ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə102/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   98   99   100   101   102   103   104   105   ...   157

Hal-əhval tutmaq istədim. Başını aşağı salıb xəcalətlə bircə bunları dedi: “Dadaşım 
Soltanhəmidi tutub apardılar”. Daha sonrası yadımda deyil... 
Səhərisi yığışıb Şamaxıya qayıtdıq. Öyrəndim ki, onu yığıncaq vaxtı 
aparıblar. Onunla birgə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi Xəlfə 
Hüseynovu, ikinci katibi Avalovu, torpaq şöbəsinin müdiri Yuxanovu, 6 nömrəli 
şərabçılıq sovxozunun direktoru Əlisahib Məmmədovu, rayon prokuroru Əhməd 
Əmirovu, Padar Kənd Sovetinin sədri Babalı Bəkirovu da həbs etmişdilər... 
Bir sözlə, Şamaxı ziyalılarına süpürgə çəkirdilər. Kimin evində ərəb əlifbası 
ilə kitab, əlyazması tapılırdısa, pantürkist, panislamist damğası ilə cəzalandırılıb 
həbs edilirdi. 
NKVD-nin sədri Şamanbəyovdan evimizin açarını istədim. Qapımıza qıfıl 
vurmuşdular. Sumbatov-Topuridze də orada idi. Mənə tərs-tərs baxıb: “Deyəsən, 
öz ayağınla gəlmisən, rədd ol burdan, bu saat səni də həbs edərəm” deyib özündən 
çıxdı. 
O gündən həyatımın faciəsi başladı.... 
- Sahibə xanım, Soltanhəmidin “günahı” nə oldu? 
- Sonralar öyrəndim ki, bir ambardarı   döyməklə   Soltanhəmidin   üzünə 
şahid ediblər.  Guya  o deyib  ki,  biz komissarın kabinetində, evində tez-tez 
yığıncaq keçirirdik. Komissar Paşayevin rəhbərliyi ilə silahlı üsyana hazırlaşırıq. 
O, bizə güllə atmağı öyrədirdi.
 
  
Komissar Paşayev məni əsgərliyə ona görə göndərmədi ki, təşkilatın işində 
yaxından iştirak edirdim. Təşkilata silahı mən tapıb alırdım. 
- Görüşməyə   necə,    icazə   verirdilərmi? 
- Yox.  Ayda iki dəfə  “yemək”  götürürdülər. Yemək, ərzaq aparmaq 
qadağan idi. Ancaq dəyişmək üçün paltara icazə vardı. Bir dəfə, bir nəfər nə 
yollasa ondan   barmaq   boyda   kağız   gətirdi. 
Yazmışdı ki, Sahibə, mən “xalq düşməni” deyiləm. Mənim vicdanım təmiz   
və ləkəsizdir. Bunları balalarımıza da başa sal ki, gözükölgəli böyüməsinlər. 
Üçüncü dəfə dalınca gedəndə dedilər ki, 20 il həbs cəzası kəsilib. Dalınca da əlavə 
elədilər ki, əriniz güllələnib, daha gəlməyə bilərsiniz... 
“Güllələnmək” sözünü eşidəndə ağlım başımdan çıxdı. Handan-hana özümü 
ələ aldım. Düşmənlərin əhatəsində olduğumu xatırladım. Körpələrimi fikirləşdim. 
Sağ olsun, yaxın-uzaq qohumlar, o çətin illərdə gizli də olsa “xalq düşməni”nin 
ailəsinə arxa oldular. 
Soltanhəmid Paşayevin ömür yoldaşı Sahibə xanım o ağrılı-acılı illərə 
qeyrətlə, kişi dəyanəti ilə dözmüş, övladları Rozanı, Elmiranı, Rəfiqəni böyüdüb 
ərsəyə çatdırmış, komissar ərinin, nüfuzlu ziyalı nəslinin adına layiq vəfalı ömür 
yaşamışdır. 
İllərin əzabından saçı qar kimi ağarmış nurani Sahibə ana ilə söhbət edəndə 
elimizin müdrik sənatkarı Abbasqulu ağa Bakıxanovun sözlərini xatırladım: 
“Namuslu qadın kişi üçün elə bir sərvətdir ki, onun misli yoxdur”. 
Onu da xatırladaq ki, Soltanhəmid Cəbrayıl oğlu Paşayev 1898-ci ildə 
Şamaxıda ziyalı ailəsində dünyaya gəlib. İlk təhsilini Şamaxıdakı realnı 
məktəbində alan Soltanhəmid sonralar Bakıdakı Azərbaycan hərbiyyə məktəbini 
bitirib. Zabit kimi ordu sıralarında sidq-ürəklə xidmət edən Soltanhəmid Baskal 


Qəsəbə İcraiyyə Komitəsinin sədri, Göyçay hərbi komissarlığında komissar 
köməkçisi (1925-30-cu illərdə) işləmişdir. Yaxşı hərbi fəaliyyətinə görə dəfələrlə 
mükafatlandırılan Soltanhəmid məşhur şairimiz Məhəmməd Hadinin doğmaca 
xalası oğludur. 
 
1991-ci il 
  
  
 
  
 
SONUNCU KƏNGƏRLİ GENERALI
 
 
(Cəmşid xan NAXÇIVANSKİ) 
  
Azərbaycan öz süverenliyi, tam azadlığı 
barədə fikirləşirsə, o ilk növbədə öz 
milli ordusu, milli zabitləri barədə 
fikirləşməlidir. Mən bunların hamısını 
düşünürdüm... 
İyirmi beş il öncə mən Azərbaycanda 
əvvələr heç vaxt oxşarı, analoqu olmayan  
ixtisaslaşdırılmış hərbi orta məktəb yaratmaq 
haqqında fikir irəli sürdüm. Bu məktəbi yaratdıq. 
Doğrudan da mənim həyatımda gördüyüm işlər içərisində 
bu addımı, bu işi, bu təşəbbüsü o dövrdən artıq iyirmi beş il 
keçəndən sonra özüm də yüksək qiymətləndirirəm. 
 
Heydər ƏLİYEVİN 
1990-cı ildə Moskvada 
verdiyi müsahibədən 
 
 
 Hər şeyin ilki gözəl və yaddaqalan olur. İlk müəllim, ilk general, ilk 
kosmonavt, ilk məhəbbət.... Bunlar ilk övlad qədər şirin və əzizdir. Bu gün hərbi 
qüdrət tariximizin zabit heyətindən söz düşəndə istər-istəməz general Cəmşid xan 
Naxçıvanski adına hərbi litseyin məzunlarını yada salırıq. 
Fəxr etməliyik ki, Cəmşid xanın “şinelindən çıxmış” bu zabitlər suveren 
Azərbaycan Milli Ordusunun sıralarında torpaqlarımızın qəsbkarlardan 
təmizlənməsi uğrunda şərəflə vuruşurlar. 
1918-ci ilin iyun ayında məşhur sərkərdəmiz Əliağa Şıxlinski Gəncədə milli 
yunkerlər məktəbinin banisi oldu. Totalitar rejimin sərt məngənəsində ikinci dəfə 
belə bir məktəbin 1971-ci ildə yaradılması Heydər Əliyevə qismət oldu. Əlbəttə, o 
dövrün acı abı-havasını udanlar yaxşı bilirlər ki, həmin illərdə Milli zabit heyətinin 
yetişdirilməsi üçün nəinki məktəb açmaq, hətta fikirləşmək belə böyük cəsarət və 
risq tələb edirdi. Bütün zamanlarda xalqını düşünən Heydər Əliyev haqlı olaraq 
millətimizin sonsuz məhəbbətinə layiq şəxsiyyətdir. 


Cəmşid Naxçıvanski Kəngərli nəslindən olan axırıncı generaldır. Onun 
general babaları Ehsanxan, Kəlbalı xan, Hüseynxan və İsmayılxan qoca yaşlarında 
öz əcəlləri ilə vəfat ediblər. Tale Cəmşid xana cəmi 43 il ömür qismət elədi. Onun 
da 26 ilini hərbi fəaliyyətdə keçirdi. Ömrünün ən qaynar çağında otuzuncu illərin 
haqsız qurbanlarından biri oldu. Günahı da bu idi ki, qardaşı Davud xan və Kəlbalı 
xan İranda şah qvardiyasında xidmət edirdi. Guya Cəmşid xan da başçılıq etdiyi 
“casus təxribatçı dəstəsi” ilə onlarla sıx əlaqə saxlayırdı. Azərbaycanda şura 
hökuməti qurulanda hər iki qardaş rəsmi şəkildə icazə alıb İrana getmişdilər. 
Tezliklə İran ordusunda ad-san qazanıb yüksək rütbə almışdılar. Lakin otuzuncu 
illərdə şahənşah onlara inamını itirdi. Səbəbi qardaşları Cəmşid xan 
Naxçıvanskinin Qızıl Orduda briqada komandiri olması idi. Vaxtilə onların ata-
babaları rus qoşunlarının tərkibində İran ordusuna qarşı vuruşmuşdular. Görünür, 
şahənşaha bu məlumat da çatdırılıbmış... Ona görə də şah onları güllələtdirdi. Bu 
tayda, 1938-ci ilin mayında Cəmşid xan həbs edildi. Həmin il avqustun iyirmi 
altısında güllələnəndə artıq 4 il əvvəl qardaşları İranda qətlə yetirilmişdi. Onda 
C.Naxçıvanski Moskvada M.Frunze adına Ali Hərbi-Siyasi Akademiyanın ümumi 
taktika kafedrasının rəisi kimi yüksək vəzifədə işləyirdi. 
1938-ci il avqustun on ikisində “Sovet Hökumətinin qatı düşməni, müqəssir” 
Cəmşid xan Naxçıvanskiyə olunan ittihamnamədən: 
Birinci: - Azərbaycan Milli Mərkəzi adlanan Azərbaycan antisovet millətçi 
təşkilatın fəal iştirakçısıdır. O, təşkilata Qarayev tərəfindən cəlb olunmuşdur. 
İkinci: - Azərbaycanda Sovet hökumətinin devrilməsi planının 
hazırlanmasında və Azərbaycanın Sovet İttifaqından ayrılmasında fəal iş aparmış, 
Azərbaycanda hərbi üsyan planını şəxsən özü hazırlamışdır. 
Üçüncü: - İran ordusunda xidmət edən qardaşı, mühacir Kəlbalı xanla əlaqə 
saxlamışdır. Azərbaycanda üsyan başlanarkən mühacirlərindən ibarət kömək 
məqsədilə qardaşına hərbi dəstələr göndərmək tapşırığını vermişdir. 
Dördüncü: - 1931-ci ildə həbsdən azad olunduqdan
50
 sonra Moskvaya 
gələrək Qarayevlə yenidən əlaqə yaratmışdır. Azərbaycan Milli Mərkəzində 
antisovet fəaliyyətini daha da gücləndirmiş və mərkəzin işlərində yaxından iştirak 
etmişdir. 
Beşinci: - Antisovet hərbi qəsdlə bilavasitə əlaqə saxlamış və onlara 
Azərbaycan Milli Mərkəzinə konkret kömək göstərəcəyi barədə razılıq vermişdir. 
Altıncı: - 1921-ci ildən 1926 cı ilə kimi cəsusluqla məşğul olmuş, Az. 
Pambığının keçmiş sədri Məmməd Hacıyev vasitəsilə qardaşı Kəlbalı xana ordu 
bərəsində /RKKA/ tam məxfi məlumatlar vermişdir. 
Bu ittihamnamələrdən 14 gün sonra SSRİ Ali Məhkəməsinin Hərbi 
Kollegiyası bağlı məhkəmə iclası keçirdi. Hərbi Kollegiyanın sədri V.V.Ulrixin və 
3 nəfərin şahidliyi ilə cəmi 15 dəqiqə çəkən məhkəmə iclası saat 12.50-də general 
Cəmşid xan Naxçvıvanskiyə ölüm hökmü oxudu. Hökm oxunandan sonra ona son 
sözünü deməyi təklif etdilər. Döyülüb ağıryaralar almış Cəmşidxan kəkələyə-
kəkələyə danışmağa utandı. Bir də ki, şər və iftira dolu ölüm hökmü kəsiləndən 
                                                 
50
 Cəmşid хаnı аntisоvеt millətçi təşkilаtın fəаl üzvü kimi birinci dəfə 1931-ci il fеvrаlın 22-də Zаqаfгаziyа Bаş 
Siyаsi Idаrəсinin хüsusi şöbəsi Тiflisdə həbs еtmişdi - müəl. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə