ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə105/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   101   102   103   104   105   106   107   108   ...   157

məlumat vermək imkanı yarandı. İndi onun adına Bakıda Hərbi  litsey var. Boya 
başa çatdığı Naxçıvanda isə ev muzeyi açılmışdır. 
Bakı Dövlət Universitetinin müəllimi, hüquq elmləri doktoru, professor 
Əyyub Əsgərov vaxtilə yetmiş yeddinci Azərbaycan atıcı diviziyasının sıralarında 
zabit kimi xidmət edib. O, istedadlı sərkərdə Cəmşid xan Naxçıvanskinin son 
günlərinin şahidi olub: 
- 1937-ci ilin payızında Sankt-Peterburqda keçirdiyim məzuniyyətdən geri 
qayıdırdım. Moskvada hərbi kursda oxuyan yoldaşlarımla görüşmək üçün Frunze 
adına Akademiyaya getdim. Yaxın dostum və Akademiyanın müdavimi Hacıbaba 
Zeynalovun qonağı oldum, həmyerlilərimiz Cəlil Əliyev, Əhmədəli Əliyev, 
Bayram Şıxıyev, Fərhad Şahbazov və başqaları ilə də burada görüşdüm. 
Bir gün Hacıbaba Zeynalovun otağında şam yeməyinə toplaşmışdıq. Bu vaxt 
C.Naxçıvanski otağa girdi. Biz hamımız ayağa qalxdıq, ehtiramla, rəsmi təzim 
edərək onu salamladıq. Görkəmli sərkərdə hər birimizlə ayrı-ayrılıqda görüşdü. 
Üz-gözündə xoş təbəssüm cilvələnirdi... O, 77-ci Azərbaycan atıcı diviziyasında 
xidmət etdiyimi biləndə məni söhbətə tutdu. Azərbaycan xalqının həyatı ilə 
yaxından maraqlandı, diviziyanın siyasi döyüş hazırlığı sahəsində əldə etdiyi 
uğurlar barədə məlumatları çox diqqətlə dinlədi və ürəkdən sevindi. O, Vətənin 
müdafiə qüdrətini daim möhkəmləndirməyin, dövrün tələblərinə uyğun olaraq, 
yüksək bilikli kadrlar hazırlanmasının, xüsusilə yeni texnikaya yiyələnməyin vacib 
olduğunu bildirdi. Sonra: “Oğul, bizim xalqımıza yaxşı hazırlıqlı kadrlar lazımdır”, 
- dedi. Gedərkən hamıya müraciət etdi: “Bu ali hərbi məktəb - Akademiya əsl siz 
gənclərin yeridir, sizin üçündür, əfsus ki, bizim nümayəndələrimiz burada çox 
azdır”. Üzünü mənə döndərdi: “Çalışın, qoçaq olun, mən elə sizi də burada görmək 
istərdim”. 
 
* * * 
 
Xan nəsilli generalın Naxçıvandakı ev muzeyində 1898-ci ildə çəkilmiş 
köhnə bir şəkli var. Tən ortada oturmuş ana - Fərəntac xanım körpə qızını bağrına 
basıb. Yanında şux qamətli üç oğlu - Ehsan xan, Kəlbalı xan və Cəmşid xan 
əyləşib. Çərkəzi geyimdə olan üç qardaşın duruşundan yaşlarına uyuşmayan 
ciddilik, mərdanəlik və vüqar oxunur. Həyatın hələ dinclik və rahatlıq dövrüdür. 
Yastığın üstündə oturan 2 yaşlı Cəmşid xan uşaqlara məxsus heyranlıqla obyektivə 
baxır. Dünyaya uşaq marağı ilə baxan, 2 ildən sonra başlanacaq yeni əsrdə onu 
nələr gözlədiyindən hələ bixəbərdir. Dünyanın inqilab tufanı, həyat qasırğası və 
müharibənin alovları balaca Cəmşidi 16 il sonra polad kimi bərkitdi... Hələ 
qarşıdakı həyat faciəsinə bir qərinədən çox qalırdı. Elə bir faciə ki, orada Cəmşid 
xan yox, onun qardaşları Ehsan xan, Kəlbalı xan və hansı təsadüfdənsə bu 
fotoşəklə düşməyən Davud xan da məkr və böhtanın qurbanı olacaq. 
1920-ci ilin iyulunda Cəmşid xanın xidmət etdiyi ikinci Qarabağ süvari alayı 
Şuşada yerləşirdi. Podpolkovnik Naxçıvanski nizami hissə üzrə müavin idi. Bir 
gün gecədən xeyli keçmiş qaldığı evin qapısı döyüldü. Qardaşı Ehsan xan onun 
qonağı idi. Yaşda ondan kiçik olan Ehsan xan da peşəkar hərbçi idi. O, Moskvada 
zadəgan balalarına məxsus kadet korpusu məktəbini bitirmişdi. Bir müddət Ulan 


alayında xidmət etmişdi. Azərbaycan ordusunda isə Bakıda Nazirlər Soveti 
yanında süvari alayının komandiri olmuşdu. İndi isə 3-cü Şəki süvari polkunda 
Qərargah zabiti idi. Göstərdiyi qəhrəmanlığa görə Ehsan xanın da rütbəsi 
podpolkovnikə çatmışdı. Cəmşid xan böyük qardaş kimi onun şücaətinə, 
döyüşlərdə aldığı ordenə və rütbədə sürətlə irəliləməsinə çox sevinirdi. 
Podpolkovnik Ehsan xan Qarabağı daşnaklardan qorumağa gəlmişdi. Azərbaycana 
soxulan silahlı bolşeviklər hər şeyi tar-mar eləmişdi. Azərbaycan hökuməti 
buraxılmış, ordusu dağılmışdı. Bolşeviklər Bakıda və Gəncədə talan həftəsini 
yenicə qurtarmışdılar. Amma musavat əsgər və zabitlərinin sorğu-sualsız 
güllələnməyi hələ də davam edirdi. Qapı döyüləndə Ehsan xan hamıdan tez ayıldı. 
Cəmşidin oyanmasına qıymayıb durub qapını açdı. Bolşevik-daşnak əsgərlərinin 
tüfənglərindəki süngülər ay işığında parıldadı. Taxta qoburlu mauzeri olan daşnak 
zabiti soruşdu: “Cəmşid xan Naxçıvanski sizsiniz?” Ehsan xan dərhal məsələni 
anladı. Bir anlığa ləngidi, kandarı o tərəfə adlayıb qapını bağladı. “Bəli, Cəmşid 
xan mənəm” - dedi. 
Onu şəhərin kənarına aparıb musavat zabiti olduğuna görə sorğusuz-sualsız 
güllələdilər... 
Otuzuncu illərin axırlarında isə İran ordusunda xidmət edib yüksək rütbələrə 
çatan Davud xanı və Kəlbalı xanı şah öz əli ilə qvardiyaçılarına güllələtdi. Çünki 
bu taydan gedən bolşevik-daşnak donoslarına əsaslanan şah, igid Kəngərli 
qardaşlarına inamını itirmişdi. 
Dörd qardaşdan heç biri otuzuncu illərin tufanlarından salamat çıxmadı... 
 
İyul, 1991-ci il. 
  
  
 
GENERAL-QUBERNATOR MƏMMƏD 
KOXANIN ACI TALEYİ 
 
  
Ömrün yollarında çox əsrarəngiz mənzərələrin 
şahidi olmuşam: keçilməz meşələr, yamyaşıl talalar, 
başı buludlara dəyən dağlar görmüşəm. Gördükcə, seyr 
etdikcə gözümdə Avey yaşayıb, Avey ucalıb. Avey dağı 
varlığıma hopub, səyyar xəyalım ildırım sürətilə ona 
qanadlanıb, ona uçub, Bu anlarda Daş Salahlı igidlərilə 
həmdərd, həmsöhbət olmuşam. 
 
Müəllif 
  
Gözlərindən qəm yağan qocanın fotoşəkli bir müddət yazı stolumun 
üstündən “mənə baxdı”. Düşünürdüm onu otağımın harasından asım ki, bizə gələn 
qonaqlar dərhal görsünlər. İstəyirdim və çox arzu edirdim ki, bu şəkildəki qocanı 


hamı görüb tanısın. Mənim nəslimdə onun ancaq adı yaşayırdı, bir də mərdliyi 
barədə danışılan əfsanəyə bənzər əhvalatlar. Amma indiyədək heç kəs, hətta yaxın 
qohumlar belə onun fotoşəklini görməmişdi. Onu görüb xatırlayan qocaların 
çoxusu həyatdan getmişdi. Nəvə-nəticələrin yaddaşında isə mərd babamız yavaş-
yavaş unudulurdu. Tapılan yeganə şəkil bizə onu elə bil yenidən qaytardı. Üstəlik 
də yaralarımızı göynətdi. 
Milli Təhlükəsizlik Nazirliyinin arxivindən aşkar olunan keçmiş Qazax 
general-qubernatoru Məmməd Koxa Mahmud oğlunun (1859-1933) fotoşəkli 
danışa bilsəydi, biz çox mətləblərdən hali olardıq. Bu nadir fotoşəklin bizim nəslə 
və bütün Daş Salahlı camaatına nə qədər sevinc bəxş etdiyini təsəvvür etmək 
mümkün deyil. 
Altmış beş il əvvəl 1929-cu ildə çəkilən bu fotoşəklə baxanda adamın ürəyi 
göynəyir. İnsanın üzündə, baxışında nə qədər qəm, kədər olarmış,  İlahi... ovuc içi 
boyda şəkli böyütdürdüm. Sənətkar dostum Seyfəddin Məmmədvəliyev onun 
surətini elə ustalıqla çıxartdı ki, üstündən zərif ağ xətlər gedən köynəyinin rəngi 
belə indi aydın seçilir. Biri üzbəüz, digəri yandan çəkilən şəkildə Məmməd 
Koxanın bütün dərdi-qəmini kilidlənmiş dodaqlarından, adamın yeddi qatını dəlib 
keçən baxışlarından görmək olurdu. Köynəyinə yapışdırılmış “801” rəqəmi onun 
dustaq nömrəsidir. Bəli, Daş Salahlının dustaq koxasının, Qazax general-
qubernatorunun bəxtinə belə bir nömrə düşüb. 1929-cu il sentyabrın 14-də yetmiş 
yaşlı qocanı Sovet hökumətinin düşməni kimi həbs ediblər. Vaxtilə Qarayazıda, 
Ceyrançöldə, Mehrab düzündə kəhər at belində gəzən igidin əl-ayağı 
qandallanaraq dustaq edilib. Niyə, nə üçün, hansı günahın sahibi idi Məmməd 
Koxa? 
Siyasi idarənin əməkdaşı Revaz Xaçikyan bu suallara “əsaslı” cavab tapıb: 
1918-20-ci illərdə general-qubernator olub, mülkədar - ağa nəslindəndir və ən 
başlıcası, Qazax mahalındakı “Həqiqət Ordusu” adlı gizli antisovet təşkilatının fəal 
iştirakçısıdır. Ona görə də Daş Salahlı sakini, yetmiş yaşlı Məmməd Koxa 
Mahmud oğlu, yenə həmin kəndin sakini, səksən yaşlı Miralayev Mustafa ağa, 
Poylu kənd sakini Rəhim bəy Hacıqasımov, Aslanbəyli kəndinin ağası, doxsan 
yaşlı Aşır Heyne oğlu, Dəmirçilər kənd sakini Mehdiyev Mustafa ağa Mehdi ağa 
oğlu cinayət əməllərinə görə (26 nəfərlə birlikdə) Azərbaycan SSR Cinayət 
Məcəlləsinin 64-cü maddəsilə həbs ediliblər. 
Məmməd Koxa əhvalatının mübahisə doğuracağını bəri başdan bildiyim 
üçün bu yazıda Qazax ağsaqqallarının xatirələrinə arxalanmışam. Çalışmışam ki, 
olub-keçənləri olduğu kimi yazım. Ona görə də uzun illər boyu tələsmədən, 
arxivlərdə araşdırmalar aparmışam. O hadisələrin şahidi olan qocalarla görüşüb 
söhbət etmişəm. Nə yaxşı ki, aşkarlıq da gəlib çıxdı. Yoxsa tarix bu əhvalatların 
üstündən sükutla keçər, el arasında danışılan bu hadisələr də həmişəlik bağlı 
qalardı. 
İşdir, müəyyən fakt və hadisələrlə bağlı ziddiyyət doğuran fikirlər ortaya 
çıxsa, təhriflər müəyyən edilsə, bu barədə mənə məlumat verəcək yoldaşlara 
irəlicədən təşəkkürümü bildirirəm. Mərd babamız Məmməd Koxa Mahmud oğlu 
barədə susmağa haqqım olmadığı üçün bu əhvalatları qələmə almağı özümə borc 
bildim. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə