ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.

səhifə14/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   157

Ağa Məhmməd xan Şirazda elm öyrənməyə başladı, alim oldu və alimlər 
içərisində hörmət qazandı. 
Ağa Məhəmməd xan onu görənlərin xatirində gözəl, qamətli oğlan kimi 
qalmışdı. Onun adı gələndə gözlər önündə gözəl simalı, ruhoxşayan bir növcavanın 
surəti canlanırdı. 
Yüz otuz doqquzuncu səhifədən: 
Ağa Məhmməd xan kiçik qardaşına demişdi: 
 - Bizim ata-babadan bu yana ən böyük bədbəxtliyimiz Yuxarıbaş tayfası ilə 
düşmən olmağımızdır. İkimiz də bir kökdənik, Qacar tayfasıyıq
10
. Birincisi, 
istəyirəm biləsən, hər şeydə, istər müharibə, istərsə də ölkənin idarə işlərində sənin 
və mənim məqsədimiz istiqlalımız olmalıdır. 
Yüz doxsan beşinci səhifədən: 
Ağa Məhəmmədxan belə qərara gəldi ki, Qurana təfsir yazsın və bir az da 
yazdı, ancaq o yazıdan əsər qalmayıb. Hərbi ruhiyyə bu adamda daha qüvvətli 
olduğuna görə o, Quranın təfsirini yazmağa otura bilmirdi. 
İngilis yazıçısı Robert Qrant Uotson on doqquzuncu əsrin ikinci yarısında 
İranın tarixinə istinadən yazırdı ki, əgər Napaleon Ağa Məhmməd şah Qacarın 
üsulundan istifadə edib mühasirəyə aldığı şəhərin ətrafında əsgərləri üçün yaşayış 
evləri tikdirsəydi, onun əsgərləri Rusiyanın soyuğunda məhv olmazdılar. 
Avropa tarixçiləri və səyyahlar Ağa Məhmməd şah Qacarı olduğu kimi 
təsvir edirlər. Onun qəddarlığından danışdıqları kimi, camaata qarşı mülayim 
padşah olduğunu da söyləyirlər. 
Əlbəttə, fransız Can Gevr də onun qusurlarından, sərt və qəddar bir şəxs 
olduğundan danışır. 
Bütün bu kefiyyətləri ilə yanaşı Can Gevr onun türk olmasını, hətta bir yerdə 
onun türk dilində danışmasını da qeyd edir. Milliyyəti azərbaycanlı olan Qacar, 
Şah İsmayıl Xətai kimi Azərbaycanın bütövlüyünü yox, İran-fars hakimiyyətinin 
mənafeyini güdürdü. O, sələfi Şah Abbas kimi farslaşdırma siyasəti aparmışdır. Nə 
sarayda, nə də orduda Azərbaycan dili işlənməmişdir. Xalq şairi Səməd Vurğun 
“Vaqif” tarixi dramında Ağa Məhmməd şah Qacarın dilindən nahaqdan yazmırdı 
ki, “gərək fars dilində yazsın sənətkar”. Artıq iki yüz ildən çoxdu Qacarın özündən 
və nəslindən, çoxsaylı oğullarından danışanda rus müəllifləri, istər imperiya, 
istərsə də sovet dövründə onları “persidskiy prins” kimi yazırdılar. 
Demokratiyadan sonra bəzi müəlliflər inadla yazırlar ki, Qacar da, Şah 
Abbas da Azərbaycanın xalq qəhrəmanlarır sırasına qoyulmağa layiqdirlər. 
Zənimcə, çox tez və tələsik verilmiş qərardır. Bunun üçün Qacar dövrünün İranda 
saxlanan arxiv sənədlərində araşdırmalar aparılmalıdır. Hələlik isə Qacar və onun 
Azərbaycana yüruşləri möhtərəm oxucunun öz mühakiməsində qalsa yaxşıdır. 
Fransız yazıçısı Can Gevrin tarixi romanına və Gürcü çarı II İrakliyə Qacarın 
göndərdiyi ultimatuma görə onu xalq qəhrəmanı səviyyəsində görmək tarixi səhv 
olmazdımı? 
 
                                                 
10
 Irаndаkı türkdilli Аğbаşlılаr tаyfаsı dа Qаcаrlаrın bir qоludur. Аğа Мəhəmməd şаh Qacar dövründə onlar da 
İranın və Azərbaycanın siyasi həyatında fəal rol oynamışlar - Ş.N. 
 


* * * 
 
Əminə Pakrəvan 1963-cü ildə Parisdə “Nouvelles Edişəniz Debresse” 
nəşriyyatında “Ağa Məhəmməd xan Qacar” kitabını nəşr etdirmişdir. Əmrəvan 
həm də “Rrinsesans Histori” (“Tarixsiz şah”) kitabının müəllifidir. Bu əsərinə görə 
o, 1951-ci ildə Fransada Rivarol mükafatını alıb. Qacarlar sülaləsi haqqında 
kitabları ilə tanınan Əminə Pakrəvan Fətəli şah Qacarın mərd, fədakar oğlu 
haqqında “Abbas Mirzə” kitabının da müəllifidir. Onun 1995-ci ildə Parisdə nəşr 
olunmuş Qacar sülaləsi haqqında kitabından iki epizodu Azərbaycan oxucusuna 
təqdim edirəm. Həmin kitabı Qacar sülaləsinin sonuncu tacidarı olan Əhməd şah 
Qacarın birbaşa davamçısı şah Əli Qacar nəşr etdirmişdir. 
  
“XVIII əsrin sonu İran üçün qaranlıq və kədərli dövr olmuşdur. Aramsız 
vətəndaş müharibələri və büsbütün özbaşınalıq bizim doğma vətənimizi diziüstə 
çökdürmüşdü. Mərkəzdən qaçan qüvvələr həmişə dalbadal azğınlıq və  qəzəblə 
torpaqları tayfa (qəbilə) başçıları və feodal lordlar arasında bölüşdürmüşlər. Sonra 
bizim uzun əsrlik tariximizdə tez-tez baş verdiyi kimi bir adam peyda oldu. Elə bir 
adam ki, yaşamaq istəyən millətin iradəsini təmsil edərək həm xalqın birliyini, həm 
də firavan həyatını özünə qaytardı. Əlində qılınc və məşəl tutan bu adam 
imperiyanı yenidən bərqərar etdi. Onun əldə etdiyi nailiyyətlər nəticəsində 
uçuruma doğru gedən qədim İran özünə gəldi. Millətin yenidən dünyaya gəlişində 
onun ürəyi də, milli ruhu da özünə qaytarıldı. Çingiz xanın nəslindən olan Ağa 
Məhmməd xan Qacar qəddar, rəhmsiz hərbçi və fanatik (xəyali) tacidar kimi öz 
davamçılarına feodal faristanını müasirləşməyə gətirib çıxarmaqda arxa-dayaq 
duracaqdır. 
Xalqın ən çox qorxduğu şey daxili çəkişmələr idi. Tacidar olmayanda qanun 
da, yardım da ədalətsizliyin qurbanı olmuşdur. Belə olanda yalnız ac yalquzaqlar 
peyda olub, bir anlıq mənfəət uğrunda bir-birini didişdiriblər, ya da gələcəkdəki 
marağı naminə sərgüzəştçi bir sərkərdənin böyür-başında toplaşıblar. Heç bir kəs 
Qacar sülaləsinin banisinin İranın yenidən dünyaya gəlişi tarixində çox əhəmiyyətli 
və vacib yerini, mövqeyini dana bilməz. Onun arzu və istəkləri dahiyanə idi, ona 
görə ki, Qacarlar şəxsi maraqdan, eləcə də ailə marağından çox-çox uzaq idilər”. 
 
* * * 
 
Şahzadə Bəhmən Mirzə Qacar və onun nüfuzlu nəsli haqqında araşdırmalar 
apardıqca düşünürdüm ki, Sovet dövründə bu soyadı saxlamaq böyük cəsarət tələb 
edirmiş. Ona gör də Qacar soyadını bizim dövrümüzdə çox az adamlar yaşadıbdır. 
Sovet dövründə çıxan kitab və məqalələrdə şahzadə Bəhmən Mirzənin 
“arvad düşkünü” olması fikrinə rast gələndə əsəbiləşdim. Demək, Şuşalı 
“bələdçim” ancaq bu dövrün ədəbiyyatını mütaliə eləyibmiş. Bu dövrdə yazılan 
elmi-tarixi əsərlərimizin demək olar ki, hamısında şahzadə Bəhmən Mirzə Qacarın 
adı pisliyə çəkilib. Kimi onu “padşahpərəst”, kimi “intriqaçı”, kimi də “arvad 
düşkünü” adlandırıb. 
Doğrudanmı şahzadə Bəhmən Mirzə Qacar “arvad düşkünü” olub? 



Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   157


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə