ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə145/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   141   142   143   144   145   146   147   148   ...   157

- Hə, gəzib gəldinmi? Yaxşı eləyib, xoşca da gəlmisən. Sabah saat on ikinin 
yarısında Əzizə xanımın otağında səni gözləyirəm. Danışdıq, vəssalam! 
Dəstəyi yerə qoyandan sonra məni təəccüb bürüdü. Heç mən demədim nəyə 
görə zəng eləmişəm. Heç kitab söhbəti olmadı. Heç aman vermədi deyəm ki, Əli 
müəllim, demişdiniz zəng elə, kitabının plana düşməyinə kömək edərəm. 
Yəni, bu beş-altı gündə mənim kitab məsələm Əli müəllimin yadından 
çıxmayıb. Mənə elə gəldi ki, bu beş-altı gündə bu adam ancaq mənim haqqımda 
fikirləşib. 
... Katibənin yanında heç kəs yox idi. O, başı aşağı makinada nəsə yazırdı. 
Yaxınlaşıb Əli müəllimin buraya gəlib-gəlmədiyini soruşdum. Katibə əl saxlayıb: 
- Siz kimsiniz,  - dedi,  -  adınız nədir? 
Mən adımı deyən kimi o, durub direktorun kabinetinə getdi. Katibədən əvvəl Əli 
müəllim özü çıxdı. Sol qolunu irəli uzadıb, gülə-gülə: 
- Hardasan, - dedi, - gör neçə dəqiqə gecikmisən, - saatını pəncərə işığına 
tutub - nə az, nə çox, önca dəqiqə, üzün ağ olsun, gəl içəri görüm. Heç nə 
demədim. Əslində deməyə sözüm də yox idi. Mən sadəcə olaraq Əli müəllimin bu 
qədər dəqiq adam olduğunu bilmirdim. Qeyri-ixtiyari Mirqasım əminin sözlərini 
xatırladım: “Alı Qaraoğlu sözü bütöv insandır, dəqiq adamdır”. 
  
Ağlım bəzi böyük adamların çağırışına getmişdi. Gəl, deyib saatlarla qapıda 
gözlədənlərə, katibəyə “mən yoxam” deyib dal qapıdan çıxıb gedənlərə. 
- Əzizə xanım, sənin yanına bu cavanın kitabı üçün xahişə gəlmişəm. Gərək 
işi ancaq və ancaq Səməd Vurğunun xatirəsinə ehtiram olaraq düzəldəsən. Bu 
cavanın zəhmətini   batırmaq   da   insafsızlıq olardı. 
Əzizə xanım: 
- 1979-cu   ilin   planında   nəzərə alaram, - dedi, - üzünü   Əli müəllimə 
tutub: - özünüz bilirsiniz ki, yubileyə artıq gecdir. 
Əli müəllim fikrə getdi. Gah mənim üzümə baxdı, gah da Əzizə xanımın. - 
Bu kişinin əsəri hazırdır, - dedi, niyə çox uzağa salırsan? Bəlkə mənim xatirimə bir 
il qabağa çəkəsən, qoy 1978-ci il olsun. 
- Onu da eləyərəm, ancaq beşcə çap vərəqinə zorla imkan var. Şəmistanın 
əsəri isə səkkiz çapdan çoxdur. 
Əli müəllim yenə əli çənəsində susdu. 
- Rəhmətlik Səməd demişkən, sən həmişə arxasız cavanlara arxa olmusan, 
ay Əzizə xanım, indi nə oldu ki, bu cavana üçcə çapı qıymadın. 
Əzizə xanım mehriban, xoş təbəssümlə gülümsünüb: 
- Olan yerdən Əli müəllim, - dedi, mənim özüm də Şəmistanın axtarışlarını 
izləyirəm... 
Mən buna da razı idim. İstəyirdim deyəm ki, Əli müəllim, elə beş çap da bəs 
eləyər, amma işin sonunu gözləyirdim. Fikirləşirdim ki, bəlkə artdı. 
Əli müəllim: 
 - Eybi yoxdu, qoy beş olsun, - dedi, üzünü mənə tutub - fikir eləmə, yaxın 
vaxtlarda yeni “Yazıçı” nəşriyyatı açılacaq, onda sənin   əsərini   özüm   bütöv  çap  
elətdirəcəm. 
Çıxdıq. Pilləkənləri düşə-düşə Əli müəllim mənə axtarışları davam etdirməyi 
tövsiyyə edirdi. 


- Kitaba görə ruhdan düşmə, gec-tez çap olunacaq, - dedi. İşin başlanğıcı 
həmişə çətin olur. Onu da sənə məsləhət görürəm  ki,   çağırılan  yerə  vaxtında 
gəlməkdən    çəkinmə.    Çağrılmısansa, demək burda utanmağın, çəkinməyin yeri 
yoxdu. Birdən mən hövsələli olmayaydım, olardı    hövsələsizin    biri,    çıxıb 
gedərdi. Başqa bir idarədə də sənin kimi işi düzəlməyənin biri məni gözləyir. O 
yazığa da söz vermişəm... 
Bu sözlərdən hiss elədim ki, Əli müəllim mənim kimi hansı arxasızınsa 
köməyinə gedir. 
Xəcalət çəkə-çəkə üzr istədim. Daha deyə bilmədim ki, inamsızlıq məni 
gecikdirmişdi. 
Kitabım 1978-ci ilin tematik planına daxil oldu. Aradan üç, ya da dörd ay 
keçmişdi. Nəşriyyatda işləyən yaxın dostum bir dəfə məni görüb dedi: 
- Sənə bir sirr deyəcəm, amma gərək öz aramızda qala. Mən dəqiq 
öyrənmişəm.Sənin kitabını Mətbuat Komitəsində plandan çıxardıblar. Hələ gec 
deyil. Bircə çarəsi var. Üç-dörd günə kimi o kişini  tapıb  desən   işin   bəlkə  də 
düzələr. Əli Vəliyevsiz heç nə eləmə, heç oralara   hərlənib   demə    ki,    mənim 
kitabımı plandan niyə çıxartmısınız. 
Getməyin işi daha da korlaya bilər. 
Yazıçılar İttifaqına gəldim ki, bəlkə Əli müəllimi tapıb dərdimi deyəm. 
Dedilər ki, o, yarım aydan çoxdu Kəlbəcərdə istirahət edir. Elə bil qol-qanadımı 
qırdılar. Bikef, fikirli evə gəldim. Birdən ağlıma gəldi ki, qoy zəng eləyim, bəlkə 
gəlib, evdədi. 
- Əli müəllim, yaxın bir dostum dedi ki, kitabın başı üstündə qara buludlar 
oynaşır. Deyəsən... 
- Əyə, kəsə de, görüm nə olub? 
- Kitabı plandan çıxardıblar. 
- Bu,  başqa  məsələ. - Ani  olaraq duruxdu. - Hə... sən belə elə, sabah saat 
altı tamamda mənə zəng elə. Mən hər şeyi öyrənərəm... 
- Bəs, mənim gəlməyim lazım deyil? Lazımamsa gəlim, indi 
gecikməyəcəyəm... 
Gülə-gülə: 
- Yox, lazım deyilsən. Sabah zəng elə, cavabını al, vəssalam. 
Onun dediyi vaxtda zəng elədim. 
- Ə,   Şəmistan, - dedi, - sənin kitabını   plandan   çıxardanın   gərək yeddi 
başı olsun. Çox sağ ol ki, vaxtında demisən, bir az da gec desəydin, doğrudan 
qanın batmışdı. Get, o dostun kimdisə, ona  yaxşı bir   qonaqlıq ver. O düz 
deyirmiş. Dediyin   buludları   pərən-pərən elədim. 
Bəli, yaxşıların yaxşısı olan, xeyirxah insan Əli Vəliyevin köməkliyi və 
qayğısı sayəsində mənim ilk “Vurğun keçib bu yerlərdən” kitabım 1978-ci ildə çap 
olundu. Mən heç vaxt, heç bir qohumumun, doğma adamımın belə mənə eləyə 
bilmədiyi Əli Vəliyev yaxşılığını unuda bilməyəcəyəm. İndi səkkiz kitabın 
müəllifiyəm. Amma nədənsə, ilk kitabım mənə ilk övladım qədər əziz və 
doğmadır. Bu doğmalıq üçün də Əli Vəliyevə minnətdaram. Hər dəfə irili-xırdalı 
məclislərdə olanda, kitabdan, qayğıdan söhbət düşəndə Əli Vəliyevin mənə elədiyi 
bu təmənnasız yaxşılırı fəxrlə danışıram. Hamı heyranlıqla, təlaşla qulaq asır. Yer-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə