ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə127/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   123   124   125   126   127   128   129   130   ...   157

  
Məhşəri qoşmalarında böyük sələfi Vidadi və Vaqifin də təsiri var: 
 
Məhşəriyəm, qan ağlaram, gülmənəm, 
Qanlı yaşım gözlərimdən silmənəm. 
Zəhd nədir, təqva nədir bilmənəm, 
Rahi-xərabatın nə pərvanəsiyəm. 
  
 
“ANNAX BƏY”  
ŞERİNİN TARİXİ 
 
Qazax bəylərindən qonağı gəldi, 
Bir həftə ziyafət göyə yüksəldi, 
Şah Abbas şülənli məclis düzəldi, 
Hatəm süfrəsini aşdı Annax bəy. 
  
Bu misraları ulu Aşıq Ələsgər 1916-cı ildə Salahlı Annax bəyin oğlu Mədəd 
bəyin toy məclisində deyib. Altmış ildən əvvəl çap olunan “Annax bəy” şerinin 
yazılma tarixi bu günə qədər heç kəsə məlum deyil. Nədənsə, tədqiqatçıların 
marağına səbəb olmayıb. Şübhəsiz ki, onları “bəy” sözü qorxudub. Əgər aşıq, 
Annax bəyə həcv yazmış olsaydı, tədqiqatçılar da onu tənqid atəşinə tutardılar. 
Amma ustad Ələsgər şeri elə yazıb ki, tənqidə zərrəcə əl yeri qoymayıb. 
Müdrik Aşıq Ələsgər Annax bəyə həcv yazmadığı halda, yenə insafsız 
tərtibçilər “Annax bəy” şerini aşığın seçilmiş əsərlərinin “həcv və hərbə-zorbalar” 
fəslinə daxil ediblər. Kimliyi barədə isə heç bir izahat verməyiblər (“Aşıq 
Ələsgər”, I kitab, səh.201. “Elm” nəşriyyatı, 1973-cü il). 
Kimdi Annax bəy və Ələsgər kimi ustad sənətkar necə olub ki, ona belə bir 
gözəl şer yazıb? 
...Salahlı Annax bəyin çoxdankı arzusu imiş ki, gözünün ağı-qarası bircə 
oğlu Mədəd bəyin toyunu aşıq Ələsgər aparsın. Bu arzu ilə də, 1916-cı ildə 
Göyçəyə adam göndərib ustadı xeyir işinə dəvət edir. Bir həftəlik xeyir işində 
səxavətli bəyin özünə bərabər adlı-sanlı Qazax bəyləri, ağaları da iştirak edir. 
Ağköynəkli İsmayıl ağa Qiyasbəyli, Qıraq Kəsəmənli İsrafil ağa Kərbalayev, 
Salahlı Mədəd bəy Vəkilov, Əskiparadan Mikayıl ağa, Söyünbəyli Söyün ağa 
Sübhanverdixanov, Daşsalahlı Məmməd koxa Mahmudov, şair Abbas ağa Nazir 
Qayıbov, Borçalıdan Sadıq bəy Yadigarov, Əbdürrəhman ağa Dilbazi, Gəncədən 
Nağı xan və başqaları. 
Həftə tamam olur, toyun son günündə bəylər, ağalar Aşıq Ələsgərə xələt 
verirlər ki, bizə Annax bəyin tərifini de. 
Müdrik Ələsgər dinmir. Fikirli-fikirli meydanda gəşt eləyir. Bəylərin  
 arasına pıçhapıç düşür: bəlkə aşığın xələti az oldu, bəlkə Annax bəyə layiq söz 
tapa bilmir, - deyənlər olur. Aşıq Ələsgər görür ki, fikirlər gedib ucuzluğa calanır. 
Bu vaxt üzünü məclisə tutub deyir: 


-  Həzərat, sizin hər birinizi yaxşı tanıyıram. Yaz gəlib Göyçənin yolları 
açılandan ta payız qırovu düşənədək sizin süfrənizdə çörək kəsirəm. Annax bəyin 
şərəfinə sinəmdə bir neçə bənd söz var, deyəcəm. Amma gərəkdi, kimsə inciməsin, 
aşıq gördüyünü çağırar. Mən də bir həftədə şahidi olduğumu deyim, eşidin. 
Bununla da məclisi bağlayaq. Ömürdü, gündü, bəlkə bu yerlərə bir də güzarım 
düşmədi... 
 
Eyvanın, otağın mübarək olsun, 
İmarəti al qumaşdı, Annax bəy! 
Bu yerdə gördüyüm bəylər içində, 
Səxada hamıdan başdı Annax bəy. 
 
Bəylərin bəyisən, xanların xanı, 
Unutma insafı, satma imanı, 
Əldə əsas tutma qəni dövranı, 
Neçələri gəldi keşdi, Annax bəy. 
 
Vaxt olacaq, ömür yetəcək başa, 
Hörmət qoy hamıya, hörmətli yaşa. 
Bu dünya işinə qılsan tamaşa, 
Mal-dövlətin sonu puşdu, Annax bəy. 
 
Yazıq Ələsgərin çoxdu nalası, 
Silinmir, könlünun açılmır pası, 
Hər zaman qəm çəkir, saxlayır yası, 
Gəşt eyləyir gözü yaşdı, Annax bəy. 
  
Ağsaqqalların dediyinə görə, bu, Dədə Ələsgərin Qazağa sonuncu səfəri 
olub. “Qulaqlı yer” Qazax bəylərinin gileyini ustada çatdırıb. Sən demə, bəylərin 
bir parası Aşıq Ələsgərin Annax bəyə dediyi bir misradan daha çox incik düşüblər: 
“Bəylərin bəyisən, xanların xanı” - deyimi bəzi bəylərin xətrinə dəyib. Gözü 
götürməyən qəlbi qaralar Annax bəyə deyilən həqiqi tərifdən rəncidə olublar. 
Bu günümüzün el şairi Qulu Çaylının da elin igid oğlu Annax bəyin 
səxavətinə “Deyim” adlı müxəmməsi var: 
 
Gəlin sizə isnad verim, 
Salahlıda Annax bəyi. 
Kəsmək ona adət imiş, 
Hər qonağa bir inəyi. 
Gecə-gündüz yığılmayıb 
Süfrəsinin bol çörəyi
Daş Salahlı Məmməd koxanın, 
Əyilməyib nər biləyi. 
Əyrilərə şılğam çəkib, 
Dolaşıb aşkara deyim. 


 
Hazırda Annax bəyin nəsli Orta Salahlı kəndindədir. Onlar Annaxbəyovlar 
familini daşıyırlar. 
Qazaxda olanda ağsaqqal Müseyib Dilbazi ilə görüşdüm, bir axşam qonağı 
oldum. Keçmiş igidlərdən, bəy və ağalardan xoruz banına qədər söhbəti-söhbətə 
caladıq. 
Müseyib əmi: 
-  Məndə - dedi, - Annax bəy Salahlının, İsrafil ağa Kərbəlayevin və babam 
Əbdürrəhman ağa Dilbazinin 1890-cı ildə Batum şəhərində birgə çəkdirdikləri 
şəkilləri var. 
Şəklin üzünü çıxartdırmaq üçün Müseyib əmidən icazə istədim. Səxavətli 
Müseyib əmi: 
- Bağışlayıram, - dedi - bu şəkli sənə, oğul, amma itirmə, çalış dərc elətdir. 
  
On ildən çox şəxsi arxivdə dustaq qalan bəylərin şəklini aşkarlığın işığında 
oxuculara təqdim edirəm. Dilbazilər ocağının xeyirxah ağsaqqalı Müseyib əmiyə 
yüz yaşlı şəkli mühafizə edib saxladığına görə minnətdarlığımı bildirirəm. 
 
1990-cı il, 20 sentyabr. 
 
 
AŞIQ ƏSƏDİN BİR 
MÜXƏMMƏSİ 
 
 
Əziz “Bulaq”! 
Avqustun 17-də elin böyük ozanlarından birini - aşıq Əsədi yada saldığınıza 
görə Sizə və yaradıcı kollektivinizə minnətdaram. Arzu edirəm, el yolunda 
gördüyünüz xeyir iş bəhrəli olsun. Milyonlarla dinləyiciniz kimi mən də hər bazar 
günü Sizin - xüsusilə Məhluqə xanımın rəvan, məlahətli səsini həsrətlə gözləyirəm 
(Heyif ki, Səməndər Rzayevsiz. Allah ona rəhmət eləsin).Gün o gün olsun ki
düşmənlərimizə qalib gəlmək xəbərini də ilk dəfə Sizdən eşidim. 
Verilişinizdə aşıq Əsəd Rzayevin adını eşidəndə yadıma onun arxivimdə 
saxladığım, heç yerdə dərc olunmayan “Deyim” adlı müxəmməsi düşdü. Bu 
müxəmməsi iyirmi iki il əvvəl mərhum aşıq Bəhram Həsənovun yaddaşından 
yazıya almışam. Rəhmətlik Bəhram əmi məşhur el şairi Daşsalahlı Mirzə Səmədin 
qardaşı oğlu idi. Aşıq Sadığın şagirdi Bəhram əmi şair Mirzə Səməddən, aşıq 
Əsəddən də çox şeyləri də görüb-götürmüşdü. Yaxşı hafizəyə, güclü səsə malik 
olan Bəhram əmi eldə, obada sayılan, hörmət olunan aşıqlardan biri idi. 
Toylarda, şənliklərdə Bəhram əmi aşıq Əsədin “Deyim” müxəmməsini ayrı 
şövqlə, ayrı tamda, ləzzətdə oxuyardı. Müxəmməsdə adı çəkilən igid 
həmkəndlilərinin hər biri haqqında ilhamla danışardı. 
Öncə aşıq Əsədin müxəmməsi nə münasibətlə yazdığını sizin qulluğunuza 
çatdırmaq istərdim. Onu mənə Bəhram əmi danışmışdı. 
1914-cü ilin yayında Qazağın xeyirxah kişilərindən biri, məşhur mülkədar 
Məmməd koxa Mahmud oğlu Mahmudov Damcılıdan bir az aşağıdakı bulağı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə