Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə90/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   86   87   88   89   90   91   92   93   ...   97

  
Şöhrətli generalımız Səməd bəy Mehmandarovun 1918-20 - ci illərdəki 
fəaliyyəti xalqımız qarşısında  əvəzsizdir. Onun Milli Ordunun yaradılmasmdakı 
müstəsna rolu, 1918-ci il dekabrın 25-də Azərbaycan xalqına müraciəti,  əsgər və 
zabit heyəti qarşısında ata nəsihətli (həmin il Səməd bəy Mehmandarovun 63 yaşı 
vardı - Ş.N.) çıxışları  və  nəhayət, güclü Vətən təəssübkeşliyi qırx minə yaxın 
əsgəri olan nizami ordu yaratmağa səbəb oldu. 
Səməd bəy Mehmandarov haqlı olaraq yazırdı ki, düşmənə qarşı mübarizə 
tədbirlərindən biri də xalq içərisində sağlam milli hisslərin yaradılmasıdır. Bu 
vəziyyət Azərbaycan Respublikasının yaranmaqda olan gənc ordusu üçün xüsusilə 
zəruridir. Yuxudan yenicə oyanmış xalqda sağlam, milli hissi oyatmalıyıq... Xalq 
arasında türk irsinin milli hisslərini və vüqarını qaldırmaq üçün xalqı, 
qoşunlarımızı onun tarixi keçmişi ilə tanış etməliyik. 
1918-1920-ci illərin arxiv qovluqları açıldıqca bizə  məlum olur ki, Milli 
Ordu tariximiz çox zəngin olmuşdur. O da məlum olur ki, hərb tariximizi 
zənginləşdirən Əliağa Şıxlinskinin rəhbərliyi ilə onların silahdaşları general Həbib 
bəy Səlimovun, Məmməd bəy Sulkeviçin, Şahzadə  Əmir, Kazım Mirzə Qacarın, 
Clavad bəy Şıxlinskinin, Murad Gəray bəy Tlexasın, Əbdülhəmid bəy  
Qaytabaşının misilsiz faliyyəti olmuşdur. 
Port Arturda, Birinci Cahan savaşında və 1918-20-ci illərdə  şərəfli döyüş 
yolu keçən general Səməd bəy Mehmandarovun haqqında araşdırmalar apardıqca o 
illərin sənədlərində və qəzetlərində onun çıxışlarına, nitqlərinə rast gəlmək olur. 
Tarixi sənədlərdən xəbərsiz olan bəzi tədqiqatçılar keçərək yazırlar ki, niyə 
Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin, Həbib bəy Səlimovun və başqa 
sərkərdələrimizin Napaleon, Kutuzov, Suvorov kimi müdrik fikirləri hərbi-elmi 
əsərləri qalmayıb. Bir sözlə, özümüzünkülərə qeyri-vətənpərvər damğası vururlar. 
Yetmiş altı ildən sonra belələrinə general Səməd bəy Mehmandarovun Azərbaycan 
Hərbiyə  məktəbinin ikinci buraxılışıda, 1926-cı il sentyabrın 15-də elədiyi tarixi 
çıxış cavab verir. 
Həmin il Azərbaycan Hərbiyyə  məktəbində  Səməd bəy Mehmandarov 
topçuluqdan rusca, Əliağa  Şıxlinski isə Azərbaycan dilində mühazirələr 
oxuyurdular. 
 
 
AZƏRBAYCAN HƏRBİ MƏKTƏBİNİN 
2-ci BURAXILIŞI HAQQINDA 
15 sentyabr 1926-cı il 
 
Yoldaşlar! Bu gün biz yeni qırmızı komandirlər kimi sizi təbrik edirik. 
Qırmızı komandir kimi siz daha müstəqil yola çıxdınız. Bu müstəqil yolda 
sizi çətin və məsul iş gözləyir. Həmin işin bacarıqla və vicdanla yerinə yetirilməsi 
sizin tabeliyinzdə olan adamların döyüş hazırlığı səviyyəsindən asılıdır. Öz xidməti 
və döyüş  təcrübəmdən istifadə edərək sizin üçün bu əlamətdar gündə  həmin iş 
haqqında bir neçə söz demək istəyirəm. 


Azərbaycan hərbi məktəbini qurtaran sizlər, yoldaşlar, həmişə möhkəm 
yadda saxlamalısınız ki, heç bir məktəb, hətta ali məktəb də olsa, tam bilik vermir, 
gəncləri gələcək özünütəkmilləşdirməyə hazırlayaraq buraxır. Bu cəhəti biz hərbi 
qulluqçular, xüsusilə yadda saxlamalıyıq, çünki ümumiyyətlə hərbi işdə, əsasən də 
qüdrətli mübarizə vasitəsi olan artilleriyada öz əksini tapan hərbi texnika böyük 
müvəffəqiyyətlərə nail olmuşdur. 
Texnika və taktika bir-birilə ayrılmaz surətdə  əlaqədardır və texnikanın 
inkişafi taktika sahəsində böyük dəyişikliklərə səbəb olur. Daimi yeni hərbi-texniki 
kəşflər sayəsində artilleriya atəşinin gücü ilbəil artır, döyüşün üsullarını və taktiki 
xüsusiyyətlərini, hücum və müdafiə formalarını əsaslı surətdə dəyişdirir. Buna görə 
də müasir tələblərdən geri qalmamaq üçün, yoldaşlar, siz yorulmadan öz 
üzərinizdə ciddi çalışmalı geri qalmamaq üçün cari hərbi  ədəbiyyatı diqqətlə 
izləməlisiniz. Başqa sözlə, yenə də öyrənmək lazımdır. Bu tələblərə  əməl etsəniz 
siz öz yerinizə layiq olacaqsınız və tabeliyinizdə olanların hüsnürəğbətini  
qazanacaqsınız. 
Texnikanın inkişafı  və artilleriya atəşinin artan gücü ilə yanaşı, mən 
deməliyəm ki, irəli getmək coşqunluğu ideyası ilə ruhlanan qoşunlarda əsas amil 
insandır, texnika isə ikinci dərəcəlidir, çünki texnikanı da insan idarə edir. 
Hərbi-elmi cəmiyyətdəki məruzələrimdən birində, yoldaşlar, mən demişdim 
ki, hərbi iş yaradıcı işdir, bu işdə təcrubə və praktikanın böyük əhəmiyyəti vardır, 
bu təcrübə və praktika bir çox nəzəri müddəaları üstələməlidir. Bunu deməklə mən 
nəzəriyyənin əhəmiyyətini heç də azaltmıram, çünki hərbi sənəd nəzəriyyəsi həmin 
praktikadan doğmuşdur.  Əgər bu belədirsə onda bacarıq, təcrübə  və praktikanı 
hansı vasitələrlə mənimsəmək olar? 
Müharibə dövründə bacarıq və təcrübə şəxsi praktika ilə, sülh dövründə isə 
sülh və müharibə dövrlərində göstərişlərini rəhbər kimi qəbul etdiyimiz 
nizamnamələrini  əsaslı surətdə öyrənməklə, taktiki tapşırıqla çölə  çıxmaqla, 
ikitərəfli manevrlərlə, komanda heyətinin çöl təlimləri ilə, hərb tarixini öyrənməklə 
və başqa üsullarla qazanılır. Bunları mən geniş izah etməyəcəyəm, öyrənilməsinə 
böyük əhəmiyyət verdiyim hərb tarixi üzərində dayanacağam. 
Hərb tarixini öyrənmək dünyagörüşünü genişləndirir, tənqidə qabil olan 
adamın zəkasını, fərasətini və bacarığını inkişaf etdirir. Hərb tarixini öyrənməklə 
siz ovcunuzun içi kimi bu və ya o tərəfin səhvini görürsünüz. Görürsünüz ki, nə 
etmək olar və  nə etmək lazım deyil. Hərb tarixini öyrənməklə siz çox mürəkkəb 
vəziyyətdən baş  çıxarmaq, həmin vəziyyətə uyğun bu və ya digər qərar qəbul 
etmək vərdişləri qazanırsınız. Hərb tarixini öyrənməklə siz qoşunların müharibədə 
çəkdikləri əziyyətlərin qarşısını almağa təminat verirsiniz. 
Mən belə fikirləşirəm ki, hərb tarixini öyrənməyin  əhəmiyyətini başa 
düşmək üçün bu deyilənlər də kifayətdir. 
Buna görə də mən belə hesab edirəm ki, sizin özünüzü həsr etdiyiniz sahədə 
müəffəqiyyət qazanmağınız üçün hərb tarixi kitabı  hər bir hərbi qulluqçunun 
stolüstü kitabı olmalıdır. 
Sizin hər bir müvəffəqiyyətiniz sizin keçmiş rəislərinizi sevindirəcək, çünki 
onlar sizin müvəffəqiyyətlərinizdə öz zəhmətlərinin və öz məsləhətlərinin bir 
hissəsini görəcəklər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə