ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə126/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   122   123   124   125   126   127   128   129   ...   157

Rəhmətlik Hacı İmam babanın ruhu da bizi dinc qoymaz. Evimizə, ailəmizə 
bəla gələr. 
- Ana, yavaş danış,  hay-küy salıb, qonum-qonşunu bura tökmə. Mən o 
qədər də qansız döyüləm. Babamın divanını nə odda yandıracam, nə də suya 
atacam. Onu yaxşı qurumuş dəriyə bükəcəm, gecə ilə aparıb     qəbrinin     yanında 
torpağa basdıracam. Vaxt gələr, dünya düzələr, çıxardarıq. 
Ana fikrə getdi. Handan-hana: 
- Yox, oğul, - dedi, qəbrin yanında məsləhət döyül, bax, elə çəpərimizin sağ 
yaxasındakı dağdağan ağacının dibində basdıraq. Ora həmişə quru olur. 
Dağdağanın dibinə su vermirik ki... Dağdağan yüz ilin möhkəm ağacıdır, nə qədər 
güclü küləkəssə də, onu yıxa bilməz. Qalan meyvə ağacları il pis gələndə quruyur, 
həm də onlar dağdağana nisbətən kövrək olur. Bərk tufan qopanda  sınar,  yerini 
itirərik. 
Nabat ana divanı Mustafadan alıb bikef halda o biri otağa keçdi. Gəlinlik 
cehizini yığdığı sandığı açıb rəngbə-rəng parçaları bir qırağa tökdü. Qalın Şiraz 
ipəyindən olan yaylığını tapdı. Baş yaylığını ona qaynatası Hacı İmam Məşhəd 
ziyarətinə gedəndə alıb gətirmişdi. Gəlin vaxtı Nabat ana onu bir-iki dəfə 
örtmüşdü. Qıymadığından övladı Mustafanın toyu üçün saxlamışdı... Divanı üç 
dəfə öpüb gözünün üstünə qoydu. Gəlin-ana qaynatasının hər bir şerini Quran 
ayəsi qədər sevib əzizləyirdi. Divanı ipəyə bükə-bükə: 
  
-  İpək parça çox gec çürüyür, oğul, üstündən də keçi dərisinə bükərik. Qaç 
get, zirzəmidə bir az mum var, onu da gətir, üstündən çəkək, onda yüz il də qalsa, 
heç nə olmaz. Bir də ki, dünya belə qalmayacaq ha... Bolşeviklər ömürlük 
gəlməyiblər ki, yəqin bir gün rədd olub gedəcəklər. -  
- Ana köksünü ötürüb: Ay Allah, sən bu gavurların bəlasını ver, gör bizi nə 
günə qoydular. Evimizin bərəkətinə də əl uzatdılar... 
 
* * * 
 
El şairi Hacı İmam Molla Mikayıl oğlu Cənnətzadənin əlyazma divanının 
torpağa basdırıldığı gündən düz 63 il keçdi. Bolşeviklərin “Tanrısızlar cəmiyyəti” 
nin təbliğatı o qədər güclü idi ki, bu müddətdə heç kəs cəsarət edib divana əl uzada 
bilmədi. Nabat ana da, oğlu Mustafa  da  dünyasını  dəyişdi. Ömrünün son 
günlərində Mustafa Əfəndiyev ehtiyatla övladlarına pıçıldamışdı ki, əgər dünya 
düzəlib, hürriyyət olarsa, babamın divanını dağdağanın dibindən çıxardıb nəşr 
etdirərsiniz. 
Bu xoşbəxtlik 1994-cü ilin yazında şairin nəticəsi Fəyyaz Əfəndiyevə qismət 
oldu. İki yüz yetmiş səhifəlik divan 63 ildən sonra işıq üzü gördü. 
1803-cü ildə Qazax qəzasının Dağkəsəmən kəndində anadan olan Hacı 
İmam Cənnətzadə şerlərini “Məhşəri” təxəllüsü ilə yazmışdır. Əsl adının Mahmud 
olduğunu, lakin el arasında Məhşəri kimi tanındığını şerlərinin birində özü də qeyd 
edir. O, ilk təhsilini kənddəki dini məktəbdə almış, mütaliə yolu ilə biliyini 
artırmışdır. Oğul nəvəsi, Sosialist Əməyi Qəhrəmanı Mustafa Əfəndiyevin 
xatirələrindən məlum olur ki, babası səliqəli, yaxşı iş görən usta kimi eldə, obada 
məşhur olmuşdur. Daş üzərində nəfis oyma işləri görən, yazılar həkk edən Məhşəri 


dülgərlik sənətinin də mahir bilicisi olmuşdur. 0, araba və fayton düzəldər, ev tikib, 
məişət alətləri hazırlayarmış. 
Məşhur ədəbiyyatşünasımız Firidun bəy Köçərli özünün qiymətli tədqiqat 
əsəri olan “Azərbaycan ədəbiyyatı” kitabında şair Cənnətzadənin bircə yerdə adını 
çəkir və təəssüflə bildirir ki, əfsuslar olsun, belə gözəl təbli şairin divanı əlimizə 
düşmədi. 
Şair Hacı İmam Cənnətzadə 1896-cı ildə doxsan üç yaşında doğma kəndi 
Dağkəsəməndə vəfat etmişdir. Özünün vəsiyyəti ilə “Gördüm” qəzəlinin on 
misrası baş daşına yazılmışdır: 
 
Bu dünyada vəfa hərgiz tapılmaz 
heç bir insanda, 
Kimə bel bağlayıb hərdəm inandımsa 
zərər gördüm. 
Mənə bu nəfsi-əmmarə
63
; qılıb hərdəm 
üzü qara 
Nədir ya Rəb çarə dolanır dərdə-dər 
gördüm. 
Dəni nəfsə uyub, hər gün dolanıb 
olmuşam bədyəmin, 
Bilir ol qadirü biçun
64
 nəfe
65
 etdim 
kədər gördüm. 
Mühəssəl, yoxdur bu çərxdən vəfa 
hərgiz bu dövranda, 
Kimi gördüm cəfa söylər, özümdən beş 
betər gördüm. 
Əla
66
 ey Məhşəri qafil, oturma! 
Bir tədarük qıl, 
Gəlir ruzi qiyamət açılır çox 
nələr gördüm. 
 
El şairi Məhşərinin 1885-ci ildə öz dəsti-xəttilə qələmə aldığı divanında 
əsasən qəzəllər toplanmışdır. Onun yaradıcılığında Füzuli, Nəsimi, Qövsi Təbrizi, 
Qasım bəy Zakir və Molla Pənah Vaqif kimi klassiklərin təsiri duyulur. Xüsusilə, 
dahi Füzuliyə nəzirə və bənzətmələri onun ustad şairdən bəhrələndiyini açıq-aydın 
göstərir: 
 
Dil nədir, dilbər nədir, aləmdə 
bir kəs bilmərəm, 
Eylə məst etmiş gözüm eşqində 
                                                 
63
 
Əmmаrə - insаnı pisliklərə məcbur еdən mеy 
64 Biчun - əvəzi оl
l
mаyаn Аllаh 
65 Nəfе - fаydа, хеyir 
66 Əlа - аgаh оl; dinlə; bах 
 


hər dəm görməni, 
 
Təbiət gözəlliyinin aşiqi olan Məhşəri fəsli-baharın gəlişini həsrətlə gözləyir. 
“Gələcək” rədifli qəzəlində Azərbaycan təbiətinin misilsiz gözəlliyini, bol və 
bəhrəli olduğunu ilhamla tərənnüm edir: 
 
Şükrillah ki, bahar oldu 
gülüstan gələcək, 
Qümrülər qu çəkəcək, bülbüli xoş 
xan gələcək. 
Rövzə çün ali Əba Səbzi libasın 
geyinib 
Bağü bostan bitəcək, laləvü reyhan 
gələcək. 
 
Ərəb əlifbası ilə yazılmış 272 səhifəlik bu divanda bir-birindən oxunaqlı 
qəzəl, qəsidə, mərsiyə, nət, minacat, mənzum məktub və qoşmalar farsca yazılmış 
qəzəlləri vardır: 
 
Səd həzəran aşiqi-mövzun qədd 
Əz qəmi-hicrət şudəndü həmçu dal. 
 
(Yəni sənin ayrılığının həsrətindən dal kimi - Ərəb əlifbasının “d” hərfi kimi 
olmuşam.). 
  
Şairi ağıllı-bilikli adamların ehtiyac içində yaşaması qəmləndirir. O, 
zamanından şikayət edir. Arif adamların pis gündə, ehtiyacda qalmasını, 
axmaqların və varlıların belində qızıldan kəmər olduğunu “Gördüm” qəzəlində 
yana-yana deyir: 
 
Qalıbdır zari-sərkərdan, 
tühi-dəstarifi-dana 
Həmişə gövdəni əhməq belində 
zərkəmər gördüm. 
 
Məhşəri təxəllüslü el şairi Hacı İmam Cənnətzadə yüz doxsan bir il bundan 
əvvəl dünyaya gəlmişdir. Doxsan üç il ömür sürmüşdür. Doxsan səkkiz il bundan 
əvvəl doğma kəndi Dağkəsəməndə vəfat etmişdir. Lakin bu illərin heç birində 
onun zəngin yaradıcılığı tədqiq olunmamışdır. Adı nə ədəbiyyat tariximizdə, nə də 
el şairləri sırasında çəkilməmişdir. 
İnanırıq ki, bu gün yaşadığımız demokratiya və aşkarlığın işığı şair 
Məhşərinin zəngin yaradıcılığına nur salacaq. Totalitar rejimin dini şair kimi qəbul 
etmədiyi Hacı İmam Cənnət zadə tədqiqatçılarımız tərəfindən öz layiqli qiymətini 
alacaq. 
 
16 avqust 1994-cu il. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə