ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə128/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   124   125   126   127   128   129   130   131   ...   157

abadlaşdırır. Öz xərcilə Avey dağının ətəyindən həmin bulağı kəndə çəkdirir. 
Daşsalahlılar indi bu bulağın suyundan içirlər. Məmməd baba bulağın açılışına 
məşhur el aşığı Əsəd Rzayevi dəvət edib. Üç gün, üç gecə keçən bu şənlikdə aşıq 
Əsəd Daş Salahlı igidlərinin vəsfini “Deyim” müxəmməsində saza-sözə çəkib. 
 
Daşsalahlı Məmməd Koxa, 
Gəl səni mərdanə deyim. 
Eşidibdi hər qubernat
Əvvəl İrəvana deyim. 
Gizlətməyim bu vəsfini 
Şəril-Naxçıvana deyim. 
Kəmərini qurşamağı 
O şahi-mərdanə deyim! 
 
Mən gəzmişəm hər şəhəri, 
Həmid kimi çayçı hanı? 
Kofe ilə şirin çayı, 
Laləzardı istəkanı. 
Turşu xiyar, dolma, kabab. 
Olmadı hesabı-sanı. 
Əkülənin düyüsündən 
Yetim-yesir oldu qani. 
Əlli baş erkək toğlu da, 
Kəsildi Yan-yana deyim. 
 
Səd-afərin, molla Adgözəl 
Saatda min paket yazar. 
Kalamın Allah bəyənib
Qələminə verib bazar. 
Müsəlmanlıqla xaçpərəst 
Adam gəlir xəbər-xəbər. 
Doqquz rəngli fayton gəldi 
Məhlə oldu çarşı-bazar. 
Gəncədən də bir xan gəldi, 
Açdı dəftərxana deyim. 
 
Səhər bulaq görüşünə 
Gəncədən bir xan yeridi. 
Məmməd Koxa şölə saldı, 
İlyanın cavan yeridi. 
Mustafa bəy inək kəsdi, 
Qoç, toğlu qurban yeridi. 
Nar dəsmalı tucun-tucun. 
Dərdimə dərman yeridi. 
Aşırlının bu hörmətin, 


Yeddi Dağıstana deyim. 
 
Aralığa səf çəkilir 
Ortalığa baqi gəlir. 
Hər tərəfdən adlı bəylər, 
Gəncədən də Nağı gəlir. 
Alqış deyir yetim-yesir. 
Abdının yığnağı gəlir 
Mirzə Səməd cavanlıqda 
Bu dünyaya baqi gəlir. 
Atlıları atdan düşür, 
Gündə yüz qonağı gəlir. 
Aşıq Əsəd şövq eyləyib 
Gəlib xoş meydana, deyim. 
 
Fikir verirsinizmi, şerdə Məmməd koxa necə də böyük ilhamla təriflənir. 
Ağsaqqalların dediyinə görə, igid Məmməd koxa həqiqətən tərifə layiq kişi olub. 
Bunu eldə, obada danışılan əhvalatlar da təsdiq edir. 
1914-16-cı illərdə, hürriyyət vaxtında vəziyyət elə indiki kimi imiş, 
anarxiya, başıpozuqluluq da baş alıb gedirmiş. Qazax və onun kəndlərini 
özünəməxsus qoçularımız dağıdırmışlar. El-obanın başbilənləri, qeyrətli oğulları 
məsləhətə, məşvərətə yığışırlar. Polkovnik Cahangir bəy Şıxlinskinin təkidi ilə 
Məmməd koxanı qubernator seçirlər. 
Gecəni-gündüzə qatan Məmməd koxa əmin-amanlığı qoruyur, cəzaları özü 
təyin edirdi. Prokuror da, məhkəmə də özü olur. Quldurluq edənlərin gözünü 
qorxutmaq üçün bir nəfəri soyğunçuluq üstündə qulağından teleqraf dirəyinə 
mıxlatdırmışdı. 
Qubernator Məmməd koxa Dilican və İcevandan torpaq iddiası ilə bəri 
boylanan erməni daşnaklarının burnunu ovub geri elə oturdur ki, düşmənlərimiz bir 
müddət belə xam xəyala düşə bilmirlər. 
Haqq sözündə dönməz olduğuna görə onu el arasında “Boz Məmməd”, 
xeyir-şər məclislərində kasıba əl tutduğuna görə qeyrətli kişi, “çörəkli kişi” kimi  
müdrik qocalarımız bu gün də tez-tez yad edirlər. 
Xalq şairi Mirvarid xanım Dilbazi “Namuslu düşmən” adlı xatirə-
hekayəsində Məmməd koxanın dəyanətindən, kişiliyindən iftixarla söhbət açır. O 
yazır ki, Daşsalahlı kəndində uzun illər koxalıq etmiş çox müdrik, nüfuzlu bir şəxs 
vardı. Onun adına Məmməd koxa deyərdilər. 
Vaxtilə Qazaxda pristav olmuş Həsənəli bəy Əsgərxanov da “Gördüm” 
şerində onu çörəkli kişi kimi yad edir: 
 
Qiymət qoyaq aca, toxa, 
Alardı hədəfə, oxa. 
Daşsalahlı Məmməd koxa, 
Səni açıq bazar gördüm. 
 


Qırx ilə yaxın Daşsalahlıda kənd koxası olan Məmməd baba doğma kəndinin 
xoş güzəranı üçün az iş görməyib. Ötən əsrin sonlarında Tiflisə, Qoriyə gedib 
Zaqafqaziya müftisi Mirzə Hüseyn əfəndi Qayıbzadə, Qori seminariyasının 
Azərbaycan şöbəsinin müdiri Aleksey Osipoviç Çernyayevski və məşhur 
ədəbiyyatşünas Firidun bəy Köçərli ilə görüşüb öz xərcinə kənddə səkkiz otaqlı 
ibtidai məktəb açıb. 
Aşıq Əsəd müxəmməsində “Həmid kimi çayçı hanı?” - deyə xatırlanan şəxs 
əslində çayçı deyil, Məmməd koxanın yeganə oğlu Həmid bəydir. O vaxtlar 
Tiflisdəki birinci klassik gimnaziyasında oxuyurdu. 1918-ci ildə Tiflis 
gimnaziyasını bitirən Həmid bəy atasının arzusu ilə Gəncədə yenicə açılan 
hərbiyyə məktəbinə qəbul olunur. 
İyirminci ilin aprelində bolşevik daşnak istilaçılarına qarşı Gəncə üsyanında 
fəal iştirak edən Həmid bəy yeni gələn şura hökumətinə boyun əymir. O, Avey və 
Odun dağlarında, Qarayazı və Tatlı meşələrində bolşeviklərə qarşı vuruşur... 
Sovet hökuməti otuzuncu illərdə sürgünə göndərilən Məmməd koxanın cah-
cəlalını dağıtdı. Qardaşı Avdını, qardaşı oğlu Hüseyni və Əsədi, oğlu Həmid bəyi 
güllələdi, qardaşı Mehdi ağanı, qızı Badını, bacısı oğlu Vəlini ailəsi ilə sürgün 
elədi. 
1933-cü ildə sürgündən qayıdan Məmməd koxa yeganə oğlunun 
güllələndiyinə, qohum-əqrəbasının sürgün olunduğuna dözə bilmədi. Huşunu itirdi, 
az sonra ürək partlamasından vəfat etdi. 
Məmməd koxanın qohumu aşıq Bəhram otuzuncu illərdə bu faciələrin şahidi 
olmuşdu. Necə olursa, əllinci illərdə bir məclisdə Bəhram əminin “saqqızını 
oğurlayıb” belə bir söz oxudurlar. 
 
Duman gəldi, dağ başını bürüdü, 
Sarı gavur yurdumuza yürüdü. 
Neçə canlar çekalarda çürüdü, 
Bəs mən ağlamayım, kimlər ağlasın? 
 
Bundan sonra Bəhram əmini get-gələ salırlar. Milis, raykom, DTK sorğuları 
başlanır. Anası namaz üstə olan aşıq Bəhramın bəxtinə təsadüfən Səməd Vurğun 
gəlib Qazağa çıxır. “Bəhramın nə günahı varsa, mənim adıma yazın. Sənətkar 
ağrısını sənətkar çəkər” - deyib onu orqanın laxa ağzından xilas edir. 
 
Avqust 1992-ci il 
 
 
AŞIQ İBRAHİMİN  
“KÖRPÜLÜ ƏHVALATI” 
 
Ağlım kəsəndən, dilim söz tutandan bir əhvalat eşitmişəm. Eşitmişəm, 
dinləmişəm deyəndə ki, bu hadisə bizim kənddə olub. Toyda, yasda, hətta beş-on 
adam bir yerə yığışıb aşıqdan söhbət açanda da bu əhvalatı danışırlar. Ən çox da 
toy şənliklərində. Qazax, Tovuz, Borçalı aşıqlarından eləsi yoxdur ki, bu əhvalatı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə