Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə97/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   89   90   91   92   93   94   95   96   97

O soyuq məzarın zirehli, dərin..,  
Matroslar çətin ki, ora baş vura.  
Sulara kədərlə baxan əsgərin,  
Az qalır heyrətdən bağri yarıla. 
 
Dəniz cəsurları qısqanır, nədir,  
Onları torpağa vermək istəmir.  
Okeanın dibi - o sirli qəbir, Susub...  
Eşidilmir nə səs, nə səmir. 
 
Külək için-için hıçqırır indi,  
Yağışla ağlayır buludlar sənə.  
Göydə top səsitək ildırım dindi,  
Matəm atəşitək sərkərdəsinə... 
 
 Çarskoe selo, 1906 il 
 
 
ВЕЛИКИЙ ПИСАТЕЛЬ 
 
Самед ВУРГУН 
На смерть Джафара Джаббарлы 
 
Постучалось к нам в дверь злое ненастье: 
Не бьется ум сердце-умер поет. 
Так это-ли твое в людях участье, 
Природа? На вопрос дай мне ответ. 
 
О, ты сего края писатель-гигант- 
Где твой писанья, твое перо. 
Горюет-плачет родной Азербайджан, 
Скорбит весь Кавказ по тебе герой. 
 
Застыл смех, молви, на увядщих губах? 
Лилось много-ли слез из любимых глаз? 
Твой вдумчивый мозг обратился во прах? 
Взглянул ты на жизнь в последний-то раз? 
 
Заплачет всяк, знаю, вспомнив о тебе, 
Потонет он в горе безысходном; 
Туманные горы Арасу, Куре 
Ручьи слез пошлют с ветром холодным. 
 
Цветы его жизни завяли хоть вдруг, 
Взяла его хоть безвременно смерть, 


Мир будет хоть полон, хоть дуст весь вокруг- 
В легендах вечно жив будет поэт. 
 
Перевел с тюркского  
Алиага ШЫХЛИНСКИЙ  
 
 
ОСМАН САРЫВЕЛЛИ 
ЯШАР 
 
Памяти Джафара Джаббарлы 
 
В жизни сей кто не оставит следа, 
Тот вскоре будет забыт навсегда. 
Умершим себя не считай Джафар! 
Вечно будет жив твой герой. “Яшар”. 
А “Севиль” твоя- вечно любима; 
С ними жить будет и твое имя! 
 
Перевел с тюркского  
Алиага Шыхлинский. 
 
 
Ш. МУНЕТО 
 
(ЯПОНСКИЙ поэт VII века.) 
 
Ты говаришь, что я дикарь 
Что не культурный я и темный 
Что я брожу среди лесов, 
Что я босяк, босяк бездомный 
За то в кустах лишь для меня 
Поют про волю нежно, птицы, 
За то к полям лишь для меня. 
 
Цветов пестреют вереницы. 
Как я богат: сквозь небеса 
Мне солнце золото бросает, 
Как я богат: сквозь облака 
Мне серебро луна свивает 
На небе утренном заря 
Мне шлет кровавые рубины 
Алмазы ночью для меня 
Плетут по небу поутины 
Я не хочу культурным быть! 


Им не понять душою темной, 
Что счастлив я, что я богат, 
Бродяга дикий и бездомный... 
 
Перевод: Али-Ага Шыхлинский  
1906 Село Царское 
 
 
 
AZƏRBAYCAN RESPUBLİKASININ  
XALQ ARTİSTİ ZƏROŞ XANIM HƏMZƏYEVAYA! 
 
Atanız Mirzə Bağır  Əliyevin 1993-cü ildə “qanlı günlərimiz” adlı kitabını 
çox böyük maraqla oxudum. Uzun illər hərb tariximizdən və görkəmli 
sərkərdələrimizdən silsilə yazdığıma görə kitabın hər səhifəsi məni valeh elədi. 
Xüsusilə, döyüş səhnələrini və ayrı-ayrı tarixi şəxsiyyətlər barədə olan epizodları 
oxuduqca özümü saxlaya bilməyib sətirlər altından xətt  şəkir, yanına işarələr 
qoyurdum. 
Çünki burada adı  çəkilən, döyüş  fəaliyyəti yazıları  şəxsiyyətlərin 
əksəriyyətinə arxiv sənədlərində rast gəlmişəm. Xüsusilə  kəngərli oğullarının 
fəaliyyətini və 1917-18-ci illərdə Naxçıvan  əhlisinin erməni daşnaklarına qarşı 
yenilməz mübarizəsini atanız çox maraqla qələmə alıb. 
Kitabı oxuduqca istər-istəməz belə maraqlı əsəri bizim üçün yadigar qoyan 
mərhum atanız Mirzə Bağıra rəhmət diləyirdim. 
Bu qiymətli sənədli  əsərin son səhifələrinə çatanda gecə saat üç idi. Bir 
nəfəsə oxuduğum kitabdan yorulmamışdım. Amma səksən üç il əvvəl olmuş 
faciələr mənim yuxumu ərşə  çəkmişdi. Nə yatmaq, nə  də dincəlmək haqqında 
düşünmək belə istəmirdim. Məni düşündürən atanızın azərbaycanlı qeyrəti və 
fədakarlığı idi. Hər birimiz öz dövrümüzün tarixi hädisələrini vaxtında beləcə 
qələmə alsaq şübhəsiz ki, Azərbaycan hərb tarixi daha zəngin olar. 
Düşüncələr burulğanından ayrılıb gördüm ki, kitabın son iki vərəqində Sizin 
“Atam haqqında bir neçə söz” yazınız da var. Onu da oxudum. “Əmim Nağı bəy 
Əliyev hərbçi olub, xaricdə təhsil almışdı. Müsavat hökumətinin rütbəli zabiti idi. 
Bakıda və Naxçıvanda xidmət etmişdi”. 
Bəli, bu ad və soyad mənə  nə  qədər tanış  və doğmadır - deyə öz-özümə 
fikirləşdim. Hələ 1920-ci ildə, müsavat dövründə rusca nəşr olunmuş “Ünvan-
təqvim” jurnalını vərəqlədim. Jurnalın 25-ci səhifəsində Azərbaycan Cümhuriyyəti 
Parlamentinin mühafizə alayının rəisi, podpolkovnik Nağı bəy Əliyevin adına rast 
gəldim təsəvvür edirsinizmi, bu fakt mənim necə böyük sevincimə  səbəb oldu. 
Sevindim ki, Azərbaycanın yüksək rütbəli bir zabiti də tariximizin səhifəsinə 
qayıtdı. 
Mənim şəxsi arxivimdə Parlament mühafizə alayının dəftərxana əməkdaşları 
ilə birgə 1919-cu il mayın 27-də çəkilmiş foto-şəkil də saxlanılır. Qırx üç nəfərin 
təsvir olunduğu bu fotoşəkildə yaraşıqlı zabit Nağı  bəy  Əliyevin adı, soyadı da 
fotoşəklinin altında  qeyd olunub. 


Zəroş xanım, xahiş edirəm, fotoşəklə diqqətlə baxm. Sizdə  əriniz 
podpolkovnik Nağı bəy Əliyevin fotoşəkli saxlanılırsa onu mənim dərc etdirdiyim 
foto şəkillə tutuşdurun. 
Əgər bu kiçik zəhmətimlə Sizi sevindirə bilsəm, özümü xoşbəxt sanardım. 
Bir daha bu qiymətli kitab üçün atanıza rəhmət diləyir, sizə isə Mirzə Bağır Əliyev 
kimi  şəxsiyyətlərin xatirəsini  əziz tutduğunuza görə uzun ömür, cansağlığı arzu 
edirəm. 
 
 
QÜRUR VƏ QÜSSƏ 
 
Unvanı, dah doğrusu, ad və familiyanı  dəyişməklə unudulmaz yazıçımız 
Əbdürrəmbəy Haqverdiyevin məşhur xitabı ilə müraciət etmək istəyirəm: - 
Şəmistan Nəzirlini tanıyırsınızmı? 
Yəqin ki, çoxlarınız bu suala müsbət cavab verəcəksiniz. Səbəbi sadədir: axı 
televiziya və radioda, müxtəlif mətbuat orqanlarında vaxtaşırı çıxış edir, iyirmiyə 
yaxın kitabı  nəşr olunub. Həyat və  fəaliyyəti, uğurlu tədqiqatların, tapıntıların 
xalqımızın qəhrəmanlıqla dolu keçmişinin obyektiv və  əhatəli öyrənilməsi 
sahəsindəki rolu barəsində ehtiyac hiss edildiyi qədər olmasa da, hər halda, az 
yazılmayıb. Məqalə müəllifiəri  Şəmistanın zəhmətsevərliyini, faktik materiallara 
dəqiq və son dərəcə  məsuliyyətli münasibətini, xüsusən keçmişdən yazan gənc 
jurnalistlərə nümunə, örnək sayıblar. Bəzən isə arxivlərin toz-torpağını uda-uda 
qızıldan qiymətli məlumatları üzə  çıxarmasını ön xəttdə-döyüş  səngərindəki 
əsgərin şücaəti, cəsurluğu ilə müqayisə ediblər. Həm də belə epitetlər heç də zahiri 
səciyyə daşımır. Əksinə, bu, görülən işlərin əhəmiyyətindən, sambal və siqlətindən 
irəli gəlir. 
Hər dəfə belə “döyüş-səngər  əməliyyatından” sonra müəllif oxucularla 
görüşə üzü ağ, əli dolu gəlib. Həmin xüsusiyyət hələlik son əlaqəyə, ünsiyyətə də 
aiddir. Həm də bu iş, şübhəsiz ki, asan başa gəlməyib. Odur ki, kitabla birnəfəsə 
tanış olub, ibrətamiz faktlardan nə  qədər qürur və qayğılansaq, qüssələnsək də, 
əsərin hasilə  gəlməsinə  sərf olunan yuxusuz, narahat gecə  və gündüzləri, 
heyrətamiz bir inadkarlıqla “xərclənmiş” üzüntülü ayları, illəri də  gərək 
unutmayaq. 
Şəmistan Nəzirlinin xidməti yalnız qiymətli fakt və hadisələri çox zaman 
ilkin araşdırmasında, ortaya, hasilə gətirməsində deyil, həm də bu hadisələrə həssas 
və uzaqgörən yazıçı müdaxiləsində, səciyyəvi, tarix, cəmiyyət, xalq üçün 
əhəmiyyətli mətləblərin bədii, obrazlı  şəkildə  şərhində, orijinal, cəlbedici süjet 
quruluşunda, maraqlı  təhkiyə  tərzində, lakonik, ruhuna atalar sözü, xalq 
yaradıcılığının digər nümunələri hopdurulmuş canlı dialoqlarda, təsvirlərdədir. Bir 
sözlə, onun digər kitablarında olduğu kimi, son əsərində  də faktik materialların 
yeniliyi və  əhəmiyyəti, dilin bədii təsvir və ifadə vasitələri, yeri gəldikcə, təbiət 
təsvirləri, insanın qəlb aləminin gizli və  məhrəmanə duyğuların inikası ilə bir 
vəhdət, harmoniya təşkil edir. Bu isə, öz növbəsində, məqsəd və ideyanın qabarıq 
şərhinə, estetik təsir gücünün daha da qüvvətlənməsinə səbəb olur. 


Bu baxımdan yalnız Azərbaycanda deyil, ümumən Zaqafqaziyada yeganə 
topoqraf general olmuş  İbrahim ağa Vəkilovun mürəkkəb və  kəşməkeşli 
həyatından söz açan material xüsusi maraq doğurur. Müəllif onu müqəddəs bir 
insan, yurduna, xalqına qırılmaz tellərlə bağlı olan vətənpərvər kimi 
səciyyələndirib, daxili aləmini açmaq üçün ciddi səy göstərib və buna müvəffəq 
olub. İbrahim ağa Vəkilovun, xüsusən, Gəncə qubernatoru olarkən azərbaycanlıları 
ermənilərin qırğın və  qətllərindən qorumaq üçün gördüyü tədbirlər hafizəmizdə 
həkk olunur. Onun həmin məsələ ilə əlaqədar daxili işlər nazirinə yazdığı məktub 
çox təsirlidir.  Əsərdən bir parçanı  məhz aktuallıq və  əhəmiyyətinə görə misal 
gətiririk. 
İbrahim ağa yazır: 
“... Əhali dinc həyat həsrətindədir... 
Sülh həsrətində olan əhalidən mən müsəlmanları, rusları  və alman 
koloniyalarını  nəzərdə tuturam. Ermənilər bu sarıdan, görünür, tamam başqa 
fikirdədirlər... Onlar müsəlmanlara nifrətlə çulğalanaraq qandan tamam məst 
olmuşlar, müsəlman kəndlərinin talan edilməsi, sakinlərin qırılması, qadınların və 
uşaqların zorlanması ilə ifadə olunan öz düşmənçilik hərəkətlərinə son qoymurlar. 
Onların vəhşiliklərinin həddi bilinmir, bunlar qarşısında zülmət orta əsr 
dəhşətləri kölgədə qalır.  İnanmaq istəmirsən ki, 20-ci əsrdə öz mədəniyyəti 
haqqında bütün Avropaya car çəkən, müdafiəz dinc əhaliyə vəhşi məxluqatın bütün 
üsullarını tətbiq edən xalq mövcuddur. Qubemiyanın hər tərəfindən gələn gündəlik 
raport və məlumatlarda səslənən o dəhşətlərin təəssüratı altında bu sətirləri yazmaq 
ağırdır: qadınlar zorlanıb, uşaqlar tonqallarda yandınlır, dillər, qulaqlar kəsilir...” 
Bu murdar əməllər bizə erməni faşistlərinin son dövrlərdə törətdiyi faciələri, 
qədim İrəvan mahalında azərbaycanlıların doğma yurd-yuvalarından qovulub qətlə 
yetirlməsini, uşaqların borulara doldurulub işgəncə ilə öldürülməsini, Azərbaycan 
torpağındakı misilsiz fəlakətləri, Xocalı faciəsini... də yada salır. Həm də dahi fars 
şairi, ölməz Sədinin uzunmüdətli müşahidə, daxili inam nəticəsində hökm şəklində 
etdiyi bəyana, dediyi aşağıdakı misralara bəraət qazandırır:  
   
Ermənidir yer üzünün Əhriməni, 
İnsanlığın düşmənidir, düşməni. 
 
Eyni zamanda, bizi qəddar, qart düşmənimizlə ifrat dərəcədə  həlim 
rəftarımız barədə düşünməyə vadar edir. 
Nə qədər qəribə olsa da soyqırım siyasəti həyata keçirən qəddarlar cəzadan 
kənarda qalmışdı, əhalinin, günahsız insanların, o cümlədən qadın, uşaq və 
qocaların qırılmasının qarşısını almaqdan ötrü hər cür fədakarlıq göstərmiş İbrahim 
ağa Vəkilov, oğlu Faris bəy uzunmüddətli sürgün, həbs və işgəncələrə düçar 
olmuş, general-mayor İbrahim ağa Usubov, həmçinin Həbib bəy Səlimov, Qalib 
bəy Vəkilov, Bahadur bəy Vəkilov həmin o qatil daşnak-bolşeviklər və ya onların 
nümayəndələri tərəfindən xalq düşməni adı ilə güllələnmişlər. Görünür, Səməd 
Vurğunun, yazdığı kimi, elə həqiqətən də “Tarix utanmazdır, gülüncdür desəm”. 
Biz yuxarıda qürur və qüssə ifadələrini təsadüfən yanaşı işlətmədik. 
Şəmistan Nəzirlinin təsvirlərində ömür yolu izlənilən tarixi şəxsiyyətlərin xalqa 


xidməti, qətiyyət və qəhrəmanlığı bizi nə qədər sevindirirsə qəddarlığın, tarixi 
ədalətsizliyin, patoloji kin və küdurətin qurbanı olmaları bir o qədər məyus edir. 
Müəllif belə hallara - ifşaedici real faktlara da az diqqət yetirməyib.  
Qəhrəmanlardan biri - İbrahim ağa Vəkilovun oğlu Faris bəy nahaq yerə ürək 
yanğısı ilə demir ki, “Mənim... ömrümün qarası ağından çox olub”. Bəli, müəllifin 
təsvirində hər iki rəng - qara da, ağ da çox aydın görünür və bizi nəticə ilə yanaşı 
və bəlkə də nəticədən daha, artıq səbəb barəsində düşünməyə vadar edir... 
...Kitab tariximizin olsa-olsa yalnız bir səhifəsini gözlərimiz önündə 
canlandırır. Lakin həmin səhifə o qədər maraqlı və canlı, faktik materiallar 
baxımından elə zəngindir ki, oxucunu valeh edə bilər və yəqin ki, belə də olacaq. 
Ancaq onun müvəffəqiyyətləri barəsində müfəssəl söhbət açmaq fikrində deyiləm. 
Çünki ən gözəl şərh və təhlil də maraqlı əsərin mütaliəsindən alınan estetik həzz və 
duyğunu əvəz edə bilməz... 
 
Mahmud Mahmudov.  
 


MÜƏLLİFDƏN 
 
Rəşid Faxralı kitabı oxuyub qurtardıqdan sonra düşüncəli tərzdə: 
- Bir redaktor kimi məsləhət bilirəm ki, bu kitaba son fəsil yazasınz. Nə üçün 
bu kitabı yazdım mövzusunda. 
Düzü, şair-redaktor dostum sanki mənim günlərlə qəlbimdən keçəni duyub, 
eşitmişdi. 
İndi düşünürəm: bəli, doğrudan bu kitabı niyə yazmışam? Hələ totalitar 
Sovet rejimi dövründə illərlə qəlbimdə gəzdirdiyim şəxsiyyəti və fəaliyyəti ilə fəxr 
etdiyim topoqraf-general İbrahim ağa Vəkilovu 80 ildən sonra da olsa istər bir 
hərbçi, istərsə də bir insan kimi doğma xalqıma qaytarmaq ən ümdə arzum olub. 
Yetmişinci illərdə ASE buraxılanda arxivlərdən və ayrı-ayrı adamlardan 
topladığım fotoşəkil və sənədləri, bir də general haqqında yazdığım yığcam 
məqaləni ensiklopediya redaksiyasına sevinclə apardım. Təəssüf ki, otaq-otaq 
gəzdirilən bu məqaləm rəhbərlikdən keçmədi. Qovluğu özümə qaytarıb 
nümayişkarənə şəkildə dedilər ki, çar və müsavat generalı olduğuna görə verə 
bilmərik. 
Mən onda üsyan səmimi qaldırıb haray saldım ki, axı, İbrahim ağa Vəkilov 
topoqraf-general kimi nəinki Azərbaycanda, Zaqafqaziyada yeganə mütəxəssis 
olub. Dahi Lev Tolstoyla məktublaşıb, böyük yazıçının müsəlman dininə hüsni-
rəğbətini, generalın 1918-20 illərdə milli orduda əvəzsiz xidmətini və sairə faktları 
söylədim. 
Məni sona qədər dinləməyə səbri çatmayan “qoca kommunist alim” - elə 
məhz bu faktlara görə verə bilmərik. - Daha sərt səslə: Lev Tolstoy hansı hüquqla 
müsəlman dinini xristianlıqdan qat-qat üstün tutur və onu misilsiz elmi din deyə 
tərifləyir - sualını verdi. 
Mən də cavabında: 
- Onu 1910-cu ildə vəfat etmiş dahi Tolstoydan soruşsanız yaxşıdır deyib 
oranı tərk etdim. 
Dünyanın işinə bax ki, vaxt gəldi, zaman da, quruluşda dəyişdi. Beş-on il 
əvvəl Sovet hökumətini ağızdolusu tərifləyib müdafiə edən həmin o “qoca 
kommunist alim” bu gün demokratiyadan dəm vurur, radio-televiziyada və 
mətbuatda yeri gəldi-gəlmədi, Sovet totalitar rejiraminin ədalətsizliyindən bol-bol 
danışır

“General  İbrahim ağa Vəkilov” kitabında sevgili oxucuların onun hərbçi 
müasirləri və nüfuzlu nəslinin yetirdiyi görkəmli oğulları haqqında maraqlı 
faktlarla qarşılacaqlar. 
Kitabda unudulmuş, tamam yaddan çıxmış ölməz adamların tərcümeyi-
halını, fəaliyyətini qısa da olsa vermişəm. O adamlar ki, öz dövründə tanınmış və 
məşhur olmuşlar. Lakin əsr və illər keçib onların kimisini quruluş, kimisini dövr, 
kimisin də  tədqiqatsızlıq unutdurmuşdur. Bir sözlə baxtı  gətirməmiş  nəsillər və 
adamlar olub ki, onların taleyi ancaq Tiflis, Sankt-Peterburq, Moskva və Bakı 
arxiv sənədlərində pərakəndə halda “yaşayır”. Hələ Sovet dövründə bu şəhərlərin 
arxivlərində  işləyəndə harda Azərbaycanlı soyadına rast gəlirdimsə qeyd 
dəftərçəmə köçürürdüm. Bunların arasında sözün əsil mənasında qısa, lakin 


əfsanəvi ömür yaşamış general-mayor Həbib bəy Səlimov, 21 yaşlı kapitan 
Bahadır bəy Vəkilov, polkovnik Gəray bəy Vəkilov, Bəhram bəy Nəbibəyov da 
var. Ayrıseçkilik olmasın, bunların sırasında 39 yaşında, 1920-ci ildə bolşevik-
daşnakların güllələdiyi mərd general Həbib bəy Səlimovun taleyi məni daha çox 
yandırıb-yaxdı. 
Müxtəlif taleyi hərbçilərin ömür yolunu yazmaqda mənim bircə  məqsədim 
və amalım olub. Vaxtilə silaha sarılıb anamız Azərbaycanın azadlığı, istiqlaliyəti 
uğrunda ölümə gedənlərin xatirəsini yaşatmaq və heç kəsin ürəyinə  və  qəlbinə 
fleytanın həzin səsilə hüzn gətirməmək,  əksinə  vətənpərvərlik ehtiraslarını 
qızışdırıb ulularımızdan qalan qəhrəmanlıq ənənəsilə xoşbəxt yaşamaq. 
Kitabdakı  qəhrəmanların hər biri ömrün əzablı  nəşəsini dadmış 
şəxsiyyətlərdir. Bəxt, tale onların  əksəriyyətinin üzünə gülməyib. Çoxusu 
sürgündə, türmələrdə, mühacirətdə Azərbaycan, Vətən - deyə-deyə dünyasını 
dəyişdilər.  Şübhəsiz ki, mərd babalarımızın taleyinə qismət olmuş  əzabların xoş 
nəşəsini bu gün müstəqil yaşadığımız vətəndə biz dadırıq. 
Mənim sərkərdə  qəhrəmarlarım böyük filosof Siseronun amalı ilə 
Azərbaycan uğrunda vuruşmuşlar: “Mən ya Vətənin rifahı üçün yaşamalı, yaxud 
da onunla birlikdə  məhv olmalıyam.” 1918-1920-ci illərdə Qarabağ döyüşlərində 
yenilməz bir igid kimi vuruşaraq daşnak generalı  Dəli Qazan süvarisi ilə birgə 
məhv edən polkovnik Bəhram bəy Nəbibəyov 1930-cü il aprelin 13-də totalitar 
Sovet rejiminə qarşı “Zaqatala-Şəki üsyanı”na məhz bu amalla rəhbərlik etdi. 
Azərbaycan adlı füsünkar torpaqda yaşamağa o oğlun haqqı var ki, onu mərd 
babalarımız kimi qorumağa layiq olsun. Hər hansı bir xalqın mənəvi varlığı onun 
hərbi gücündə  və yetişdirdiyi sərkərdə  oğullarındadır. Biz keçmişimizdən ibrət 
götürməsək, onu öyrənməsək bu gün və  gələcəkdə yetişdirdiyimiz sərkərdələr 
vətənin üstünü təhlükə alanda döyüşdə qələbə çala bilməz. 
“Millətin süqutu o zaman başlayır ki, o, öz tarixini unudur... öz tarixini 
unudan millət də millət sayıla bilməz. 
Tarix millətin keçmişinin, indisinin, gələcəyinin dastançısıdır. Tarix millətin 
bütün varlığını, onun öz ömrü və davamlılığı üçün topladığı qüvvə  və ehtiyatı 
güzgü kimi əks etdirir” (İlya Çavçavadze). 
“General  İbrahim ağa Vəkilov” kitabı  da  tarixi  sənədlər  əsasında bu ruhda 
yazılıb. 
Məhz bu qəbil faktları, sənədləri üzə  çıxarmağa, tarixi tarixləşdirməklə 
özümün tədqiqatçı taleyimdən gileyli deyiləm. Hələ neçə-neçə yazılası kitabın 
səhiflərində tapacağam yazıçı xoşbəxtliyimi... 
  


KİTABIN İÇİNDƏKİLƏR 
 
Qəribə tale      
Topoqraf-general İbrahim ağa Vəkilov 
     
Alim sözü    
Ailənin bəxt ulduzu 
 
Lev Tolstoya məktub  
Gecikmiş cavab   
Qürbətdən gələn məktub   
Tiflisdəki izimiz    
Hərbçi Vəkilovlar   
Polkovnik Gəray bəy Vəkilov   
Uzun ömür səhifələri  
 
General-mayor İbrahim ağa Usubov    
Yarah söhbət .  
 
Əzabkeş insanm xatirələri  
 
General mayor Həbib bəy Səlimov  
Danışan sənədlər  
Iyirminci iildə Qarabağ döyüşləri  
Polkovnik Bəhram bəy Nəbibəyovun igidliyi 
 
Qəhrəman alay 
 
Düşmən təslim olmayanda 
 
General Səməd bəy narahatdır  
Otuzuncu il Şəki üsyanı   
Hərb tariximizdə nələr olmuşdur  
Şahzadə-general Rzaqulu Mirzə Qacar  
 
General Ağası bəy Avşarov 
General Həsən ağa Bakıxanov  
General Əsəd bəy Talışxanov  
General-leytenant Fərəc bəy Ağayev  
General Tərlan bəy Əliyarbəyov  
  
Podpolkovnik Əbülfət ağa Şaxtaxtinski  
Podpolkovnik Xasay xan Usmiyev   
Port-Arturun azərbaycanlı qəhrəmanlan  
“Dikaya diviziya” yoxsa  
Türk irsini öyrədən general 
 
Alim-general  
İlk hərbi memuarımız  
General Əliağa Şıxlinskinin şe'rləri  
Azərbaycan Respublikasının xalq artisti 
Zəroş xanım Həmzəyevaya  
Qürur və qüssə (Mahmud Mahmudov) 
 
Müəllifdən  
  


Müəllifin icazəsi olmadan əsərdən parça və mənbəə kimi istifadə etmək 
qətiyyən qadağandır. Əks təqdirdə həmin şəxs üzünü köçürən plagiat kimi 
məhkəmə qarşısında cavab verməli olacaqdır. 
 
 
 
 
 
 
Şəmistan Əmiraslan oğlu Nəzirli 
Topoqraf-general İbrahim ağa Vəkilov 
Bakı - Zaman - 2002 
 
 
 
Redaktoru: Mayor Rəşid Faxralı. 
Nəşriyyat redaktoru: Xaliq Rəhimli. 
Kompyütor tərtibatçısı: Elman Məmmədov. 
Üz qabığını işləyən: Mətanət Qaraxanlı. 
 
 
 
 
Çapa imzalanmışdır 04.04.2002. Formatı 60x84 1/16, 
Həcmi 20,5 ç.v. Tiraj 500. Sif № 53. , 
Qiyməti sərbəst. 
 
 
 
 
 
Kitab hazır plyonkalardan 
“Qızıl Şərq” mətbəəsində çap olunub. 
(Bakı, H.Aslanov, 80) 
 
 
 
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə