ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə104/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   100   101   102   103   104   105   106   107   ...   157

Qarayev (Əliheydər Qarayev - Ş.N.) tərəfindən burjua-millətçi əksinqilabi 
təşkilata cəlb olunmuşdu. Bu barədə mənə şəxsən Qarayev özü demişdi. Eyni 
zamanda o, mənə bilmirmişdir ki, Naxçıvanskinin nüfuzunu orduda artırmaq üçün 
onu Sov.İKP sıralarına keçirmək lazımdır. 
Qarayev öz kabinetində mənə kollektivin zəmanətini öz imzası ilə 
hazırlamışdı. Xatırlaya bilmirəm, deyəsən Bakı şəhər partiya komitəsinin keçmiş 
katibi Levon Mirzoyan da ona imza atmışdı. Az.KPMK-nın Naxçıvanskiyə həsr 
olunmuş iclasında qərar qəbul olunmuşdu ki, mən “şəxsən” açıq şəkildə onunla 
söhbət aparmalıyam. 
Mən Cəmşid xan Naxçıvanskini “Avropa” mehmanxanasına öz yanıma 
çağırdım. Ona aid olan ittihamların hamısını dedim. Yəni ki, onun qubernator 
işləyən əmisi ilə əlaqələri və casusluq işləri barəsində danışaraq ittiham etdim. 
Naxçıvanskini qorxutduqdan sonra mən ona mənimlə birgə keçmiş zabitlərin 
əksinqilabi təşkilatın üzvü kimi işləməyi təklif etdim. Naxçıvanski razılıq verdi. 
Mən ona məsləhət gördüm ki, şübhələri öz üzərindən götürmək üçün yığıncaqlarda 
çıxış etmək, riyakarlıq edərək sözdə Sovet hökumətini müdafiə etmək mövqeyində 
durmalıdır. Bundan sonra Naxçıvanski mənə bildirdi ki, onun tərəfindən təşkilata 
Azərbaycan alayının keçmiş komandiri Veysov
51
 və digərləri də cəlb olunmuşlar”. 
 
* * * 
 
Milli diviziya yaratmaq işindəki fəallığına görə Cəmşid xan Naxçıvanskiyə 
1921-ci il dekabrın 19-da Azərbaycan Hərbi Dəniz - Xalq Komissarlığı təşəkkür 
elan etmiş və mükafat olaraq ona gümüş dəstəkli qılınc hədiyyə vermişdi. O, yeni 
yaradılan Azərbaycan dağatıcı diviziyasına komandir təyin olundu. 
1923-cü ildə Moskvadakı qısa müddətli Ali Akademiya kursuna göndərilən 
Cəmşid xan Naxçıvanski 1924-cü ilə qədər orada hərbi təhsil almışdı.  
Ön cərkədə soldan oturanlardan 3-cü C.Naxçıvanski, ayaq üstə soldan 3-cü 
polkovkik Murtuz Talıbzadə  Azərbaycana qayıdandan sonra yenidən diviziya 
komandiri təyin edilmişdi. Üç il sonra o, ikinci dəfə Hərbi Akademiyaya oxumaqa 
göndərilmiş və 1928-ci ildən 1929-cu ilədək məşhur generalımız Əliağa 
Şıxlinskinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan “Hərbi bilik” jurnalının 
redaktorlarından biri olmuşdur. 
Mərhum general Agim Abbasov vaxtilə Naxçıvanskinin komandir olduğu 
diviziyada xidmət edib. Onun dediklərindən: 
- Cəmşid Naxçıvanski qətiyyətli komandir idi. Onun gözəl cizgili siması, 
səliqəylə yana ayrılıb daranmış qara saçları və qalın qaşları altında açıq, aydın 
baxışları indi də gözümün önündədir. O, yaraşıqlı qaməti, hərbçilərə məxsus 
dəyanəti ilə müasirlərindən seçilirdi. Biz - Cəmşid Naxçıvanskinin diviziyasında 
xidmət edənlər, bu istedadlı sərkərdədən hərbi peşənin sirlərini öyrənmiş 
komandirlər onu iftixarla xatırlayırıq. Biz bu gün də keçmiş ənənələrə görə onu 
“Xan Naxçıvanski”, döyüş təxəllüsünə görə “Şamo” deyə yad edirik. Xanlar 
                                                 
51
 Pоlkоvnik Мəmməd Кərim оğlu Vеysоv (1900-1972) М.V.Frunzе вə V.I.Lеnin аdınа Аli Hərbi Аkаdеmiyаnı 
bitirmişdir. Оtuz yеddinci ildə həbs оlunmuş, günаhsız оlаrаq dоqquz il Sibir sürgünü çəkmişdir - müəl. 
 


rayonu ərazisində iki kilometr cənub-şərqdə yerləşən dağı biz komandirlər və qızıl 
əsgərlər, həmçinin yerli sakinlər komandirimizə ehtiram əlaməti olaraq “Xan 
Naxçıvanski dağı” adlandırırdıq. Cəmşid xan komanda məntəqəsini bu dağda 
qurmuşdu. Buranın relyefi elədir ki, həmin dağdan ətrafda, Azərbaycan 
diviziyasının təlim meydançaları aydın görünürdü. 
Cəmşid Naxçıvanski hərtərəfli mütəxəssis, siyasi cəhətdən hazırlıqlı, hərb 
işinə sədaqətli zabit idi. Məhz bu yüksək keyfiyyətlərinə görə 1923-cü ildə Hərbi 
İnqilab Şurasının əmri ilə Cəmşid Qızıl Ordunun Ali Komanda Heyəti kursuna 
dinləyici qəbul olundu. Bu kursu müvəffəqiyyətlə bitirən Naxçıvanski 1931 -ci 
ildən M.V.Frunze adına Ali Hərbi Siyasi Akademiyanın xüsusi qrupunda təhsilini 
davam etdirdi. Buranı da fərqlənmə diplomu ilə başa vuran Cəmşid  Naxçıvanski 
Xalq Müdafiə Komissarının əmri ilə akademiyada müəllim saxlanıldı. 
Həmin dövrdə C.Naxçıvanskiyə verilmiş attestasiya sənədində oxuyuruq: 
“C.Naxçıvanskiyə əvvəllər verilən müsbət rəylər öz qüvvəsində saxlanılsın. 
O, hər cəhətdən inkişaf etmişdir. Cəmşid Naxçıvanski hərbi təlimlərdə, operativ 
taktiki təlimatlarda özünü bacarıqlı sərkərdə kimi göstərmişdir. C.Naxçıvanskidən 
korpus komandiri kimi də istifadə etmək olar... O, təmkinli, sakit təbiətlidir, 
tükənməz enerjiyə malikdir, təşəbbüskardır, gözəl inzibatçıdır, yaxşı təşkilatçılıq 
qabiliyyəti vardır...” 
Bu da Hərbi Akademiyanın kurs rəisi və komissarı, sonralar Sovet İttifaqı 
marşalı Boris Şapoşnikovun həmin attestasiyanın təsdiqi barədə rəyi: 
“Cəmşid Naxçıvanskinin attestasiyası ilə razıyam, atıcı diviziyasının 
komandiri vəzifəsinə münasibdir”. 
 Vaxtilə süvari qoşunun qızğın pərəstişkarı olan Cəmşid xan orduda bu 
qoşun növünə vətəndaş müharibəsinin təəssüratı ilə həddən artıq aludə olanlarla 
razılaşmır. Akademiyanın dinləyicilərini köhnəlmiş şablonlardan tezliklə yaxa 
qurtarmağa çağırırdı. Sübut edirdi ki, gələcək müharibədə cinahların dövrələnməsi 
üstünlük təşkil edəcək; döyüş meydanlarında o kəs qalib gələcək ki, müxtəlif 
qoşun növlərinin qarşılıqlı fəaliyyətini təmin edə bilsin, döyüşün idarə olunmasına 
yaradıcı şəkildə yanaşmağı öyrənsin. Toxum münbit zəminə düşmüşdü. Lakin bu 
toxumun cücərməsi...”
52
 
Bəli, nadanlar, şər və iftira düşgünləri bu toxumun cücərməsinə imkan 
vermədilər. Onun tərbiyə edib yetirdiyi müdavimləri - S.Biryuzov, A.A.Qreçko, 
P.F.Batistki marşal rütbəsinə çatdılar. Özü isə günahsız məhv edildi. Onun 
fəaliyyətinə verilən xasiyyətnamələrlə, rəylərlə tanış olandan sonra Cəmşid 
Naxçıvanskinin “xalq düşməni” olmasına inanmaq çox çətindir. Bu, ağa qara 
demək kimi bir şeydir. Ona görə də polad kimi əyilməyən Cəmşidi sındırdılar. 
Lakin o, istintaqda heç bir iftiranı boynuna almayıb, özünün günahsız dostlarını 
satmayıb, xalqının, nüfuzlu nəslinin adını ləkələməyib. 
İllər keçdi. Başqaları kimi sonralar ona da bəraət verildi. Vaxtilə haqqında 
ürək dolusu ilə danışa bilmədiyimiz bu görkəmli komandir haqqında gənc nəslə 
                                                 
52
 Аksеlrоd. Göstərilən оçеrk. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə