ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə100/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   96   97   98   99   100   101   102   103   ...   157

İyirminci illərdə respublikamızda ilk hərbi məktəblərin yaradıcılarından biri 
və Əliheydər Qarayevdən sonra ikinci respublika hərbi komissarı (1924-26-cı 
illərdə) olan Heydər Vəzirovu 1937-ci ildə respublika torpaq komissarı işləyəndə 
“pantürkist” adı ilə həbs etdilər. 
Görkəmli şairimiz, mərhum Qasım Qasımzadənin yaddaşından: 
- Onda mənim on üç-on dörd yaşım vardı. O ilin təlatümlü günlərini indiki 
kimi xatırlayıram. Kənddə çox nüfuzlu sayılan, sözükeçən şəxsiyyətlər bir-bir 
dənlənirdi. Bir hadisə gözümün qabağından getmir. Gərək ki, Azərbaycanda Sovet 
hakimiyyətinin ildönümü idi. Kənddə təntənəli yığıncaq keçirilirdi. Klub ağzına 
kimi dolmuşdu. Biz məktəblilər yerimizi yaşlılara verib ayaq üstə dayanmışdıq. O 
zaman hər məruzədən, çıxışdan sonra yer-yerdən rəhbərliyin, xalq komissarlarının 
şəninə “yaşasın”la başlayan şüar demək dəbdə idi. Məruzə qurtarantək alqışlar 
başlandı. Bir nəfər kolxozçu - suçu Hüseyn ayağa qalxıb dedi: “Yaşasın 
Azərbaycanın torpaq komissarı yoldaş Vəzirov!”. Onun alqışı təkəmseyrək çəpiklə 
qarşılandı. Sən demə, bir gün əvvəl Vəzirov “xalq düşməni” kimi “ifşa” edilibmiş. 
Bir-iki əl çalan da bundan xəbərsizmiş. Rəyasət heyəti bir-birinə dəydi. Sədr ayağa 
qalxdı: 
- Vətəndaş, səhvini geri götür! 
Suçu Hüseyn çaşbaş qaldı: 
- Vəzirov yoldaşa nə olub ki, səhvimi geri götürüm? 
- Demək, bilmirsən nə olub? 
- Bilmirəm... 
- Başa salarlar bilərsən... 
İclas yekunlaşdı. Dağılışdılar. Suçu Hüseyn də belini götürüb, pambıq 
sulamağa getdi. Aradan iki saat keçməmiş klubun qarşısında iki maşın dayandı. 
Taxta qoburlu, onatılan tapançalı zəhmli adamlar tökülüşdülər. Az sonra şalvarı 
dizinəcən çirməkli, ayaqları palçıqlı suçu Hüseyni milisioner qabağına qatıb 
gətirdi. Əl-ayağını yudurtdular. Evindən ayaqqabısını və bir həftəlik azuqəsini 
götürtdürüb maşına mindirdilər. Kişi çaşıb qalmışdı. Elə hey soruşurdu: 
- Axı yoldaş Vəzirova nə olub ki?! 
- Gedərsən yanına, özündən soruşarsan ki, sənə nə olub? 
Suçu Hüseyn o gedəndi ki, gedib, xəbərsiz-ətərsiz... 
Otuz yeddinin acı burulğanlarında belə mürvətsiz, qansız hadisələr, həbslər 
çox olub. Çox ailələr başsız qalıb, evi talan olunub. Axşam ailəsi ilə birgə şam 
eləyib yatan ata, səhər “xalq düşməni” çıxıb. Sumbatovların, borşovların, 
markaryanların, qriqoryanların murdar əlləri suçu Hüseynlərin günahsız qanını 
axıdıb. Haqqında söhbət açdığımız nə Qambay, nə də Heydər Vəzirovların 
ailəsindən bir nəfər belə sağ qalmayıb. Sürgünlər, həbsxanalar onları sağalmaz 
xəstəliyə yoluxdurub vaxtsız məhv etdi. 
1913-cü ildən başlayaraq ömrünün sonunadək xalqına sidq ürəklə xidmət 
edən Heydər Vəzirov bu günə qədər unudulmuş, yaddan çıxmışdır. Azərbaycan 
Sovet Ensiklopediyasında onun adı heç olmasa bir cümlə ilə də xatırlanmır, 
xidmətləri nədənsə danılır. Onun unudulmağının ilkin səbəblərindən birini biz rus 
dilli sənədlərdə görürük. Çox vaxt Qambay Vəzirovla onu qarışıq salırlar. Rus dilli 
sənədlərdə Heydər adı da “Q” hərfilə yazılır, Qambay da. Hər ikisi də hərbçi olub. 


Ona görə də bir çox tədqiqatçılar Heydərin xidmətlərini bəzən Qambay Vəzirovun 
adına yazıblar. Bu günə qədər komissar Heydər Vəzirovun nə anadan olmasının 
ildönümü qeyd olunub, nə də onun adı əbədiləşdirilib. 
Heydər Sadıq oğlu Vəzirov 1893-cü ildə Naxçıvanın qədim Nehrəm 
kəndində ziyalı ailəsində anadan olub. İlk ibtidai təhsilini o vaxtın qabaqcıl maarif 
ocağı olan “Tərbiyə” adlı üsuli-cədid məktəbində alıb. Heydər Vəzirov həmin 
məktəbdə məşhur ədəbiyyatşünas Əziz Şəriflə, teatr xadimi Rza Təhmasiblə birgə 
oxuyub. Məktəbin hamisi məşhur maarif xadimi Məmməd Tağı Sidqi idi. 
Naxçıvanda üsuli-cədid məktəbini bitirdikdən sonra atası Sadıq, Məmməd 
Tağı Sidqinin məsləhəti ilə balaca Heydəri İrəvan seminariyasına qoyur. 
Seminariyanı müvəffəqiyyətlə bitirən Heydər 1913-cü ildə gimnaziyanın 
səkkizinci sinfinə imtahan verir. Birinci Dünya müharibəsi başlandığına görə az 
müddət gimnaziyada oxuyan Heydər Vəzirov səfərbərliyə alınaraq qısa müddətli 
hərbi məktəbdə təhsil alır, 1915-ci ilin iyun ayında kiçik zabit rütbəsi ilə Qalitsiya 
uğrunda döyüşlərdə əsir düşür. 
Üç il alman əsirliyində qalan Heydər Vəzirov 1918-ci ildə Rusiya ilə 
Almaniya hərbi əsirləri dəyişəndə yaralılar sırasında Türkiyədən keçərək Qafqaza 
qayıdır. 
1918-ci ilin noyabrından Azərbaycan Demokratik Respublikasının Milli 
Ordusunda kiçik komandirlər hazırlayan məktəbdə müəllim işləyir. 1920-ci ilin 
aprel inqilabından sonra Heydər Vəzirov və hərbi məktəbin kollektivi bolşeviklərin 
tərəfinə keçir. Həmin ilin iyun ayında o, partiya sıralarına qəbul edilir. 
Heydər Vəzirov bundan sonrakı bütün şüurlu həyatını milli hərbi kadrların 
hazırlanmasına sərf edir. Onu “hərbiyyə məktəbi”nin rəisi təyin edirlər. 
Hələ iyirminci illərin sənədləri göstərir ki, komissar Heydər Vəzirov 
komandir şərəfini yüksək tutmuş və bu adı hörmətlə daşımışdır. Onun böyük 
bacarıqla rəhbərlik etdiyi Azərbaycan Birləşmiş Hərbi Məktəbi Gürcüstanda 
menşeviklərə, Ermənistanda daşnaklara qarşı hərbi əməliyyatlarda fəal iştirak 
etmişdir. Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun, Xalq 
Hərbi və Dəniz komissarı Əliheydər Qarayevin verdiyi əmr və sənədlərdə bunu 
aydın görmək olur. 
Əliheydər Qarayevin Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə göndərdiyi 
29 iyun 1920-ci il tarixli raportda deyilir: “Mənim adımı daşıyan (həmin illərdə 
hərbi məktəb korpus komandiri Əliheydər Qarayevin adına idi - Ş.N.) hərbi 
məktəbin rəisi yoldaş Vəzirov Heydər Sadıq oğlu məktəbin təşkil olunmasından bu 
vaxtadək öz vəzifəsini müstəsna fədakarlıqla yerinə yetirir. İşinin öhdəsindən 
bacarıqla gələn bir komandir kimi Heydər Vəzirovun təltif olunmasını xahiş 
edirəm. 
Vəzirov yoldaş başda olmaqla məktəb tam tərkibdə Quba, Gəncə və Qazax 
qəzalarında, habelə Qarabağda daşnaklara qarşı döyüşlərdə bir neçə kursantını və 
bir qırmızı komandirini itirib. Məktəbin sonuncu yürüşü Gürcüstana, Qızıl 
Ordunun Tiflisə irəliləyişi zamanı olmuşdur. Buna görə də hərbi məktəb Qırmızı 
bayraqla təltif olunmuşdur. Məktəbin komandiri Heydər Sadıq oğlu Vəzirovun 
Qırmızı Bayraq Ordeni ilə təltif olunmasını layiq bilirəm”. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə