ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə103/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   99   100   101   102   103   104   105   106   ...   157

sonra vida sözünü deməyi xan qururuna sığışdırmadı. Həmin gecə onu Moskvada 
güllələdilər... 
“Onun dalınca gecə gəldilər. Axtarış aparmaq üçün şahid gərək idi. Dalandar 
şahidlik etməkdən boyun qaçırdı: “Kim olsaydı gedərdim, bircə Naxçıvanskidən 
başqa. Mən onun gözünə necə baxaram?”. Həbs barədə orderlə qara “Emkada” 
gələnlərdən biri pillələri tələsik qalxdı. Qapını açan ev sahibəsinə hövlanak dedi: 
Qiymətli nəyiniz varsa, gizləyin”. Qızıl ordunun xan nəsilli briqada komandiri 
Cəmşid Naxçıvanski pula, mala qətiyyən tamah salmayan bir insan idi. 
Vidalaşarkən o, qızı Aliyənin yuxulu gözlərindən öpdü, arvadını bağrına 
basdı: “Özündən və uşaqlardan muğayat ol. Mənim heç bir günahım yoxdur. 
Tezliklə qayıdacağam” - dedi. 
“O, uzun illər keçəndən sonra qayıtdı. Qayıtdı ki, xalqın yaddaşında əbədi 
qalsın” /Qreqori Akselrod, “Xan nəsilli briqada komandiri”. “Nedelya” qəzeti 
№17, 1988-ci il/.  
Repressiya illərində haqsız güllələnən briqada komandiri Cəmşid xan 
Naxçıvanski, diviziya komandiri Qambay Vəzirov, komissar Heydər Vəzirov, 
Cabir Əliyev, polkovnik Cəlil Əliyev, Seyfulla Mehdiyev, Qalib Vəkilov və 
Soltanhəmid Paşayevin sənədləri ilə tanış olanda, sağ qalan müasirlərindən 
general-mayor Akim Abbasovun, professor Əyyub Əsgərovun və onların ailə 
üzvlərinin xatirələrini dinləyəndə yanıb-yaxılırsan. Adamı yandıran odur ki, bu 
igid komandirlərin fəaliyyətində yeni quruluşa qarşı hardasa zərrəcə inamsızlıq, 
səhv və büdrəmələr tapa bilmirsən. Bəs haqsız qan niyə axıdılıb, onların ailələri 
sürgünlərdə niyə min bir əziyyət çəkib? Stalinin əshabələri - Beriya, Bağırov belə 
görkəmli hərbi xadimlərimizi qanlı “təmizləmə” maşınında niyə məhv ediblər? 
Suallar, suallar...onlara cavab tapmaq çətindir. 
Otuzuncu illərdə bağları doğradılar ki, bəylər salıb, bəhrəsini yemək olmaz. 
Mülkləri uçurdular ki, ağalardan, xanlardan qalıb. Məscidləri bağlayıb Allahsızlar 
ittifaqı yaratdılar. Oğulları həbs edib öldürdülər ki, nəsli bəy olub, xan olub. 
Musavat hökumətinə qulluq edib. 
Bu gün tarix bu səhvləri etiraf edərək otuz-qırxıncı illər dövründə və əllinci 
illərin əvvəllərində repressiya qurbanlarına bəraət verir. Onların şərəfinə abidələr 
ucaldır, küçələrə, meydanlara adları verilir. Nəhayət, gənc nəsil gec də olsa 
görkəmli ata-babalarının xatirəsi önündə mənəvi borcunu yerinə yetirir. 
Heç bir “casus-təxribatçı dəstəsi” olmayan (əslində belə bir dəstə yox idi), 
İrandakı qardaşları ilə heç vaxt məktublaşmayan Cəmşid xan da o vaxt çox adi bir 
hala çevrilən müdhiş cəzanın qurbanı oldu. 
 
* * * 
 
Haqqında söhbət açdığımız Kəngərlilərin xan nəsli Azərbaycan hərb tarixinə 
qızıl səhifələr yazmış Cəmşid xanı 1895-ci ildə dünyaya bəxş etdi. O, 7 yaşına 
çatanda anası Fərəntac xanımdan Azərbaycan dilində yazmağı, dayəsi Anna 
İvanovna Nikolayevadan isə rus və fransız dillərində danışmağı öyrənmişdi. Rus 
ordusunun zabiti olan atası Cəfər xan 8 yaşlı Cəmşidi Tiflisdəki yunkerlər 
məktəbinə qoydu. 1914-cü il noyabrın 8-də onu Qərbi Ukraynadakı Yelizavetqrad 


(indiki Kirovqrad -Ş.N.) qvardiya məktəbinə göndərdilər. 1914-cü ildə praporşik 
rütbəsi ilə həmin məktəbi bitirdi. Birinci Dünya müharibəsi başlananda mperiyanın 
müsəlman ailəsindən təşkil olunmuş tatar süvari eskadronunun komandiri təyin 
olundu. 
Cəmşid xan Naxçıvanski öz hərbi məharəti ilə ilk dəfə Birinci Dünya 
müharibəsində ad-san qazanmışdı. “Brusilov cəbhəsi”nin yaranmasında iştirak 
etmiş, “Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsilə təltif olunmuşdu. 
Avstriya və Rumıniya cəbhələrində üç dəfə yaralanan Naxçıvanski igid bir süvari 
zabiti kimi 1916-cı ilin fevralından 1917-ci ilin yanvarınadək xidməti müddətində 
gümüş silahla təltif edilmiş və ikinci, üçüncü və dördüncü dərəcəli “Anna”, ikinci, 
üçüncü dərəcəli “Stanislav” ordenləri ilə mükafatlandırılmışdır.  
Cənub-qərb cəbhəsi dağıdıldı. Ştabrotmistri Naxçıvanski başçılıq etdiyi 
süvari alayı ilə birgə doğma Azərbaycana qayıtdı. 
1918-ci il sentyabrın 15-də Türk qoşunları Azərbaycan Əlahiddə Korpusu ilə 
birgə Bakını düşmənlərdən təmizlədi. Əlahiddə Korpusun sıralarında 
Azərbaycanın müstəqilliyi uğrunda Cəmşid xan da inamla vuruşurdu... Füsunkar 
Qarabağın Şuşa şəhərində yerləşən Cəmşid xan Naxçıvanskinin alayı 1920-ci ilin 
martında daşnak tör-töküntülərinə və daxili düşmənlərə qarşı döyüş 
əməliyyatlarında fəal iştirak etdi. 
Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir neçə gün sonra Respublika 
Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov Şuşaya təcili teleqram 
göndərdi. O, alay komandiri Cəmşid Naxçıvanskiyə təklif edirdi ki, dərhal Bakıya 
qayıtsın və Milli Ordu hissələrinin təşkilinə başlasın. Cəmşid Naxçıvanskinin 
komandirlik etdiyi ikinci Qarabağ süvari polku könüllü olaraq sovet ordusu 
tərəfinə keçdikdən sonra birinci fəhlə-kəndli polku adı ilə XI Ordunun tərkibinə 
daxil edildi. Podpolkovnik Cəmşid xan Naxçıvanskinin özü isə ilk Azərbaycan 
Birləşmiş Komanda məktəbinin rəis müavini, az sonra isə rəisi təyin olundu. İgid 
komandir kimi ilk günlərdən ləyaqətlə xidmət edən C.Naxçıvanskiyə həmişə 
müsbət xasiyyətnamələr verilmişdir. 
İstedadlı sərkərdənin xalqına, Vətəninə sədaqəti, yüksək hərbi biliyi XI 
Ordunun komandanı M.İ.Levandovski, Hərbi İnqilab Şurasının üzvü 
S.Orconikidze, Azərbaycan Hərbi Dəniz Xalq Komissarı Əliheydər Qarayev 
tərəfindən yüksək qiymətləndirilmişdir. 
1921-ci il martın 14-də ordu komandanı M.İ.Levandovskinin Cəmşid 
Naxçıvanskiyə verdiyi xasiyyətnamədə oxuyuruq: 
“Korpus da daxil olmaqla bütün hissələrə operativ, taktiki cəhətdən 
komandanlıq etməyə tam layiqdir... Sakit, təmkinli, fəal və təşəbbüskardır... 
Azərbaycan MİK-in və Zaqafqaziya MİK-nin tərkibinə seçilmişdir. Diviziya 
komandirliyi vəzifəsinə tam uyğundur”. 
İllər keçdi. Qızıl Ordunun məşhur komandanlarından biri olmasına 
baxmayaraq, otuz yeddinci ilin qara tufanlarında M.İ.Levandovskiyə də inam, 
etibar azalıb yox dərəcəsinə endi. 1938-ci ilin martında onu həbs etdilər. Martın 
23-də çekistlər ondan zor gücünə Cəmşid xanın əleyhinə belə bir ifadə aldılar: 
“Mənim Cəmşid xan Naxçıvanski ilə 1927-ci ildən yaxın dostluq əlaqəm 
vardır. Elə o zaman - 1927-ci ildə Naxçıvanski Azərbaycan MK-nın keçmiş katibi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə