ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   8   9   10   11   12   13   14   15   ...   157

O vaxtdan səkkiz il keçib. Amma Şuşada Firudin bəyin dədə-baba mülkünün 
qapısından asılmış daş boyda qıfıl hələ də gözümün qabağından getmir. Ömrünün 
qırx ildən çoxunu ədəbiyyatımıza, maarifimizə həsr etmiş Firudin bəy Əhmədağa 
oğlu Köçərli kimi müqtədir bir şəxsə ehtiramımız budurmu?.. 
 
* * * 
 
Firudin bəyin dədə-baba mülkünün qonşuluğundakı iki mərtəbəli əzəmətli 
mülk də istər-istəməz diqqətimi cəlb elədi. Maraqlanıb belə gözəl imarətin kimə 
məxsus olduğunu soruşdum. Dedilər ki, şahzadə Bəhmən Mirzənin olub. Mənim 
tərifləyə-tərifləyəə, heyranlıqla mülkə baxdığımı görən “bələdçim” - əşşi, çox da 
tərifəlayiq deyil, - dedi. 
 - 
Niyə? - deyə maraqla soruşdum. 
- Bəhmən Mirzə arvad düşkünü olub, çox arvad alıb, çoxlu da övladı olub, - 
deyən bələdçim kişinin qarasınca deyindi. 
 - 
Bəhmən Mirzənin ailə məsələsini bilmirəm.  Amma Azərbaycan tarixində 
müəyyən xidmətləri var. Bir də ki, bunun nəyi pisdir, daha yaxşı, millətin sayını 
artırıb, ziyalı oğul, qız yetişdirib, - dedim   və   ürəyimcə   olmayan   söhbəti 
yumşaltmaq məqsədilə yekunlaşdırdım. 
  
Həmin günü gəzə-gəzə Şuşanın yuxarı hissəsinə gedib çıxdım. Nəhəg bir 
kilsəyə rast gəldim. Burada iyirmi beş-otuz usta, fəhlə canfəşanlıqla işləyirdi. 
Öyrəndim ki, Yerevandan gətirilmiş ustalar bizim Daşkəsən mərməri ilə erməni 
kilsəsini yenidən bərpa edir, zərif naxışlar salırlar. Uzərində pozulmaqda olan 
yazılara qızılı rəng vururlar. 
O gecə mehmanxanadakı pambıq yorğan-döşəyim od olub məni yandırdı. 
İlan vuran yatdı, mən yatmadım... 
1983-cu ildə şahidi olduğum bu iki hadisənin günahkarları bu gün xəcalət 
çəkirmi görəsən? 
Nə isə... Belə sağalmaz yaralarımız, çəkilməsi mümkün olmayan dərdlərimiz 
çoxdur... Bir tərəfdən də Bəhmən Mirzənin kimliyi dərd olub ürəyimi yeyirdi. 
Fikirləşdim ki, belə əzəmətli mülkün sahibi imkansız, bacarıqsız adam ola 
bilməzdi... Sonralar arxivlərdə işləyəndə, inqilabdan əvvəlki ədəbiyyatları mütaliə 
edəndə tez-tez Bəhmən Mirzənin adına rast gəlirdim. Hər yerdə də onun və 
oğlanlarının fəaliyyəti barədə xoş sözlər söylənirdi. 
Bəhmən Mirzənin müasiri, məşhur tarixçi M.Baharlı 1888-ci ildə qələmə 
aldığı “Əhvalati-Qarabağ” əsərində onu hörmət və ehtiramla xatırlayır. O, yazır: 
“Mərhum Bəhmən Mirzə çox həlim, nökərə və kənizə mehriban adam idi. 
Bir xasiyyəti var idi ki, hər şeydən ki, əhli və əyali göyərdi, Həmən şeydən nökər 
və kəniz üçün verərdi və o nemətdən ki, özü yeyerdi, gərək tamaməmələlər 
(nökərlər - Ş.N.) ondan yeyəydi. Razı olmazdı ki, bir kimsənə o nökərlərə və 
qaravaşlara bir kəlmə söz desin. Çox artıq əzizlik ilə əmələ saxlardı. Artıq insaflı 
və rəhmdil adam idi. Belə ki, hər yerdə ki, bir nəfər qoca övrət və ya kişi biləydi ki, 
var, onun üçün məvacib qərar edəcəydi. Və hərdəm bir dəfə o qoca kişiləri və 
qarıları götürüb öz qulluğunda oturdub söhbət edirdi və onlardan qədim sözlərdən 
xəbər alardı. Çünki qədim sözü artıq dost tutardı. Və əlavə bu qocaların danışmağı 


və söhbətləri xoşuna gəlirdi və onlar üçün öz qulluğunda nahar və çay gətirdərdi. O 
qocaların yeyib-içməyindən xoşu gəlirdi. Həmişə özünə məşğuliyyət onların və 
qara kənizlərin və qara qulluqçuların oynamağı idi. Çox dost tutardı qoca və avam 
adamları. 
...Şahzadə Bəhmən Mirzə öz övrətlərinin birisinin mənzilində imiş və bir 
nəfər biganə övrət o xanım üçün halva payı göndərmiş. Bu halva payı gətirən övrət 
həmişə şahzadənin qulluğuna gəlib-gedən adam imiş. Qərəz, bir məcməyi çini qab 
tamam halva ilə dolu ki, hər birini xanımların biri üçün qoymuş imişlər, bu övrət 
əlində içəri girib, görüb şahzadə oturubdur. Övrət əlində dolu məcməi şahzadəyə 
baş endirib. Baş əyən vaxt məcməidə Hər nə qab var imiş tamamən tökülüb 
sınıbdır. Şahzadə çox gülüb və buyurub neçə boşqab bazardan alıb, gətiriblər. İki 
manat övrətə əlavə pul verib yola salıb ki, bu pul da sənin peşman olmağının əvəzi 
olsun”. 
  
 
QACARLARDAN İLK ŞAH 
 
Dünyanın sivil ölkələrində hamılıqla qəbul 
edilmiş əxlaq normalarından biri də odur ki, 
keçmişini yalnız nifrətlə xatırlayan xalq 
gələcəkdən məhəbbət uma bilməz. 
Fransız xalqının tarixində heç də bir 
mənalı rol oynamamış Napaleon, Taleyran, 
Fuşe haqqında yazılmış və hələ də yazılmaqda 
olan əsərləri xatırlamaq kifayətdir. 
 
Tofiq Rüstəmov, 
professor. 
  
Şahzadə Bəhmən Mirzə Qacarın insani keyfyyətləri və  tarixşünaslırımızdakı 
təmənnasız elmi fəaliyyəti barədə məlumatlar topladıqca qeyri-ixtiyari olaraq 
Şuşada onun ünvanına qara yaxan “bələdçi”ni xatırlayırdım. İstər-istəməz 
düşünürdüm ki, şahzadə Bəhmən Mirzənin bircə “günahı” varsa, o da nüfuzlu 
şahzadə nəslindən olmasıdır. 
Sovet dövrndə Qacarlar kimi təqib olunan, hökumət yanında gözükölgəli 
yaşayan ziyalı nəsillərimiz çox olub. Qacarlar nəslinin totalitar recim illərində 
gözükölgəliyinin ilkin səbəbkarı bu sülalədən olan Ağa Məhəmmədşah Qacardır. 
Bu nəslin oğulları 1796-cı ildən ta 1925-ci ilə qədər, yəni yüz iyirmi doqquz il İran 
taxt - tacına şahlıq 
 ediblər. Rusiyanın Qafqazı işğal etmək planlarını puç edən Ağa Məhəmməd şah 
Qacar təbiidir ki, xristianlar tərəfindən sevilmirdi. Ona görə də Sovet tarixində 
işğalçı, qəddar, qaniçən və zalım bir şah kimi təbliğ olunurdu. Zamanın və dövrün 
təzyiqilə bizim bir çox alim və bədii söz ustalarımız da totalitar rejimin 
süzgəcindən keçən obraz yaratmağa məcbur idilər. Gec də olsa etiraf etməliyik ki, 
Ağa Məhəmməd şah Qacarın Qafqaza hərbi yürüşündə ilkin məqsədi biz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə