ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə125/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   121   122   123   124   125   126   127   128   ...   157

Bulud zülfündə Ceyran
Gəzməsin mərdimazar. 
 
Məclisin nə şamı var, 
Nə Bağdad, nə Şamı var, 
Salik, dəli Ceyranın, 
Nə sübhi, nə şamı var. 
 
14 fevral 1995-ci il. 
  
 
 
ŞİRİN DİLLİ  
MOLLA ZAL 
 
Məşhur ədəbiyyatşünasımız Firidun bəy Köçərli Qıraq Kəsəmənli Mollazal 
oğlu İsgəndərin ziyadə fəsih (sözü aydın və düzgün deyən, söz ustası -Ş.N.), 
dilavər və cəsur bir kişi olduğunu iftixarla yazıb, Molla Zalın müasiri və dostu şair 
Mirzə Əfəndi Qayıbov (1810-1889) “Əhli- dövran” şerində çərxi-fələyi lənətləyir 
ki, dünyadan Molla Zal kimi igidləri də apardı. 
 
Gör necə məğşuşluq olubdur əhval - 
Kim, güncü heyrətdə qalıb nitqi lal, 
Fəsih sözlü, şirin dilli Molla Zal 
Məgər üzün örtüb bel ilə kürək? 
 
Məşhur Qaçaq Kərəmin babası Molla Zal oğlu İsgəndər XIX əsrin 
əvvəllərində yaşamışdır. Elin yaddaşında bircə şeri və çoxlu müdrik 
hazırcavablıqları qalıb. O, Bəhlul Danəndə, Molla Nəsrəddin sayağı lətifələri və 
şerlərilə Qazax, Borçalı mahalında məşhur olmuşdur. Molla Zal deyərmiş: 
Dindarlar deyir ki, cin “bismillah”dan qaçar, ancaq indi elə dövran gəlib ki, cin özü 
“bismillah” deyir. Molla Zal yenə deyib ki, südün üzlü olsun, ancaq qonağın üzlü 
olmasın. Bir də deyib ki, dilini saxlaya bilən, başını da saxlaya bilər. 
Bizə gəlib çatan yeganə “Yaxalanmamış” şerində Molla Zal dövrünün 
haqsızlığını tənqid edir, ərşə çıxan harayında qadir Allahdan kömək diləyir. 
  
Aman təbib, mənə bir əlac eylə, 
Sinəm eşq oduna yaxalanmamış. 
Ölüb bu dünyadan həsrət gedirəm, 
Bir ağ buxaq öpüb yaxalanmamış. 
 
* * * 
Versə idin sən mürğinə təzə dən, 
Dəxl olmazdım bu azara təzədən
Yar da mənə yara vurdu təzədən 


Köhnə yaralarım yaxalanmamış. 
* * * 
Molla Zalam, işim yetdi haraya? 
Bayram ayı demək olmaz hər aya. 
Qadir Allah, özün yetiş haraya 
Canım Əzrayıla yaxalanmamış. 
 
 
QAÇAQ KƏRƏMİ  
DOĞAN ANA 
 
“İgidi qılınc yox, qeyrət yaşadar” 
 
Qaçaq Kərəm. 
 
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi bayram kimi imperiyanın hər 
yerində qeyd olunur. Bu münasibətlə çar II Nikolay Rusiyanın mühüm şəhərlərinə 
ziyarətə gedir. Tiflisə gələn çar şəhərin görkəmli yerlərini gəzir, məktəblərə gedir. 
Bir aya yaxın bal-ziyafətlərdə eyş-işrət keçirən çar, Dərbənd yolu ilə Peterburqa 
qayıtmalı olur. Qatar Gürcüstan ərazisini keçəndə soruşur ki, indi hansı mahaldan, 
hansı stansiyadan keçəcəyik. 
- Əlahəzrət, Qazax mahalından və Ağstafa stansiyasından keçəcəyik. 
İmperator duruxur və bir neçə dəfə: 
- Kazaklar, yoxsa Qazaxıstan... demək istəyirsiniz - deyə soruşur. 
- Çar  sağ olsun, bura nə Kuban kazaklarının, nə də Orta Asiya qazaxlarının 
yurdudur. Burada Qafqaz tatarları, azərbaycanlılar yaşayır. Bir azdan keçib 
gedəcəyimiz yerin, mahalın adı Qazaxdır. 
- Aha, xatırladım! Qafqaz igidi Qaçaq Kərəmin vətənidir? 
- Bəli, bəli, əlahəzrət, özüdür ki, var... 
  
- Maraqlıdır, görəsən Qaçaq Kərəmin nəslindən qalan varmı? 
Məmnuniyyətlə, görüşüb kəlmə kəsərdim. 
Qatar Ağstafada dayananda Kərəmin anasını ehtiramla ona təqdim edirlər. 
Çar böyük bir səmimiyyətlə ananın əllərindən öpüb: 
- Ana, - dedi, oğlun Kərəmin igidliyi, adı külli-aləmə bəllidi. Qəlbən etiraf 
edirəm ki, onun adı gələndə yasavuldan tutmuş Qafqaz canişininə kimi rütbəli 
şəxslər qorxudan tir-tir əsirdilər. Bizim hökumətə qarşı vuruşdu. Heç kəsə boyun 
əymədi. Təəssüf ki, Tehranda dünyasını tez dəyişdi.
62
 Şəxsən mən onun 
qorxmazlığını yüksək qiymətləndirirəm, Ana, möhtərəm ana, indi de görüm, 
Kərəm kimi igidi yenidən doğa bilərsənmi? 
İmperatorun oğlu haqqında dediyi tərifdən qürurlanan ana qəddini daha da 
şax tutub: 
                                                 
62 
Qaşaq
 
 Кərəm 1910-cu ildə Теhrаndа öz əcəlilə ölmüşdü - müəl



- Kərəm  kimi  oğulu yenə doğaram, dərdin alım, niyə doğmaram. Əgər ərim 
Molla Zal oğlu İsgəndər kimi kişini mənə qaytara bilsən. Karvan getdi, igidlər 
öldü, zaman dəyişdi, dərdin alım... 
Sadə kəndli qadından bu müdrik cavabı gözləməyən çar heyrətlə geri 
çəkilib: 
- İnanıram, - dedi, - inanıram ki, belə hakimanə cavab verən ana Qaçaq 
Kərəm kimi igid doğa bilər. 
 
8 oktyabr 1997-ci il 
 
  
ŞAİR MƏHŞƏRİ  
CƏNNƏTZADƏ 
 
1931-ci ilin payızı sərt və acı gəldi. Təbiət isə gülürdü, onda nə duman vardı, 
nə də çiskin, sazaqlı payız yağışları hələ başlamamışdı. Amma həyatda ağlayan, 
ah-vay edən çox idi. İyirminci ilin aprelindən başlanan tuthatut yenə də davam 
edirdi. Ölkədə musavat zabiti adı ilə tutulmağa, güllələnməyə adam qalmamışdı. 
İndi də ziyalıları, molla və axundları həbs edib sürgünə göndərirdilər. Üç il əvvəl 
(1928-ci il) yaranan “Tanrısızlar Cəmiyyəti” nə bolşevik rəhbərləri zor-xoş xeyli 
üzv toplamışdılar. Onların əksəriyyəti savadsız rəiyyətdən, keçmiş nökərdən və 
çoban-çoluqdan ibarət idi. Bolşevik-daşnak göstərişi ilə məscidləri uçurdanlar, 
bəy-xan bağlarını doğradanlar, ərəb əlifbasında yazılan kitabları yandırtdıranlar 
yeni cəmiyyətin fəal nümayəndələri idilər. 
Sədi Şirazinin ərəb əlifbasında kitabı evindən tapıldığı üçün Ömər əfəndi də 
payi-piyada Ağstafa vağzalına aparılmış və ordan “xalq düşməni” adı ilə gedər-
gəlməzə göndərilmişdi. 
Seminarist Mustafa Əfəndiyev bu xəbəri eşidən kimi saymazyana darvazaya 
tərəf üz tutdu. İsrafil ağanın hamamının yanına çatanda qorxulu-qorxulu geriyə 
boylandı. Heç kəsi görməyib sürətlə kəndə tərəf götürüldü. 
Evə çatan kimi anası Nabatdan babası Hacı İmam Cənnətzadənin divanını 
istədi. 
- Neynirsən oğul, odey divan həmişəki yerində, kitab taxçasında.  
Qazaxdan Dağkəsəmənə kimi yüyürə-yüyürə gələn Mustafa alnında 
puçurlanmış təri silib: 
- Ana, - dedi, - müəllimimizi dünən həbs edib aparıblar. 
- Niyə, bala, neyləmişdi ki? 
- Evindən ərəb əlifbası ilə yazılmış kitablar tapılıb. Kişinin abrını alıblar ki, 
sən niyə İslam dinini təbliğ edirsən. Demək, sən gizli   musavat təşkilatının 
üzvüsən. Kim köhnə əlifbada nə oxuyursa oxusun, onu   sürgün edirlər. Unutma ki, 
bizim nəslə də “Molla evi” deyirlər. Mütləq bizim evi də axtaracaqlar. 
- İndi  sən  neyləmək fikrindəsən, oğul? Ağlını başına yığ, birdən kitabı oda-
zada atıb yandırarsan. - Gözləri hədəqəsindən çıxmış Nabatana heyrətlə: - Elə şey 
eləmə, Allahın sənə qəzəbi keçər, bala. Əllərin quruyar, gözün tutular... 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə