ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə113/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   109   110   111   112   113   114   115   116   ...   157

- Yox İlyas,  gecdi. Ölümüm çox ucuz oldu...  - Sağ əlini heysiz halda yuxarı 
qaldırdı. Ovcu al qan içindəydi. Son dəfə zorla  gülümsünüb: - Sən Allah, dığanın 
ceyran atını kor Qəniyə ver, qoy minib kef eləsin,  - deyib gözlərini yumdu. 
 
1991-ci il, aprel 
 
 
GENERAL 
CƏFƏR MƏMMƏDZADƏ 
 
Bizim ki, atamız, anamız birdir, 
Qəlbimiz, eşqimiz ayrı deyildir. 
Düşdü qılınc kimi ortadan Araz... 
Fəqət yaman günün ömrü çox olmaz. 
 
Səməd VURĞUN 
 
İllərlə azadlığa çıxmaq üçün dönmədən mübarizə aparan o taylı 
qardaşlarımız 1945-ci il dekabrın on ikisində Azərbaycan Milli hökuməti 
yaratdılar. Xalqı, ölkəni müdafiə edəsi kadrlar hazırlamaq üçün iki illik zabitlər 
məktəbi açıldı. Fədai dəstələri yenicə yaradılan Xalq qoşunları ilə birləşdi. 
Azərbaycan Milli hökumətinin Xalq Qoşunları Nazirliyi yarandı. Qısa müddətdə 
on dörd polkovnik, üç yüz nəfər müxtəlif rütbəli peşəkar zabit heyəti yetişdi. Onlar 
şəxsi heyəti on səkkiz mindən çox olan Azərbaycan xalq qoşunlarında şərəflə 
xidmət edirdilər. Xalq Qoşunlarına böyük fədakarlıq və bacarıqla başçılıq edən 
igid zabitlərin bir neçəsi - Əbülqasım Əzimi, Möhsün Milani, Əbdülrza Azər, 
Abdin Nəvai, Mahmud Pənahi, Qulam Yəhya, Mirzə Rəbi Kəbiri və Cəfər 
Məmmədzadə general kimi yüksək rütbəyə layiq görüldülər. 
Bu yazımızda onlardan yalnız biri - general Cəfər Məmmədzadə Kavian 
haqqında danışacağıq... 
Ata qulluqdan gec qayıtdı. Çaydan bir-iki qurtum alıb yorğun halda yerinə 
girdi. Son vaxtlar ingilis və Amerika casusları ilə aparılan mübarizə gücləndirilsə 
də, ayrı-ayrı fədailərə edilən sui-qəsdlər yenə də azalmadığından nə gecəsi vardı, 
nə də gündüzü. Azadlığa çıxmış Cənubi Azərbaycan xalqını Amerikanın muzdlu 
nökərləri yenidən  şah üsuli-idarəsinə qaytarmaq, qanı bahasına qazanılan azadlığı 
boğmaq iddiasında idilər. Qapının sağ yanındakı taxt cırıldadı. Generalın böyük 
oğlu Gavə də yata bilmirdi. Son günlər milli hökumətin başı üstünü alan təhlükə 
onun rahatlığını pozub, yuxusunu ərşə çəkmişdi. Oğul da azadlıq ordusunun 
fədailərindən idi. Ata qayğı ilə soruşdu: 
- Hələ yatmamısan? 
- Yuxum gəlmir, ata, elə bil ərşə çəkilib. 
- Niyə,  sənə  nə olub?  İdarənizdə vəziyyət necədir? 
- Necə olacaq, ata, bütün şəhəri ağzına alan   şayiələr  bizdə  də  danışılır. 
Deyirlər, tiryəki acanlar Sultan Əli Şəqaqi,  Seyfulla  Bağmeşəli,   Mirşərif, 
baqqal Hacıələkbər “şah azadlığı” sevdasına düşüblər.   Bizim  demokrat 


partiyamızı devirməyə hazırlaşırlar. Xaricdən   silah,   əsgər   alıblar   ki, fədailəri 
qılıncdan keçirsinlər. 
Ata yorğun səslə, bikef halda: 
- Eşit, inanma, - dedi, - belə xəbərləri  bizə də  çatdırıblar. Suyu 
bulandıran Amerikadır. Onların arxası Amerikadırsa, bizim də dostumuz 
Sovetlərdir. 
- Azadlıq pərisi iki dəfə xalqımızın başına qonub, ata. Onu əyiblər, amma 
sındıra bilməyiblər. Mütləqiyyətin zülmü, zorakılırı azadlığımızı boğub. Deyəsən 
bu dəfə də... 
Ata   hirslə  yorğanı  üstündən   atıb, yerində oturdu: 
- Nə demək istəyirsən, bu dəfə nə olacaq? 
Gavə ehtiyatla: 
- Mən... mən demirəm... bütün şəhər danışır ki, Sovet ordusunun İrandan 
çıxarılması haqqında o tayda şuralarda fərman imzalanıb, Sovet ordusu buradan 
çıxıb getsə, bizim milli hökumət Səttarxan və Xiyabani hərəkatı kimi... 
Gavənin dili gəlmədi desin ki, məhv olacaq. 
Bu bəd xəbər ataya məlum olduğundan son günlər əsəbi idi. Oğlunu ruhdan 
salmamaq üçün dərindən nəfəs alıb kədərlə: 
- Bu çox böyük namərdlik olar, - dedi. Gecədən xeyli keçənə kimi general 
yata bilmədi. Qaranlıq otaqda fikri-fikrə calandı... 
...Cəfər Məmmədzadə Cənubi Azərbaycan milli hökumətinin müdafiə naziri 
idi. Xalqının azadlığı uğrunda çalışan general çətin və mürəkkəb həyat yolu 
keçmişdi. İlk gəncliyindən gizli inqilabi işə qoşulduğundan o, iki adla fəaliyyət  
göstərmişdi. Gəncliyində onun gizli adı Məşədi idi, Cənubi Azərbaycan milli 
hökumətinin milli qoşunlar vəziri olanda isə general Cəfər Kavian kimi tanınmışdı. 
Onun atası Təbriz yaxınlığındakı Səhlan kəndindən idi. Ağır həyat yoxsul kəndli 
olan Məhəmmədəli kişini dözümlü və iradəli etmişdi. Kəndli həyatının sərt 
güzəranı, ağa torpağı becərmək onu cana doydurmuşdu. Əsrin əvvəllərində 
Səttarxan hərəkatı başlananda səhlanlı Məmmədəli kişi böyük qardaşı İsrafillə 
mücahidlərin sırasına qoşuldu. Dəmir iradə və şəxsi bacarıq onu siyasi cəhətdən 
şüurlu bir fədaiyə çevirdi. O, oxumaq, yazmaq öyrəndi. Xalq qəhrəmanı 
Səttarxanın tanınmış mücahidlərindən biri və gizli inqilabi hərəkatın məşvərətçisi 
oldu. Səttarxan 1910-cu il aprelin 15-də Tehranda böyük təntənə ilə qarşılananda 
mücahidlərlə birgə çəkdirdiyi şəkildə - ön cərgədə səhlanlı Məmmədəli kişi də 
vardı. Həmin tarixi şəklin əslini nəvəsi Maqsud indi də saxlayır. 
Səttarxanın azadlıq hərəkatı mürtəce İran hakimləri tərəfindən yatırıldıqda, 
səhlanlı Məmmədəli də həbsə alındı. Həbsdən azad olandan bir az sonra çəkdiyi 
işgəncələrdən vəfat etdi. 
Məhəmmədəli Səhlanlının obrazı Makulu Pənahinin “Səttarxan” romanında 
öz əksini tapıb. General Cəfər Məmmədzadənin böyük qardaşı İsrafil də inqilabi 
işdə fəal çalışan fədailərdən olub. O, Azərbaycanın şanlı oğlu Heydər Əmioğlunun 
mübarizə yoldaşı olmuşdur. 


...General 1974-cü ildə öz dəst-xətti ilə yazdığı tərcümeyi-halında qeyd edir 
ki, inqilabi fəaliyyətə 1908-ci ildən, on üç yaşında
56
 gənc bir fədai kimi Səttarxan 
hərəkatından başlamışam. O vaxta qədər Təbrizdə dini təhsil almışam. 
İnqilab məğlubiyyətə uğrayanda o, qardaşı İsrafillə şah təzyiqindən qaçıb 
Bakıya pənah gətirir. İki il Bakıda dərzilik edən Məşədi Cəfər yenidən Təbrizə 
qayıdır. Qulamhüseyn xan Rzazadənin evində təşkil olunmuş İran sosial-demokrat 
firqəsinin beşinci Hövzə iclasında iştirak edir. Şeyx Məhəmməd Xiyabani 
hərəkatında fədai başçılarından biri olur. 
  
İftixarla demək olar ki, general Cəfər Məmmədzadə çox zəngin və 
keşməkeşli inqilabi həyat yolu keçib. Onun həmin dövrdəki gizli fəaliyyəti Əkrəm 
Səlimzadənin və Rzabala Nurəliyevin məşhur çekist İslam Əliyev haqqında 
yazdıqları “Son döyüş” kitabçasında da təsvir olunub: 
“İslam Təbrizdə Məşədi ilə görüşdü. Söhbət zamanı Məşədi dedi: 
- Partiyamızın növbəti, ikinci qurultayına hazırlıq görülür, Mərkəzi Komitə 
belə məsləhət görür ki, sizi Təbrizə çağıraq. İndi burada daha ciddi işlər gedir. Siz 
bu işlərdə bizə daha yaxşı kömək edə bilərsiniz. 
- Nə işdə? - deyə İslam soyuqqanlıqla soruşdu. 
- Silahlı dəstələrimiz var. Onlara rəhbərliyi sənə tapşıracağıq. 
İslam etiraz etmədi. 
O, Mərənddən Təbrizə köçdü. 
...1922-ci ilin fevral ayının ilk günlərində Təbriz çox narahat idi. Küçələrdə 
tez-tez nümayişlər olurdu. Şah istibdadından cana doymuş xalq acanları döyür, 
hökumət idarələrini tanımaq istəmirdi. Həmin ayın 9-da Məşədinin gizli şəraitdə 
yaşadığı evinə bir neçə adam toplaşmışdı. Onların arasında Məşədi, İslam, şair 
Lahuti, doktor Rəhim xan, Tağı Şərqi, Bürhani və başqaları var idi. Onlar kiçik 
müşavirə keçirdilər. Tez də dağılışdılar. Bu hadisədən bir-iki saat sonra Təbrizin 
müxtəlif məhəllələrində atışma başlandı, bütün gecəni davam etdi. Səhər isə 
hökumət artıq xalq fədailərinin əlində idi”. 
Xalqımızın azadlığı uğrunda özünü oda-közə vuran Məşədi Cəfər 1922-ci 
ildə məşhur şair Əbülqasım Lahuti hərəkatında yaxından iştirak edərək fədai 
başçısı olur. Bir az sonra şahlıq rejimi bu hərəkatı da yatırdır. Məşədi Cəfər ikinci 
dəfə doğma Bakıya pənah gətirir, təhsilini artırmaq üçün partiya kursuna daxil 
olur. 
1924-cü ildə Azərbaycan Kommunist Partiyasının sərəncamı ilə Məşədi 
Cəfər Naxçıvandakı dağ-mədən fəhlə həmkarlar ittifaqının sədri vəzifəsinə işə 
göndərilir. Üç il sonra üçüncü Kominternin tapşırığı ilə yenidən İrana göndərilən 
Məşədi Cəfər Təbrizdə, Rəştdə və Tehranda gizli inqilabi iş aparır. 
1930-cu ilin sonlarında ajanlar onu həbs edir. Məhkəmənin 3472/14 nömrəli 
qərarının surəti oğlu Maqsudda indi də qalır. Qərarın mətni belədir: “Cəfər Kavian 
ona görə məsuliyyətə alınır ki, Bir may münasibətilə intibahnamələr nəşr etdirib 
Tehranda yayırmış. O, Kommunist Partiyasına mənsubdur. İrandakı və xaricdəki 
kommunistlərlə yaxından əlaqə saxlayır. İran məmləkətinə və onun istiqlaliyyətinə 
zidd bir adamdır. Ona görə də Cəfər Kavianın yoldaşları İran qanun məcəlləsinin 
                                                 
56
 Gеnеrаl Cəfər Мəmmədzаdə Каviаn Тəbrizin yахınlığındаkı Səhlаn kəndində аnаdаn оlub - müəl. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə