ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə119/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   115   116   117   118   119   120   121   122   ...   157

Onlar asta addımlarla qapıya qayıtdılar. Vaqif hamı ilə görüşüb cilovdarın 
tutduğu ata yaxınlaşdı. Dəri iyi verən yəhərin quşqunundan tutub bir anlığa 
dayandı. İçəridən sürətlə çıxan Pəri Soltan kəlağayısını düzəldə-düzəldə: 
- Ata, bəs mənnən görüşmürsən? -deyib onun boynunu qucaqladı. Bir anlığa 
atasının boynunu buraxmayıb qulağına pıçıltı ilə nəsə dedi: 
Vaqif qızının alnından öpüb kövrək səslə: 
- Bəs mənə yazığınız gəlmir, qızım? Mən tənha qalım?.. Of, Mədinə, məni 
yetim qoydun... -  deyib hirslə yəhərə sıçradı. 
...Bir aydan sonra Vaqifdən gələn məktub Vidadinin kefini durultdu. Salam-
kəlamdan sonra onun yazdığı bircə bənd qoşma Qoca Vidadinin qəddi qamətini 
düzəldib, kefini xoşhal eləmişdi. 
 
Novcavanlar qoy həmişə var olsun
Amma ki, bizlərdən xəbərdar olsun. 
Vaqifin duası sənə yar olsun! 
Səni, haqq saxlasın ömrü dövlətdə. 
 
* * * 
 
Molla Pənah Vaqifin Qafqaziyada vücuda gələn şairlərin babası, ustadı 
adlanmağa haqqı vardır. Tamam Qafqazda ondan müqəddəm və müqtədir ədib, 
xoşkəlam və mövzuntəb şair zühur etməyibdir ki, ibtidai-süxən onun adı ilə 
başlansın. 
 
Firidun bəy Köçərli, 
 Ədəbiyyatşünas. 
 
Ədəbiyyat tariximizdə Vidadi və Vaqifin dostluğundan çox yazılıb, çox da 
danışılıb. Hətta namizədlik dissertasiyası da müdafiə olunub. Lakin Vidadi ilə 
Vaqifin həm də qohum olduqları indiyədək araşdırılıb oxuculara çatdırılmayıb. 
On səkkizinci əsrin ortalarında Qazax və Borçalı camaatı tez-tez II İrakli 
hökumətinə qarşı üsyana qalxırdılar. Üsyanın əsas səbəbi ağır vergi və sərhəd 
məsələləri idi. 1736-cı ildə Nadir şah tərəfindən Gürcüstana ilhaq olunan Qazax
57
 
torpağından gürcü tavatları ağayana istifadə etmək eşqinə düşmüşdülər. Onlar 
Qarayazı meşəsini sərbəst ov yerinə, Ceyrançölü isə mal-qaraları üçün otlaq 
eləmək istəyirdilər. Bu da Qazax camaatının haqlı narazılığına səbəb olurdu. 
Basqınlardan, qarət və müharibələrdən cana doyan Qazağın Salahlı, 
Dəmirçihəsənli, Alpout, Qızılhacılı, Kəngərli, Qaraçarlı, Qaraqoyunlu, Xəlfəli, 
Boyəhmədli, Səfikürd, Cinli kəndləri Qarabağa köçdü. 
                                                 
57
 Həmin ili Qаzах mаhаlı оnа görə Gürcüstаnа ilhаq оlunmuşdu ki, Nаdir şаh Əfşаrın Мuğаnın Cаvаd şəhərində 
kеçirdiyi şаhsеçmə qurultаyınа qаzахlılаr gəlməmişdilər. Şаhsеçmə qurultаyınа Gəncə хаnı Ziyаdхаnоğlu dа 
gəlmədiyinə görə Nаdir şаhlıq tахtınа əyləşdikdən sоnrа оnun gücünü zəiflətmək nаminə Qаrаbаğın Кəbirli, 
Cаvаnşir, Оtuzikilər və bаşqа аdlı-sаnlı tаyfаlаrını Хоrаsаnın Sərəхs vilаyətinə köçürmüşdür. Bоrçаlı, Qаzах 
mаhаllаrını isə Gürcüstаnа ilhаq еtmişdir - müəl. 


1759-cu ildə bu keçənlər arasında məşhur şair Molla Pənah Vaqifin ailəsi də 
vardı. Onda Molla Pənah qırx iki yaşında idi. Vaqif Qarabağa köçəndən bir il sonra 
arvadı Mədinə xanım vəfat edir. Vaqifin yaxın dostu, qazaxlı şair İsrafil Sail onun 
arvadının ölümünə mərsiyə yazmışdır. Həmin mərsiyənin yaddaşlarda ikicə misrası 
qalmışdır: 
 
Biçarə Vaqifin - Molla Pənahın, 
Hayıf oldu, Mədinəsi yıxıldı. 
 
“Azərbaycan gəncləri” qəzetinin 24 iyun 1978-ci il tarixli nömrəsində 
Ələmdar Fərzəliyev “Naməlum bir müxəmməs haqqında” məqaləsində yazır: 
“Vaqif şerlərində Mədinə həm şəhər, həm qadın adı mənalarında işlənmişdir. 
“Riyazül-aşiqin” təzkirəsinin müəllifi Məhəmməd ağa Qarabaği, görkəmli 
tədqiqatçı Salman Mümtaz Mədinəni Vaqifin arvadı hesab etmişlər. Sonrakı 
tədqiqatçılar da bu mülahizənin doğruluğunu təsdiq etmişlər. “Mədinə” rədifli 
müxəmməs bu fikrin düzgünlüyünü bir daha sübuta yetirir... Şer 1935-ci ildə 
Şuşada yazıya alınıb. Respublika Əlyazmaları İnstitutunda saxlanılır”. 
 
Vaqifəm, cün ona mən canımı 
qurban deyərəm,  
Dəhanə, abi-həyat, çeşmeyi-heyvan 
deyərəm. 
 Taqi-əbruyə kəman, kirpiyə 
peykan deyərəm, 
 Bu sifətdə adəm olmaz, 
ona qılman deyərəm,  
Müxtəsər, türfə mələkdir, 
degil insan Mədinə. 
 
Mədinənin Vaqifin birinci arvadı olması faktını Vaqifin müasiri Aşıq Əli 
Kəlibəri Qaracadaği də təsdiq etmişdir: 
 
Əli çəkər gecə-gündüz ahü zar
Kəsildi müdəra, getdi ixtiyar, 
Vaqif olsun bu mənadan xəbərdar, 
Mədinə kuyinə Səkinə gəlmiş. 
 
Firidun bəy Köçərli yazır ki, Səkinə Aşıq Əlinin arvadının adıdır. 
Qaracadağdan Qarabağa gələndə Aşıq Əli öz hərəmini özü ilə gətirmişdi və Molla 
Pənahın övrəti Mədinə ilə Səkinə görüşübdür. 
Molla Pənah Vaqif ikinçi dəfə Cinlu Dürbənd bəyin qızı Qızxanımla 
evlənmişdi. Dürbənd bəy çox zəngin, varlı bir şəxs idi. Torpaq mülkünün böyük 
bir hissəsi Yevlax ərazisində olub. Ötən əsrin sonlarında həmin torpaqları məşhur 
milyonçu Hacı Zeynalabdin Tağıyev almışdır. 


Görkəmli tədqiqatçımız Salman Mümtaz yazır ki, Qızxanım hüsnü kəmalı 
ilə öz vaxtının ən məşhur gözəli hesab olunurdu. Onu istəyənlər çox olsa da 
Dürbənd bəy həmşəhərlik münasibətilə Vaqifə verilməsini məsləhət bilmişdi. 
Vaqif fövqəladə gözəlliyə malik olan Qızxanımla evləndikdən sonra oğlu 
Qasımağa dünyaya gəlir. 
Bəzi tədqiqatçılar arxiv sənədlərində Vaqifin Qasımağa adlı oğlu olduğuna 
rast gələndə onu möcüzəli bir tapıntı kimi mətbuat səhifələrinə çıxarır və az qala 
Səməd Vurğunu ittiham edirlər ki, o, “Vaqif” pyesində Qasım ağanı dəyişib Əliağa 
edib. Guya qafiyə xatirinə. Bu, dayaz tədqiqatın nəticəsidir. Vaqifin birinci arvadı 
Mədinədən olan oğlunun adı Əliağa, ikincisi Qızxanımdan olan oğlu isə Qasım ağa 
idi. Əliağa “Alim” təxəllüsü ilə şerlər də yazmışdır. Müfti Mirzə Hüseyn əfəndi 
Qayıbzadə “Məcmuə”sində Vaqifin oğlu Əliağa Alimlə şerləşməsini də vermişdir. 
Hətta Səməd Vurğunun sağlığında Moskvada rusca nəşr olunmuş (1948-ci 
ildə) seçilmiş əsərlərində Əlibəyin adının qarşısında “Vaqifin birinci arvadından 
olan oğlu” sözləri yazılmışdır. Bu izahat sonrakı rusca nəşrlərinin hamısında 
saxlanılmışdır. Amma əsərin Azərbaycan dilində olan nəşrlərində “Əlibəy Vaqifin 
oğlu” yazmaqla kifayətlənmişlər. 
1950-ci il avqustun 1-də Osman Sarıvəlli Kislovodskidə istirahət edən 
Səməd Vurğuna yazırdı: “ ...Pyeslərin ikinci korrekturası gəldi, səninlə görüşüb 
məsləhətləşmək istəyirdim. Nə etməli, görüşə bilmədik. Özüm bildiyim kimi 
düzəltməli oldum. 
Səməd! Pyeslərin orijinalında “iştirak edənlər” yox idi (düşmüşdü), yalan-
yanlış özüm yazmalı oldum”. 
  
“İştirak edənlər” möhtərəm Osman Sarıvəlli tərəfindən yalan-yanlış 
yazıldığına görə Vaqifin oğlu Əli bəy pyesin Azərbaycan nəşrinin hamısında 
səhvən “Vaqifin oğlu” kimi verilmişdir. Rusca nəşrində Əli bəyin “Vaqifin birinci 
arvadından olan oğlu” kimi verilməsindən məlum olur ki, Səməd Vurğun bu faktı 
bilirmiş, hətta bu fakta “Vaqif” əsərinin özündə də rast gəlirik. 
Əli bəy biləndə ki, ögey anası şöhrət naminə İbrahim Xəlil xana ərə getmək 
istəyir, onda atasına - Vaqifə deyir: 
- Ata, qoy öldürüm o mürvətsizi! 
 
VAQİF: 
- Əli bəy, alçaldar cinayət bizi: 
Bir bax əllərinə, yaraşarmı qan? 
Oğlum, yaşatmağa yaranmış insan.  
 
ƏLİ BƏY: 
- Bunda qalmamışdır nə namus, nə ar, Vəfasız olurmuş ögey analar... İkinci 
arvadı Qızxanımın vəfasızlığını Vaqif öz poeziyasında  
açıq- aydan bildirir. O, məşhur “Görmədim” müxəmməsinin son bəndində yazır: 
 
Baş ağardı, ruzigarım oldu 
gün-gündən siyah,  
Etmədim, səd heyf kim, bir mahi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə