ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə147/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   143   144   145   146   147   148   149   150   ...   157

Onlar mənim yox, elin-obanın balalarıdır. Onları mən itirməmişəm, el itirib. 
Az sonra nənəm iki oğlunun əvəzinə Daş Salahlı igidi İsrafilin köməkliyi ilə 
düşmənin altı nəfərini qanına qəltan elətdirir. 
 
 
POSTDA SALAM NEPOLOJENO... 
 
Bolşeviklər yenicə gələndə Poylu Alxan kişiyə silah, şinel verib Tamaşa 
körpüsunə gözətçi qoyurlar. 
Səhər obaşdan araba ilə ot gətirməyə gedən həmkəndlisi Mansır körpünün 
qənşərində əlisilahlı şax dayanan Alxana iki dəfə dalbadal salam verir, amma 
cavab almır. 
Otu yükləyib geri qayıdanda görür ki, Alxan yenə körpünün yanında dim-dik 
gəzinə-gəzinə gözətçilik edir. 
- Salam, Alxan, hər vaxtın xeyir olsun. Alxan   kişi   yenə   dinib-danışmır. 
Hirslənən Mansır arabadan düşüb yaxına gəlir: 
- Əyə, belə filan oğlu, gedəndə də salam verdim, gələndə də, de görüm 
salamımı niyə almırsan? Bəlkə arada umu-küsün var mənimlə. Tez ol cavab ver, 
yoxsa yabanı soxacam qarnına. Alxan kişi özünü daha da şax tutub:  
- Poşol, poşol, - deyir, - postda salam nepolojeno... Həmin  gündən   Poylu  
Alxana  el-oba Poşol Alxan ayamasını verir. 
 
 
NİYƏ YEMƏYİB... 
 
Daş Salahlı Murad Qazax bazarında yağ satırmış. Bir Kürqıraqlı yaxınlaşıb 
yağın qiymətini soruşur. 
- Otuza verirəm, əzizim, səhərdən iyirmi kilo satmışam. Otuz manatdan 
götür, təzə inək yağıdı, yaylaqda tutulub. 
- On beş manatdan ver, iki kilo alım. Daş Salahlı Murad ona zəndlə baxıb: 
- Səhv eləmirəmsə, sən Kürqıraqlısan, kəndiniz də meşənin lap 
yaxınlığındadı. 
Kürqıraqlı tanış tapdığına sevinir: 
- Hə, - deyir, - Kürqıraqlıyam, kəndimiz də meşəyə lap yaxındı. 
- Əzizim, sizin o meşədə canavar olur? 
- Olur yox e, doludu canavarla, nə olub ki?... 
- Bəs sənin kimi eşşəyi indiyə kimi o canavarlar niyə yeməyib... 
 
 
URUS QAYITDI 
 
Üç il əsgəri xidmətdə olan qonşumuz daz Nağı qayıdıb gələnə kimi atası 
Qəfər kişi krışanın kirəmitini dəyişib şifer vurdurmuşdu. Əsgərlikdən gələndə daz 
Nağı həyətlərində durub təəccüblə  evlərinə  baxırmış. Anası Səba xala: 


- Ay oğul, - deyir, - yeri içəri keç qoca atanla görüş, evə niyə döyünə-döyünə 
baxırsan? 
- Mama, a poçemu naş dom ala buladı... Səba xala əlini dizinə çırpıb: 
- Boy Allah, mənə ölüm ver - deyir, gül kimi uşağım əsgərliyə musurman 
gedib urus qayıtdı. 
 
 
BAŞIN QİYMƏTİ 
 
Ağstafalı Cəbi kişi dəlləkdən soruşur: 
- A bacı oğlu, bir başı neçəyə qırxırsan? 
- Əmi, o baxır başın qiymətinə. 
- Onda oturum, qırx mənim başımı. Dəllək tər tökə-tökə Cəbi kişinin başını 
qırxıb qurtarır. Ayağa duran Cəbi kişi əlini cibinə salıb 10 qəpik tapır və qoyur 
dəllək stolunun üstünə. Dəllək təəccüblə: 
-  Bu nədi, a kişi, başının qiymətini ver, bu heç odekalon pulu da deyil... 
- Ay oğul, demədin ki, hər şey başın qiymətindən asılıdır. Mənim də başımın 
qiyməti 10 qəpikdi. 
 
 
HAÇA QURBAN 
 
Ağaların kef məclisində kesəmənlilərdən söhbət düşür. Deyirlər ki, bu 
kəndin camaatı igidliyi və baməzəliyi ilə yanaşı həm də hazırcavabdırlar. 
Kim Kəsəmənə gedibsə ona bir ayama qoşublar. Qurban ağa: 
- Gəlin mərc gələk, - deyir, o kəndə gedib-gələrəm, mənə heç bir ayama da 
qoşa bilməzlər. 
Çox deyiləni az eşidən Qurban ağa atını minib Kəsəmənə gedir. 
Kəndin girəcəyində atını saxlayır. Günorta üstü olduğundan kənddə heç kəs 
yox imiş. Bir də baxır ki, bulaq başından iki qadın gəlir. Təşəxxüslü ağa atın 
üstündə yanakı oturub əlini çənəsinə dayayır. Su gətirən qadınlara: 
- A bacı, bu kəndin gişiləri hanı, heç biri də gözə dəymir? 
- Qardaş, obaşdannan durub meşəyə gediblər. 
- Xeyir ola belə tez?... 
- Sənin   çənənin altına haça kəsib, gətirməyə gediblər. 
“Payı”nı alan Qurban ağa elə ordan da kor-peşiman geri qayıdır. 
O gündən el-obada onu Qurban ağa yox, ölənə qədər Haça Qurban deyə 
çağırırlar. 
 
ŞER ƏHVALATI 
 
Qubaya tez-tez yolu düşən Səməd Vurğun rayon komsomol komitəsinin 
katibi Camo Mahmudovla dostlaşmışdı. Xasiyyətlərində oxşarlıq olduğundan 
aralarında bərk zarafatları da vardı. 1950-ci ilin payızında Qubaya seçiciləri ilə 


görüşə gələn deputat Səməd Vurğun Camonu rayonda tapmır. İş yoldaşı Musa 
Mustafayevdən Camonun harada olduğunu soruşur. 
- Səməd, dostun Camo Misxora sanatoriyaya getdi. Gedəndə tapşırdı ki, şair 
buralara gəlsə, mənə bir şer yazıb qoysun. Onda biləcəm ki, Səməd Qubaya gəlib, 
məni yoxlayıb. Səməd Vurğun elə oradaca bir bənd şer yazıb Musaya verir ki, 
çatdırarsan Camoya. 
 
Camo gedibdir Misxora, 
Qızlar onu salıb tora. 
Səməd şer yazan deyil, 
Yoldan ötən gorbagora. 
 
 
CƏHƏNNƏM AŞIĞI 
 
Aşıq Kərəmoğlu kənddə sayılıb-seçilən kişi olsa da sənətkar kimi toy 
şənliklərinə onu öz kəndçiləri nadir hallarda dəvət edərdilər. Ona görə yox ki, o, 
zəif aşıq idi Sadəcə olaraq həmkəndliləri onun qədr-qiymətini bilmir, aşıqlığına o 
qədər də hörmət etmirdilər.. Soruşanda ki, a Kərəmoğlu, niyə sən burada dura-dura 
həmkəndlilərin kəndbəkənd düşüb aşıq axtarırlar. Yaralı yerinə toxunulan 
Kərəmoğlu deyərdi: 
- Mənim həmkəndlilərim toyqabağı düşürlər kəndbəkənd yaxşı aşıq 
axtarmağa. Yaxşı aşığın da biri deyir, beh almışam, gələmmərəm, digəri səfərdə 
olur, başqa birisi xəstə... Nə isə, yaxşı aşıq tapılmayıb, əlləri hər yerdən üzüləndə 
deyirlər, əşi cəhənnəmə ki, gedək aşıq Kərəmoğlunu gətirək, toyumuzu yola 
versin.. Ona görə də el-oba mənə “çəhənnəm aşığı” ayamasını verib. 
 
 
ANDIMI POZMAMIŞAM 
 
İsrafilin atası eşidir ki, oğlu kənddəki rus feldşeri Fenya ilə eşqbazlıq edir. 
Bir gün onu güdür və qızın yanında tutur. Oğlunu qabağına salıb evə gətirir. Üç-
dörd qonşunu çağırıb Quranı da stolun ustünə qoyur. 
- Oğul, - deyir, - dur, bu qonşuların yanında əlini bas Qurana və and iç ki, bir 
də gavur qızının qapısından içəri keçməyəcəksən. 
İsrafil atası deyənə əməl edir. Durub muqəddəs kitaba əl basıb and içir... 
Bir həftə keçmir ata eşidir ki, oğlu Fenyanın yanına yenə gedir. Yenə gəlib 
oğlunu Fenyanın yanında tutur və danlayır: 
- Ay naxələf oğul, bəs sən mənə söz verdin və Qurana da and içdin ki, bir də 
bu gavur qızının qapısından  içəri girməyəcəksən. 
İsrafil: 
- Ata, mən sənə söz verdim, Qurana da and içdim ki, bu qapıdan bir də içəri 
girməyəcəyəm. Ona görə də bu dəfə pəncərədən gəldim... Mən andımı 
pozmamışam. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə