 
Açılan çamadanların içindən ləl-cəvahirat, qızıl boyunbağılar, qızıl pul və 
üzüklər tökülür. 
Məlum olur ki, bolşevik polkovniki Tuxarelinin Gürcüstana qohumlarına 
ötürmək istədiyi bu qiymətli  əşyaları  Gəncədə güllələdiyi imkanlı azərbaycanlı 
arvad-uşağın boynundan, qarət etdiyi evlərdən yığıbmış. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə