ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə122/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   118   119   120   121   122   123   124   125   ...   157

Abbas Səhhət də bu yaxşılıqları unutmamış, 1912-ci ildə məslək dostuna 
“Naseh” adlı gözəl bir şer həsr etmişdir. 
 
Naseh, ey nüsxeyi-kübrayi-kamal: 
Naseh, ey gövhəri-dəryayi-kamal! 
Lütf ilə bizləri şad etmişdiz. 
Sabiri, bəndəni yad etmişdiz. 
Oldu məktubi-şərifiz vasil – 
Dəsti-şükranımıza, əlhasil. 
Oxuduq cümlə nəsihətlərizi
O gözəl, dadlı məzəmmətlərizi. ... 
Doğrudur, sözləriniz, can Naseh, 
Ey hünərməndi-süxəndan, Naseh! 
 
Ağaəli bəy Naseh təbiətən çox ciddi adam olmuşdur. Həmişə qəmli və fikirli 
gəzən Naseh Şamaxı divanxanasında katib vəzifəsində işləmişdir. Altı nəfərdən 
ibarət ailəsini güclə saxlayan şair həm də mirzəlik etmişdir. 
1911-ci ildə Jupranski adlı bir nadanın Şamaxı qəza rəisi və qaragüruhçu, 
şovinist Kolomentyev familiyalı bir rusun divanxana rəisi təyin olunması bütün 
Şamaxı maarifçilərinin ruhdan düşməsinə səbəb oldu. Heç kəslə hesablaşmayan, 
kimsəni belə saymayan Jupranski qulluqda olan azərbaycanlıları incidir, yersiz 
bəhanələrlə şərə salıb işdən çıxarır, söyüb təhqir edirdi. “İdarəmiz rus idarəsidir, iş 
başında da mütləq ruslar olmalıdır” - deyən Jupranski bacarıqlı, savadlı 
azərbaycanlıları xidmətdən kənar edirdi. Ömrünün otuz ilini məhkəmə idarəsində 
keçirən əlli beş yaşlı Nasehi də nadan Jupranskii yaramaz sözlərlə təhqir edir, onu 
qulluqdan qaçırmağa çalışırdı. Saf qəlbli Naseh nə Jupranskinin, nə də 
Kolomentyevin şovinist hərəkətlərinə dözə bilmirdi. Bu millətpərəstləri şerlə 
qamçılamaqdan başqa çarəsi yox idi. 
 
Basıb aləmləri bidadu ədalət yoxdur, 
Qövllər kizb, əməl ləğv, 
sədaqət yoxdur, 
Həsədü büğzdən özgə dəxi adət yoxdur, 
Heç bir kəsdə vəfa
sidqü dəyanət yoxdur, 
Nasəza föhşü iza, qeybətü 
böhtan görürəm. 
Çəkilib hər biri bir guşəyə 
ərbabi-ədəb, 
Matü heyran dayanıb, qönçə kimi 
açmaz ləb, 
İtib ortada nəcabət, yox olub 
əsli nəsəb, 
Kim ki, bir şapka geyib, gördü də 
üç gün məktəb, 


İddiasında onu saniyi-loğman 
görürəm. 
 
Naseh bu müxəmməsində yana-yana deyir ki, dünyanın işlərini nadanlar 
idarə edir, haqqın yerini nahaq tutub, ədalət və mürvət əvəzinə zülm, yalanlar 
meydan oxuyur. İnsanlar daş qəlbli olub, məhəbbət və ülfətdən qeyb olublar - 
deyə, şair fəryad edir. 
Lakin bu nikbin şairin təsəllisi də var. İnsana, əsl-nəcabətli adamlara inamı 
da. 
Ülfəti, sədaqət və dəyanəti də şair Naseh nücabə insanlarda görür və bununla 
da özünə “Səbr eylə” mürəbbesində təsəlli verir.  
 
Məhəbbət əhli, Naseh, 
təneyi-əğyardan qaçmaz, 
Cəfalar gəlsə güldən bülbülə, 
gülzardan qaçmaz, 
Yanar hicran ilə pərvanələr tək, 
nardan qaçmaz, 
Vəfa göstər, nisar et canını canana, 
səbr eylə! 
 
Təəssüf ki, klassik şairimiz Ağaəlibəy Nasehin bir neçə şer, qəzəl və 
mürəbbeləri, müxəmməsləri qalmışdır. Onun əsərləri 1902-ci ildə Şamaxı 
zəlzələsində və 1918-ci ildə ermənilər Şamaxını yandıranda itib-batmışdır. Onun 
Seyid Əzim Şirvaninin ölümünə yazdığı “Getdi” qəzəli saf dili, məna tutumu ilə 
oxucunu heyrətdə qoyur. 
 
Qan ağla, gözüm, 
sərvəri-dövran getdi, 
Sərdəftəri-əhli-fəzlü ürfan getdi. 
Əfsus o şairi ədəbü kamil, 
Əhbabı edib zarü pərişan getdi. 
Ayineyi-ovqat idi ol zati-şərif, 
Səngi-əcəl ilə sındı əlan getdi. 
Heyrətdəyəm, ey xak, necə sığdırdın 
Ağuşuna, ta o bəhri-ümman getdi. 
Cufində çox idi gərçi 
kani-zərü ləl, 
Dəfn olmağa səndə başqa 
bir kan getdi. 
Etmişdi qəza gər səni əmvatə məqam
Fəxr et ki, bu dəm cismin üçün 
can getdi. 
Naseh dedi tarixi-vəfatın qəm ilə, 
Səd heyf ola, Seyyidi-Şirvan getdi. 


 
Şamaxıda məhkəmə katibi vəzifəsində çalışan Ağaəli bəy Naseh Əfəndizadə 
1914-cü ildə vəfat etmişdir. Onun vəfatının şahidi olan qaynı Camo cəbrayılbəyli 
xatırlayır ki, Naseh bir dəfə evə çox əsəbi gəldi. Hirslənərək dedi ki, bu qulluq 
adamı lap inək edərmiş... Vicdansız Kolomentyevin üzünə tüpürüb istefa üçün 
ərizəmi verdim, həqarətdən qurtardım, başqa çarəm yox idi. Əsəbləri pozulan saf 
qəlbli Naseh yatağa düşdü. 
Bir gün eşitdim ki, çox ağırdır. Əhval-pürsan olmağa getdim. Naseh şiddətli 
hərarətin təsirindən sayıqlamaqda davam edirdi. Azca ayılan kimi uşaqlarını 
çağırıb üzlərinə güldü. Bu zaman gözlərinin dolduğunu gizlətmək üçün üzünü 
divara çevirdi. 
Beş-altı gün ağır xəstə yatdı. Nəhayət, ürəyi davam gətirmədi və altı xırda 
uşağını gözü yaşlı qoyub bizi həmişəlik tərk etdi. 
Şer-sənətdə böyük Sabirin, Səhhətin, Hadinin xeyirxah məsləhətçisi olan saf 
qəlbli Nasehdən bizə şerləri ilə bərabər Respublika Əlyazmaları İnstitutunda 
saxlanan bircə fotoşəkil qaldı. 
Nasehin son oğul yadigarı Cümşüd Əfəndizadə ötən il işıqlı dünyamızı tərk 
etdi. Əlli ildən çox Bakı Dövlət Universitetində çalışan Cümşüd müəllimlə 
görüşüb söhbət etmək bizə qismət oldu. Şair atası Naseh haqqında məlumatları da 
bizə rəhmətlik Cümşüd müəllim verdi. 
 
1994-cü  il 
 
 
 
ŞAİR  
DİLBAZOĞLU 
 
Hörmətli redaktor! 
 
Bu günlərdə qəzetinizdə
61
 “Böyük türklər” rubrikası ilə verilmiş yazıçı 
dostum Əlisa Nicatın “Cavadxan” oçerkini maraqla oxudum. Yüz səksən səkkiz il 
unutduğumuz yenilməz Cavad xan haqqında demokratiyanın işığında haqlı olaraq 
çox yazılır və danışılır. Bu məğrur igid buna layiqdir. Bu yazıdakı faktların yeniliyi 
məni daha çox heyran etdi. Bunun üçün zəhmətkeş qələm dostuma ürəkdən 
təşəkkür edirəm. 
Sizə müraciət etməkdə bir məqsədim də ondan ibarətdir ki, böyük şairimiz 
Molla Pənah Vaqif əsrinin müqtədir sənətkarı Əbdürrəhman ağa Dilbazoğlu “Şair” 
təxəllüsü ilə Cavad xana yazdığı “Eylədi” adlı qoşmasını oxucularınıza təqdim 
edim. 
Sağlığında Kor Əbdürrəhman ağa adı ilə tanınan şairin çox az əsərləri bizə 
gəlib çatıb. İlk dəfə onun şerlərini yazıya alan məşhur din alimi, maarifçi Mirzə 
                                                 
61
 Мəktub-məqаlə 1992-ci ilin iyulundа "Nоvruz" qəzеtinə yаzılıb - müəl. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə