ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə143/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   139   140   141   142   143   144   145   146   ...   157

Şəkildəki ziyalılarımızın əksəriyyəti 37-ci ilin qara günlərində bolşevik-
kommunist rejiminin haqsız qurbanları olmuşlar.  
Tariximizin bir çox qatları kimi fotolara köçürülmüş məqamları da 
qaranlıqdır. Dünənə qədər bəzi adamların qoruyub saxladıqları belə nadir şəkillər 
mətbuat, kitab səhifələrinə çıxarıla bilməyib. “Düşmənlərimizin” özləri kimi 
şəkilləri da repressiyaya uğrayıb. Təbiidir ki, tariximizlə bağlı nadir şəkillər 
əvəzsiz sərvətdir. 
 
10 fevral 1992-ci il. 
 
 
UNUDA  BİLMƏRƏM 
 
Mən İsmayıl Şıxlının yoxluğuna inanmıram. O, cismən aramızdan getsə də 
ruhən həmişə, hər an bizimlədir. Necə ki, “Dəli Kür” var, onun səhifələrindən sərt 
baxışlı Cahandar ağanın zəhmli səsi gəlirsə, İsmayıl Şıxlı yaşayır və yaşayacaqdır. 
Məgər onun biz gənclərə 70-ci illərdə elədiyi köməklikləri, yaxşılıqları 
unutmaq olarmı? Mənim cızma-qaralarımı səbr və təmkinlə oxuyub verdiyi ağıllı 
məsləhətlərdən, göstərdiyi doğru yoldan qazandığım nailiyyətlərin sevincini unuda 
bilərəmmi? 
O, qızıldan qiymətli vaxtını təkcə mən arxasıza, köməksizə yox, 
Azərbaycanın onlarla gəncinə sərf etmişdir. Mənim kimi onlarla azərbaycanlı indi 
iftixarla deyir ki, ədəbi aləmdə mənim müəllimim İsmayıl Şıxlı olmuşdur. Onun 
yetirmələrinə heç kəs irad tutub şübhə ilə baxa bilmir. Çünki İsmayıl Şıxlı adı 
saflıq, təmizlik mücəssəməsidir. 
Bu gün şəxsi arxivimdə saxladığım onun mürəkkəbli qələmlə yazdığı 
qeydlərinə baxır və istər-istəməz kövrəlirəm. Onun ağayana, zəhmli səsi varlığımı 
titrədir: “Burda cızığından çıxdın”, “Uydurmusan”, “Yenə deyirəm, obraz 
şişirdilib, özü də üfürtməli danışır”, “Qız, qadın yanında Səməd Vurğun belə 
danışa bilməzdi”. Onun bu qeydləri tənqid yox, mənim üçün iftixar idi, baş ucalığı 
idi. Hələ neçə il əvvəl telefonda İsmayıl Şıxlının dediyi sözlər mənim üçün nə 
qədər əziz və doğmadır: “Oxudum əsərini, sabah səhər saat 12-də gəl kafedraya
bir neçə məsələdə “dərsini verim”. Bəli, elə bu dərslər məni böyük şairimiz Səməd 
Vurğun, məşhur generalımız Əliağa Şıxlinski və Azərbaycan generalları haqqında 
kitabların müəllifi elədi. Bütün bunlar üçün ancaq və ancaq xeyirxahım İsmayıl 
Şıxlıya ömürlük minnətdaram. 
Ötən ilki - 1994-cü il söhbətlərimizin birində deyəndə ki, İsmayıl müəllim, 
general Əliağa Şıxlinskinin hərbi elmi əsərlərini çapa hazırlayıram, kitabdan nələri 
verəcəyimi dinləyəndən sonra sevinə-sevinə öz təkliflərini də əlavə etdi. Bu xoş 
xəbərdən xəstəliyini belə unutdu. Onda kimlərin söhbətlərini xatırlamadı, atası 
Qəhrəman əfəndinin, dayısı Qiyas bəyin, Alay bəyin və nüfuzlu Şıxlinskilərin bir 
çoxunun... Mənim sevincimin üstünə bir sevinc də əlavə etdi İsmayıl müəllim: 
“Allah qoysa, ayağa durum, yaranalın (bu sözü deməyi yaman xoşlardı) kitabına 
müqəddiməni özüm yazacağam”. 


Ümidəxanım: “İsmayıl, çay buza döndü”. Qalın qaşlar gah çatılır, gah da 
yarğan kimi yarılırdı. Sanki yaraşıqlı üzündə Kür nəhri axırdı. Bu anlarda adam 
ona baxmaqla doymurdu... Xəyal İsmayıl Şıxlını hara aparmışdı, onu bir Allah 
bilirdi... Mən də başımızın tacı, ömrümüzün varlığı İsmayıl Şıxlını sevindirə 
bilməyimlə özlüyümdə fəxr edirdim. Handan-hana əlini kreslonun dirsəyinə vurub: 
- Nə gözəl fikrə düşübsən. Generalın kitabını bu gün eləməsək, gələcəkdə 
heç kəs nəşr etdirməyəcək. 
Bundan sonrakı söhbətlərimizdə, telefon zənglərində ilk sorğusu general 
haqqında olardı. 
- Yaranalın kitabı nə yerdədi? - deyə soruşardı   -  tələs, bir az tələsmək 
lazımdı, mən o kitabı görmək istəyirəm... 
Ürəyinə nəsə daman İsmayıl Şıxlının “tələsmək lazımdı” sözlərində dərin bir 
kədər vardı... 
İyul, 1995-ci il. 
  
 
KİŞİ SÖZÜ 
 
Heç də təsadüfi deyil ki, şerimizin ölməz klassiki Səməd Vurğunun 
böyük istedadını haqsız hücumlardan müdafiə edənlərdən biri, bəlkə də ən 
birincisi Əli Vəliyev olmuşdur. O da məlumdur ki, Əli Vəliyevi inandığı 
fikrindən çəkindirmək çətin işdir: “Belədir, vəssalam!” 
İlyas ƏFƏNDİYEV 
 
Qazaxda keçiriləcək gənc aşıqların festivalına getmək xəbərini eşidəndə həm 
sevindim, həm də təəccüb elədim. Sevindim ona görə ki, mən aşıq sənətinin hədsiz 
dərəcədə vurğunuyam. Saz səsi eşidəndə əlimdəki ən vacib işi belə buraxıb ona 
diqqət kəsilirəm. Yanımda top atılsa, bəlkə də onu eşitmərəm. Təəccüb elədim ona 
görə ki, görəsən bu xeyirxahlıq kimdən keçib? 
Az sonra öyrəndim ki, məni bu festivala sevimli şairimiz Əhməd Cəmilin 
məsləhəti ilə nümayəndə göndərirlər. 
“Ulduz” jurnalı redaksiyasında yazıçı Sabir Azəri ilə nə vaxt yola düşmək 
barədə məsləhətləşirdik. Bu vaxt Əhməd müəllim içəri girdi: 
- Nə baş-başa veribsiniz? - dedi. -Yenə nəyisə planlaşdırırsınız? Yəqin 
Səməd Vurğun haqqındadır? 
Sabir Azəri: 
- Əhməd müəllim, Qazağa, gənc aşıqların festivalına getmək haqqında 
fikirləşirik, - dedi. 
- Hə, bu tədbirin planı tutulanda mən də orda idim. Alı Qaraoğlu Sabir Azəri 
adını eşidəndə bizi bir kupeyə yazın, - dedi. Sabir rahat adamdı, onunla yolyoldaşı 
olmaq mənə xoşdur. Mən Şəmistanı da sizin kupeyə yazdırdım. - Üzünü mənə 
tutub - Belə səfərlərin sənə çox xeyri var, aşıq Şəmşir də gələcək, onunla 
görüşərsən, bəlkə Vurğunun ayrı bir dostunu da tapa bildin. 


İş elə gətirdi ki, Sabir Azəri, rəssam Elmas və mən maşınla getməli olduq. 
Gecəni Ağstafada - Sabir Azərinin qohumu gildə qalıb, səhər saat doqquzda Qazax 
rayon Mədəniyyət evinə gəldik. 
Nümayəndələrin hamısı burda idi. Hamı ağsaqqal Əli Vəliyevin başına 
toplaşmışdı. O, əziz dostu Səməd Vurğundan danışırdı. Biz bir epizod eşidər-
eşitməz festivalın başlanmasını bildirdilər. Hamı kluba axışdı. 
Nahar fasiləsində yenə Əli müəllimin başına toplaşan çox idi. Söhbət yenə 
Səməd Vurğundan gedirdi. Şairin yetmiş illik yubileyinə az qalmışdı. Əli müəllim 
dedi ki, altmış illiyində Səməd haqqında sözümün hamısını deyə bilmədim. İndi 
ürəyimi boşaldacam. Xalqımızın qəlbində əbədi heykələ dönən Səməd Vurğun 
haqqında daha məqalə yox, kitab yazmaq lazımdır. Bizim dostluğumuzun tarixi 
məqaləyə sığmaz: 
- 1937-38-ci illərdə Yazıçılar İttifaqında işləyəndə daha yaxın dost olduq. 
Səmədlə ağlı-qaralı günlərimiz çox olub. Ona hücumların, özü də yersiz 
hücumların şahidiyəm. 
Əli müəllim “Kommunist” qəzetində işlədiyi illəri xatırladı. Səməd Vurğun 
böyük bəstəkarımız Üzeyir Hacıbəyova yazdığı “Bəstəkar” şeri və “Bakının 
dastanı” poeması qəzetdə çap olunandan sonra bədxahların şairə hücumunu yada 
saldı. Səməd, - dedi - elə bir güclü istedad idi ki, qabağına çıxan çətinliyi az vaxtda 
dəf edə bilirdi. Kəlbəcər səfərindən, şairin zəif yeyib-içməyindən yana-yana 
danışdı. 
Sabir Azəri: 
- Əli müəllim, - dedi, - bizim “Ulduz” jurnalında silsilə yazılar  veririk. 
“Vurğun keçib bu yerlərdən”, heç vaxt tapıb onları oxuya bilirsinizmi? 
- Balam, Sabir, böyük və xeyirxah iş görürsünüz. Mən Əhmədə (Əhməd 
Cəmil) neçə dəfə təşəkkürümü bildirmişəm. Bu, çoxdan olmalı idi. Bu yaxşı adam 
kimsə, çox gözəl iş görür. Dəmir çarıq geyinib, dəmir əsa götürən müəllif 
xatirələrin izi ilə gör nə qədər el-oba gəzir. 
Sabir Azəri əlini çiynimə qoyub: 
- O xeyirxah adam budu, Sizin qarşınızdadır, yəqin tanımırsınız, özünü 
Vurğun yolunda fəda eləyən Şəmistan Nəzirli budur. 
Əli müəllim təəccüb dolu nəzərlərlə mənə baxıb, əlini irəli uzatdı: 
- Gəl, təzədən görüşək, - dedi, - mən elə bilirdim, sən ağsaqqal  adamsan. 
Cavan imişsən ki... Qazaxda yaşayırsan? 
- Xeyir, - dedim, - Bakıda. 
- A bala, Səməd haqqında bu qədər yazdın, çox sağ ol. Bunları niyə 
vermirsən nəşriyyata bir kitab olsun... 
- Vermişəm, Əli müəllim. 
 - 
Yubileyə çıxacaqmı? 
- Yox, nə yubiley, heç yubileydən sonraya da ümidim yoxdur. Hər il deyirlər 
ki, gələn ilin planına daxil edəcəyik, amma hələlik ortada bir şey yoxdur. 
- Hansı nəşriyyatdadır? 
- “Gənclik”də. 
- Əzizə xanımın yanında olmusanmı? 
- Xeyir. Şöbənin işçiləri, bir də baş redaktor söz verir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə