ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə130/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   126   127   128   129   130   131   132   133   ...   157

tanımıram, qardaş. Elə ki, şair Həvəskar sözlərini də əlavə eləsən, onda: “elə de 
dana, a sağ olmuş, məni niyə dağa-daşa salırsan”, - deyərlər. 
1929-cu ildə Ağköynək kəndində dünyaya gələn Həvəskarın cəmi-cümlətanı 
dörd illik təhsili var. Ehtiyac, ağır güzəran balaca Allahverdinin yaxasından düymə 
kimi asılanda oxumağın daşını birdəfəlik atıb. 
Qırx il yazıb-yaradan Həvəskar təxəllüslü eloğlumuz ağbirçək şairəmiz 
Mirvarid Dilbazidən başqa heç kimin yadına düşməyib.  
Təsadüfən Mirvarid ana ilə görüşən Hövəskarın şerləri onun xoşuna gəlib. 
On il bundan əvvəl, kiçik bir ön sözlə bir neçə şerini ilk dəfə “Azərbaycan 
gəncləri” qəzetində dərc etdirib. 
Həvəskarla atüstü söhbət eləyirdim. Qeyd-filan da götürmürdüm. Çünki onu 
özüm də az-çox tanıyırdım, yaradıcılığına da bələd idim. Birdən məndən soruşdu 
ki, niyə xəbər almırsan ustadın kim olub. 
- Nəyini xəbər alım, yəqin deyəcəksən, ustadın el olub, oba olub. 
- Yox, - dedi, - el-oba öz yerində, orası elədi. Amma mənim ustadım, mənə 
şer yazdıran böyük Səməd Vurğun olub. 
- Yəqin onunla görüşmüsən. 
- Yox, görüşməmişəm. O əvəzsiz insanı bircə dəfə 1953-cü ildə təsadüfən 
Bakıda cıdır meydanında cıdırçıya nəmər verəndə görmüşəm. Ay tövbə, o kişi ilə 
kəlmə də kəsməmişəm. Onu görəndə, elə bil dünyam dəyişdi. Həmin andan -1953-
cü ilin payızından, o nağıllarda, dastanlarda deyilən kimi, ilahi bir qüvvə mənə şer 
yaz, deyirdi. Durammadım, dözəmmədim, yazdım. 1966-cı ilə kimi yazdığımı üzə 
çıxara bilmədim. Cəsarətə gəlib Səməd Vurğunun altmış illiyində ona yazdığım 
şeri bir nüfuzlu məclisdə oxudum. O şer dillərə düşdü. Qazax, Borçalı mahalı da 
Həvəskar adlı bir el şairini tanıdı. 
Bilmirəm, elə bir naşı oxucu tapılarmı ki, şair Həvəskarın sözünə inanmasın. 
Şəxsən mən ürəkdən gələn bu səmimi sözlərə inandım. Oxucunun şəkk-şübhəsi 
onda ola bilər ki, Həvəskarın şerləri xoşuna gəlməyə. Bir şer ki, elin-obanın toy-
bayramında aşığın, müğənninin dilində gəzir, inanıram ki, oxucuların da xoşuna 
gələcək. Ona görə ki, Həvəskar bu günümüzün nəbzini tutan şairdir. 
 
Qarğalar qartala meydan oxuyur, 
Sərçənin qırğını əyən vaxtıdır. 
Sıxılma, ürəyim, həyat belədir, 
Nadanın loğmana söyən vaxtıdır
 
Torpağımıza göz dikən namərd erməninin əsil-nəcabətini yaxşı tanıyan şair 
üçcə bəndlik şerində daşnaklara keçmişini elə ustalıqla xatırladır ki, erməninin 
ruhu da “incimir”. 
 
Mən çətin günlərdə görəndə sizi, 
Həmişə demişəm: “fağır erməni”. 
Daşımaqdan odun, kömür şələsi, 
Beliniz olmuşdu yağır, erməni. 
 


Şair Həvəskarın tərifə ehtiyacı yoxdur. Zənnimcə bunu oxucular da hiss 
edəcəklər. Şair eloğlumun yaradıcılığından bir neçə nümunəni oxuculara təqdim 
edirəm. 
 
Oktyabr, 1993-cu il. 
 
OLMUYA 
 
Mənim Yaradandan bir diləyim var, 
Bəxtim ola, taxtım-tacım olmuya. 
Əlimdən həmişə yaxşılıq gələ, 
Yamanlıqda hec əlacım olmuya. 
 
Min nemət yetişə yaz yağışımda, 
Məni sarsıtmaya qarlı qışım da: 
İstərəm heç kəsə ilk baxışımda 
Nə kədərim, nə də acım olmuya. 
 
Süfrəm çəmən ola, yerim dağ ola, 
Sərvətim sadəlik, canım sağ ola, 
Həvəskaram, saç-saqqalım ağ ola, 
Bir loqmana ehtiyacım olmuya
 
 
ERMƏNİ 
 
Mən çətin günlərdə görəndə sizi, 
Həmişə demişəm: “fağır erməni” 
Daşımaqdan odun, kömür şələsin. 
Beliniz olmuşdur yağır, erməni. 
 
Cibində olmurdu bir abbasın da, 
Qapında mal-qoyun, evdə hasın
68
 da. 
Səndən üz döndərib astavasın
69
 da, 
Mənim Allahımı çağır, erməni. 
 
Gələrdiniz Ağköynəyə, Çaylıya, 
Dilənməyə Salahlıya, Poyluya. 
Bir istərəm tutam salam toyluya 
70
 
Deyəm ki, acından çığır, erməni. 
 
                                                 
68
 Аllаh 
69 Еrmənicə çörək dеməkdir 
70
 Yəni tövləyə 
 


VAXTIDI 
 
Qarğalar qartala meydan oxuyur, 
Sərçənin qırğını əyən vaxtıdır. 
Sıxılma ürəyim, həyat belədir, 
Nadanın loğmana söyən vaxtıdır. 
Deyir ki, aliməm hər ağıldan səy, 
Laçına qıy vurur havada leylək
Dərə xəlvət olub, tülkülər də bəy, 
Çaqqalın döşünə döyən vaxtıdır. 
Həvəskar, ilham al obadan, eldən, 
Vüqarı dağlardan, qüvvəti seldən. 
Qızılquş yorulub düşübdür əldən 
Saxsağan özunü əyən vaxtıdır. 
 
 
Gəlmişəm 
 
Sizə deyiləsi sözüm var, dağlar, 
Hüzuruna bir minnətə gəlmişəm. 
Üzümü sürtməyə ocaq daşına, 
Qəbul eylə ziyarətə gəlmişəm. 
 
Ağlar qoydun gədiklərdə Kərəmi, 
Ələdin başına hicranı, qəmi. 
Günahkar sənmisən, yoxsa Lələmi
Sizdən sizə şikayətə gəlmişəm. 
 
Budur ehtiyacım, gəlmişəm vara, 
Varına yox demə, sən həvəskara. 
Qoluma qüvvətə, gözümə nura, 
Dizlərimə dəyanətə gəlmişəm. 
 
 
BİR ÖTƏRGİ QONAQ  
OLDU GƏNCƏDƏ 
 
Yolum Gəncəyə düşmüşdü. Qədim və ulu, adı özünə qaytarılan Gəncəyə. 
Şəhərin görməli yerlərində çoxlu şüarlar gördüm. Yaxşı ki, bunlar əvvəlkilərə 
bənzəmirdi. Heç biri könül bulandırıb, xəyal küsdürmürdü. Hər yerdə “Ulu adın 
mübarək, Gəncəm!”, “Xoş gəldin, Gəncəm!” - sözlərini oxuyanda adam fəxr edib 
sevinirdi. Nizami vüqarlı, Məhsəti ismətli şəhər adama əvvəlkindən doğma və əziz 
görünürdü. Uzun ayrılıqdan sonra ulu Gəncə adı istər-istəməz şair misralarını yada 
salırdı: 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə