ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə124/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   120   121   122   123   124   125   126   127   ...   157

Hələ ötən əsrlərdə igid Cavad xanın  qəhrəmanlığı elə yüksək məqama 
qalxmışdı ki, hətta düşmənlərimiz belə onun yenilməzliyini etiraf   etməyə məcbur 
olmuşlar. XIX əsrin rus hərb tarixçisi İ.Dubrovin yazır ki, Cavadxan son dərəcə 
fəndgir və qisasçı, həmçinin ağıllı, hazırcavab və sərt, sözü ötən, çevik siyasətçi, 
hər çətin məqamda vəziyyətdən çıxmağı bacaran bir şəxsiyyət idi. 
 
1992-ci il. 
 
KAZIM AĞA SALİK  
ŞIXLİNSKİNİN  
BAYATI BOXCASI 
 
Hər dəfə Respublika Əlyazmalar İnstitutunda işləyən dostum Seyfəddinin 
yanına yön salanda maraqlı bir faktın şahidi oluram. 
...Təxminən on-on iki il əvvəlin söhbətidir. Bir günorta üstü yenə dostuma 
baş çəkməyə gəldim. İş otağı bağlı idi. Geniş foyenin açıq pəncərəsindən onun 
məşhur alim Məmmədağa Sultanovla yanaşı oturduğunu gördüm. Həyətə düşüb 
onlarla görüşdüm. Məmmədağa müəllim Seyfəddinə ötən illərdə görüşdüyü xas 
kişilərdən maraqlı söhbətlər edirdi. Belə söhbətlərin vurğunu olduğumdan 
cınqırımı çıxarmadan mən də oturub diqqət kəsildim. Bu nurani kişi, gözəl alim elə 
dəqiqliklə və yığcam danışırdı ki, adam istər-istəməz ona həsəd aparırdı. Fasilə 
vaxtı olduğundan o, bir-iki dəfə ötəri saatına baxıb ayağa durdu. Bir neçə addım 
atar-atmaz zəndlə mənə baxıb: 
  
- Seyfəddin, - dedi, - səni qonağın gözləyir, məni də hökumət işi. Gedək... 
Seyfəddin əlini çiynimə qoyub: 
- Qonağım jurnalistdi, - dedi, tarixi əhvalatlarla, Sizin haqqında danışdığnız 
kişilərin söhbətlərilə çox maraqlanır. 
Məmmədağa müəllim təəccüblə mənə baxıb: 
-  Suyu şirindi, tanış gəlir - dedi. 
- Mənim dostumdu. Tez-tez gəlir bura. 
Televizorda da görə bilərsiniz. Hərbi verilişlərdə çıxış edir. 
- Generallardan, sərkərdələrdən danışır, eləmi? 
- Özüdür ki, var. - Seyfəddin sevinclə cavab verdi. 
Mən ürəklənib: 
- Məmmədağa müəllim, - dedim, təkcə generallarla yox, həm də   şairlərlə 
maraqlanıram. Xüsusilə, ötən əsrin və bu əsrin əvvəllərində   yaşayıb-yaratmış 
sənətkarların həyatından mütaliə eləməkdən çox xoşum gəlir. Sizin bu sahədə 
xidmətiniz çox böyükdür. Amma icazə verin, soruşum, niyə indiyədək Abbasqulu 
ağa  Bakıxanovun tam külliyyatı nəşr olunmayıb? Siz bu sahə ilə neçə illərdi ki, 
məşğul olursunuz. Nə vaxtadək təkrar-təkrar bir cildliyi oxuyacağıq? Orada 
əsərlərinin  əksəriyyəti də ixtisarla nəşr olunub.  Qarşıdan  Qüdsinin  190 illiyi   
gəlir, heç olmasa onda oxuya biləcəyikmi? 
- Haqlı sualdı, haqlı tələbdi, oğul. Hələ bir neçə il əvvəl (o dəqiq dedi, amma 
mən unutmuşam) Abbasqulu ağanın əsərlərinin tam külliyyatını nəşrə hazırlayıb 
təqdim etmişəm. Nəşriyyata 


gedib-gəlməkdən daha utanıram.  Hələ dəqiq bir şey hasil olmur. Yüz doxsan 
illiyinə söz verirlər, amma bilirəm ki, yalan deyirlər. Üzüm də gəlmir deyəm ki, ay 
nəşriyyat işçisi, oğul, mənə niyə yalan danışırsan? Görək, ya qismət, amma laqeyd 
millətik, laqeyd... Sən ondan dissertasiya yazırsan, nədi? 
- Yox, - dedim, sadəcə olaraq yaradıcılığının vurğunuyam. Bir də mənim ən 
çox xoşuma gələn şair Abbasağa Nazir Qayıbzadədir. Siz onun rübailərini 
“Keçmişimizdən gələn səslər” almanaxında dərc etdirmisiniz.  Məndə birBəyani-
halım” adlı poeması və xeyli də şerləri var. İstəyirəm, onun və inqilabdan əvvəl 
yazıb-yaratmış qazaxlı şairlərin əsərlərini toplu halında nəşr elətdirəm. Bir xeyli 
toplamışam. Amma sizin köməyiniz olmasa bu işin öhdəsindən çətin gələm... 
- Yaxşı  fikirdi, xüsusilə, Nazir inqilabdan sonra tədqiqatsız   qalan şairdir. 
Bilirsənmi Nazir harda dəfn olunub? 
- Bilirəm, Qazaxda, doğma Salahlıda, qəbrini ziyarət də eləmişəm. 1919-cu 
il dekabrın 31-də vəfat edib. Onun ölümü Firidun bəy Köçərlini yandırıb yaxıb. 
Getməyi unudan Məmmədağa müəllim həvəsə düşüb: 
- Qulaq as, gör bir Nazir yana-yana nə deyir: 
 
Nazir, bədənin xakilə yeksan olacaq, 
Dərda ki, vücudun evi viran olacaq. 
Tən riğət edib əslinə xak olsa nə qəm, 
Səd heyf ki, gənci-nəzm pünhan olacaq. 
 
Buradan oxucu elə başa düşməsin ki, Nazir hər şeydən əlini üzmüş, həyatdan 
küskün bir insandır. Xeyir. Nikbin bir şair olan Nazir bu rübaisində deyir ki, mən 
öz ölümümə heyfsilənmirəm. Heyfsilənirəm ki, məndən sonra şer xəzinəsi pünhan 
olacaq. 
  
Məndə şair Abbasağa Nazir Qayıbzadənin şerləri, qəzəl və tərcümələri 
çoxdur. Bu günlərdə Kazımağa Salik Şıxlinskinin də bayatılarını tapmışam. 
Gələrsən yanıma verərəm, sal onları da kitaba. 
Müdrik söhbətləridən doymasam da, onun ayaq üstə qalmağına qıymırdım. 
Məmmədağa müəllimi pilləkənin yanına kimi öturdüm. O, ayaq saxlayıb: 
- Gələn çərşənbə gözləyəcəyəm - deyib asta   addımlarla   mərmər   pillələri 
qalxdı. 
Onun dediyi vaxtda görüşünə gəldim. 
- Otur, mən deyim, sən yaz - dedi. 
...Xalqımız üçün qiymətli poetik söz xəzinəsi qoyub getmiş görkəmli 
şairimiz Kazımağa Salik Şıxlinskinin (1781-1842) bayatılarını möhtərəm 
oxucularımıza təqdim edirəm. 
Heç vaxt oxucu nəfəsi görməyən, bu dadlı-tamlı söz incilərində doğma 
Qazağın füsunkar təbiəti və Salikin vüsalına yetmədiyi ilk məhəbbəti vəsf olunur. 
Bayatıları mənə təqdim edən mərhum professor Məmmədağa Sultanova Allah 
rəhmət eləsin. Qoy, müqəddəs torpaq ona qu tükü qədər yumşaq olsun. 
 
Yol düşdü Didvana, 
Ərzini de divana, 


Salik, gəldi həmdəmin, 
Aqilə de divana. 
 
Zəmin nədir, səma nə, 
Daşa tutar zəmanə, 
Qəm xərmənində Salik, 
Axır döndü səmanə. 
 
Görünən Qaraçaldı, 
Canım qaraçı aldı, 
Sinəndən öpdü Salik, 
Ağzını qara çaldı. 
 
Guş etmə hər ədnayə, 
Gəl gedək hər ədnayə
Sana kim dedi Ceyran, 
Yoldaş ol hər ədnayə. 
 
Dərya var, yazı vardır, 
Kağızda yazı vardır, 
Salik, hicran qışının, 
Demək ki, yazı vardır. 
 
Görünən haçaqaya, 
Şir ver ha bu çağaya, 
Salik, günəş camalın, 
Dəyişər haçaq aya. 
 
Yapışıb yüzmə zəli, 
Danışır yüz məzəli, 
Salik dost ətəyindən, 
Ölüncə yüzməz əli. 
 
Xədənkin yay iləndir, 
Xasilar yayiləndir, 
Ceyran, zülfün həlqəsi, 
Ya əqrəb, ya ilandır. 
 
Kamanın ox ilandır, 
Həriflər oxilandır, 
Kiysu deyil yüzündə
Ceyran qaç, ox, ilandır. 
 
Çəkməsin mərdim azar, 
Mərd deyil, mərdi məzar, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə