ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.

səhifə115/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
1   ...   111   112   113   114   115   116   117   118   ...   157

nas v naruşenii soyuzniçeskix doqovorov...” M.C.Bağırov daha müqavimət göstərə 
bilmir, astadan deyir: “Kak prikajete, tovariş Stalin, budet sdelano!” 
  
Telefon danışığı - CADR-ın taleyini həll edən tarixi söhbət başa çatdı. Bir 
qədərdən sonra M.C.Bağırov məni yanına çağırdı. Sifətində qan əlaməti yox idi, 
əlləri titrəyirdi. Danışanda hiss etdim ki, səsi də titrəyir. Tapşırıq verdi:  “Yoldaş 
Pişəvərini və “Cənub” əməliyyatı qrupunun komandirini təcili yanıma çağırtdır. 
Gecə saat birdə onları gözləyirəm”. 
Tapşırığı yerinə yetirdim. Çağırılan adamlar deyilən vaxtda qəbul otağında 
oldular. M.C.Bağırov əvvəlcə 46-cı ordunun komandirini qəbul etdi. Onların nə 
danışdığını eşitmədim. Amma sonralar bildim ki, M.C.Bağırov baş komandan 
İ.Stalinin tapşırığını “pozaraq” yüngül silahların yerli fədailərə paylanması barədə 
ordu komandirinə sərəncam vermişdi. 
Sonra Seyid Cəfər Pişəvəri adəti üzrə sürətlə və səs-küylə rəhbərin 
kabinetinə keçdi. Hətta qapını arxasınca kip bağlamağı da unutdu. Mən bunu 
görsəm də görməməzliyə vurdum, çünki onların söhbətini eşitmək istəyimi boğa 
bilmədim. 
Pişəvəri hündürdən və kəmhövsələ danışaraq vəziyyətin böhran halına 
çatdığından, qoşunun sərhədə doğru geri çəkilməsini duyan şah ordusunun 
fəallaşmasından, gənc demokratik respublikanın böyük təhlükə ilə üz-üzə əliyalın 
dayanmasından misallar çəkdi. Axırda söhbətini belə yekunlaşdırdı: “42-də bizi 
Moskvada qəbul edib, CADR-ın təsis sənədinə qol çəkəndə yoldaş Stalin bizi əmin 
etmişdi ki, arxamızda duracaq, bizi axıracan müdafiə edəcək. Bəs bu vədləri nə tez 
unutdu rəhbərimiz? Görəsən dünya kommunistlərinin başçısı hiss edirmi ki, 
bununla Azərbaycan xalqına amansız xəyanət etmiş olur? Tarix bu xəyanəti 
unutmayacaq...” M.C.Bağırov deyilənləri səbrlə dinlədi, özü də bunları əlavə etdi: 
“Mikoyanın hiyləsi bu dəfə baş tutdu... Zaqafqaziyada vahid Azərbaycan dövləti 
yaranması ehtimalı nə onu, nədə başçını təmin edə bilməzdi...” Sonra isə 
Pişəvəriyə konkret tapşırıq verdi: “Gecəykən qayıdarsan Təbrizə. Ordu 
komandirinə tapşırmışam, yüngül çaplı silahları sizə verəcəklər, gənc 
respublikanın fəallarını, fədailəri silahlandırın, bacardıqca az itki verməklə 
adamları və lazımi avadanlığı Arazın bəri tayına keçirin...” Bir qədər fikrə dalıb 
dedi: “Neyləməli, qismət belə imiş” (Yusif Kərimov, “Pərişan eşqim” əsəri, 
Bakı, 1998-ci il, səh.316-319). 
 
* * * 
 
İstibdad kabusu o taylı Azərbaycan xalqına qanlı divanlar tutdu. 
Azadxahların başında duranlardan biri - igid general Əbdülqasım Əzimi güllələndi. 
O, son nəfəsində qürurla demişdi: 
- Xatircəm olun, hər bir azadxah azərbaycanlı sabah bir general Əzimi 
olacaqdır. Xalqın intiqamını gözləyin! Tökdüyünüz qanlara, etdiyiniz vəhşiliklərə 
görə gələcək nəsil sizdən intiqam alacaq! 
Sərdari Milli Səttarxanın və Salari Milli Bağırxanın heykəlləri uçuruldu. 
Cəmisi bir ildə Azərbaycan kəndlərində ana dilində açılmış iki mindən çox məktəb 
bağlandı. Azərbaycan dilində olan əlyazmaları və kitabxanalar yandırıldı. Rza 


şahın cəlladları general Mirzə Rəbi Kəbirini (1889-1947) dara çəkdilər. General 
Əbülqasım Əzimi, Firudin İbrahimi, mayor Ramitin Məmmədəli oğlu, polkovnik 
Seyid Yusif Mürtəzəvi, Mahmud Qazi Əsədullahi, Əhməd Cövdət, Dəbirniya, 
Həsən Zəhiri, Ehsani, Məmməd Agahi, Şükür Qaffari, Əbdülsəməd İmrani və 
Şeyxi kimi mərd oğullar, igid zabitlər ölümü vüqarla qəbul etdilər. 
SƏRAB FƏDAİLƏRİNİN BAŞÇISI POLKOVNİK QULAMRZA 
CAVİDANIN DAR AĞACI ALTINDA DEDİYİ SON SÖZLƏR: 
- Siz bu gün mənim səsimi boğazımda boğursunuz. Lakin məzlum xalqları 
öz haqlarını almağa çağıran bəşəriyyətin azadlıq səsi dunyanın hər yerində 
yüksələcəkdir. Siz isə bu göy kimi guruldayan səsi boğmaqdan acizsiniz. Mən 
Azərbaycan xalqının azadlığı uğrunda öz muqəddəs borcumu verirəm. Mən 
ölurəm, azadlıq ölməyəcəkdir, Azərbaycan azad olacaqdır. 
HAŞİYƏ: Mərd polkovnik Qulamrza Cavidanın bu sözlərini “Kommunist” 
qəzetinin 23 aprel 1949-cu il sayında oxuyan Səməd Vurğun dörd gün sonra həmin 
qəzetdə “Qəhrəmanlara eşq olsun!” məqaləsilə çıxış edərək yazırdı: Qardaş! Sənin 
bu məslək eşqində, bəşəriyyətin xoşbəxt istiqbalına inanan qəlbində duyduğumuz 
inqilabi romantikaya eşq olsun! Sənin qartal vüqarı ilə tufanları, fırtınaları yarıb 
keçən yaxın və uzaq gələcəkdə belə səslənəcək bu qadir səsinə, həyat və mübarizə 
iradənə eşq olsun! Sənə döşlərindən süd vermiş anaya, nizamilər, füzulilər 
rübabına ilham vermiş Babək, Koroğlu, Səttarxan qılıncına qüdrət vermiş 
Azərbaycan torpağına eşq olsun! Mən bu sətirləri yazdığım zaman ürək bədahətən 
polkovnik Qulamrza   Cavidanın   xatirəsinə   dil açdı: 
 
Öz müzəffər bayrağıyla gəlib 
keçdikcə illər  
Bir əbədi bahar kimi gul açacaq 
xatirən...  
Yad edəcək hörmət ilə səni gələn 
nəsillər, 
Heykəl kimi ucalırsan qəlbimizdə 
bu gün sən. 
 
Al qanınla suvardığın Azərbaycan 
torpağı  
Öz başını əyməyəcək cəlladlara 
Bir daha!  
Vüqarına and içdiyin bu azadlıq 
bayrağı,  
Sənin ölməz adını da aparacaq 
sabaha... 
 
Ölüm yoxdur qəhrəmana! Söyləyirəm 
mən yenə,  
Şəfəqlərdə sayrışacaq sabah sənin 
də türbən...  


Ordu kimi salam verib o əziz 
xatirənə, 
Hüzurunda baş əyirəm öz şerimlə bu 
gün mən... 
 
MƏRD ZABİT HƏSƏN QASİMİNİN TƏBRİZ HƏBSXANASINDAN 
ATASI YUSİF QASİMİYƏ YAZDIĞI MƏKTUB: 
“Əziz atam! Biz günahsız vətənpərvər zabitlər hökumətin bəyannaməsi 
nəticəsində təslim olduq. Lakin təəssüf ki, Tehran hökuməti öz əhdini pozaraq bizi 
edama məhkum etdi. Biz sabah məhəbbət dolu möhkəm ürəklə, mətin addımlarla 
ölümə gedəçəyik. Mənim müsibətimə səbrlə dözün. Bu son nəfəsdə deyirəm: 
Qələbə bizimlədir! Yaşasın Azadlıq! Uzaqdan əlinizi öpüb həmişəlik sizinlə 
vidalaşıram, Sizin nakam və təqsirsiz oğlunuz Həsən Qasimi”. 
MARAĞA QARNİZONUNUN POLKOVNİKİ QULU SÜBHİ 
NURİNİN (1907-1947) DAR AĞACI ALTINDA SON SÖZLƏRİ: 
- Bu titrək bina çox da yaşamayacaqdır. Bu qanlı üsuli-idarə daha davam 
etməyə qadir deyildir.  Ölüm üçün heç kimdən minnət götürmək fikrində deyiləm. 
Xalq uğrunda, azadlıq yolunda ölümə getməklə əbədi bir şərəfə qovuşmaq, ucuz 
yaşamaqdan  min dəfə xoşdur. 
Sübhini dar ağacına qaldırıb ipi boynuna salırlar. İp dərhal qırılır. Yerdən 
çəld qalxan polkovnik Qulu Sübhi Nuri qəzəblə qışqıraraq deyir: 
- Cəlladlar, indi mənim dediklərimə inandınızmı? Sizin hətta dar ağacınızın 
ipi də çürümüş və davamsızdır. 
 
Ana yurdumsan, ey şanlı Vətən, 
Həmişəlik yaşa Azərbaycan... 
 
Bu, mərd polkovnik Qulu Sübhinin son sözləri oldu... 
 
HƏBS OLUNMUŞ MƏRD FƏDAİ DADAŞ TAĞIZADƏNİN (1902-1947) 
SON NİTQİ: 
- Mən Azərbaycanın ləyaqətli oğluyam, budur,  Azərbaycan xalqının  
azadlığı uğrunda başı uca can verirəm. Güman etməyin ki, mənim və yoldaşlarımın 
ölümü ilə azadlıq boğulacaqdır. Şübhəsiz ki, bizi   muhakiməyə çəkib dar ağacına 
tərəf aparan cinayətkarlar millət məhkəməsində cavab verməli olacaqlar. 
Cavan NƏZMİYYƏ ZABİTİ SƏDİNİ anasının gözü qabağında küçədə 
güllələdilər. Təbrizin fədakar həkim oğlu Bağırının evini güllə-boran elədilər, 
Tankla evi dağıdıb, həkim Bağırını küçədə xeyli sürüdülər, onu müqavimət 
göstərdiyinə görə balalarının yanında avtomatla dəlik-deşik etdilər. Beş gün 
mühasirədə qalıb təkbaşına cəlladlara qarşı vuruşan igid ŞAHSEVƏNLİ QIZI 
SƏRİYYƏNİ aldatdılar ki, əfv olunacaqsan, səngərdən çıx və silahı yerə qoy. 
Səngərdən çıxan kimi güllələnməyə gətirilən Səriyyə üzünü cəlladlara tutub 
demişdi: 
  
- Bu, sizin üçün qələbə deyil. Tarix əhd-peyman pozanların adını nifrətlə 
yad edəcəkdir. Adam öldürən canilər bu işdən xeyir görə bilməyəcəklər. 



Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   157


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə