ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə134/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   130   131   132   133   134   135   136   137   ...   157

Bir günorta üstü redaksiyamıza cavan bir oğlan gəldi. Tanış olduq. Sovet 
İttifaqı Qəhrəmanı Mərdan Musayevin oğlu idi. Atası haqqında veriliş hazırlamağı 
planlaşdırdıq. Birdən zəndlə dönüb mənə baxdı. 
- Siz Günyaz Nəzirlinin qohumu deyilsiniz? - deyə soruşdu. Məndən  “hə”  
cavabı  alandan  sonra dərindən köks ötürüb: 
- Məndə - dedi - mərhumun öz əlilə yazıb bağışladığı şerləri var. Biz yaxın 
dost idik. 
- Hansı şerlərdi, yadında varsa... 
 - 
Niyə yadımda deyil, onun şerlərini unutmaqmı olar, mənim üçün onları 
bir-iki dəfə eşitmək, ya da oxumaq kifayətdir, - deyən Tariyel Günyazın 
“Görmüşəm”,  “O mənəm,  o sənsən”,  Qayıtmaz daha” və başqa şerlərini bir 
nəfəsə əzbər söylədi. 
- Günyazın - dedim, - bütün külliyyatı məndədir, onun öz əlilə bağladığı şer 
çələngində   sizin   dediyiniz   şerlər yoxdur.   Görüşək,   mən   onların   üzünü 
köçürüb kitabına daxil edim. 
- Mən onları cib dəftərçəmə köçürmüşəm, yaddaşıma isə əbədi həkk 
etmişəm. Əlyazmalarını sizə məmnuniyyətlə qaytara bilərəm. 
Səhərisi, dediyi vaxtda Tariyel Musayev həmin şerlərin əlyazmasını da 
gətirdi. 
 
* * * 
 
Günyaz öz əlilə tərtib etdiyi poeziya çələnginə 15 may 1958-ci ildə yazdığı 
ilk şeri “Sənsiz” dən başlayıb. Şerə bircə çümlə də izahat verib: “Cavanlığımda bu 
qoşmanı kimə oxuyurdum, deyirdilər, guya M.P.Vaqifdən oğurlamışam...” 
 
Sənsən ilk rübabı sinəmdə sazın, 
Sənsən ilk müjdəsi baharın, yazın! 
Eşqinlə yaşayan - sənin Günyazın 
Bircə an, bircə gün yaşarmı sənsiz? 
 
Günyaz Nəzirlini həmişə məhəbbətlə, yana-yana xatırlayan şair Məmməd 
Aslan deyir ki, Günyazın gözündə, xəyalında bir qızın əbədi sevgisi yaşardı. O qız 
kim idi, bizə məlum deyildi. Bəlkə də çirkin idi, bəlkə də elə-belə az-çox gözəlliyi 
vardı. Amma Günyaz bütün qızlardakı gözəlliyi o qızda - öz sevgi ilahəsində 
cəmləşdirmişdi. Başqa bir qızdakı gözəl birçəyi, ilahi gözləri, aypara qaşı öz 
gözəlində təsvir edirdi, ona poetik nəfəs verirdi. Bizim tanıdığımız qızlardakı yaxşı 
keyfiyyətləri də Günyaz öz poeziya gözəlinə məharətlə köçürə bilirdi. Biz də 
Günyaz poeziyasının gücü ilə o qızı tanısaq da, tanımasaq da sevirdik. 
Günyaz şəxsiyyəti, Günyaz təmizliyi... 
İnsanın üzündə nə qədər nur olarmış, İlahi? Günyaz başdan-başa nur 
yağışında xəyalımda, huşumda yaşayır və həmişə də yaşayacaq... 
1928-ci ildə Qazax rayonunun Muğanlı kəndində dünyaya gələn Günyaz 
Osman oğlu Nəzirli 1987-ci il yanvarın səkkizində çıraq kimi qəfil söndü. O, Kür 
qırağındakı Şıxlı kəndinin qədim qəbiristanlığında qara torpaqa qovuşdu. 


 
Künyaz, ölüm nədir - gətirdin yada
Yaşamaq gözəldi - ölüm olsa da! 
Neçə ki, gözəl var gözəl dünyada- 
Bulud tək boşalıb-dolmağa dəyməz! 
 
Günyaz Nəzirlinin imzası ədəbiyyat aləmində çox az tanınırdı. O, lirik 
qoşma, gəraylı və müxəmməslər müəllifi idi. Ara-sıra qəlbini qəm çulğayanda 
bayatılar da qoşardı. Mətbuatda ilk qoşmaları Cənubi Azərbaycan üçün çıxan 
“Səhər” jurnalında (№ 8, mart 1984) dərç olunub. Bizə yadigar qoyduğu dörd 
qovluq külliyyatından əl boyda bir vərəq və iki səhifəlik vəsiyyət çıxdı. Vərəqdə 
“baş daşıma yazılsın” sözlərindən sonra üç bənd bayatı yazıb: 
 
Aylar, illər ötəndi, 
Ömür sona yetəndi. 
Torpağına baş qoydum - 
Vətən yenə Vətəndi. 
 
Sinə daşı - baş daşı, 
Necə tapıb daş-daşı! 
Gəlmiş idim, qayıtdım - 
Nəyə gərək göz Yaşı! 
 
Ağlamışam, gülmüşəm - 
Elə bilmə ölmüşəm! 
Sinəm dərdlə dolmuşdu 
Bu torpaqla bölmüşəm. 
 
“Seçmələr” adlı şer dəftərinin ilk səhifəsində Günyaz Nəzirli “Etiraf” adlı ön 
sözündə özü haqqında təfsilatı ilə məlumat verir. Onu olduğu kimi oxuculara 
təqdim edirəm: 
“Nə aşıq olmuşam, nə şair. Adicə şer hevəskarı idim. Uşaqlıqdan sazı 
sevmişəm, amma çala bilməmişəm. 
Çox erkən - on-on iki yaşımdan şer yazmışam, daha doğrusu, uydurmuşam. 
Yazdıqlarım özümü qane etmədiyindən bu həvəsimdən uzaqlaşmağa çalışmışam; 
arabir pyesə əl atmışam, rəsm çəkmişəm, səhnəyə çıxmışam, orta məktəbdə.  
Jurnalist təhsilim var. Qəzet-jurnal səhifələrində ara-sıra imzam görünüb. 
Lakin poeziyaya olan məhəbbətim bütün arzularıma üstün gəlib. Di gəl, cəsarət 
etməmişəm. Bir müddət susmuşam. Nəhayət, qırx-qırx beş yaşlarında yenə şerə üz 
tutmuşam... Ona görə belə deyirəm ki, “üz tutmaq” hələ şerdən “üz görmək”deyil. 
Gözəlliyi çox sevirdim. Bəlkə də bu səbəbdən qələmim qoşma yazmağa 
öyrəndi. Axı, məndə bu həvəsi M.P.Vaqifin şirin qoşmaları oyadıb. Onun kimi 
yazmağa çalışmışam, amma onun kimi deyə bilməmişəm... 
Şerlərimdə bəzən həyatımdan “şikayətim” də olub, necə deyərlər, 
“sızıldamışam” da. Əslində bu “şikayət-sızıltılar” mənim deyil, danışdığım dilim 


zəngin leksikonunun - sözün məna çalarlarının “sızıltıları”dır. İstəmişəm, sözləri 
“sevindirdiyim” kimi, bir az da “kövrəldim”. Söz də insan kimi qəmlənsin. Sevinc 
olan yerdə kədər də olur... Məndən soruşsalardı: poeziyaya necə baxıram? 
Deyərdim: gözəl şerdən əvvəl gözəl şair yaranır. Deməli, yaranan özü həm də 
yaradan olur. Yaradan isə yaratdığını heç vaxt şikəst istəməz. Şer gözəllikdir, gəlin 
kimi sığal sevir. Bu fikri qoşmalarımın birində belə demişəm: “Şairsən - sığal ver 
gözəl sözə sən”. 
Günyaz Nəzirlinin şerlərinə və şəxsiyyətinə yaxşı bələd olan mərhum xalq 
şairimiz Osman Sarıvəlli 1979-cu ildə ona həsr etdiyi “Bizim Günyaza” adlı 
şerində yazır: 
 
... Lakin mən dediyim ayrı Günyazdır, 
Misli-bərabəri onun çox azdır. 
Biz eyni iqlimdə tapdıq pərvəriş, 
Onun qışı qışım, yazı yazımdır. 
Başqa Günyazlarla yoxdur oxşarı - 
O mənim öz dostum, öz Günyazımdır. 
        
İşıqlı dünyamızdan vaxtsız gedən, dostlarının zarafat-doğru “yaxşı adamların 
yaxşısı” - deyə qiymətləndirdiyi Günyaz Nəzirlidən bizə çoxlu şerlər, qoşmalar, 
bayatılar, mahnı mətnləri, publisistik yazılar, iki səhnə əsəri qaldı. 
Amma bu bir həqiqətdir ki, elini-obasını dünyalarca sevən şair ölmür. Bunu 
Günyaz özü də deyib şerlərinin birində: 
 
Bu dünyadan köçməyimə baxma sən – 
Əbədiyəm, ölməmişəm, sağam mən! 
İstəmişəm yağış olub, sən gəzən 
O yerlərə göz yaşımla yağam mən! 
 
Günyazın həmişəyaşar qoşmaya, lirik şerə müraciət etməsi təsadüfi deyildi. 
O, ulu həmkəndlisi Molla Vəli Vidadinin, Mustafa ağa Arifin və Kazım ağa Salik 
Şıxlinskilərin poeziyasından qidalanıb. 
Bizdən ayrılıb haqq dünyasına qovuşan Günyazın haqqında düşünürəm, 
onun bu dünyamızda nəyi qaldı: oğlumu, qızımı, nəvə-nəticəsimi?.. Təəssüf ki, 
Günyazımıza tale bunun heç birini qismət eləmədi. Amma təsəllimiz də var ki, onu 
bu dünyada heç vaxt unutmayan dostları qaldı. Saf bir ömür yaşayan Günyazımızı 
dostları ülvi bir məhəbbətlə hələ də yad edirlər. 
 
13 fevral, 1987-ci il. 
  
“AY ÇİÇƏK”  
MÜƏLLİFİ İLƏ GÖRÜŞ 
 
Artıq ötüb keçmiş illər o gündən
Neçə yol açmışdır güllər o gündən. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə