Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə86/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   82   83   84   85   86   87   88   89   ...   97

sərf edir. Zabit Teymur xan yaxşı başa düşür ki, Vətənin və millətin naminə xidmət 
edir. Alaya xidmətə gəldiyi ilk gündən o, sanki on iki hissəyə bölünmüşdür. Onun 
işinə nəzər yetirdikdə alay komandirinin müavini əvəzinə on iki rota komandirinin 
vəzifəsini də yerinə yetirdiyininin şahidi olursan. 
Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq çox xahiş edirəm, Sizin 
təqdimatınızla kapitan Teymur xan Xoyskiyə podpolkovnik rütbəsi verilsin. 
Üstəlik də hazırda tutduğu vəzifə ona podpolkovnik rütbəsini almağa imkan verir.” 
 
Polkovnik ŞİRİN BƏY KƏSƏMƏNLİ. 
Alayın yavəri, praporşik  İlyas bəy  Şahtaxtinski-Birinci Dünya 
Müharibəsində  iştirak edən kapitan Teymur xan Cahangir xan oğlu Xoyski 
cəbhələrdə nüfuzlu nəslinin adına layiq döyüş yolu keçmişdir. Bütün bunları əyani 
göstərən onun hansı möcüzədənsə salamat qalıb, arxivdə “təmamilə  məxfidir” 
qrifilə saxlanan təltifat vərəqidir. Teymur xan 1915-ci ildən 1917-ci ilə kimi iştirak 
etdiyi döyüşlərdə dördüncü dərəcəli “Müqəddəs Anna” (üzərində  “İgidliyə görə” 
yazısı ilə), üçüncü dərəcəli “Müqəddəs Stanislav” (qılınc və bantla birgə), üçüncü 
dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə), ikinci dərəcəli “Müqəddəs 
Stanislav” (qılıncla birgə), ikinci dərəcəli “Müqəddəs Anna” (qılıncla birgə), knyaz 
Vladimirin şərəfinə təsis edilmiş dördüncü dərəcəli orden (qılınc və bantla birgə) 
və 1917-ci ilin fevral ayında Georgi silahı ilə təltif olunmuşdur. 
 
Kapitan AĞAHÜSEYN MİRZƏHADI OĞLU AĞASIYEV - 
İçəri  şəhərdə tacir ailəsində anadan olmuşdur. 1919-cu ildə “Hərbiyyə 
məktəbi”ni bitirən ilk məzunlardan biri idi. 1920-ci ilin əvvəllərində Milli ordunun 
“Yardım alayı”nda rota komandiri olmuşdur. 
1921-ci il avqustun dördündə  Nəriman Nərimanovun təşəbbüsü ilə iyirmi 
səkkiz nəfərdən ibarət Türkiyəyə gedəcək Azərbaycanın səlahiyyətli 
nümayəndəliyi təşkil olunur. Onların arasındakı altı  nəfər hərbiçidən biri də 
Ağahüseyn Ağasiyevdi. Diplomatik nümayəndəliyin başçısı İbrahim Əbilov təyin 
olunmuşdu. Kapitan Ağasiyev  əvvəlcə Ankarada səfirliyin hərbi attaşesinin 
əməkdaşı, sonra isə  səfir  İbrahim  Əbilovun müavini kimi məsul vəzifələrdə 
çalışmışdır. Qazi Mustafa Kamal Atatürklə görüşmüşdür. 
l924-cü ildə Tiflisə çağırılan kapitan Ağahüseyn Ağasıyev Surami 
şəhərindəki hərbi hissəyə komandir təyin edilir. Bir axşam Surami qalası 
ətrafindakı gözətçi məntəqələrini yoxlayarkən daşnaklar arxadan xəncərlə vuraraq 
öldürüblər. 
 
Poruçik ƏLİAĞA ƏBDÜLSƏMƏD OĞLU MUSTAFAYEV 
- 1919-1920-ci illərdə müsavat ordusunda poruçik rütbəsində qulluq edib. 
İyirmi səkkiz aprel çevrilişində istilaçı-daşnaklara və XI Orduya qarşı döyüşlərdə 
fəal iştirak edərək yaralanıb. Otuz yeddinci ilə  kimi  Salyan  və Laçında hərbi 
komissarlıqda işləyib. Həmin il Salyan NKVD-nin rəisi Artunyan tərəfindən həbs 
edilib. Təqsiri sübut olunmadığına görə azad edilib. 1945-ci ilə qədər Salyan Xalq 
Maarif  şöbəsində  və rayon ictimai-təminat  şöbəsində mühasib işləyib. Həmin ili 
Müsavat ordusunun zabiti olduğu bəhanə edilərək yenidən on il müddətinə  həbs 


edilib. 1950-ci ildə  həbsxanada vəfat edib. 1898-ci ildə Salyanda anadan olub. 
Salyan şəhər dörd illik ibtidai məktəbini bitirib. 
 
* * * 
 
Praporşik  HÜSEYN HEYDƏR OĞLU EYVAZOV - Salyan Ali-ibtidai 
məktəbini və 1919-cu ildə  Gəncə praporşiklər məktəbini bitirib. l895-ci ildə 
Salyanda kəndli ailəsində anadan olub. 
 
Praporşik  AĞABALA  ƏLİ  OĞLU YUSİFOV - Gimnaziya təhsili alıb. 
1919-cu ildə  Gəncə praporşiklər məktəbini bitirib. 1898-ci ilin yanvar ayında 
Bakıda fəhlə ailəsində anadan olub. 
 
Praporşik  MÜRSƏL HACI MƏMMƏDƏLİ  OĞLU  İBRAHİMOV - 
Şamaxı şəhər məktəbini və 1918-ci ildə Gəncədə podpraporşiklər məktəbini bitirib. 
Fars və erməni dillərini mükəmməl bilir. 1899-cu il yanvarın beşində  Şamaxıda 
anadan olub. 
Praporşik  MƏHƏRRƏM HÜSEYNQULU OĞLU  İSGƏNDƏROV - 
Birinci Bakı kişi gimnaziyasının dörd sinfini və 1919-cu ildə  Gəncə praporşiklər 
məktəbini bitirib. 1918-ci ildə  ağqvardiyaçı Denikin və daşnaklarla döyüşlərdə 
iştirak edib. 1895-ci ildə Bakıda anadan olub. 
 
  
Praporşik KAZIM GÜLMƏMMƏD OĞLU KƏRİMOV - 
1918-ci ildə  Gəncə praporşiklər məktəbini bitirib. 1897-ci ildə Bakıda meşşan 
ailəsində anadan olub. 
 
Praporşik İSA QAFAR OĞLU MANAFOV - Bakıda üçüncü Ali-ibtidai və 
1919-cu ildə  Gəncə praporşiklər məktəbini bitirib. 1898-ci il yanvarın beşində 
Bakıda meşşan ailəsində anadan olub. 
 
Praporşik  BİLAL SƏFƏRƏLİ  OĞLU SƏFİYEV - Zaqafqaziya 
Müəllimlər Seminariyasının Azərbaycan  şöbəsini və 1919-cu ildə  Gəncə 
praporşiklər məktəbini bitirib. 1894-cü ildə Naxçıvanın Baş Noraşen kəndində 
anadan olub. 
 
Praporşik  LƏTİF ZEYNAL OĞLU SADIQOV - Dörd sinifli məktəb 
təhsili var. 1919-cu ildə  Gəncə Praporşiklər məktəbini bitirib. Milli orduda rota 
komandir işləyib. 1899-cu ildə Salyanda anadan olub. 
 
Praporşik  NEMƏTULLA TALIB OĞLU TALIBOV - Bakıda ticarət 
məktəbini və 1918-ci ildə  Gəncədə  hərbiyyə  məktəbini bitirib. 1895-ci ildə 
Maştağa kəndində anadan olub. 
 


Praporşik FƏRRUX ŞABAN OĞLU ŞABANOV - Gimnaziya təhsili alıb. 
1919-cu ildə  Gəncə praporşiklər məktəbini bitirib. 1900-cu ildə Tiflisdə anadan 
olub. 
 
Praporşik MƏMMƏD CƏFƏRQULU OĞLU RƏHİMOV - 
Bakıda üçüncü Ali-ibtidai məktəbdə və mühasibatlar kursunda oxuyub. Fars dilini 
bilir. 1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. 1895-ci il aprelin ikisində 
Bakıda meşşan ailəsində anadan olub. 
 
Praporşik  SALMAN QURBAN OĞLU SƏLİMOV - Bakıda rus-tatar 
məktəbini və 1919-cu ildə  Gəncə praporşiklər məktəbini bitirib. 1894-cü ildə 
Bakıda meşşan ailəsində anadan olub. 
 
Praporşik  ABDULLA BAQİ  OĞLU SÜLEYMANOV - Göyçayda iki 
sinifli məktəbdə oxuyub. 1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. 1895-
ci ildə Göyçayda kəndli ailəsində anadan olub. 
  
Praporşik  ABDULLA  ŞƏFİ  OĞLU  ŞƏFİYEV - Beş sinifli Bakı 
gimnaziyasını  və 1918-ci ildə  Gəncə praporşiklər məktəbini bitirib. 1896-cı ildə 
Bakıda meşşan ailəsində anadan olub. 1922-ci ildən “Azərbaycan müstəqilliyi 
uğrunda!” gizli hərbi təşkilatın üzvü olub. 1923-cü ilin iyul ayında Zaqafqaziya 
“ÇK”-sı həbs edib. 
 
Praporşik HƏMİD MƏŞƏDİ AĞA OĞLU RÜSTƏMBƏYLİ 
- Gimnaziya təhsili alıb. 1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. 
1900-cu il oktyabrın on altısında Gəncədə meşşan ailəsində anadan olub. 
 
Praporşik  MİRMEHDİ    MİRYUSİF OĞLU SƏMƏNDƏROV - Ali-
ibtidai təhsili var. 1919-cu ildə  Gəncə praporşiklər məktəbini bitirib. 1899-cu il 
mayın iyirmi beşində Ordubadda kəndli ailəsində anadan olub. Müsavat ordusunda 
rota komandiridir. 
 
Praporşik  AĞASƏLİM SƏFTAR OĞLU  ŞƏRİFOV - Realni məktəb 
bitirib. Musavat ordusunun nəzdində yaranmış  tədris komandasında hərbi təhsil 
alıb. 1896-cı il yanvarın onunda Bakıda anadan olub. 
 
Praporşik NƏSİR AĞA CAVADƏLİ OĞLU NUHBAZOV - 
Salyanda beş sinifii kənd məktəbini və 1919-cu ildə  Gəncə praporşiklər 
məktəbini bitirib. 1897-ci il mayın on beşində Salyanda anadan olub. 
 
Praporşik  YUSİF HƏMİD OĞLU NƏCƏFOV - Bakıda üç sinifli Ali-
ibtidai təhsil alıb. 1919-cu ildə Gəncədə praporşiklər məktəbini bitirib. 1901-ci il 
dekabrın iyirmi beşində Bakının Saray kəndində anadan olub. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə