Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə95/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   89   90   91   92   93   94   95   96   97

Rusiyaya gəldikdən sonra o, yenidən Mancuriyaya cəbhəyə getmək xahişi ilə 
müraciət etdi. Rus-Yapon döyüşlərində iştirakına görə o, 6 mükafat və polkovnik-
leytenant rütbəsi aldı. 
Rus-Yapon və Birinci Dünya müharibəsi arasında olan müddətdə  Şıxlinski 
Artilleriya Zabitləri məktəbində işləyərək, general-mayor rütbəsini aldı. O vaxt o, 
polkovnik rütbəsindən general rütbəsinə  qədər cəmi 4 il xidmət etmişdi, halbuki, 
adətən bu müddət 10 il, xüsusi fərqlənənlər üçün isə 8 il davam edir. Əliağa 
Şıxlinski müharibə getməyən ölkədə çox qısa müddətdə general-mayor rütbəsini 
qeyri-adi hərbi biliyinə və bacarığına görə almışdır. Bu zaman Əliağa Şıxlinski öz 
qoşunlarının başı üstündən atış  və  təyyarələrə atəşaçma üsulu daxil edilməklə
artilleriyanın atışı  və döyüşdə  tətbiq məsələləri ilə bağlı bir sıra kitabçalar, 
təlimatlar, konspektlər yazdı. Məşhur “Şıxlinski üçbucağı”ndan Fransa, Avstriya, 
Norveç və digər ölkələrin topçuları  tərəfindən istifadə edilirdi. Əliağa  Şıxlinski 
döyüşdə artilleriyanın piyadanı müşayət etməsi məsələsini də qaldırdı ki, bu ideya 
da alay və tabor artilleriyasının yaranmasına səbəb oldu. 
Birinci Dünya müharibəsi illərində general Əliağa Şıxlinski fəaliyyətdə olan 
rus ordusunda Peterburqun (Petroqradın) müdafiə artilleriyasının rəisi, 5-ci 
ordunun,  Şərq-Sibir cəbhəsinin artilleriya inspektoru (indiki-komandan), 10-cu 
ordunun komandanı kimi yüksək vəzifələri daşımışdı. O, dəfələrlə mükafata layiq 
görülmüş, general-leytenant rütbəsini almışdı. 
Çar hökuməti devrildikdən sonra və hakimiyyətə müvəqqəti hökumət 
gəldikdən sonra Şıxlinski orduda xidmət etməyi davam etdirir. O, Minski  
milisinin birinci rəisi  M.V.Mixaylovun
25
 (Frunzenin) üzv olduğu Minski soveti ilə 
sıx  əlaqədə  işləməli oldu. M.V.Mixaylov (Frunze) ilə onun arasında çox səmimi 
münasibət yaranmışdı. 
Qeyd etmək lazımdır ki, Şıxlinski öz xatirələrində, o zamankı məşhur siyasi 
və hərb xadimləri ilə görüşləri haqqında yazır və onların haqqında, bəzən çox qısa, 
lakin dəqiq xarakteristika verir. 1917-ci ilin noyabrında  Şıxlinski səhhətinə görə 
ordudan azad olunmağa və Bakıya qayıtmağa məcbur oldu. 1920-ci ildə Qafqazda 
bir sıra  əksinqilabi çıxışlar baş verdiyi zaman Bakı inqilab komitəsinin sədri 
general Şıxlinskini və general Mehmandarovu, onlardan mərkəzi hərbi apparatda, 
dəyərli hərbi mütəxəssis kimi istifadə etmək üçün, Moskvaya, Leninin yanına 
göndərınək qərarına gəldi. Əliağa Şıxlinski Ali Artilleriya məktəbində müəllim və 
Artilleriya Nizamnamə Komissiyasının tərkibində işləyirdi. 
1921-ci ildə o, Bakıya qayıtdı  və Bakı qarnizonunun hərbi-elmi 
cəmiyyətində  sədr müavini vəzifəsini tutdu. 1921-1929-cu illər o, artileriyanın 
döyüşdə tətbiqi məsələləri haqqında çoxlu çrxışlar etmiş, qarnizonun topçularının 
praktiki hazırlıqları ilə  məşğul olmuşdu. General Əliağa  Şrxlinski Azərbaycanda, 
onun fəaliyyətini yüksək qiymətləndirən Frunze ilə iki dəfə görüşmüşdü. Bu 
görüşlərdə Şıxlinski yenidən, bu dəfə artıq M.V.Frunzenin qarşısında Qızıl Orduda 
alay və tabor artileriyasının yaradılması məsələsini qaldirmışdı. 
1929-cu ildən sonra Şıxlinskinin səhhəti birdən-birə pisləşdi, onun görmə və 
eşitmə qabiliyyəti zəiflədi. O, 1943-cü ildə  vəfat etdi. Ölümündən qabaq diktə 
                                                 
25
 Görkəmli sərkərdə və dövlət xadimi M.F.Frunzenin (1885-1925) inqlabından əvvəlki gizli imzasıdır.-  Ş.N.  


etdiyi “Mənim xatirələrim” kitabı bütün həyatı boyu qulluq etdiyi rus ordusunun 
artileriya tarixinə general Əliağa Şıxlinskinin son əmanəti oldu. 
Kitab sadə, asan, anlaşılan dildə yazılmış və rahat oxunur. Ayrı-ayrı stilistik 
nöqsanlar kitabdan alınan ümumi təsəvvürü korlamır, elə bil ki, onlar təsvir edilən 
hadisələrin zamanı ilə bu günkü gün arasında olan fərqi göstərir. 
Oxucu üçün əhəmiyyətə malik olmayan bəzi şəkilləri kitabdan xaric etmək 
olar. Bizim fikrimizə görə  Əliağa  Şıxlinskinin həyat yoldaşının  şəkillərindən 
birinin generallardan S.S.Mehmandarovun, N.Q.Stoletovun, A.A.Brusilovun 
portretlərinın bu kitabdan çıxarılması yaxşı olardı. 
NƏTİCƏ: Məzmununa, tarixi əhəmiyyətinə, faktiki materialların bolluğuna, 
rus ordusunun, xüsusilə onun artilleriyasının döyüş fəaliyyətinin və həyatının geniş 
işıqlandırılmasına görə general Əliağa  Şıxlinskinin “Mənim xatirələrim” kitabı 
yenidən nəşr edilməyə layiqdir. 
  
 
GENERAL ƏLİAĞA ŞIXLİNSKİNİN  
ŞERLƏRİ 
 
Əliağa  Şıxlinski Tiflisdə gimnaziyaya girdiyi ilk gündən elmləri 
mənimsəməkdə böyük səy göstərmiş, iki illik kursu yeddi ay ərzində başa çatdıran 
yeganə şagird olmuşdur. Hətta o, 1876-cı ildə daxil olduğu kadet korpusunu 1883-
cü ildə qurtarıncaya qədər birinciliyi əldən verməmişdir. Peterburqda Mixaylov 
topçuluq məktəbində  Əliağa dərslərdə müvəffəqiyyətinə görə ilk üç əlaçı 
kursantdan biri olaraq diqqəti cəlb etmişdir. 
 
Yevgeni BARSUKOV,  
Hərb Elmləri doktoru,  
Professor, general-mayor,  
Dövlət Mükafatı laureatı. 
 
Tam artilleriya generalı Əliağa Şıxlinski təkcə hərbçi olaraq qalmamışdır. O, 
hərbi-elmi publisistik məqalələrin, artilleriyaya aid dərsliklərin də müəllifi 
olmuşdur. Onun “Divizion miqyasında topçu manevralar” təşkili üçün təlimat”, 
“Dağ  və  səhra artilleriyası üçün məsələ  və misallar məcmuəsi” (1913-cü ildən 
1916-cı ilədək üç dəfə  nəşr olunub), 1910-cu ildə “Səhra toplarının cəbhədə 
işlədilməsi” və “Topçu zabitləri məktəbində polkovnik Şıxlinski tərəfindən 
oxunmuş mühazirələrin xülasəsi” kimi samballı kitabları Peterburq və Luqa 
şəhərində çap olundu. Həmin  əsərlərin surətini 1983-cü ildə Sankt-Peterburqdakı 
Saltıkov-Şedrin adına kütləvi kitabxananın nadir fondundan çıxarıb gətirınişəm. 
Əsərlər tərcümə olunub şəxsi arxivimdədir. 
1906-cı ildən 1914-cü ilə kimi Əliağa Şıxlinski Çarskoe Selodakı Artilleriya 
Zabitləri məktəbində  rəis müavini işləyib. 1912-ci ildə generalın təşəbbüsü ilə 
“Artilleriya Zabitləri məktəbinin jurnalı” nəşr olunmuşdur. 
1913-cü ilin payızında Artilleriya Zabitləri məktəbinin rəisi, artilleriya 
generalı A.N.Sinitsin qocalığına görə istefaya çıxır. Jurnal bu münasibətlə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə