Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə91/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   87   88   89   90   91   92   93   94   ...   97

Sizinlə vidalaşanda sizə demək istədiyim bunlardır.  İndi isə, yoldaşlar, 
mənim ən xoş və səmimi arzularımı qəbul edin. 
 
 
ALİM-GENERAL 
 
Məşhur generalımız  Əliağa  Şıxlinski hərb elmi ilə müntəzəm məşğul olan 
yeganə sərkərdəmizdir. O, ötən əsrin sonlarından başlayarq Rusiyada dərc olunan 
müxtəlif qəzetlərdə, “Artilleriya Zabitləri Məktəbinin xəbərləri” jurnalında
22
 hərbi 
elmi-publisistik məqalələrlə  çıxış etmişdir. 1910-1914-cü illərdə Luqa şəhərində 
nəşr olunmuş “Səhra topların cəbhədə  işlədilməsi”, “Divizion miqyasında topçu 
manevrlərin təşkili üçün təlimat”, “Topçu zabitləri məktəbində  Əliağa  Şıxlinski 
tərəfindən oxunmuş mühazirələrin xülasəsi”, “Öz qoşunlarının başı üstündən top 
atışı haqqında” kitabları Port-Artur qəhrəmanı  Əliağa  Şıxlinskiyə  şan-şöhrət 
gətirmişdir. 
1918-1920-ci illərdə və Sovetlər dövründə də general Əliağa Şıxlinski hərb 
elmi mövzusunda silsilə  məqalələrin və  hərbi kitabların müəllifı olmuşdur. Onun 
1926-cı ildə “Azərbaycan hərbi redaksiyası” tərəfindən nəşr olunmuş 300 səhifəlik 
“Rusca-türkcə  qısa hərbi lüğətli hərbi nizamnamələrin, hərbi elmi ədəbiyyatın 
tərcümə olunmasında böyük əhəmiyyət kəsb etmişdir. Nadir nüsxəyə çevrilən lüğət 
bu gün də misilsiz dəyərə malikdir. 
1920-ci üdə onun təşəbbüsü ilə yaranan Bakı qarnizonunun Hərbi Elmi 
Cəmiyyəti, “Hərbi bilik” jurnalı  və “Hərbi nəşriyyat” bizə  “Əliağa  Şıxlinski 
Azərbaycanda hərb elminin banisidir” - Sovetlər dövründə onun XI Orduda 
məcburi xidmət etməsi, bolşeviklərin ona çar və müsavat generalı kimi mənfı 
münasibəti onun əlyazmalarında, müasirlərinin xatirələrində açıq-aydın bilinir. 
Totalitar rejimin “gözükölgəli” etdiyi general Əliağa  Şıxlinski ona görə  də bu 
illərdə bütün gücünü, biliyini hərb elmi ilə məşğul olmağa daha çox sərf etmişdir. 
Onun “Hərbi bilik” jurnalında və “Kommunist”, “Bakinski raboçi” qəzetlərində 
“Gələcək müharibədə toplar”, “Topların piyada və süvarilərlə qarşılıqlı  əməliy-
yatı”, "Topların dağlıq yerlərdə atəş xüsusiyyəti haqqında”, “Alay topları 
haqqında” silsilə məqalələri dərc olunmuşdur. 
Bu günlərdə “Kommunist” qəzetinin 1926-cı  il  fevral  ayı nömrələrini 
vərəqləyərkən məşhur sərkərdəmizin indiyədək bizə  məlum olmayan dəyərli bir 
məqaləsinə rast gəldik. “Darılmaq istəməz” adlı məqalədə tam artilleriya generalı 
Əliağa  Şıxlinski bu gün də vacib olan dilimizin saflığından, istər danışığımızda, 
istərsə də yazılarımızda türkləşməni, türk hərbi istilahlarını daha vacib bilir. 
O yazır: “Dili türkləşdirınək istəyənlər Azərbaycanın uca dağlarında, dərin 
dərələrində yaşayan kəndlərə, yenə  kəndlərə getməlidirlər.  Şəhərlərdə türk sözü 
qalmamışdır. Onların yerlərini  ərəb, fars, rus sözləri tutmuşdur. Xüsusən, hərbi 
istilahlar üçün kəndə üz çevirməlidirlər. Çünki topoqrafiya istilahları və hər dürlü 
silaha aid sözlər orada işlənir. Şəhərdə isə işlənən sözlərin çoxu dükan-bazar, arşın-
girvənkəyə aiddir. Biz kəndlərimizdə saxlanmış sözləri tapmalı, yığmalı  və 
                                                 
22
 Bu jurnal 1912-ci ildə Əliağa Şıxlinskinin təşəbbüsü ilə Sank- Peterbuqda nəşr olunmuşdur –  Ş.N. 


yaşatmalıyıq. Unudulmuş türk sözləri yalnız danışmaq üçün deyil, ən gərəkli 
kitablarımıza yazılmalıdır ki, bu sözləri öyrənmək oxuyanlarınyarağı olsun”. 
General  Əliağa  Şıxlinskinin yetmiş dörd il əvvəl qələmə aldığı “Darılmaq 
istəməz” məqaləsinin üslubuna, cümlə quruluşuna toxunmadan təqdim edirəm. 
 
  
 
DARILMAQ İSTƏMƏZ 
     
“Müvəqqəti topçu təlimnaməsi”nin (atış qaydalarının) tərcüməsi    Səttarov    
yoldaşı çox acıtmışdır (“Kommunist” № 81). Yoldaşın tənqidi kəskin, fəqət 
büsbütün haqsızdır. Məqalə yeni araya çıxmış  təlimnaməni görməyən gənc 
topçularımızın ürəklərini qopara bilər. Buna görə  də cavab verməyi özümə borc 
bildim. 
Azərbaycan Xalq Maarif Komissarlığı yanında düzəlmiş  “İslahat” 
komisyonu dilimizdən yad sözlərin çıxarılmasını  və yerlərinə mümkün olduqca 
türk sözləri qoyulmasını qərara almışdır. Hərbi nəşriyyat komisyonu da bu yol ilə 
getməyə çalışır.  Əlbəttə, yanlışımız olmaya bilməz. Yanlışsız kim işləyə bilər? 
Təlimnamə müvəqqətidir. Birya iki ildən sonra dəyişdiriləcəkdir. O vaxtadək 
komandalarımızın sınağı (təcrübəsi) və yazıçılarımızın tənqidlə yanlışlarımızı 
düzəldə biləriz. Fəqət tənqidi də bilikli adamlar etməlidirlər.  Bir çoxları    hər il 
istilah  dəyişdirilməyəcəyini söyləyə bilərlər. Ancaq öz dilini ədəbiyyat və elmə 
uydurmaq üçün uzun-uzun illər çalışmalı və götürülmüş münasibətsiz sözlər daha 
uyarları ilə  dəyişilməlidir. Tərcümə etdiyimiz rus təlimnamələrində  də 200 ildən 
artıq işlənən istilahların çoxu inqilabdan sonra dəyişdirilmişdir. Bəzi istilahlar 
1922-ci ildən indiyədək 2-3 dəfə  dəyişdirilmişdir. Indi Səttarov yoldaşın 
anlamadığı və tənqid etdiyi sözlərə keçəlim. Təlimnamədə yazılmış: 
1) “Gecikdirənli və gecikdirənsiz - toqquşmalı tapası və həmçinin ölçülməli 
tapası olan qumbara”. Bunu tərcüməsi belədir: 
“Qranata s vzrıvateləmi s zamedleniem i bez zamedleniə, a takje s 
distanüionnoy trubkoy”. 
Bunlar topçu istilahlarıdır. Kim olursa-olsun, topçuluq işi ilə tanış deyilsə - 
bu istilahları anlamaz. 
2) “Danə” fars sözüdür. Və əsl mənası taxıl toxumudur. 
Osmanlı türkləri bu sözü (400-500 il bundan əvvəl) “atdığına”uyduranda 
topun gülləsi yumru və bütün idi. Bu güllələrə rusca(qranata) deyil, (yadro) deyilir. 
İndiki top gülləsinin içi barıt ilə doldurulmuş.
23
 Yenə ona qumbara deyilir. 
Osmanlılar əski adı (danəni) - yeni gülləyə də qoymuşlarsa bizə bu, əl verməz. 
3) Təpə. Insan və heyvan bədəninin yuxarısına, dağın başına, hər bir şeyin 
yuxarı ucuna və bir də kiçik dağa deyilir. Təpəyə rusca bir neçə məna verilə bilər.  
 
                                                 
23
 İllərin saralıb-solmuş sətirlərində bu cümləni oxumaq mümkün olmadı -  Ş.N. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə