ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə138/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   134   135   136   137   138   139   140   141   ...   157

açılmadı ki, açıl-madı... Onda Mirzə müəllim İlyasa bir şer yazdı. Şerin bircə bəndi 
yadımda qalıb: 
  
Zavxozun sərdar inəyi, 
Yeyibdi murdar, inəyi, 
Deyib: yenə var inəyi, 
Yeyib canavar inəyi... 
 
Səməd Vəkilov isə ona belə bir cavab yazmışdı: 
 
Gəlin qeydinə qalaq, 
Zavxoza inək alaq! 
İlyas kəndə haylasın, 
Südün sağıb paylasın. 
 
Həmin ili (1976-da) “Azərbaycan” jurnalının beş və altıncı nömrələrində 
Səməd Vurğunun qardaşı Mehdixan Vəkilovun “Mənim qardaşım” xatirə povesti 
dərc olundu. Jurnalın beşinci nömrəsində Mehdixan müəllimin bu cümlələrini 
oxuyanda mənə tam aydın oldu ki, aldanmışam. Mehdixan müəllim yazırdı: 
“Səməd Vurğun haqqında xatirə yazanlar, məsələn, onun məktəb yoldaşı 
Mirpaşa Nəsibov, bəzən Səmədi az qala anadangəlmə siyasi xadim kimi ifrat 
dərəcədə bəzəyirdi. Mirpaşa on beş-on altı yaşlı Səmədin dili ilə elə kəskin siyasi 
mülahizələr söyləyir ki, belə mühakimələr hətta müasir savadlı gənclərin siyasi 
bilik səviyyəsini üstələyir.” 
Professor Mehdixan Vəkilov Mirpaşa Nəsibovun şair haqqında 1966-cı ildə 
“Ədəbiyyat və incəsənət”, “Qalibiyyət bayrağı” qəzetlərindəki yazılarını 
oxuyandan sonra bu qənaətə gəlmişdi. 
İnsafla desək, rəhmətlik Mirpaşa müəllimdə Səməd Vurğunun şəxsiyyətinə, 
poeziyasına elə bir güclü ilahi məhəbbət vardı ki, o, həyatda yaxşı nə varsa onu 
Səməd Vurğuna şamil edərdi... 
Bundan sonra Səməd Vurğun haqqında nə yazırdımsa, Mirqasım əmiyə 
oxuyur, onunla məsləhətləşir, sonra çapa verirdim. Şair haqqında yazdığım beş 
kitabın hər sətrində, hər fəslində  Mirqasım əminin əməyi var. Onun güclü hafizəsi
maraqlı söhbətləri yazılarımın daha dolğun, daha məzmunlu çıxmasına kömək 
edirdi. Saxta bir deyimi, uydurma əhvalatı Mirqasım əminin “senzura”sından 
keçirmək qeyri-mümkün idi. Bu ağıllı və xeyirxah insanın mənə yaxşılıqlarını 
deməklə, saymaqla qurtaran deyil. Bu gün də Səməd Vurğun haqqında nəsə 
yazanda, istər-istəməz vaxtilə mərhum Mirqasım əmidən götürdüyüm qeydlərə 
baxmağa ehtiyac duyuram, onunla “məsləhətləşir” və “dəqiqləşdirirəm”. 
Rəhmətlik o qədər saf, doğru danışan idi ki, artıq-əskik, şişirtməli söhbət eləyən 
adam görəndə  “ölüm də yoxdu ki, bu bədbəxti bizdən ala, canımız qurtara”  
- deyərdi. 
O vaxtdan illər keçib. Mənə bu səhvi elətdirən Mirpaşa Nəsibov, səhvimi 
tutan Mirqasım Əfəndiyev də dünyasını dəyişib. Allah onlara rəhmət eləsin. Səhv 
isə ağır yük olub mənim boynumda qaldı. Axı, şeri mən dərc elətdirmişəm. Və 


gələcək tədqiqatçılar da bu səhvə görə şübhəsiz ki, məni ittiham edəcəklər. Qoy, 
oxucu məni düzgün başa düşsün: məqsədim Mirpaşa müəllimin pak ruhuna xələl 
gətirmək deyil. Yalnız vicdanımın səsi məni məcbur elədi ki, səhvimi etiraf edim. 
Bəs nəyə görə o vaxt - 1976-cı ildə “Ulduz” jurnalının səhifələrinin birində üzr 
istəyib səhvimi boynuma almadım? Buna mərhum Əhməd Cəmil razı olmadı. 
- Əvvəla bu səhvi yuxarılara (Mərkəzi Komitəni nəzərdə tuturdu -Ş.N.) başa 
salmaq mümkün olmayacaq. İkincisi də, Səməd Vurğunu və Şəmistanı istəməyən 
nadanların əlinə tənqid üçün girəvə düşəcək. Hələlik qalsın... - deyib Mirqasım 
əmini razı saldı. 
 
1.09.92 
  
 
BİR GÖRÜŞDƏN XATİRƏ VƏ YAXUD 
 
XALQ ŞAİRİ OSMAN SARIVƏLLİ HAQQINDA 
XATİRƏLƏRİM 
  
1976-cı ildə böyük şairimiz Səməd Vurğunun yetmiş illik yubileyi hər yerdə, 
hər obada təntənə ilə keçirdi. Məktəblərdə, kitabxanalarda tez-tez maraqlı görüşlər 
təşkil edilirdi. Kitabxanalardan biri “Səməd Vurğun və gənclik” adlı sərgi açmışdı. 
Məni də vurğunşünas kimi oraya dəvət etmişdilər. 
Şairin gənclik dostları haqqında bildiyim faktları, əhvalatları danışdım. 
Danışdıqca fikrim-zikrim Səməd Vurğunun iki misrasının  çevrəsində cövlan 
edirdi: 
 
Gəncliyim bir oddur, 
yandıqca sönməz, 
İnad bir insanam, 
sözümdən donməz... 
 
Görüş iştirakçılarının nə danışdığını daha eşidə bilmirdim. Xəyalən 
“Gəncliyim bir oddur”... adlı verilişin səhifələrini vərəqləyirdim. Yubiley 
münasibətilə yazacağım ssenarinin mövzusunu və adını elə bu görüşdən 
tapmışdım. 
Redaksiyaya qayıtdım. Baş redaktor Yusif Kərimova və şöbə müdiri Həqiqət 
xanımla kimlərin çıxışını vermək barədə birgə plan tutduq. Axtarışlarım zamanı 
şairin 1933-cü ildə yazdığı “Muradxan” mənzum oçerkinin qəhrəmanı Muradxan 
Musa oğlu Hacıyevi tapıb görüşdüm. Çox maraqlı, nurani bir ağsaqqal idi. Onu 
dinləyəndə, hazırcavablığının şahidi olanda fikirləşirdim ki, Səməd Vurğun 
poemasına Muradxan kişini qəhrəman seçməkdə heç də səhv etməyib. Sumqayıta 
gedib onun gənclik dostları barədə söhbətini lentə yazdıq. 
Daha sonra maarifçi Mirqasım Əfəndiyevin, professor Yusif Yusifovun və 
şairin ən sadiq gənclik dostlarından biri - əziz şairimiz Osman Sarıvəllinin çıxışını 


verməyi nəzərdə tutduq. Elə həmin anda zəng edib Osman müəllimə fikrimi 
bildirdim. Daha doğrusu, bu mövzuda bizim verilişdə çıxış eləməsini xahiş etdim. 
Telefonda ani olaraq susan Osman müəllim: 
- Ay yoldaş, adınız necə oldu? - deyə soruşdu. 
- Şəmistan - dedim. 
- Bəs familyan? 
- Nəzirli - deyə, cavab verdim. 
- Vaxtınız varsa, durun gəlin bizə, oturaq bir əməlli-başlı söhbət edək. Görək 
hardan başlayıb, harda qurtaracağıq. Belə sanballı mövzunu telefonda həll etmək 
olmaz - dedi. 
Həmin günü Osman müəllimin görüşünə getdim, O illərdə televiziyada 
kinolentin qıtlığı ərşə qalxmışdı. Moskvanın şovinist rəhbərləri bizim respublikaya 
kinolenti cirə ilə verirdi. Ondan da, o vaxtın ən mühüm partiya və sovet 
tədbirlərində istifadə olunurdu. Hər verilişə çəkiliş üçün lent verilmədiyindən 
əksəriyyətində foto-şəkildən istifadə edirdik. Bu da ən yaxşı ssenarini belə 
yarıbayarı keyfiyyətcə aşağı salırdı. Kinolent veriləcəyinə ümidim yox idi. 
Fotoqraf dostum Seyfəddin Məmmədvəliyevdən Osman müəllimin görüşünə birgə 
getməyi xahiş elədim. 
Osman müəllim hər ikimizlə ehtiramla görüşüb “xoş gəldin” elədi. Yazı 
masasının yanında ayaq üstə dayanıb ikimizə də diqqətlə baxa-baxa: 
- İkiniz də bir-birinizə oxşayırsınız; əsl sovet uşaqlarısınız, elə bil nə çörək 
yemisiniz, nə də su içmisiniz. Əyə, nə yaman arıqsınız - deyib bizi zarafatla 
qarşıladı. Asta, ağır addımlarla yaxınlaşıb əlini ərklə mənim çiynimə qoydu -
İncimədiniz ki?.. 
- Yox - dedim, niyə inciyək ki, olanı deyirsiniz. 
- Yaxşı, mənnən telefonda danışan hansınız idi? 
- Mən idim, Osman müəllim. 
- Demək Şəmistan Nəzirli də sənsən? 
- Bəli, mənəm. 
- Lap yaxşı, lap yaxşı, - diqqətlə, fikirli-fikirli mənə başdan ayağa kimi baxıb 
- indi de görüm, sən bizim hansı Şıxlıdansan? 
-  Mənim babalarım Şıxlıdandı, vaxtilə köçüb Körpülüdə məskən salıblar. 
Şıxlıdan bir az yuxarıda... 
Osman müəllim bığaltı gülümsünüb, sol çiyni üstə döndü. 
- Ağız, a Səyalı, bəri çıx, qohumun gəlib - deyə həyat yoldaşını çağırdı. Sol 
tərəfdəki qapının pərdəsi titrəyib aralandı. Səyalı xala görünən kimi: 
- Durma, mərcimi gətir, mən uddum. Buyur, bu da sənin Körpülü qohumun -
deyib, məni göstərdi. 
Səyalı xala canıyananlıqla: 
- Boy - dedi, - onda bu, Süleyman əminin nəvəsidir. 
- Bəli, bəli Süleyman katdanın... Sənə demədimmi bu, sənin Nəzirli 
qohumlarından olacaq. - Üzünü bizə tutub: - əyləşin, ay uşaqlar, siz gələnə kimi 
Səyalı xalanızla əməlli-başlı  mübahisəmiz oldu. - Zarafatla: - Allaha şükür ki, heç 
olmasa, bir dəfə Nəzirli tayfasının hesabına mən də muştuluq yeyəcəm. Sən də, a 
Səyalı, gör orda nəyin var, təzə qohumuyun hesabına bizə bir görüm-baxım elə... 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə