Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   5   6   7   8   9   10   11   12   ...   97

İkinci təlim Kazanda meydana çıxıb. Onun tərəfdarları özlərini banilərinin 
adıyla, Allah alayı  və yaxud da Vaisovçular adlandırırlar. Bu adamlar da inamın 
mahiyyətini məhəbbətdə görürlər və  məhəbbətə zidd gedən bütün tədbirlərdən 
kənarda qalırlar. Bu sekta da təqib olunur və bu günlərdə onun rəhbərləri tutulub 
həbsxanaya salınıblar. 
Əgər mənim məsləhətlərim heç olmasa bir şeyə yarasalar, Siz və yaxud da 
Sizin oğullarınız özlərinin sonrakı  fəaliyyətləri haqqında qərarlarını  mənə 
bildirsələr, çox şad olaram. 
 
Lev Tolstoy 
2
  
 
Görünür, böyük Tolstoyu ananın məktubu bərk həyəcanlandırıb. Bunu dörd 
səhifəlik və demək olar ki, təcili yazılan cavab məktubundan da hiss etmək olur. 
Tolstoyun: “müsəlmançılığın öz xarici formasına görə kilsə pravoslavçılığından 
müqayisə olunmaz dərəcədə yüksəkdə durması  məndə heç bir şübhə doğurmur” 
cümləsi onların ailə intizarına son qoydu. Məktub ailədə hökm kimi oxunub, qanun 
kimi qəbul olundu. 
Lev Tolstoyun məktubundan sonra Tiflisdəki Zaqafqaziya Ruhani İdarəsi 
general-mayor İbrahim ağa Vəkilovun övladlarını müsəlmanlığa qəbul etmiş və bu 
barədə Müfti Mirzə Hüseyn əfəndi Qayıbzadənin imzası ilə rəsmi sənəd vermişdir. 
Uşaqların adını da dəyişdirmişlər: Boris Faris olmuş, Qleb isə Qalib kimi 
rəsmiləşmişdir. 
Lev Tolstoyun Yelena Yefimovna Vəkilovaya yazdığı məktubun əslini oğlu 
Faris 1978-ci ildə Moskvadakı Lev Tolstoy adına Muzeyə vermişdir. Surəti isə bu 
sətirlərin müəllifindədir. 
Dahi Tolstoy müsəlman dininə etiqadını  təkcə bu məktubla izhar 
etməmişdir. Onun çoxminli qələm və  qəlb dostları Tolstoyun İslam dininə, 
Məhəmməd peyğəmbərin şəxsiyyətmə ülvi məhəbbəti barədə yazır, söhbət açırlar. 
Tolstoyun özünün birbaşa etirafi isə ilk dəfə möhtərəm oxuculara təqdim etdiyimiz 
aşağıdakı söhbətmdə aydın görünür. 
Milləyyətcə slovak olan D.P.Makovitski altı il Lev Tolstoyun şəxsi həkimi 
olmuş  və çoxsaylı qonaqların Tolstoyu ziyarət etməsi barədə “ 1904-1910-cu 
illərdə Tolstoyun yanında” adlı monumental bir əsər yazmışdır. 
1979-cu ildə həmin dörd cildlik “Yasnopolyana qeydləri” adı ilə Moskvada 
ilk dəfə  nəşr olundu. Kitabın üçüncü cildinin üç yüz əlli altıncı  səhifəsində 
Tolstoyun ailəvi söhbəti verilib. Oxucu orada dahi yazıçının general İbrahim ağa 
Vəkilovun həyat yoldaşından qayğısının və  İslam dinini qəlbən sevməsinin bir 
daha şahidi olur. 
Duşan Petroviç Makovitski yazır: 
“1909-cu il martın 13-də Lev Nikolayeviç söhbət zamanı dedi: bir anadan 
məktub almışam, yazır ki, uşaqlarımın atası müsəlmandır, özüm isə xristianam. Iki 
oğlum var: biri tələbədir, o biri zabit. Hər ikisi də müsəlman dininə keçmək istəyir. 
                                                 
2 Lev Tolstoyun məktubu makinada yazılıb. Müəllif cümlənin altından xətt çəkib və sonda “Lev Tolstoy” sözlərini 
öz dəsti-xəttilə yazıb - Ş. N. 
 


Sofya Andreyevna: - Yəqin ki, oğlanları müsəlman dininə çox-arvadlı 
olmaq xatirinə keçmək istəyir. 
Lev Nikolayeviç: - Nə olar ki... Məgər bizdə çoxarvadlılar azdır? 
Sonra Lev Nikolayeviç dedi ki, bu məktub haqqında fikirləşərkən mənim 
üçün çox şey aydınlaşdı. Məhəmməd həmişə Yevangelini üstələyir. O, İsanı Allah 
hesab etmir və özünü də Allaha bərabər tutmur. Müsəlmanların allahdan 
başqa allahı yoxdur və  Məhəmməd onun peyğəmbəridir.  Burada heç bir 
müəmma və sirr yoxdur. Hansı yaxşıdır: xristianlıq yoxsa müsəlmançılıq? Mənim 
üçün aydındır ki, müsəlman dini daha yaxşıdır, daha üstündür. Qısa müddət 
susduqdan sonra Lev Nikolayeviç təkrar etdi: - Müsəlmançılıq müqayisəolunmaz 
dərəcədə xristianlıqdan üstündür. Müsəlmançılıq mənə çox kömək etmişdir. 
Mixail Vasilyeviç: - Zaporojyeli nekrasovçular
3
   müsəlman dininə 
keçmişlər. 
Lev Nikolayeviç: - İnsan inkişaf etdikdə dinin əsasları da: taosizm, 
buddizm, xristianlıq da inkişaf edir. Bunların da hamısının dini əsasları birdir. 
Zaman keçdikcə bu da birliyə və sadəliyə gətirib çıxardır. 
 
  
GECİKMİŞ CAVAB 
 
Düz səksən iki il keçəndən sonra “Literaturnaya qazeta” yeddi nömrəli 
dosyesində (1991-ci il) general İbrahim ağa Vəkilovun ailə  məktubu haqqında 
məlumat verdi. Dosye islam dininin bütün doğmalarını özündə birləşdirən dahi 
kitab - Qurani-Kərimə həsr olunmuşdu. Bu təşəbbüs İslam dininin əsasları barədə 
çoxminli rus oxucularına açıq, mübaliğəsiz məlumat vermək üçün gözəl bir 
başlanğıc idi. 
Yazıçı Lev Tolstoyun Yelena Vəkilovaya yazdığı  məktubdan hissələr dərc 
edən qəzet həm də sorğu vermişdi ki, çox təəssüf edirik, Vəkilovanın  şəxsiyyəti 
haqqında heç bir məlumatımız yoxdur. 
Azərbaycanda bu sorğuya cavab verən bircə adam tapıldı - generalın yeganə 
nəvəsi, professor Leyla Qalib qızı  Vəkilova. Cavabında bu məsələni dəqiq 
açıqlayan Leyla xanım yazır: 
“Əhvalat belə olmuşdu: Qızlıq famili Yermolayeva olan Yelena 
Yefimovna hərbçi-zadəgan ailəsində doğulmuşdur. Tiflisdə zabit 
toplarışlarının birində o, gənc zabit İbrahim ağa Paşa ağa oğlu Vəkilovla 
görüşüb tanış olur. 
Bizim Vəkilovlar nəsli Azərbaycanın qəza  şəhəri Qazaxdandırlar. Zadəgan 
silkinə məxsus olan nəslimiz rəsmi olaraq üç yuz əlli ildən çoxdur ki, davam edir. 
Bizim nəsil öz xalqına, vətəninə bir çox görkəmli hərbçi, alim, yazıçı və sairə bəxş 
etmişdir ki, onların arasında müasir Azərbaycan ədəbiyyatının korifeyi şair Səməd 
Vurğunun adını çəkməmək olmaz. 
                                                 
3 1708-ci ildə Bulavin üsyanı yatırıldıqdan sonra ataman İqnat Nekrasovun rəhbərliyi ilə Türkiyəyə köçən Don 
kazakları - Ş. N. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə