ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə146/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   142   143   144   145   146   147   148   149   ...   157

yerdən təkcə mənə yox, onlarla gənc şair və yazıçıya əvəzsiz qayğı göstərən Əli 
Vəliyevə rəhmət oxuyurlar.  
Gənc şair dedim, yadıma bir əhvalat düşdü. Bu da Əli müəllimlə bağlıdır. 
1978-ci ilin mayında işimlə əlaqədar Cəbrayıl rayonuna ezam olunmuşdum. 
Azərbaycan müəllimlərinin altıncı qurultayı münasibətilə gənc şair, Böyük 
Mərcanlı kənd orta məktəbinin müəllimi İsmayıl İmanovdan televiziya oçerki 
yazmalı idim. 
Bizim gəlişimizə axşam İsmayıl bir qonaqlıq düzəltmişdi. Qonaqlıqda 
müəllimlərdən biri mənim Səməd Vurğun haqqında yenicə çıxan kitabımı təriflədi. 
- O gün olsun, - dedi, - İsmayılın da belə bir kitabı çıxsın. 
İsmayılın “dərdi” açıldı. 
- Yox qardaş, - dedi, - bu mümkün deyil. Gedib-gəlməkdən daha cana 
doymuşam. Mətbuat   Komitəsində,   nəşriyyatlarda mənə nə qədər vəd verirlər, 
amma bir şey çıxmır.  Gedib-gəlməkdən özüm də xəcalət çəkirəm... 
Mən gördüm yeridi, Əli Vəliyevin mənə köməyini təfsilatı ilə danışdım. 
Müəllimlərdən biri: 
- İsmayıl, - dedi, - götür sən də o kişiyə bir məktub yaz, kömək istə, lap 
şerlərini də göndər. Nə olar, olar... 
Elə oradaca İsmayıl kağız-qələm götürüb, Əli müəllimə bir məktub yazdı. 
Şerlərindən bir neçəsini də məktuba əlavə elədi. 
Mən Bakıya qayıdandan iyirmi gün sonra İsmayıl da gəldi. Əli müəllim ona 
məktub yazmışdı ki, şerlərini də götür gəl. 
1980-ci ildə İsmayıl İmanovun da “Səni soraqlaram” adlı ilk şerlər kitabı Əli 
Vəliyevin qayğısı sayəsində çap olundu. 
Sevimli xalq yazıçımız Əli Vəliyev sözündə belə düz adam idi. 
 
May. 1991-ci il. 
  
 
SƏNGƏR ƏHVALATLARI 
 
Adam ilk gəncliyində yumor oxumağa daha çox meyl edir. Ədəbiyyatın bu 
janrı insanı saflaşdırmaqdan başqa qısa danışmağa, az sözlə mənalı, məzmunlu bir 
əhvalatı oxucuya çatdırmaqda ən gözəl vasitədir. Şəxsən mən yumoru, hazırcavab 
əhvalatları ona görə çox sevirəm ki, burda sözlərin yeri dar, mənası geniş və çəkisi 
ağırdır. Məhz bu keyfiyyətlərə görə də Molla Nəsrəddin və Bəhlul Danəndə 
əhvalatları əsrləri adlayıb, gəlib, uzaqmənzilli olub. 
İlk dəfə Molla Nəsrəddin əhvalatlarını nə vaxt oxumuşam, yadıma gəlmir. 
Bircə o yadımdadır ki, kəndimizin kitabxanasından onu alıb gələndə yerdə güclü 
qar vardı. Qarşıma çıxan müəllim əmim oğlu: 
- Ver görüm, nədi oxuduğun? - dedi. Alıb təəccüblə üzümə baxdı - apar geri 
ver, əvəzində Süleyman Sani Axundovun “Qorxulu nağıllar”ını, ya da “Qaraca 
qız”ını al oxu, hələ tezdi sənə bu kitabı oxumaq, böyüyəndə... 
Bikef halda kitabxana tərəfə qayıtdım. Çathaçatda geriyə boylandım, 
gördüm əmioğlu üzü o yana dayanıb. Tini sürətlə burulub evə qaçmaq istəyəndə 


ayağım sürüşdü, üzü ustə yıxıldım. Qara bələnən kitabı çırpa-çırpa durub evə 
qaçdım. 
Gecədən xeyli keçənə qədər çıraq işığında Mollanın lətifələrini oxudum. 
Oxuduqca burdakı əhvalatların kəndimizdə oxşarı olduğunun şahidi oldum. 
İllər keçdi. Universitet tələbəsi olanda elektrik qatarı ilə dərsə gedib 
gələrdim. Onda hələ Bakıda metro yox idi. Dərsdən evə gələnə qədər kəndimizi və 
orada olan əhvalatları xatırlayıb, elə yoldaca onları dəftərimin künc-bucağına qeyd 
edərdim. 
Həmin qaralamalar bu günlərdə şəxsi arxivimi araşdırarkən əlimə keçdi. 
Oxudum. Özümün də dodağıma təbəssüm qondu. Bəzi tiplərin ancaq adını 
dəyişmişəm. Bu adamların kimisi qohum, kimisi qonşu, kimisə də eləcə 
həmkəndlidi. Hələ universitet yoldaşlarımın da bəziləri burada var...  İndi onların 
özləri də bilmədən tarixin, ədəbiyyatın kiçicik bir səhifəsinə dönüblər. 
Sonralar jurnalist sənətim məni Borçalıdan Dərbəndə qədər Azərbaycan 
torpağında çox ailələrin qonağı etdi. Bu yolda maraqlı adamlarla görüşdüm. 
Onların ulu babaları haqqında iftixarla danışdıqları söhbətləri dinlədim. Bakıda, 
Tbilisidə, Moskva və Sankt-Peterburqda sayı-hesabı olmayan arxiv sənədlərində 
araşdırmalar apardım. 
Bu səfərlərimdə el şairlərinin şerlərini, sərkərdələrimiz haqqında sənədlər, 
foto-şəkillər toplamışam. Böyük şairimiz Səməd Vurğunun çoxsaylı dost-tanışları 
ilə görüşmüşəm. Görüşlərimdə müdrik qocalarımız, sinədəftər ziyalılarımız eşidib 
bildikləri əhvalatları da danışıblar. Bu əhvalatlardan yeri gəldikcə yazılarımda 
istifadə etmişəm. Bəziləri senzor qəzəbinə düçar olduğu üçün nabor səhifələrindən 
çıxarılıb, ev arxivimdə “dustaq” qalıb. Bəzilərini isə sovet rejiminin xofundan heç 
qələmə ala bilməmişəm. 
Zamanın bulanıq suları duruldu. Vaxt, dövran dəyişdi. Müdrik babaların 
sözü nə irad tutmaq qadağasının səddi yarıldı. Hər şeyi öz adı, öz ünvanı ilə 
deməyin, çağırmağın zamanı gəldi. Allaha min şükür ki, uzun illər qeyd 
dəftərçələrimdə dustaq qalan bu əhvalatları oxuculara təqdim etməyə imkan 
yarandı. 
 
 
TƏRƏZİNİZİ DİBİNDƏN 
ÇIXARDAN OĞULLAR DA VAR 
 
1880-ci ildə Tiflis kadet korpusunda təhsil alan kursant Əliağa Şıxlinski bir 
gün dostları ilə şəhərə gəzməyə çıxır. Kursantlar güclərini sınamaq üçün 
güctərəzisinə yaxınlaşırlar. Hamı bir-bir gücünü göstərir. Əliağaya da təklif edirlər. 
O deyir ki, gəlsəniz mən bunu divardan tamam qopardam. (O vaxtlar güc sınanan 
tərəzi yumruqla vurulmurdu. Divara bərkidilirdi, güc sınayanlar onu özlərinə tərəf 
dartırdı). 
Yoldaşları deyir: 
Əliağa, zarafat eləmə, altıya-yeddiyə qədər çəkə bilsən, qalibsən. 
Tərəziçi: 
- Bala, əvvəl çək, sonra öyün, - deyib kinayə ilə baxır. 


Əliağa var qüvvəsi ilə elə çəkir ki, güc sınanan tərəzi divardan yerli-dibli 
qopur. 
Tərəziçi: 
Bala, - deyir, - sən doğrudan da güclü imişsən, bu güclə öyünməyə haqqın 
var. Beşə qədər çəkənə altı manat düşür. Sən isə onu yerli-dibli qopartdın. Al, 
mükafatın on manatdır. 
Əliağa: 
Mənə  on  manat lazım deyil. Mən istədim biləsiniz ki, tərəzinizi dibindən 
çıxardan oğullar da var, - deyə cavab verir. 
 
 
İMELS ƏHVALATI 
 
Bir dəfə Yazıçılar İttifaqında Adil İsgəndərovla Səməd Vurğun söhbət 
edirmiş. Birdən Adil İsgəndərov bərkdən gülür. 
Nə oldu Ədil, yenə nə yadına düşdü? 
Səməd, xəbərin var filankəs oğlunun adını İMELS qoyub. 
- O nə deməkdi, mənası nədi? 
- Yəni   İnstitut  Marksa,   Engelsa, Lenina i Stalina. 
Səməd Vurğun dəstəyi götürüb zəng edir: 
- Ayə, filankəs, axşamın xeyir, eşitdim oğlun olub, adını İmels qoymusan. 
Böyük oğlan olsun, hə... nə olar, lap yaxşı... Arzu edirəm, bir oğlun da olsun adını 
“ÜİLK/b/P tarixinin qısa kursu” qoyasan.  Filankəs,  bu arzumdu, təklifim də var: 
Sabah bir get özünü həkimə göstər. 
Səməd Vurğunun iradından sonra filankəs uşağın qırxı çıxmamış adını 
dəyişir. 
 
 
XOŞBÖXTƏM Kİ, 
OĞLANLARIMI EL 
AĞLAYIR... 
 
1922-ci ilin payızında yeni gələn Şura hökuməti nəslimizin qan 
düşmənlərinin fitvası ilə İsa və İsmayıl əmimi güllələdirlər. Səbəbi də bu olur ki, 
Süleyman ağanın oğlu olduğuna görə hökumətə boyun əymirdilər. İki çavanın 
yasında bütun el-oba, kənd ağlayırmış. Amma Zeynəb nənəm heykəl kimi donub 
qalıbmış. Bu məğrur qadın şübhəsiz ki, gimnaziya və seminariya qurtarmış, 
günahsız öldürülmüş oğlanlarının intiqamını almaq haqqında düşünürmüş... 
Ağlaşmada qadınlardan biri üzünü Zeynəb nənəmə tutub təəcçüb və heyrətlə 
deyir: 
- Ay Zeynəb xanım, niyə ağlamırsan, ana deyilsənmi, günahsız öldürülən bu 
cavanlar sənin deyilmi? 
Göz yaşlarını qəlbində boğan nənəm: 
- Oğlanlarım məndən dünyaya gəlib, eldən gedir. Eldə onları ağlayır, - deyir. 
- Xoşbəxtəm ki, oğlanlarımı el ağlayır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə