ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə133/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   129   130   131   132   133   134   135   136   ...   157

kimi tanıyır. Elə məhz buna görə də ürək qızdırıb Sizə məktub yazıram. 
“Heydərbabaya salam” dastanında ustad Şəhriyarın bir beyti var: 
 
“Burda bir şir darda qalıb bağırır, 
Mürüvvətsiz insanları çağırır!” 
 
Sonra Xəlil Rza insafsız nəşriyyat işçilərinin “Məqsud Şeyxzadə” kitabının 
çıxmasına mane olduqlarından, buqələmun vəzifəpərəstlərin yersiz iddialarından 
şikayətlənir və dostu Günyazdan kömək umaraq yana-yana yazır: 
“Yalnız bu kitabçanın işıq üzü görməsi deyil, ümumən Azərbaycan ləngiyir. 
Ümumbəşəri tərəqqidən nə qədər geri qaldığımızı yəqin, sən özün də bir 
Azərbaycanlı olmaq etibarı ilə sezirsən. Bunun səbəbi, məncə, işcil və qüdrətli 
oğulların azlığıdır. Alcaq və rəzil adamların müqavimətinə rast gəlirəm. Onlara baş 
qoşmağa vaxtım, macalım yoxdur. Domino və nərd oynayan ziyalıları görəndə 
məni gülmək tutur. Vaxta bax, imkana bax, məgər bu adamların ciddi bir işi 
yoxmu? 
...Doğrudanmı, Azərbaycanda şair fədakarlığını, elmi işçi qüdrətini 
qiymətləndirməyə qadir bircə nəfər də tapılmayacaq? Tərcüməçilik də, elmi işçilik 
də, şairlik də mənim üçün baş məqsəd deyil, vasitədir. Bunu dərk etməyə qadir 
Günyaz kimi beş-on oğul tapılarsa, mükafatımdır”. 
Eldə, obada Günyazın dostları, onu sevənlər çox idi. Xüsusilə, sənət 
adamları onun hörmətini daha çox saxlardı. Günyaz da onlara köməyini, qayğısını 
əsirgəmirdi. El aşığı Kamandar, Aydın Çobanoğlu, şair Həmid Abbas, Söhrab 
Tahir, Ağa Laçınlı, Ələmdar, Əhməd Həpo, İslam Sadıq, Kəmalə və oturub-
durduğu onlarca istedadlı gənclər bu gün də onun xatirəsini əziz tuturlar. 
10 may 1974-cü ildə Moskvadan şair Ağa Laçınlı yazırdı: 
 
“Unudulmaz və yaddançıxmaz böyuk 
qardaşım Gunyaz! 
 
Adam uzağa gedəndə, tək olanda, darıxanda ürəyinə yaxın əzizləri, istəkliləri 
yada düşür. İndi gecənin bu qəribanə dərinliyində Sizsiz darıxdığımı boynuma 
alıram. Çünki Siz yaxşı mənada qiyamət adamsınız. Mən Sizinlə hələ şəxsən tanış 
olmazdan qabaq bir çox adamlardan, o cümlədən əzizim, can-ciyərim Əhməd 
Həpodan haqqınızda xoş sözlər eşitmişdim. Budur, ilk tanışlığımızdan illər keçib, 
Sizi həmişə xeyirxah, səmimi, canıyanan görmüşəm. Təcrübə göstərir ki, ən böyük 
yaxşılıq çətin ayaqda, ən böyük vətəndaşlıq hissi çətin işdə üzə çıxır. Sağ olsun, 
çətin işləri asan edənlər. Sağ olsun, xalqı ilə quruluş arasında körpü salan 
ziyalılar... 
Bir də Sizin müdrik olmağınız təbiidir. Axı, elə gözəl şerlər müəllifi başqa 
cür ola bilməz. 
Əzizim, indi mən burda, Moskvada kursdayam. Ayrı otaq veriblər. İşləməyə 
imkan var. Allah qoysa, iyunun ortalarında Bakıya qayıdanda gəlib görüşəcəm. 
Xahiş edirəm, bu məktubu Sizə olan hörmətimin nişanəsi kimi qəbul edin və 


mənim salamımı istəkli dostlara, o cümlədən, Əhmədə, Hafizə çatdırın. Hafizə 
deyin ki, tapşırığı yadımdadır. Əhmədə zəng vuracam. 
 
Öpurəm Sizi: Ağa Laçınlı". 
 
Şair Vaqif Səmədoğlunun “Ulduz” jurnalına (1989-cu il, №11) verdiyi 
müsahibədən: 
- ...Və hətta senzuranın özündə, qlavlitdə, o dövrdə, o “durğunluq” 
dediyimiz dövrdə mənim “Bəxt üzüyü” pyesimi, açıq deyirəm, heç bir qlavlit, heç 
bir yerdə, lap Tallinin özündə də buraxmazdılar, bizim qlavlit buraxdı, o zaman 
bizim qlavlitdə Günyaz işləyirdi. Rəhmətlik Günyaz Nəzirli çox müsbət adam idi, 
mehriban adam idi... 
Bu gün yaşayıb-yaradan müasir şairlərin əksəriyyətinin qəlbində Günyaz 
Nəzirli ünvanına poetik çələng toxunub. Məmməd Elli, Mikayıl Məxfi, Mobil 
Quluzadə, aşıq Kamandar, Abbas Abdulla, Vurğun Əyyubov, İslam Sadıq, Qaçay 
Köçərli və başqaları Günyaz həsrətli şerlərin müəllifidir. 
 
Bir ulduz şığıdı göylərdən yerə, 
Bir niskil Günyazın niskilliyinə, 
Alışdı zirvələr, yandı dağ-dərə, 
Bir küskün Günyazın küskünlüyünə. 
 
Qoyuldu məzara gözəl şəxsiyyət
Oyuldu gözlərdə xoş səmimiyyət, 
Yazıldı ülviyyət, həm əbədiyyət, 
Bir yetkin Günyazın yetkinliyinə. 
 
Aşıq Kamandar 
* * * 
 
Bir qoşmanın iki sözü, 
Bir ocağın qoşa közü, 
Qardaşıdı Günəş özü, 
Günyaza bax, Günyaza sən. 
 
İslam Sadıq 
* * * 
 
Gözü yoxdur yad aşında Vurğunun
Torpağında, ya daşında Vurğunun, 
Bir ad yaşar yaddaşında Vurğunun, 
Günyazındır, Günyazındır, Günyazın. 
 
Vurğun Əyyubov 
 


* * * 
 
Yox, Günyaz yaşayır, ölməyib hələ, 
Min Günyaz olsa da, bu azlıq edər, 
O gərək təzədən qayıdıb gələ, 
Bizim aramızda knyazlıq edə. 
 
Mobil Quluzadə 
  
Şair Vaqif Cəbrayılzadə: 
- Heç kəsə göstərmədiyi, hər cür imkanı ola-ola çap etdirməkdən çəkindiyi 
şerləri onun övladlarıydı... Şerləri onu sinəsində dərd balalayan, dərdlə canbir olan, 
ayrılıq sazını özü çalan, səhralarda Məcnun kimi öz bəxtiylə yarışan, fələklə 
dağların oyununa baxmaq üçün bu dünyaya gələn, budaqlar çiçəkdən bar alan kimi 
torpağı canından baralan Günyazı ata kimi tanıyırdılar. 
Biz isə onu vaxtsız ağarmış, ancaq şuxluğunu, gəncliyini saxlayan 
saçlarından tanıyırdıq. Dünyanın hər şeyini bilə-bilə adamlara diqqətlə və səbrlə 
qulaq asardı, belə diqqət, belə səbr ancaq Günyaz müəllimdə ola bilərdi. 
Şerimizdə Araz mövzusu haqqında dediyi sözlər heç vaxt yadımızdan 
çıxmayacaq. 
-  Dünyanın işini bilmək olmaz. Bəlkə yüz il, iki yüz il bundan sonranın 
adamları bu xalqın Araz adlı yarası olduğunu ancaq şairlərin şerlərindən bildilər. 
Araz mövzusunun vacibliyi haqqında bəlkə heç kəs bu dəqiqliklə söz 
deməyib. 
 
 
...bizdədi, 
Şəki, Şirvan bizdədi. 
Günyaz özü bu tayda - 
Ürəyi Təbrizdədi. 
 
... bizimdi, 
Şimal, Cənub bizimdi. 
Azərbaycan gözlərim - 
Giləsi Təbrizimdi. 
 
Günyaz Nəzirli poeziyasının mövzusu əsasən məhəbbətdir. Açıq, saçıq 
məhəbbət və olub-olacaq məhəbbət. Kimsə bu şerləri oxuyanda dinləyici istər-
istəməz diqqət kəsilir. Məhəbbətin ülviliyi odunda bir an, bir saat da olsa qovrulur, 
qeyri-ixtiyari özünün ilk sevgisini xatırlayır. Ona görə də Günyaz şeri hələ çap 
olunmamış dillərdə oxunur, ciblərdə qat kəsmiş kağızlarda gəzir. Belə “dərc yolu” 
Günyazın dostlarının, onu sevənlərin xidmətidir. 
 
* * * 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə