Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə92/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   89   90   91   92   93   94   95   96   97

(Temya)-xolma, verşina. Təpə, yaxud tipa şüşənin ağzını qapayan tıxaca 
deyilir ki, ruscası (propkadır). (Şəmsəddin Samini
24
 sözlüyünün 370 və 878-ci 
səhifələrinə baxın). Topçuluqda təpə top gülləsinin ağzına burulan və yeri gələndə 
onun iç barıdına od verən alətə deyilir ki, ruscası (trupkadır). Bununla təpə ilə 
tipanın arasında böyük fərq vardır. 
4) Mərmu  Ərəb sözüdiir. Mənası da “Atılan  şey” deməkdir. “Roma” atdı, 
tulladı “atdıq” isə türk sözüdür: “Atdıqdan” yaranıb. Dilimizin qanuni üzrə 
uydurulmuş sözdür ki, mənası  mərmidir. “Atdıq” istilahının doğruluğunu 
göstərınək üçün iki cümlə alalım: “Atdığınız nədir?” - Qumbaradır. Qonşu 
batareyanın atdığı nədir? 
- Şirapeneldir”. 
5) Rusca (vzrıvatel) və ya (udarnayə trubka) dəniləni. Osmanlılar 
“musadəməli” yerinə biz türk sözü “toqquşmalı “ işlədirik. 
6) “Təyyarə” osmanlılar uçar şeyə deyirlər. Uçaya təyyar deyirlər. Maarif 
komissarlığının istilahlar komisyonu və hərbi nəşriyyat komisyonunun qəbul etdiyi 
üsula görə bütün Avropa və Amerikada işlənən texniki istilahlar - məsələn: 
ayroplan, avtomobil, lokomativ və sonra - türkcəyə çevrilməlidir. Fəqət rusun 
(letçik)inə -“uçucu” və (samolet)una – “uçqaç” deməyi biz “təyyarə” və 
“təyyar”dan daha yaxşı sanırıq. 
7) Şöbə ərəb sözüdür və əsl mənası türkcə - butaqdır. (Osmanlı ləhcəsində 
“dal”, “budaq”, Ş.Sami sözlüyünün 778-ci səhifəsinə baxın). Ruscada (otdel) 
sözünün əsl mənası ayrılmış şişin adıdır. Türkcə “butaq-butaq ayrılmaq” təbiri çox 
işlənir. Ərəbcə “şöbə” deməkdən isə öz dilimizcə “butaq” deyə bilərik 
8) Nişangah - fars sözüdür. Əsl mənası “nişan qoyulanyer”dir. Türkiyə 
ordusu Azərbaycana gəlincəyə  qədər heç kəs top və tüfəngi nişana doğrultmaq 
üçün olan alətə nişangah deməzdi. Deyilməməlidir də, çünki bu, yanlış bir 
istilahdır. 
Nişangah yerinə biz “tuşlamağ” yazdıq. Fəqət bu söz Səttarov yoldaşı çox 
acıtmışdır. Və öylə acıtmışdır ki, özü də bizim ağır günahlarımıza uğradan 
sözündən yeni söz çıxarınışdır (düzümləmə). “Tuşlamağ”ı biz “tuşlama” sözündən 
düzəltdik. “Tuşlama” isə “navodka”, “pritslivanie” sözlərinə ən yaxın türk sözüdür. 
9) Tuşlama - yəni tuş qoyma, quş tutma. “Tuş” isə - “muzey” sözü, yaxud  
bəzi qəzalarda işlənən sözlərdən degildir. 
Azərbaycanın Qazax, Gəncə, Ağdam, Cəbrayıl və başqa qəzalarında, 
Gürcüstanın Borçalı, Sığnaq qəzalarında, Ermənistanın  İrəvan, Yeni Bəyazid, 
Sürınəli və başqa qəzalarında bu söz bəllidir. 
“Tuş” sözü yalnız Zaqafqaziya “muzeylərində” deyil, başqa türk ölkələrində 
də  işlənir. Cıgatay ləhcəsində: “tuş”- tərəf, “səmt” deməkdir: “Tuşlamağ”, 
“Tuşnlamaq”, “duşlatmaq” - qarşı-qarştya gəlmək. “Hər tuşda “ - hər səmtdə 
deməkdir. “Tuş çağı” - günorta, yəni gün baş üstündə olan çağ deməkdir. 
                                                 
24
 Şəmsəddin Sami (1850-1904). Məhşur türk leksoqrfiyasi və yazçısı. Şərqdə altı cildlik  “Qamus ül-
əlam”ensiklopediyasını, iki cildlik “Qamusi-fransəvi” və yenə iki cildlik “Qamusi-türki” kimi qiymətli türk 
dillərinin izahlı lüğətinin müəllifidir. Şəmsəddin Sa-minin əsərlərində Azərbaycana dir məlumatlar vardır Onun 
“Dəmirşi Gavə” pyesi 1920-ci il aprel şevrilişindən əvvəl Azərbaycan səhnəsində tamaşaya qoymuşdur –  Ş. N. 


Qırğız ləhcəsində: “Tuşda” - qarşıda. “Tuşuna” - üz-üzə”. “Tuşçu” - 
qarşılayıcı deməkdir. 
Başqır ləhcəsində: “Tuşyanı” –  “Günorta səmti” deməkdir. 
Altay ləhcəsində: “Tuşdamaq, qarşılamaq, qabaq-qabağa” deməkdir. 
Səttarov yoldaş tuşlamaq yerinə “düzənəmək” deyir. Türk dilində belə söz 
yoxdur, ola da bilməz. 
“Düzən”  əsl türk sözüdür, mənası da ərəbcə  tərtib, nizam (Ş.Sami 626-cı 
səhifə), rusca isə (poryadokjdur. Səttarov yoldaş göstərdiyi “qayda” (pravilo) 
deməkdir. 
Səttarov yoldaşın arzusu çox böyükdür: Onu yaratmaq mümkün deyildir. 
Yoldaş  Səttarov kənddən yeni gələn  əsgərlərin və bütün xalqın topçu 
təlimnaməsini görən kimi anlamasını istəyir. Bütün xalqa bu heç lazım deyildir. 
Topçu  əsgərlərinə  də bu təlimnaməyə öncə komandanlar ağızdan və göstərişlə 
öyrədirlər. 
Ancaq bundan sonra istilahları öyrənmiş savadlı əsgərlər təlimnaməni özləri 
oxuyub anlaya bilərlər. Yalnız Azərbaycanda deyil, bütün ölkələrdə bu böylədir. 
Elm, fənn və sənət kitablarını anlamaq üçün ya bir işlə tanış olmaq və ya bir 
öyrədiciyə müraciət etmək lazımdır. Əsgərlərə komandanları öyrədir. 
Yeni çıxmış  təlimnamənin istilahlarına alışanadək komandanlarımız da bir 
qədər çətinlik çəkəcəklər. Fəqət bu çətinlik 2-3 həftədən artıq sürməyəcəkdir. 
Səkkiz il bundan əvvəl Azərbaycana gələn türk ordusu içimizə bir neçə 
ərəbcədən alınmış  hərbi istilahlar atıb getmişdir. Nədən isə biz bu yad sözləri 
atmaq istəmirik. Bizə deyirlər ki, eşidilməmiş türk sözlərini ortalığa çıxarmayın. 
Fəqət Türkiyə ordusu gəlməmiş  ərəbcə  hərbi istilahlar Azərbaycanın hansı 
qəzalarında eşidilmirdi?  
Dili türkləşdirmək istəyənlər Azərbaycanın uca dağlarında, dərin dərələrində 
yaşayan kəndlərə, yenə  kəndlərə getməlidirlər,  şəhərlərdə türk sözü qalmamışdır. 
Önların yerlərini  ərəb, fars, rus sözləri tutmuşdur. Xüsusən, hərbi istilahlar üçün 
kəndə üz çevirınəlidirlər. Çünki topoqrafiya istilahları və hər dürlü silaha aid sözlər 
orada işlənir.  Şəhərdə isə  işlənən sözlərin çoxu dükan-bazar, arşın-girvənkəyə 
aiddir. Biz kəndlərimizdə saxlanmış sözləri tapmalı, yığmalı  və yaşatmalıyıq. 
Unudulmuş türk sözləri yalnız danışmaq üçün deyil, ən gərəkli kitablarımıza 
yazılmalıdır ki, bu sözləri öyrənmək oxuyanların yarağı olsun. 
Danə, mərmi, təyyarə, şöbə, nişan alma, tərtib və bunlar kimi ərəb, ya fars 
sözlərini öyrənə bilən türklər qumbara, atdıq, uçqaç, budaq, tuşlama, düzən və bu 
kimi türk sözlərini də öyrənə bilməzlərmi? 
 
(“Kommunist” qəzeti, № 38-39, 14-15 fevral 1926-cı il). 
Əliağa ŞLXLİNSKİ 
  
 
İLK HƏRBİ MEMUARIMIZ 
 
General Əliağa Şıxlinski içərisindən çıxmış olduğu Azərbaycan xalqına 
bütün varlığı ilə sadiq olub, onu sonsuz dərəcədə sevib. Əliağa  Şıxlinskinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə