ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   7   8   9   10   11   12   13   14   ...   157

Aslanbəyov körfəzi. Oxot dənizi, Saxalin adası, 1882-ci ildə kəşf edilib və 
xəritəyə ekipaj, kliper “Plastun” kimi yazılıb. Elə həmin vaxtda da İ.A.Aslanbəyov 
soyadı ilə adlandırılıb. 
Aslanbəyov İbrahim bəy Allapverdi bəy oğlu (1822-1900). Dəniz korpusu 
məktəbini bitirib. 1837- 42-ci illərdə Baltik dənizində üzüb. 1842-61-ci illərdə 
Qara dəniz donanmasında “Selafail”, “Varşava” gəmilərində, “Femistokol” 
briqində və başqalarında qulluq edib. 1865-68-ci illərdə “Reqvizan” gəmisinin 
komandiri, 1879-82-ci illərdə Sakit Okean eskadriliyasının komandiri olub. 1887-
ci ildə Vitse-admiral rütbəsini alıb. 
 
QƏRİBƏ VƏ XOŞ BİR TƏSADÜF 
 
1993-cü ilin sentyabr ayında Qax rayonuna ezamiyyətə getmişdim. Marsan 
kəndində Eldar Hacı oğlu Məmmədov adlı bir cavanla tanış oldum. İşi, sənəti ilə 
maraqlandım.  
 - 
Mühəndisəm, - dedi. On dörd ildir ki, Saxalində neft çıxarıram,   indi 
məzuniyyətə gəlmişəm. 
- Təsadüfən orada “Admiral Aslanbayov” adasına rast gəlməmisən? 
 - 
Elə mən o adada yaşayır və işləyirəm, - dedi. 
 - 
Nə yaxşı təsadüfdür, - dedim, - azərbaycanlı admiralın adını daşıyan adada 
həmyerlisi yaşayır və işləyir. 
- Admiral Aslanbəyov məgər azərbaycanlıdır? Siz bunu dəqiq bilirsiniz? 
 - 
Bəli, - dedim, - o, xalqımızın ilk admiralıdır. 
 
- Bu barədə bizim ada sakinləri arasında, qeyri-millətlərlə tez-tez 
mübahisəmiz olur. Familiya oxşarlığına əsaslanaraq mən və   həmyerlilərim 
“admiral bizim xalqın oğludur” - deyiriksə də, əlimizdə heç bir əsas yoxdur. 
Bilmirik nə vaxt yaşayıb, nə vaxt ölüb... Bir-iki dəfə məzuniyyətə gələndə 
rayonumuzun tanınmış ziyalılarından bu barədə soruşdum. Hamısı dedi ki, bizim 
elə bir admiralımız yoxdur. 
Mən sevinclə: 
 
-Var, - dedim, - Eldar, Saxalinə qayıdanda yolunu Bakıdan sal, görüşək, 
sənə admiralın fotoşəkillərini və bioqrafiyasını yazıb verim. 
Məndən də artıq sevinən Eldar: 
 
- Çox sağ olun, - dedi, - mən də admiral Aslanbəyov haqqında qəsəbə kino-
teatrında bir guşə düzəldəcəyəm. 
 
ADMİRAL HƏM DƏ ALİMDİR. 
 
... Admiral İbrahim bəy Aslanbəyovdan yazan rus tədqiqatçıları onun 
haqqında “Admiral Naximovun bioqrafı kimi daha çox məşhurdur” sözlərini 
iftixarla qeyd edirlər. Təsadüfi deyil ki, İbrahim bəyin “Naximovun bioqrafiyası” 
adlı oçerki ayrıca kitab kimi bir neçə dəfə nəşr olunmuşdur. 
Admiral Aslanbəyovun elmi-publisistik əsərləri isə ayrıca tədqiqata layiqdir. 
Hərbi dəniz donanmasının ötən əsr tarixini araşdıran tədqiqatçıların əksəriyyəti 
onun əsərlərindən mənbə kimi bu gün də istifadə edirlər. Heç təsadüfi deyil ki, 


1889-cu ildə Sankt-Peterburqda “Vitse-admiral Aslanbəyovun yarıməsrlik 
yubileyi” adlı kitabı da nəşr olunmuşdur. V.Fridriksin “Kontr-admiral 
Aslanbəyovun bayrağı altında üzən “Afrika” kreyseri” adlı kitabı isə hələ 1880-ci 
ildə yenə də Sankt-Peterburqda işıq üzü görmüşdür. Q.İ.Seminin “Sevastopol” 
tarixi oçerklər kitabında /1955-ci il/ isə admiral Aslanbəyovun gündəliyindən geniş 
istifadə olunmuşdur. 
Knyaz admiral V.İ.Baryatinski isə həmyerlimiz haqqında yazdığı 
xatirələrimdə qeyd edir ki, Şərq və Qafqaz lətifələrini o qədər maraqla danışardı ki, 
müsahibi qəşş edənə qədər gülərdi. Bu lətifələr indi də dillərdə gəzir. 
Ötən əsrin altmışıncı illərindən başlayaraq admiral Aslanbəyovun “Morskoy 
sbornik” jurnalında silsilə elmi publisistik məqalələri dərc olunmuşdur: “Sokol” 
üçdorlu hərb gəmisinin Aralıq dənizindən Kronştadta səfəri” /1861/, “Admiral 
P.S.Naximov” /bioqrafik oçerk, 1868/, “Admiral A.S.Qreyq” /1873/, “Admiral 
A.İ.Panfilov” /1874/, “Dəniz akademiyasının 50 illiyinin bayram edilməsi 
münasibətilə nitqi” /1877/, “Kontr-admiral İ.Aslanbəyovun səfərləri haqqında 
məlumatlar”/1881/ və başqa məqalələrindən tədqiqatçılar bu gün də bəhrələnirlər. 
  
Yüz altmış üç ildən bəri İ.Aslanbəyovun bizimçün qaranlıq qalan ömür 
yoluna, hərbi fəaliyyətinə az da olsa işıq sala bildik. Bu isə son dərəcə vacibdir. 
Yoxsa, qeyri-millətlər, xüsusilə naxələf qonşularımız bizim unutduğumuz məşhur 
oğullarımızı özününküləşdirir, üstəlik də: “Sizin tarixiniz kasıb olub, görkəmli 
oğullarınız da yoxdur” - deməklə xalqımızı təhqir edirlər. 
...Hərbi donanma tariximiz onsuz da kasıbdır. Bu sahədə fəaliyyət göstərən 
oğullarımız az qala barmaqla sayılacaq qədərdir: Kontr-admiral Cəlil Cavadov 
/1916-1980/, vitse-admiral Həmid Qasımbəyov /1923/, kontr-admiral Rafiq 
Əsgərov/1949/ və Eduard Hüseynov (1938-1993). Vəssalam! 
Nə yaxşı ki, bu boşluğu müəyyən qədər də olsa dolduracaq İbrahim bəy 
Aslanbəyov kimi admiralımızı gec də olsa tapa bilmişik... 
 
20 noyabr 1993-cü il 
  
QACAR 
SÜLALƏSİNİN 
SƏRKƏRDƏLƏRİ 
 
Tarixə “olub, keçmiş şeylər”, “çağırılmış 
Bayatılar” kimi baxanlar idrak və zövqü məhdud 
insanlardır. 
Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, 
onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində 
yandırmayan bir insan, öz vətəndaşlıq haqqını dərk 
edə bilməz, ona vətənpərvər demək də gülünc olar. 
 
Səməd VURĞUN 
  


Şuşaya getməkdə məqsədim görkəmli ədəbiyyatşünasımız Firudin bəy 
Köçərlinin dədə-baba yurdunu görmək idi. Bir xeyirxahın köməyi ilə evi tapıb, 
həyət-bacanı gəzdim. Unudulmuş Firudin bəyin nə yaxın, nə də uzaq bir qohumu 
ilə görüşüb söhbət edə bilmədim. Mülkün divarına çoxdan vurulmuş, rəngi solmuş 
xatirə lövhəsini ürək ağrısı ilə oxudum. Və muzey görmək ümidim vardı. Amma 
sanatoriya anbarı kimi istifadə olunduğunu görəndə... yadıma olmuş bir əhvalat 
düşdü. Onu mənə Qazax Seminariyasının məzunu, mərhum Hacıbala Hacıyev 
danışmışdı. 
Seminariya hələ Qoridə olarkən (1910-cu il) bir gün dərsdən evə gələn 
Firudin bəy arvadı Badsəbanı əli qoynunda fikirli görür. Firudin bəy təşvişlə 
soruşur ki, Badsəba, nə olub, niyə qəmlisən. Şuşadan, yada Qazaxdan bəd xəbər 
var, nədi? 
Badsəba xanım kədərlə dillənir: 
- Eh, ay Firudin bəy, niyə də, fikirli olmayım, bu qədər ömür sürdük, Tanrı 
bizə bir övlad da vermədi  ki,  nişanəmiz qalsın. 
Firudin bəy əvvəlcə bərk tutulur, sonra özünə gəlib arvadına təsəlli verir: 
 
- Fikir eləmə, Badsəba, bu seminariyada oxuyan uşaqların hamısı bizim 
övladlarımızdır. Bizi kim unutsa da onlar unutmazlar. Bu, mənim yəqinimdir. Vaxt 
gələr görərsən... 
  
İllər keçir. Firudin bəy Köçərli 1920-ci il mayın 22-dən 30-dək davam edən 
Gəncə qiyamı zamanı mənfur daşnaklar tərəfindən öldürülür. Badsəba xanım 
1921-ci ildə Bakı Pedaqoji Texnikumunda tərbiyəçi işləyir. Dörd il sonra bacarıqlı 
mütəxəssis kimi pedaqoji texnikum təşkil etmək üçün Zaqatalaya göndərilir. 1929-
cu ildə Quba Pedaqoji Texnikumunun müdir müavini olur. Bir il keçmiş isə Şəki 
uşaq evinin müdiri təyin edilir. Həmin dövrdə yetimxana ciddi ehtiyac içində idi. 
O, kömək üçün hansı idarəyə müraciət edirsə, yardım edən olmur. Firudin bəyin 
1910-cu ildə dediyi sözləri xatırlayan Badsəba xanım Mərkəzi Komitədə torpaq 
komissarı işləyən, keçmiş Qori Seminariyasının məzunu Teymur Hüseynovun 
yanına gəlir. Yetimlərə kömək üçün ona müraciət edir. 
Teymur Hüseynov Badsəba xanımı doğma anası kimi çox səmimi qarşılayır. 
Maddi cəhətdən kömək edir, üstəlik yetimxananın müasir mebellə təmin 
olunmasına sərəncam da verir. 
Bu əhvalatdan sonra Badsəba xanım ölənə qədər (1954-cü il) deyərmiş ki, 
Firudin bəylə mən sonsuz olmamışam. Qori və Qazax seminariyalarının hər bir 
məzunu bizim övladımızdır. 
Firudin bəyin dədə-baba yurduna baxa-baxa fikirləşirdim ki, Teymur 
Hüseynov kimi xeyirxahlar “otuz yeddi”nin günahsız qurbanı olmasaydı, bəlkə də 
mülk bu günə düşməzdi. Demək, indi Teymur kimi övladlara ehtiyacımız var. 
Təəssüf ki, “otuz yeddi”nin qara küləkləri çox seminaristi öz burulğanında məhv 
elədi. Hətta seminariyanın təşəkkülü və Azərbaycan maarifinin inkişafında böyük 
xidmətləri olan Sultan Məcid Qənizadə belə yetmiş iki yaşında ikən şəxsiyyətə 
pərəstiş dövrünün amansız qanunsuzluğunun qurbanı oldu. 
Nə gizlədim, Şuşada Firudin bəy Köçərlinin dədə-baba mülkünü görəndə 
fikirləşdim ki, övladsızlıq yaman bəladır. Əgər Tanrı Firudin bəylə Badsəba 
xanıma övlad nişanəsi versydii, yurdu anbar olmazdı... 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə