Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə93/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   89   90   91   92   93   94   95   96   97

“Xatirələrini”i son dərəcə maraqlı və ibrətlidir. Bunu bütün vətənimizin geniş 
oxucu dairələrinə tövsiyə etməli, ordunun komanda heyəti onunla tanış 
olmalı, topçular isə öyrənməlidirlər. 
Əliağanın aldığı  hərbi tərbiyə, təhsil, orduda xidməti,  şanlı döyüş 
fəaliyyəti və keçdiyi yol elə bir həyat nümunəsidir ki, öz Vətəninin  şərəf və 
namusunu, azadlıq və istiqlaliyyətini qorumaq kimi müqəddəs bir vəzifəyə 
layiq olmaq istəyən hər bir kəs ondan nümunə götürməlildir. 
 
Yevgeni BARSUKOV, general-mayor,  
hərb elmləri doktoru, professor,  
Dövlət mükafatı laureatı. 
 
Durğunluq dediyimiz illərdə  şöhrətli sərkərdəmiz  Əliağa  Şıxlinskinin 
“Xatirələrim” hərbi memuarına izahlar və qeydlər fəsli  əlavə etməklə yenidən 
nəşrə hazırladım. (1982-1984). Kitabı hansı neşriyyata təqdim edirdimsə bir iki 
aydan sonra özümə qaytarırdılar ki, çar və müsavat generalı olub, nəşr edə 
bilmərik. Nəhayət, mərhum xalq yazıçımız  İsmayıl  Şıxlıya müraciət etdim. Daha 
doğrusu, ondan kömək istədim. Qovluğu götürüb İsmayıl müəllimlə birgə 
nəşriyyata getdik. Mübahisələr, yersiz iradlar başlandı, nə başlandı... 
Vüqarla əyləşib, səbrlə bu nadanları dinləyən İsmayıl Şıxlının əvəzinə mən 
əsəbiləşirdim. Yerimdə otura bümirdim. Onun səbrinə heyran qalmışdım. Dinib 
cavab vermək istəyirdim. Düzü, İsmayıl müəllimdən çəkinirdim. O biri tərəfdən də 
burdakıların hamısı məndən yaşca böyük idi. 
Qocalar o qədər “alovlu” danışırdılar ki, biri asqırdı, biri öskürdü, 
üçüncüsünün səsi xırıldayanda İsmayıl Şıxlı eynilə qəhrəmanı Cahandar ağa sayağı 
sərt səslə: 
Qurtardınız? - dedi. Sizin üçünüzə bircə sualım var. Bu kitabı 1944-cü ildə 
hamımızın yaxşı tanıdığı fılosof-alim Heydər Hüseynov yazdırıb, cəmisi yeddi min 
nüsxə nəşr etdirib. Elə bir vaxtdakı Mircəfər Bağırovun qılıncının dalı da kəsirdi, 
qabağı da. Təbiidir ki, Stalin də hakimiyyətdə idi. İndi deyin görüm, siz ağıllısınız, 
vətənpərvərsiniz yoxsa Heydər Hüseynov? Nə deyirsiniz?.. Aparaq bu kitabı rusca, 
ermənicə çap etdirək? Öz nəşriyyatımız, öz dilimiz ola-ola... 
Üçlərdən heç biri dinmədi. Otağa ağır, çox ağır bir sükut çökmüşdü. Mən 
fəxrlə, həm də böyük qürur hissiylə döyüşdən qalib çıxmış  sərkərdə - kişi kimi 
əyləşən  İsmayıl  Şıxlıya baxdım. Baxırdım və düşünürdüm ki, ürəyi, varlığı 
Azərbaycan üçün yanıb-yaxılan  İsmayıl  Şıxlılar niyə azdır... Amma ötəri də olsa 
gördüm ki, əzəmətli  İsmayıl  Şıxlının yaraşıqlı üzünün əti  əsəbdən titrədi. O, 
şümşad barmaqları ilə eynəyini düzəldib: 
- Gedək,  Şəmistan,- deyib ayağa durdu. Bir-iki addım atar-atmaz başda 
əyləşən qoca yumşaq səslə: 
- İsmayıl, qoy qovluq qalsın, baxarıq, yuxarılarla məsləhətləşərik, dedi: 
İsmayıl müəllim sərt hərəkətlə geriyə dönüb: 
- Yuxarıları bəhanə gətirməyin, dedi. Siz kitabı plana salın, yuxarılarla özüm 
danışaram... 


1984-cü ildə general Əliağa  Şıxlinskinin “Xatirələrim” kitabı uzun 
əziyyətdən və mübahisələrdən sonra “Azərnəşr”də rus və Azərbaycan dillərində 
altmış min tirajla nəşr olundu. 
Yeni nəşr olunmuş “Xatirələrim” kitabından üç nüsxəni Moskvaya, hərbi 
Sovet Ensiklopediyasının baş redaksiyasına göndərdim. Əlavə məktub da yazıb baş 
redaksiyaya iradlarımı da bildirdim ki, rus general-mayorları  və polkovnikləri 
haqqında ensiklopediyanızda məqalələr var. Amma general-leytenant Səməd bəy 
Mehmandarov, nə də Əliağa Şıxlinski haqqında sətir belə yoxdur. Bunu necə başa 
düşək? Nə üçün belə  şöhrətli generalların haqqında səkkiz cildlik “Hərbi Sovet 
Ensiklopediysı”nda qısaca bir məqalə verilməyib. Əgər general Şıxlinski haqqında 
məlumatımız yoxdursa, onun haqqında yazıb sizə bildirirəm. Həm də kitabından üç 
nüsxə sizə göndərirəm, ordan daha geniş məlumat ala bilərsiniz. 
Düz bir aydan sonra “Hərbi memuar ədəbiyyatı” redaksiyasının baş 
redaksiyasının baş redaktoru V.Makeyevdən cavab məktubu aldım. O yazırdı ki, 
məktubunuzu və general-leytenant Əliağa Şıxlinskinin kitablarıın aldıq. Generalın 
kitabını  rəy üçün SSRİ Müdafiə Nazirliyinin Hərbi Tarix İnstitutuna göndərdik. 
Yaxın günlərdə onlardan aldığımız rəyi sizə bildirəcəyik. 
Nəhayət, 1986-cı il iyulun 26-da “Hərbi nəşriyyatdan sevindirici cavab 
aldım. Bu dəfə hərbi-memuar redaksiyasının baş redaktor əvəzi A.Kryukov yazırdı 
ki, general-leytenant Əliağa  Şıxlinskinin kitabını redaksiyada oxuduq və onun 
yenidən çapını hərbi-tarixçi alimlərlə məsləhətləşdik. Kitab onların da çox xoşuna 
gəldi, institut əməkdaşları “Xatirələrim” kitabının çox qiymətli olmasını xüsusi 
qeyd etdilər. Lakin kitabın yenidən çap olunması üçün azı beş il növbəyə durmaq 
lazımdır. 
Baş redaktor A.Kryukov mənə göndərdiyi cavabında M.V.Frunze adına 
Hərbi Akademiyanın Hərb-sənəti tarixi kafedrasının baş müəllimi, polkovnik  
L.Zaytsevin general-leytenant Şıxlinski kitabının yeni nəşri üçün yazdığı  rəyi də 
göndərmişdi. 
Düzü rəyi oxudum fərəhdən heyrətə gəldim. Ona görə ki, polkovnik  
L.Zaytsev böyük bir ürəklə  və  hərarətlə yazdığı altı  səhifəlik makina yazısında 
Əliağa  Şıxlinskini xalqının həqiqi qəhrəmanı, alovlu vətənpərvəri adlandırırdı. 
Port-Artur, Birinci Dünya müharibələrindəki və artilleriya sahəsindəki misilsiz 
xidmətlərini xüsusi qeyd edirdi. Kitabın yenidən çapına tam məsuliyyətlə redaktor 
kimi cavabdeh olduğunu bildirirdi. Təəssüflənirdi ki, nə üçün kitab 
respublikamızda çox az - cəmisi 30 min (ruscası) tirajla nəşr olunub. Bunları ona 
görə qeyd edirəm ki, “Azərnəşr”də  mənim kitaba yazdığım izahlar və qeydlər 
fəslində  məhz bu sözləri “xalqımızın qəhrəman oğlu, igid generalı ixtisar 
etmişdilər. 
Əlavə olaraq polkovnik L.Zaytsev bildirirdi ki, “Birinci Dünya müharibəsi” 
adlı iri həcmli xatirələr, reportajlar, oçerk və  sənədlər məcmuəsini nəşrə 
hazırlayırıq. Sizin göndərdiyiniz general Əliağa Şıxlinski kitabından “1916-cı ilin 
yayında Qərb cəbhəsində” fəslini bütövlükdə  mən həmin məcmuəyə daxil etdim. 
Kitab 1989-cu ilin tematik planına daxil edilib. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə