Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.

səhifə84/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
1   ...   80   81   82   83   84   85   86   87   ...   97

iyirmi dördündə Qazax qəzasının Salahlı  kəndində  kəndli ailəsində anadan olub. 
Musavat ordusunda rota komandiri idi. 
 
Poruçik HACIBALA HACIMƏMMƏD OĞLU ABBASOV - 
Şamaxıda realnı  məktəbi və Xarkovdakı texniki məktəbi bitirib. Rus dilini 
yaxşı bilirmiş, savadlı imiş. 1914-cü ildə Birinci Dünya Müharibəsində  iştirak 
edib. Musavat ordusuna 1918-ci ildə könüllü gəlib. 1898-ci il iyulun dördündə 
Şamaxıda kəndli ailəsində anadan olub. 
 
Poruçik  ƏYYUB  MƏQRUB   OĞLU   KÖÇƏRLİNSKİ  - 
Vladiqafqazdakı realnı  məktəbi bitirib. 1900-cü il avqustun iyirmi ikisində 
Şuşada zadəgan ailəsində anadan olub. 1918-ci il sentyabrın on beşində Bakının 
daşnak-bolşeviklərdən azad olunmasında iştirak edib. 
 
Poruçik  HÜSEYN SƏMƏD OĞLU RƏHİMOV - İkinci Tiflis kişi 
gimnaziyasının beş sinfini və 1920-ci il aprelin iyirmi dördündə  Gəncə  hərbiyyə 
məktəbini bitirib. 1893-cü ildə Bakıda meşşan ailəsində anadan olub. 
 
Poruçik MƏMMƏD HÜSEYN OĞLU SADIQOV - Gimnaziya təhsili alıb. 
1919-cu ildə  Gəncə praporşiklər məktəbini bitirib. 1893-cü ildə Salyanda anadan 
olub. 
 
Podporuçik  MAHMUD MƏMMƏD OĞLU MAHMUDZADƏ - Birinci 
Bakı gimnaziyasını və Gəncə praporşiklər məktəbini 1919-cu ildə bitirib. Fars və 
türk dillərini mükəmməl bilib. 1893-cü ilin yanvar ayında Lənkəranda meşşan 
ailəsində anadan olub. 1920-ci ildən sonra Bakı şəhər sovetində vergi müfəttişliyi 
idarəsinin rəisi işləyib. Bakı  şəhər Sovetinin üzvü, 1922-ci ildən “Azərbaycan 
müstəqilliyi uğrunda!” gizli hərbi təşkilatın fəallarından biri olub. 1923-cü ilin iyul 
ayında Zaqafqaziya “ÇK”-sı həbs edib, sürgünə göndərib. 
 
Podporuçik  MİR  ƏHMƏD MİR AĞAƏLİ  OĞLU MİRCAVADOV - 
Bakıda ruhani təhsil alıb. 1919-cu ildə  Gəncədə praporşiklər məktəbini bitirib. 
1895-ci il iyunun on səkkizində Bakıda meşşan ailəsində anadan olub. 
 
Podporuçik   MEYDAR   ABBAS   OĞLU   MƏDƏTOV   - 
Qusardakı Ali-ibtidai məktəbi və 1920-ci il aprelin iyirmi dördündə  Gəncə 
praporşiklər məktəbini bitirib. 1898-ci ildə Bakının Balaxanı  kəndində anadan 
olub. 
 
Podporuçik HƏMİD İSKƏNDƏR OĞLU MUSTAFAYEV - 
Qori  şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan 
şöbəsini bitirib. 1914-18-ci illərdə Bakıda müəllim işləyib. 1918-ci ildə  Gəncədə 
türk hərbi məktəbini bitirib. 1898-ci il sentyabrın səkkizində Qazaxda anadan olub.  
 


Podporuçik  MƏLİKMƏMMƏD SƏTTAR OĞLU MƏLİKOV - Bakıda 
üçüncü ali-ibtidai məktəbi və 1920-ci il aprelin iyirmi dördündə Azərbaycan 
hərbiyyə  məktəbini bitirib. 1896-cı il martın on birində Bakıda meşşan ailəsində 
anadan olub. 
 
Podporuçik MƏSTAN ZEYNAL OĞLU MƏSTANZADƏ - 
Beşsinifli Bakı realnı  məktəbini və 1920-ci ildə Azərbaycan hərbiyyə 
məktəbini bitirib. 1899-cu ildə Şamaxıda meşşan ailəsində anadan olub. 
 
Podporuçik MİRMEHDİ MİRƏHMƏDOV - Ali ruhani təhsili var. 1920-ci 
il aprelin iyirmi dördündə Azərbaycan hərbiyyə  məktəbini bitirib. 1894-cü ildə 
Bakıda anadan olub. 
 
Podporuçik MAHMUD ƏSƏDAĞA OĞLU MUSTAFAYEV 
- 1918-ci ildə  Gəncə praporşiklər məktəbini bitirib. 1899-cu il martın on 
birində Qazax qəzasının Salahlı kəndində anadan olub. 
 
Podporuçik  TOFİQ  ŞƏRİF OĞLU MİRZƏYEV - Tiflis gimnaziyasının 
və 1920-ci il aprelin iyirmi dördündə Azərbaycan hərbiyyə məktəbini bitirib. İran 
təəbəsidir. 1900-cü il dekabrın birində Tiflisdə anadan olub. Sovetlər vaxtı 
Azərbaycan diviziyasının birinci polkunun qərargah rəisi olub. 1930-cu ildə 
keçmiş Musavatçı kimi həbs edilib. 
 
Unter-zabit  CƏMİL   BƏY  BAĞIR  BƏY   RƏFİBƏYOV 
- 1918-ci ildə  Gəncədə altı aylıq unterzabit məktəbini bitirib. Həmin ili 
müsavat ordusunun birinci piyada polkunda Qarabağda erməni daşnaklarına qarşı 
vuruşub. Müsavat hökuməti süqut etdikdən sonra Qızıl Ordunun on altıncı 
diviziyasının iki yüz qırx dördüncü polkunda vzvod komandiri kimi xidmət edib. 
1921-ci ildə ikinci kəndli süvari polkunda 1924-cü ilə kimi xidmət etdikdən sonra 
ordudan tərxis olunub. Müsavat zabiti olduğuna görə 1928-ci ilin yayında həbs 
edilib, iyirmi il müddətinə Novosibirsk, Çustinsk və başqa həbs düşərgələrinə 
sürgün olunub. 
CƏMİL BƏY RƏFİBƏYOV 1894-cü ildə  Gəncənin Balabağmanlar 
kəndində  bəy ailəsində  anadan olub. 1908-ci ildən 1916-cı ilədək Gəncə  şəhər 
səkkiz illik şəhər məktəbində təhsil alıb. 
 
Uryadnik  HƏSƏN BƏY FƏTƏLİBƏYOV - Birinci Tatar-Azərbaycan 
süvari alayının kollej registratoru olub, qoşunu  ərzaqla təchiz edib və onu 
mənzillərə yerləşdirib. Dövlət müşaviri, birinci dərəcəli könüllü əsgər
21
 olub. Rus-
yapon müharibəsinin, Romanovlar sülaləsinin 300 illik xatirə medalı ilə  və 
məişətdə göstərdiyi fəaliyyətinə görə ordeni ilə 1914-cü ildə Qori şəhər pristavı 
                                                 
21
 Bu vəzifənin ruscası belədir: “Bıvşiy volonoopredelyayuşaya perveqo razryada” Tərcüməsi: Müharibə vaxtı 
konüllü əsgəri xidmət kecirən, ali təhsilli imtyazlı şəxsi - (Ş.N.) 


vəzifəsində  işləyəndə  həmin il iyunun birində “Müqəddəs Vladimir” ordeninin 
dördüncü dərəcəsilə təltif olunmuşdur. 
1886-cı il dekabrın on səkkizində  Şuşanın  Ətyeməzli kəndində zadəgan 
ailəsində anadan olub. Qori seminariyasının Tatar-Azərbaycan şöbəsini 1916-cı il 
martın beşində, 271 saylı  şəhadətnamə ilə bitirib. 1917-ci il oktyabrın iyirmi 
doqquzunda Tatar-Azərbaycan süvari alayının ehtiyat bölməsinə könüllü qəbul 
olunub. Həmin il noyabrın iyirmi üçündə  və dekabrın beşində Müsəlman 
Korpusuna əsgər yığmaq üçün Borçalı qəzasına ezam olunub. 1918-ci il yanvarın 
dördündə uryadnik rütbəsi verilib. Həmin il, həmin tarixdə Müsəlman korpusunun 
komandiri, general-leytenant Əliağa  Şıxlinskinin  əmrilə oboz komandiri (hərbi 
araba karvanının) təyin olunub. 1919-cu il yanvarın dördündə ailə vəziyyətinə görə 
hərbi xidmətdən tərxis olunub. 
Həsən bəy Fətəlibəyovun şəxsi işində ailə tərkibi də qeydə alınmışdır. 1896-
cı il aprelin on ikisində anadan olan arvadı  Ədilə xanım, 1913-cü il dekabrın 
dördündə anadan olan qızı Leyla xanım, 1915-ci il martın ikisində anadan olan 
oğlu Ənvər bəydir. 
Kapitan  AĞACƏFƏR ABUTALIB OĞLU SEYİDOV - Bakıda 
Aleksandrovsk məktəbini və ikinci Tiflis kişi gimnaziyasını bitirib. 1915-ci ildən 
orduda xidmət edir. 1919-cu ildə praporşiklər məktəbini bitirib. Birinci Dünya 
Müharibəsində  fəal iştirakına görə orden və medallarla təltif olunub. 1894-cü il 
mayın səkkizində Şamaxıda meşşan ailəsində anadan olub. 
 
Ştabs-kapitan  AĞA XANKİŞİ  OĞLU SARAVANSKİ  -  Şamaxıda realnı 
məktəbi və 1915-ci ildə Mixaylov hərbi məktəbini bitirib. 1897-ci il yanvarın 
iyirmi dördündə Şamaxıda meşşan ailəsində anadan olub. 
Ştabs-kapitan DANİYAL BƏY MƏHƏD BƏY OĞLU ŞƏRİFOV - 1915-
ci ildə Birinci Tiflis praporşiklər məktəbini bitirib. 1891-ci il iyunun onunda 
Qazaxda anadan olub. Ağalıq nəslindəndir. Müsavat ordusunun Bakı alayında 
(Salyan qazarmasında yerləşirdi)  ştabs-kapitan rütbəsində xidmət edirdi. 1923-cü 
ildə bolşeviklər həbs edib. Son taleyi məlum deyil. Topoqraf-podpolkovnik Məhəd 
bəy Şərifovun oğludur. 
 
* * * 
 
Poruçik ƏLİ ŞƏMSİ OĞLU ƏSƏDULLAYEV - fevral inqilabından sonra 
Bakıda “vəhşi diviziya”nın  əsgər və zabitlərindən döyüşən alay təşkil edib. 
Qərargahı  “İsmailiyyə” binasında yerləşirdi. 1918-ci ilin mart qırğını vaxtı 
İçərişəhər  ətrafinda, Çəmbərkənddə,  Şamaxı yolunda və başqa yerlərdə daşnak-
bolşevik qoşunları ilə şiddətli döyüşlər aparıb. 
Martın iyirmi doqquzunda poruçik Əli Əsədullayevin komandanlığı altında 
Lənkəran musavatçılarına silah yardımı apararkən, “Evelina” gəmisində 
bolşeviklərlə silahlı toqquşma olub. Martın 30-da Bakı  əhalisi “Dikaya diviziya” 
alayının tərksilah olunmasına qarşı etiraz mitinqləri keçirmişdir. Təcili çağrılan 
müşayirədə M.Ə.Rəsulzadənin iştirakı ilə silahlar Bakı Soveti İcrayə Komitəsindən 
geri alınmışdır. Həmin günü “Dikaya diviziya” alayı Şamaxı yolundakı və Tatarski 



Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   97


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə