Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə94/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   89   90   91   92   93   94   95   96   97

Həmin ili 607 səhifəlik məcmuədə  Əliağa  Şıxlinskinin xatirələrindən bir 
parça bu kitabda dərc olundu. Lakin sovet hakimiyyəti dağıldığına görə generalın 
kitabı Moskvada işıq üzü görmədi... 
M.V.Frunze adına Hərbi Akademiyanın hərb-sənəti tarixi kafedrasının baş 
müəllimi, polkovnik L.Zaytsevin şöhrətli generalımız  Əliağa  Şıxlinskinin kitabı 
haqqında 3 iyun 1986-cı ildə yazdığı rəyin oxucuların xoşuna gələcəyinə əminəm. 
Ona görə də möhtərəm oxuculara təqdim edirəm. 
 
 
ƏLİAĞA  ŞIXLİNSKİNİN “MƏNİM 
XATİRƏLƏRİM” KİTABI HAQQINDA RƏY 
 
Ədəbiyyatın spesifik sahəsini özündə  təmsil edəri hərbi memuarlar, Silahlı 
Qüvvələrin  əsgərlərinin xüsusilə, böyüməkdə olan gənc nəslin, keçmişdə baş 
vermiş hadisələri daha dərin öyrənilməsi üçün böyük əhəmiyyətə malikdir.  
Keçilən çətin yollar, çox ağır sınaqlar haqqında danışarkən, keçmiş tarixi 
hadisələrin, xüsusilə müharibə kimi hadisələrin məzmununu və mənasını şərh edən 
memuarların müəllifləri keçmişin həqiqi mənzərəsini yaratmağa kömək edir, 
keçmiş ilə bu gunkü gün arasına körpü yaradır, gənclərdə öz Vətənləri uğrunda 
iftixar hissini inkişaf etdirir, onları yeni qəhrəmanlıq işlərinə çağırır. 
Hərbi memuarlar kütlələrin siyasi tərbiyəsi və tarixi maariflənməsi sahəsində 
mühüm əhəmiyyət kəsb edir. Böyük elmi dərketmə və tərbiyəvi əhəmiyyətə malik 
olmaqla, memuarlar faşizmin və imperializmin müdafiəçiləri ilə, hərb tarixinin 
burjua saxtakarları ilə mübarizədə mühüm ideya silahıdır. 
Ölkəmizdə nəşr edilən və oxucu kütləsinə çatdırılan hərbi memuarların sayı 
daim artır. Lakin, bir qayda olaraq, son illərdə nəşr edilən memuarların əksəriyyəti 
Böyük Vətən müharibəsi haqqındadır. Vətəndaş müharibəsi tarixi ilə, inqilaba 
qədər baş vermiş hərbi hadisələr ilə bağlı xatirələr çox az hallarda nəşr edilir. Bu o 
qədər də təəccüblü hal deyildir. İllər keçir və keçmiş tarixi hadisələrin şahidlərinin 
sayı günü-gündən azalır. Ona görə  də bu cür memuarlar nadir tapılan kitablara 
çevrilirlər. 
Bizim Vətənimizin daha uzaq keçmişinə  həsr edilmiş bu cür əsərlərin az 
tapılması ilə  əlaqədar olaraq nəşriyyatlar, o cümlədən hərbi nəşriyyat özünün 
tarixi-idraki qiymətini saxlamış, kitabxana rəflərində  və kitab mağazalarında çox 
çətin tapılan, keçmişdə  nəşr olunmuş  hərbi memuarları  təkrarən nəşr etməyə 
məcburdurlar. 
Oxucular və tədqiqatçılar üçün böyük marağa səbəb olan bu cür əsərlərdən 
biri də general Əliağa  Şıxlinskinin 1943-cü ildə yazdığı, 1944-cü ildə Bakı 
şəhərində nəşr olunmuş və həmin nəşriyyat Azərnəşr tərəfindən 1984-cü ildə, cəmi 
30 min nüsxə tirajı ilə yenidən çap edilmiş “Mənim xatirələrim” kitabıdır. 
Əliağa  Şrxlinski öz xatirələrini Böyük Vətən müharibəsi günlərində 
yaratmışdır.  Əsəri tamamlayarkən o, yazır: “Mən Azəbaycan xalqının qardaş 
xalqlar ilə çiyin-çiyinə öz vətənini qoruduğunu və bizim ölkəni  əsarət altına 
almağa çalışan faşist dəstələrinə məhvedici zərbələr vurduğunu düşündükcə qürur 
hissi keçirirəm. Mən tamamilə əminəm ki, dahi Stalinin rəhbərliyi altında Qələbə 


bizim olacaqdır.  Əgər gənc nəsil, o cümlədən də zabitlər, mənim xatirələrimdə 
düşmən ilə  əzəmətli döyüşdə onlara kömək edə bilən bəzi məlumatlar  əldə edə 
bilsələr, mən özümü xoşbəxt sayaram” (səh. 187).  
Bu sözlərdə  Vətənin qorunmasını özünün müqəddəs borcu hesab edən, öz 
ölkəsinin əsl vətənpərvərlərinin surəti dəqiq təsvir edilir. 
Bu sözlər rus-yapon və Birinci Dünya müharibəsində  həqiqi qəhrəmanlıq 
göstərmiş, rus ordusunun general-leytenant rütbəsini qazanmış  və  ədalətli inqilab 
mübarizəsinə qalxmış öz xalqının tərəfinı saxlamış şəxs tərəfindən yazılmışdır. 
Qeyri-adi topçu Əliağa Hacı İsmayıl bəy oğlu Şıxlinskinin adı həm keçmiş 
rus ordusunda, həm də Rusiyanın xaricində məşhur idi. 
Bu haqda, SSRİ Dövlət mükafatı laureatı, hərbi elmləri doktoru, professor 
Y.Z.Barsukovun, rus ordusunun artilleriyasında birgə xidmətdən  şəxsən tanıdığı 
Şıxlinskinin kitabına yazdığı müqəddimə tam doğruluqla məlumat verilmişdir. 
Barsukov yazır: “Bu maraqla kitabın müəllifinin adı daima böyük nüfuza və 
rəğbətə malik olmuşdur, o, təkcə rus topçularına deyil, rus ordusunun keçmiş 
dairələrində çox yaxşı tanınmışdı və son dərəcə məşhurlaşmışdı. Onu 1904-1905-ci 
illər rus-yapon müharibəsi, 1914-1918-ci illər dünya müharibəsi iştirakçıları, 
xüsusilə Ə.A.Şıxlinskinin qəhrəmanlıq göstərdiyi məşhur Port-Artur epopeyasının 
iştirakçıları yaxşı tanıyırdılar” (səh.3). Topçu Şıxlinskinin nüfuzunun beynəlxalq 
adəmdə də tanınması, onun 1912-cı lldə Fransa hökumətinin Fəxri “Legion ordeni” 
və “Legion xaçı” ilə təltif olunması bir daha təsdiq edilir. 
Azərbaycan xalqının şanlı oğlu general Əliağa Şıxlinskinin xatirələri - onun 
özünün, məktəb skamyasından başlayaraq, ordu komandanı vəzifəsi ilə bäşa çatan, 
müxtəlif hadisələr ilə  zəngin, peşəkar hərbçi həyatını  təsvir edən sadə, başa 
düşülən maraqlı üslubda yazılmış avtobioqrafı yasıdır. 
General  Əliağa  Şrxlinskinin ömür yolunda onun qeyri-adi şəxsiyyət 
olduğunu təsdiq edən çoxlu dəlillər var. Onlardan bir neçəsini misal gətirək. O, 
gimnaziyada oxumağa başlayarkən iki illik kursu yeddi ay ərzində başa 
çatdırmışdır. Tiflis hərbi gimnaziyanın tamamlayarkən bütün fənnlərdən əla qiymət 
almışdır. O, 1886-cı ildə Mixaylov adına topçuluq məktəbini qurtaran ən yaxşı üç 
tələbədən biri olmuş  və  hətta məktəbdə oxuyarkən  əldə etdiyi müvəffəqiyyətlərə 
görə pul mükafatı  və  qızıl saat da almışdır. Məktəbdə oxumaq ilə yanaşı, o, 
müstəqil olaraq məktəb proqramına daxil olmayan, ehtimal nəzəriyyəsini də 
öyrənmişdir. O, Mühəndislər Akademiyasında oxunan məruzələri, Baş Qərargahın 
Akademiyasında general M.İ.Draqomirovun məruzələrini dinləyirdi. 
Məktəbi qurtardıqdan sonra podporuçik Əliağa  Şıxlinski 39-cu topçu 
briqadasında xidmət edir və əla xidmətinə görə ona iki orden verilir. 1904-1905-ci 
illərdə onun Rus-Yapon müharibəsindəki iştirakı, birinci minomyot yaradanlardan 
biri, məşhur rus topçusu, kapitan Qobyato ilə birlikdə  fəaliyyət göstərdiyi Port-
Arturun uzaq girəcək yollarındakı döyüşlərdən başlamışdı. 
General  Əliağa  Şıxlinski mühasirəyə alınmış Port-Artur döyüşlərində 
fərqləndi. O, bu döyüşlərdə o zaman üçün yenilik sayılan, artilleriya toplarından 
şrapnellə “kombinasiya edilmiş atəş” üsulunu işləyib hazırladı və geniş tətbiq etdi. 
Elə orada da yaralanmışdı. Port-Artur təslim edildikdən sonra Şıxlinski yaponlara 
qarşı gələcək döyüşlərdə iştirak etməmək haqqında yazılı iltizamnamə vermədi və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə