ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə144/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   140   141   142   143   144   145   146   147   ...   157

- Boş şeydir, papağı nahaqdan günə yandırmısan. Nə vaxt Bakıya 
qayıdacaqsan? 
- Burdan kəndimizə gedəcəm, anamın yanına. Yaxındır, bir-iki gün qalacam, 
uzağı ayın 26-da Bakıya qayıdacam. 
- Ayın iyirmi altısında axşam mənə zəng elə, qalanı ilə işin olmasın. - Sonra 
səsinin avazını bir az qaldırıb, yanıqlı, həm də təəssüflə: - yaxşı, o nəşriyyat Səməd 
Vurğun haqqında kitabı çap eləmirsə, bə nə iş görür?.. Qayıdanda mənə zəng elə. 
Sənə bir adam deyəcəm. Mirqasım Əfəndiyevi tanıyırsanmı? 
- Bəli, - dedim, - tanıyıram. 
- Bəs Səmədin  Mirqasımdan yaxın dostu var? Mirqasımnan Səməd Vurğun 
dostluğunu niyə yazmamısan? Yoxsa yazmısan, mən oxumamışam? 
- Əli müəllim, yazmışam, hələ çap elətdirməmişəm. 
- Sən Mirqasım Əfəndiyevdən möhkəm yapış. Ondan çox şey öyrənə 
bilərsən. Səməd Vurğuna Mirqasımdan yaxın ikinci bir adam olmayıb. Heç qardaşı 
Mehdixana açmadığı sirri Səməd Mirqasıma deyib. Bunu   Mehdixan özü də 
mənim yanımda dönə-dönə etiraf edib. 
Bu vaxt Qazax rayon qəzetinin fotoqrafı Ələddin İbrahimov yaxınlaşıb Əli 
müəllimə dedi: 
- Əli müəllim, icazə verin, bizim qəzet üçün şəklinizi çəkim. 
- Elə tək mənimmi? - deyə Əli müəllim təccəüblə soruşdu. 
- Bəli, tapşırıq belədi. 
  
- Niyə tək mənim, bax burada oturacam. Bu cavanlarla mənim şəklimi birgə 
çək, - deyib uca qovaq ağacının altındakı skamyada oturub hamımızı yanına 
çağırdı. 
Bu şəkml 1975-ci ilin mayında belə yarandı. 
Əli müəllimə söz verdim ki, qayıdanda zəng eləyəcəm. Düzü, çox könülsüz 
söz verdim. Nədənsə, onun köməyinə heç ümidim yox idi. Ona görə ki, çoxları 
mənə dönə-dönə: “sənin kitabını özüm plana saldıracam, özüm də redaktoru 
olacam” - demişdilər. Bu vədlərin hamısı da havadan asılı qalırdı. Yalnız bircə 
adam canidildən çalışırdı ki, mənim kitabım çap olunsun. O da sevimli şairimiz 
Əhməd Cəmil idi. 
Heç yadımdan çıxmaz. Bir dəfə Əhməd Cəmil məni yüksək vəzifəli bir 
şəxsin yanına apardı. Səməd Vurğun xatirəsindən, onun poeziyamızda əvəzsiz 
xidmətindən, bəşəri insani keyfiyyətlərindən söhbət açan Əhməd müəllim: 
- Bax, bu cavan bir xeyirxah izə düşüb, - dedi, - Vurğunun eldə-obada itib-
batmaqda olan xatirələrini toplayır. Bacardığı qədər məqalələr, sənədli hekayələr 
yazır, oxucular da pis qarşılamır. Bizim jurnal bu yazıları dərc eləyəndən sonra 
Vurğunla bağlı xeyli məktub alıb. Bu yaxınlarda Masallıdan da bir nəfər yazmışdı 
ki, mən Novorossiyskdə Səməd Vurğunla görüşmüşəm. Xahiş edirəm, Vurğun 
haqqında yazan müxbiri göndərin mənimlə görüşsün. Bu cavanı göndərdik getdi, 
yaxşı da material gətirib, hazırdı, yaxın nömrələrin birində dərc edəcəyik. İndi 
gəldim ki, Sizdən xahiş edim, Şəmistanın kitabını plana salmağa kömək edəsiniz. 
Bu, məncə Vurğun xatirəsinə dərin ehtiram olardı. 
  
Əhməd müəllim danışdıqca bu yüksək vəzifəli şəxsin etinasızlıqla əlində 
qələm oynatmağı, bəzən də dodaq büzüb, qaşının birini qaldırıb, o birini salmağı 


mənim heç xoşuma gəlmirdi. Əhməd müəllimin böyük ümidlə danışmağına 
baxmayaraq, ürəyimə dammışdı ki, indicə bu “ali” şəxs onun qanını qaraldacaq. 
Fikirləşirdim ki, ya da sonugörünməz bir vəd verəcək: “Hə, gələr yanıma, zəng 
vurub tapşıraram”. Ancaq belə olmadı, vəzifəli şəxs çox kəsə, həm də kobud 
danışdı. 
- Yox, mümkün deyil, - dedi. - Rəhmətliyin  oğlu, öz  kitablarımız  plandan 
kənarda qalıb, özümüzə gün ağlaya bilmirik... Buna nə var, bu cavandı, hələ qoy 
işləsin, baxarıq... 
Bircə dəfə ötəri Əhməd müəllimin sifətinə baxa bildim. Bu xəstəhal insan 
necə də sarsılmışdı. Hiss elədim ki, mən yanında olduğuma daha çox xəcalət çəkir. 
İndicə pilləkanı çıxa-çıxa bu yüksək vəzifəli şəxsi tərifləyən Əhməd müəllim
böyük bir ümidlə gəlirdi. Qapıya baxdım, bir bəhanə eləyib çıxmaq istədim. Nə 
deyim, nə bəhanə gətirim, deyə fikirləşirdim. Birdən ağlıma yalançı-qəfil fikir 
gəldi. 
- Əhməd müəllim,  - dedim,  - indi yadıma düşdü. Səyavuş Sərxanlı rayona 
telefon sifariş verib, danışacığımız adam məni tanıyır, Səməd Vurğun haqqında... - 
O, heysiz əlilə mənə dayan işarəsi verdi. Kişi özünü    elə itirmişdi ki, mənə elə 
gəldi, o udqunur, söz tapa bilmir, nəfəsi təngiyir, başa düşə bilmirdim. Araya dibi 
görünməyən qaranlıq kimi çox   ağır bir sükut çökmüşdü. - Əhməd müəllim, - mən 
gedim, - deyib dözə bilmədim. Qapıya yaxınlaşdım. Qapıya gedə-gedə Əhməd 
müəllimin səsini eşidirdim: 
- Bu kitab Səməd Vurğun haqqındadır... Sağlığında onu çox incitdiniz... 
Neçə ildi ölüb, yenə şöhrətindən qorxursunuz... 
Ordan birbaşa işə gəldim. Bir müddət “Ulduz” jurnalı redaksiyasına 
getmədim. Yersiz incidilmiş bu saf adamla - Əhməd müəllimlə üz-üzə gəlməyə 
xəcalət çəkirdim. Onun sözünün yerə düşməyi mənə çox ağır təsir eləmişdi. 
İndi fikirləşirdim ki, Əli müəllim bir söz idi dedi. İlan vuran ala çatıdan 
qorxan kimi, mən də verilən vədlərin hamısından qorxurdum. Daha doğrusu, heç 
birinə inanmırdım. O günləri fikirləşəndə indi şükür edirəm ki, yaxşı ki, bu 
inamsızlıq yazı-pozuma, daha doğrusu, işləməyimə təsir etməyib. Mən başıaşağı 
topladığım materialları bacardığım kimi işləyirdim. 
Bakıya qayıdanda əvvəlcə Mirqasım Əfəndiyevə zəng elədim. Əli Vəliyevlə 
Qazaxdakı söhbətimi təfsilatı ilə danışdım. Dedim ki, mənə belə bir vəd verdi. 
Düzü, heç inamım yoxdu. Bu boyda yazıçının vaxtı hardandı, mənim kitabımla 
məşğul ola. Zəng eləyib, narahat etmək istəmirəm. 
Mirqasım əmi Əli Vəliyevi bolluca təriflədi: 
- Yox, - dedi, - mütləq zəng elə, o çətin illərdə hamı qorxusundan qaçıb 
dağılanda Səmədə dayaq olan Alı Qaraoğlu oldu. Alı Qaraoğlu sözü təmiz sözdü, 
oğul. O, vicdanlı və dönməz insandır. Ölər, dediyindən dönməz. Yenə deyirəm, o 
çətin illərdə Səmədə görə nə qədər döyüldü, söyüldü, başı ağrıdısa, yenə Alı 
Qaraoğlu Səməddən dönmədi. 
  
Mənim də heç ağlıma galməyib Alı Qaraoğluna ağız açmaq. Elə bu saat 
mənnən danışıb qurtaran kimi ona zəng elə... 
Zəng elədim. Dəstəyi Əli müəllim özü götürdü. Adımı deyən kimi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə