ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə149/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   145   146   147   148   149   150   151   152   ...   157

 
 
QAŞQA AT ƏHVALATI 
 
Vəkil Yusif ağa
75
 hər il köçünü yaylaqdan qaytaranda “Qaşqa tala” adlı 
mənzərəli bir yerdə dayanacaq edərmiş. Qonşu kənddən aşıq çağırtdırıb, məclis 
qurar, kef edərmiş. Məclisin sonunda aşığa ayağı səkili bir at bağışlarmış. 
Kişinin qoca vaxtı imiş. Yenə yaylaq köçündən qayıdır. Adəti üzrə aşığı 
çağırtdırıb oxudur. Birdən yadına düşür ki, var-yox bir ayğır atı, bir baş da dayçası 
var. Bəs aşığa nə bağışlasın. Aşıq isə ötən illərdəki kimi şirin-şirin şövqlə oxuyur. 
Və ona yenə ayağı səkili qaşqa at bağışlayacağını gözləyirmiş. 
Vəkil Yusif ağa arvadı və böyük oğlu ilə məsləhət eləyir ki, bu il ayğır at 
bağışlamağa imkanımız yoxdur. Gərək dayçanı verək, amma qorxuram aşıq inciyə. 
Onların söhbətini dəyənin kölgəsindö əyləşib nəfəs dərən aşıq eşidib ayağa durur 
və belə bir söz oxuyur: 
 
Əzizim Qaşqa tala, 
Şəmşivar, Qaşqa tala. 
Ağa istər day verə, 
Aşıq istər qaşqa at ala. 
 
Vəkil Yusif ağa üzünü oğluna tutub:  
- Oğul, - deyir, aşıq bizi qabaqladı. Qaşqa atı var minib getsin. Kişiyə 
halaldı.
76
 
 
 
BOLUŞ BƏY 
 
Qarabağ xanı İbrahimxəlil xanın dövründə Boluş bəy adlı bir cavan xanlığa 
və onun adamlarına boyun əyməyən cəsur bir igid kimi ad-san qazanıbmış. 
Dağlarda mal-qara və qoyun sürüsü saxlayan Boluş bəy yarımqaçaq, öz sürülərinin 
içində dolanırmış. Xan və onun adamlarının əlinə keçməmək üçün tez-tez yerini 
dəyişib sərt və qayalı dağlarda məskən salarmış.. 
İbrahimxəlil xan adamlarına əmr edir ki, Boluş bəyi tutmaq üçün müəyyən 
yerlərə gözətçilər qoyun, çalışın diri tutun, tuta bilməsəniz də öldürün. Xan 
fikirləşirdi ki, Boluş bəyin ona tabe olmamağı, ağayana hərlənməyi qalan 
rəiyyətlərə də rəvac verər. Uzun zaman güdəndən sonra xanın adamları Boluş bəyi 
tutub xanın hüzuruna gətirirlər. Boluş bəy Şuşa qalasına gətiriləndə axşam tərəfi 
                                                 
75
 Gürcüstаn Мərkəzi Dövlət Аrхivində sахlаnаn sənədlərdə Sаlаhlı vəkil Yusiv bəyin 1799-cu ildə Gürcü çаrı XII 
Gеоrginin sаrаyındа еşik аğаsı vəzifəsində işləməsi göstərilir - müəl. 
 
76
 Əhvаlаt Rеspublikа Əlyаzmаlаrı Institutundа sахlаnаn (F.27.С.В.1615) Isgəndər Ismаyıl оğlu Vəkilоvun 
“Аzərbаycаn хаlq şаiri Səməd Vurğun hаqqındа”yаzısındаn götürülmüşdür. Isgəndər Vəkilоv həmin yаzısını 1962-
ci ilin nоyаbrındа yаzıb göndərmişdir - müəl. 
 


imiş. Xan əmr edir ki, onu bu geçəlik dama salsınlar, sabah divanına baxıb, 
cəzasını verər. 
Bu zaman vəzir Molla Pənah Vaqif dostları ilə başmaq seyrinə çıxıbmış. 
Görür ki, xanın adamlarının qabağında ucaboylu, pəhlivan cüssəli, neçə illərdi 
xana meydan oxuyan el qəhrəmanı Boluş bəy gətirilir. Onun tutulmağı Vaqifi bərk 
kədərləndirir. Gözətçilər vəziri görəndə dustağı dayandırıb ona hörmətlə təzim 
edirlər. Boluş bəyə canı yanan vəzir Vaqif ona kömək məqsədilə deyir: 
 
Xan mən olsam, Boluşu 
sabaha qoymaram, 
Boluş da mən olsam, sabaha qalmaram. 
 
Boluş bəy Vaqifin işarəsindən anlayır ki, işi xarabdır; səhərə qalsa, xan onu 
ya qayadan atdıracaq, ya da dar ağacından asdıracaq. Ona görə də bütün gecəni 
yatmır, əlinə keçən dəmir parçası ilə damın arxasından yarıq açıb dağlara qaçır. 
Qəzəbli İbrahimxəlil xan Boluş bəyi nə qədər axtartdırırsa, tapa bilmir. 
Bundan sonra Boluş bəy Vaqifin məsləhətilə oturub-durur. Bir gün Vaqif ona 
xəbər göndərir ki, mal-qarasını, qoyun sürüsünü də götürsün, ev-eşikli köçüb 
Salahlı kəndində yaşasın. 
Məhəd bəy Vəkilov 1941-ci il martın 25-də yazdığı bu əhvalatın sonunda 
qeyd edir ki, o vaxt Qarabağdan köçüb gələn Boluş bəyin nəslindən bizim Salahlı 
kəndində indi də yaşayanlar var, Boluş şəxsən mən yaxşı tanıyırdım. Boluşlular 
kəndin ucqarında ayrıca məhəllə kimi yaşayırdılar. Yayda yaylağa çıxanda da, 
boluşlular dağın ən sərt yerində “Atqırılan” qayasının dibində çətin yollu sarp 
yerlərdə dəyələrini qurub yaşayırdılar. Heç bir bəyə, heç bir hökumətə onlar boyun 
əyməzdilər. Sürü-sürü qoyunları, naxırları olsa da nə qubernatoru, nə də pristavı 
saymazdılar. Onların kiçik yaşlı uşaqları da at sürməkdə, ov eləməkdə və 
oğurluqda ad-san qazanmışdı. 
Bu onlarda babaları Boluş bəydən qalma irsdir. 
“Vaqif” dramında xalq qəhrəmanı kimi verilən Eldar obrazı əslində Boluş 
bəydir. Eldar Boluş bəyin prototipidir. Səməd Vurğun öz qəhrəmanını ona görə 
Eldar adlandırmışdır ki, o şəxs el arasından çıxmış bir özəkdir. Eldar el qabaqcılı, 
el təəssübü çəkən, el tərəfdarı deməkdir. 
Heç təsadüfi deyil ki, “Vaqif” dramında Səməd Vurğunun Vaqifin dililə: 
“Divanı sabaha qalanlardan ol”, - deyimi vaxtilə Vaqifin Boluş bəylə üzbəüz 
gələndə dediyi fikirlə eyni səsləşir. 
 
 
QABAN OVU 
 
Hacı Məmmədxan ağanın əmisi oğlu Məmmədşərif ağa bir dəfə dostları ilə 
söhbət edərkən deyir: 
- Xədicə Sultan xanımı qoyaydılar qabanın iki qaşının arasına, görəydin onu 
ordan mən alırdım, yoxsa Hacı Məmmədxan ağa. 


Bunu Hacı Məmmədxan ağaya xəbər verirlər. Bir neçə gündən sonra Hacı 
Məmmədxan ağa dostlarını toplayır. Məmmədşərif ağanı da götürüb Qarayazı 
meşəsinə qaban ovuna gedirlər. Əlində sıyırma qılınc, qalın böyürtkən kolları 
arasından keçən cığırı kəsir. Məmmədşərif ağanı da yanında saxlayır. Dostları 
meşədə hay-küy salıb, qabanı yatarından hürküdürlər. Erkək qaban su cığırı ilə 
bunların üstünə cumub gələndə Məmmədşərif ağa qaçmağa başlayır. Hacı 
Məmmədxan ağa onun qolundan yapışır: 
- Hara qaçırsan, Xədicə Sultan xanım qabanın qaşlarının arasındadır, al, - 
deyir, qılıncı endirib Məmmədşərif ağanı yaralayır.   Cəld geriyə dönür, qılıncı 
üstünə hücum edən qabana endirir. Zərblə vurduğu qılınc qabanın üst çənəsini 
kəsir, alt çənəsində dişə ilişib qalır. Qaban diz çöküb yıxılır. 
 
 
CANI DA ÇIXSA... 
 
Səməd Vurğunun ata babası Hacı Məmmədxan ağa ahıl yaşlarında Salahlı 
Qazisi İbrahim Əfəndi Qayıbova nökəri ilə bir çuval buğda göndərir. Araba 
həyətin doqqazına çatanda İbrahim Əfəndi qapıda oturubmuş. 
- Bu  nədi,  bala?  -  deyə  nökərdən soruşur. 
-  Bir çuval burdadı. Hacı Məmmədxan ağa göndərib. Deyir ki, buğdanı 
halal eləyirəm, amma bu il məni orucluqdan azad eləsin. 
-  Hə, lap yaxşı, düşürt qoy talvarın altına. Get, ağana de ki, buğdaya görə 
çox sağ olsun. Amma, canı çıxsa da oruc tutmalıdır. Bir çuval buğda ilə mən 
orucluqdan heç kəsi azad eləmirəm. 
  
 
QAŞ-QABAQ BƏS ELƏR 
 
Elin məşhur aşığı Hüseyn Bozalqanlı bir dəfə yaylaq səfərindən qayıdırmış. 
Yolu Ayrım kəndinin yanından düşür. Bu kənddə bir dostunun yaşadığını 
xatırlayıb ona baş çəkir. Hal-əhval tutduqdan sonra ev yiyəsi üç-dörd dəfə: 
- Ay arvad, kişiyə yemək gətir, yoldan gəlib, - deyirsə arvad özünü 
eşitməməzliyə vurur. Nəhayət, gecdən-gec mis cam dolu yağlı bozartma gətirir. 
Bozartma yağlı olduğundan aşıq bir-iki tikə zorla yeyib, geri çəkilmək 
istəyir, amma aclıq güc gəldiyindən çörəyi yağa batırıb könülsüz-könülsüz dişləyir. 
Aşığın zəif yediyini görən ev yiyəsi: 
- Ay arvad, turşu da gətir, ət çox yağlıdı, aşıq yeyə bilmir. 
Bu vaxt aşıq dözə bilməyib deyir: 
- Turşu lazım deyil, elə arvadın qaşqabağı bəs eləyər... 
 
* * * 
 
Bulaq üstə məclis quran üç nəfər yeyib-içir, həm də zarafatlaşırdılar. 
Onlardan biri şair, biri mağaza müdiri, biri də şəxsi maşını olan müəllim idi. 
Mağaza müdiri şairə yaltaqlıqla: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə