ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   9   10   11   12   13   14   15   16   ...   157

Azərbaycan türklərini xristian məngənəsindən qurtarmaq olub. İndi yeni açılan 
arxiv sənədlərini, vaxtilə çapı qadağan olunan kitabları oxuyanda fikirləşirsən ki, 
Ağa Məhəmməd şah Qacar Azərbaycanın qəhrəman oğulları sırasına qoyulmağa 
layiqdirmi? Bu baxımdan fransız müəllifi Can Gevrin ikicildlik “Xacə Şah” kitabı 
xüsusilə qiymətlidir. Fransalı Can Gevr uzun müddət İranda xidməti vəzifədə 
işləmiş, topladığı real tarixi faktlardan Ağa Məhəmməd şah Qacarın ömür yolu 
barədə orijinal bir roman yazmışdır. Bu qiymətli əsər Hüseyn Əhədinin farscadan 
tərcüməsi ilə 1993-1994-cü illərdə “Gənclik” nəşriyyatında nəşr olunmuşdur. 
Sual oluna bilər: Əgər Ağa Məhəmməd şah Azərbaycanın qəhrəman oğulları 
sırasına qoyulmağa layiqdirsə, bəs Qarabağda tökdüyü qanlar nəydi? Bu sualın 
cavabını professor Vaqif Arzumanlı 1992-ci ildə “Aydınlıq” qəzetində dərc 
etdirdiyi məqaləsində vermişdir. O, yazır: 
"Hakimiyyət başına gələn Qacarı o vaxtlar üç məsələ xüsusilə narahat edirdi. 
İlk növbədə Azərbaycanın qədim və tarixi torpaqlarının Rusiya tərəfindən işğal 
olunması və həmin ərazilərdə yerli əhalinin sıxışdırılması hesabına xristianların 
məskunlaşdırılması. 
Gürcüstanın hər yerində müsəlmanları sıxışdıraraq, Rusiya imperiyasının 
ayağına verməyə can-başla hazır olan, bütün bunlar da az imiş kimi, Qarabağ 
hakimi İbrahim xanın nə yolla olursa-olsun, mütəmadi digər Azərbaycan 
xanlıqlarından uzaqlaşmasına, onu yalnız öz tərəfinə çəkməyə can atan II İraklinin 
çoxşaxəli siyasəti. 
Qacar Qafqaza hücum planı hazırlayarkən, əsasən, vaxtilə mövcud olmuş 
Səfəvilər dövlətinin sərhədlərini bərpa etmək məqsədi güdürdü. 
Çox qəribədir ki, Qacarın bu niyyətlərini o vaxtlar Gəncə xanı Cavad xan 
təxmini də olsa başa düşürdü, Qarabağ xanı isə yox. Ona görə də Cavad xan 
Azərbaycanla, Qafqazla bağlı planlarını həyata keçirərkən Qacara əl tutdu... Cavad 
xan Vətən uğrunda həlak oldu. İbrahim xan isə Rusiyanın mahir siyasəti 
nəticəsində aldandı”. (Bax: V.Arzumanlı “Ağa Məhəmməd şah Qacara işğalçı 
kimi baxmamalıyıq” məqaləsi, 14 fevral 1992-ci il). 
Rusların himayəsinə sığınan, rus qoşunlarını Gürcüstana buraxan gürcü çarı 
II İrakliyə Ağa Məhəmməd şah Qacar 1795-ci ildə sərt bir ultimatum göndərdi. 
Qacar II İrakliyə xatırladırdı ki, yüz il Gürcüstan İranın itaətində olub, indi necə 
oldu ki, kafir rusları torpağına buraxmısan. Ultimatumun tam mətni belədir: 
 
 
“İran şahı Ağa Məhəmməd xanın gürcü kralı 
II İrakliyə 
ULTİMATUMU 
 
Bağışlayan rəhm edən Tanrı adına. Allah hamıdan böyükdür, yüksəkdir, hər 
şeyi yaradandır. 
Bu fərmanı gürcü çarı Əlahəzrətə elan edirik. 
Bizim mərhəmətimizi gözləyən hökmdarın məlumu olsun ki, yetmiş il 
bundan əvvəl gürcülərin Qəndəharda törətdikləri əməllər və İranı nüfuzdan salmaq 
cəhdləri indi artıq hamıya məlumdur. Zira Şah Sultanhüseyn də artıq sağ deyil, o 


dünyadadır. Yəqin əlahəzrət özü də yaxşı bilir ki, son yüz il ərzində siz İranın 
itaətində olmusunuz. İndi isə təəccüblə demək istəyirik ki, Siz ruslara yaxınlaşıb 
onlara qoşulmusunuz. O ruslara ki, İranda ancaq alver etmək məqsədi ilə
  
gəzib-dolaşırlar və elə bütün iş-peşələri də yalnız alverlə, ticarətlə məşğul 
olmaqdır. 
Sən yaşı doxsanı haqlamış adamsan, amma bağışlanmaz səhvlərə yol 
verirsən. Kafirləri torpağına buraxmısan, onlarla birləşmisən və onlara istədikləri 
kimi davranmağa şərait yaradırsan. 
Sizin və bizim dinlərimiz muxtəlif olsada, ancaq Siz həmişə İranla yaxın və 
əlaqədə olmusunuz. İranda sənə məlum olduğu kimi, xeyli tatar, gürcü, erməni və 
digər dinlərə mənsub olanlar yaşayır. Ona görə də Siz utanıb xəcalət çəkməlisiniz 
ki, bu cür işlərə və əməllərə yol verirsiniz. Bu əməllərdən birdəfəlik əl 
çəkməlisiniz. Ötən il sən məni bir yığın gürcünü məhv etməyə məcbur etdin. Lakin 
biz öz təəbəliyimizdə olanları öz əlimizlə öldürməyin tərəfdarı deyilik. 
İndi Allahın köməyi ilə biz böyük uğurlar əldə etmişik, nəhəng və güclü 
dövlətik. Sən bizə öz sadiqliyini sübut etməlisən. Biz böyük ixtiyar sahibi 
olduğumuz üçün, əgər ağıllı adamsınızsa, hazırkı niyyət və əməllərinizdən 
büsbütün əl çəkməlisiniz, ruslarla əlaqələrinizi tamamilə kəsməlisiniz. Bu, yəqin 
ki, sənin ölkənin əhalisinin ürəyincə olar. Əgər bu göstərişə əməl etməsən, onda 
çox qısa bir müddətdə Gürcüstanın üzərinə yürüş edəcək, ruslarla bərabər gürcüləri 
qılıncdan keçirərək, qanınızdan Kür çayına bənzər bir qan çayı axıdacağıq. 
Bütün bunları sənə çatdırmaq və xəbərdarlıq etmək məqsədilə bu fərmanı 
göndəririk. Bu fərmanı yazmışıq ki, bizim dediklərimizi, buyurduğumuzu 
qulaqardına vurmayasan və özünün vəziyyətini dərk edəsən
8
”. 
Can Kevrin tarixi romanında Ağa Məhəmməd şah Qacar bizim ədəbiyyatda 
təsvir olunanların əksinə, camaldan çirkin yox, yaraşıqlı, yüksək hərbi biliyə və 
bacarığa malik, coğrafiya və başqa elmləri, xüsusilə Quranı gözəl bilən, ona təfsir 
yazan ideal qəhrəman kimi təsvir olunur. Oxucuda əyani təsəvvür yaratmaq üçün 
“Xacə Şah” kitabından bir neçə sətir: 
  
Yüz iyirmi üçüncü səhifədən: 
Ağa Məhəmmd şah cavan yaşlarında çox gözəl olub, vücudunun çevikliyini 
ömrünün axırına kimi saxlamışdı. O, gigiyena haqqında biliyi ilə öz zəmanəsinin 
adamlarından iki əsr irəlidə idi. Bədəni iyirmi yaşlı cavanın əndamına oxşayırdı. 
Yüz iyirmi yeddinci səhifədən: 
Qacar sülaləsində Ağa Məhəmməd xan yeganə padşah olub ki, fəlsəfədən 
məlumatı var idi. Ağa Məhəmməd xan Əndəluslu filosof ibn Tüfeylin bütün 
əsərlərini oxumuşdu, bir hissəsini də əzbərləmişdi. İbn Tofeylin dünyada ikinci 
fəlsəfi romanı olan   “Yəqzanın oğlu hey” kitabını əlindən yerə qoymazdı
9
 . 
Yüz otuz və yüz otuz birinci səhifələrdən: 
                                                 
8
  Ultimаtumu ilk dəfə Аzərbаycаn охuculаrınа рrоfеssоr V.Аrzumаnlı 1992-ci ildə təqdim еtmişdir. 
 
9
 N.Gəncəvinin müаsir məşhur ərəb filоsоfu Ibn Тüfеylinin (1110-1185) "Yəqzаnın оğlu Hеy" fəlsəfi rоmаnındаn 
söhbət gеdir. Əsər fаrs, ingiliс, rus, аlmаn, çех, hоllаn, ispаn вə b. dillərə tərcümə оlunmuşdur - Ş.N. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə